Mühazirə müəllimi: Dos., İFD, Ceyhun Nəsib oğlu İsmayılov MÖvz bank sistemiNİn təŞKİLİ VƏ FƏALİYYƏTİNİN Əsaslari



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə22/128
tarix31.08.2018
ölçüsü7,78 Mb.
#65846
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   128

likvidliyini mərkəzləşdirilmiş şəkildə tənzimləməyə daha az səviyyədə imkan verir. Bu ənənə mərkəzi 
bank tərəfindən müəyyən olunan likvidlik normativlərinin ixtisarı şəraitində ölkə üçün müəyyən 
dərəcədə səciyyəvidir.
 
Bütün bunlardan savayı, ölkə təcrübəsi mərkəzi bankm kommer- siya bankarımn likvidliyinə nəzarətin 
hər zaman banklarm likvidliyinin təminatmm zəmanəti olmadığım təsdiq edir.
 
Banklarm likvidliyinə təsir göstərən vacib amil - əhalinin banklara inamıdır. Əgər bu cür inam və 
etimad pozularsa, o zaman müştərilərdə depozitlərinin və əmanətlərinin qaytarılmasma tələbat yaranır və 
bu da hətta ən sağlam bankların belə likvidliyini məhv edir. 
 
            3. AZƏRBAYCANDA KOMMERSĠYA BANKLARININ LĠKVĠDLĠYĠNĠN  
QĠYMƏTLƏNDĠRĠLMƏSĠ ÜSULLARI
 
Ölkəmizdə kommersiya banklarımn likvidliyinin qiymətləndirilmə- si mexanizminin formalaşması 
ikipilləli bank sisteminin yaranması və fəaliyyəti ilə əlaqədar olaraq ortaya çıxmışdır. Hüquqi və fıziki 
şəxslərə kredit-hesablaşma xidmətləri göstərən yeni yaradılmış kommersiya banklarma, bütövlükdə 
ölkənin bank sisteminə inam və etibarın artırıl- ması üçün banklarm likvidliklərinin dövlət tərəfmdən 
tənzimlənməsinin zəruriliyi Milli Bankm əsas vəzifələrindən biri oldu.
 
Yeni bank sistemi yeni bazar münasibətləri şəraitində daimi olaraq öz fəaliyyətində müxtəlif 
problemlərlə üzləşməyə başladı. Bu isə öz növ- bəsində bank sisteminin fəaliyyətinin ölkə 
iqtisadiyyatmda rolunun artı- rılması məqsədilə, həm daxili təcrübəyə, həm də xarici ölkələrin təcrübə- 
lərinə əsaslanan yeni istiqamətlərin müəyyən olunmasma, normativlərin hazırlanmasına, onların getdikcə 
dəyişdirilərək təkmilləşdirilməsinə sə- bəb oldu.
 
Bankların likvidliyinin idarə olunması haqqında qaydalar «Azər- baycan Respublikasmm Milli Bankı 
haqqmda» və «Banklar haqqmda» Azərbaycan Respublikası Qanunlarına əsasən hazırlanmış və 
banklarm likvidliyinin idarə olunması üzrə Azərbaycan Respublikası Milli Bankımn siyasətini müəyyən 
edir.
 
Geniş mənada likvidlik bankm öz öhdəliklərini (balansdankənar öhdəliklər, kreditin verilməsi haqqmda 
razılaşmalar, kredit xətləri və s. daxil edilməklə) vaxtında yerinə yetirmək məqsədilə vaxtında və məqbul 
qiymətə kifayət qədər nağd və ya ona ekvivalent məbləğdə müxbir he- sablarında qeyri-nağd vəsait əldə 
etmək qabiliyyəti kimi başa düşülməlidir. Yəni bu, depozitlərin, digər cəlb edilmiş vəsaitin ödənilməsinə 
və aktivlərin artırılmasma olan tələbatı təmin etmək qabiliyyətidir. Aktivlərin və passivlərin ödəniş 
müddətlərindəki uyğun- suzluqlar likvidlik riski kimi qiymətləndirilir. Lakin ödəniş müddətləri ilə 
mövcud vəsaitdən istifadə edilməsi müddətlərinin tam uyğunluğu qeyri-realdır. Likvidliyin səmarəli 
idarə olunması o deməkdir ki, bankm likvidlik vəziyyəti və uyğunsuzluqlar barədə kifayət qədər 
məlumatı vardır və o, riski azaltmaq üçün lazımi tədbirlər görür. Əvvəllər banklar likvidliyi 
planlaşdırarkən diqqəti balansın aktivlər (aktivlərin idarə ol- unması) və yaxud passivlər tərəfinə 
(passivlərin idarə olunması) yönəldirdilər. Lakin bank işinin müasir metodları likvidliyin idarə ol- 
unmasında balansm hər iki tərəfmdən səmərəli istifadə olunmasım tələb edir. Bu isə likvidliyin 
planlaşdırılmasınm səmərəliyini təmin edir.
 
Vəsait çatışmadıqda bank aktivlərinin bir qismini sata bilər. Aktivlərin müəyyən növləri tez-tez alımb-
satıldığmdan onlarm bazar qiyməti adətən məlum olur. Bu növ aktivlərin bazar qiymətləri müxtəlif 
mənbələrdə (mətbuatda, elanlarda və s.) verildiyindən, bank ədalətli bazar qiymətinə bu aktivlər üçün 
qısa müddətdə alıcı tapa bilər. Belə aktivlər likvid aktivlər adlanır. Bu haqda yuxarıda ətraflı qeydlər 
etmi- şik. Onları heç bir çətinlik olmadan nağd vəsaitə çevirmək mümkündür (buraya xarici valyuta, 
Azərbaycan hökuməti tərəfindən buraxılmış tez satıla bilən və ödəniş müddəti bir neçə gündən sonra 
başlanan, yaxud Milli Bankm buraxdığı öhdəliklər və s.aiddir) Aktivlərin digər növlərinin sabit bazar 
qiymətləri olmadıqda və onların konkret növləri arasmda müqayisəni çətinləşdirən güclü fərqlər 
KitabYurdu.az 
45
 


olduqda, qiymətlər satıcı ilə alıcı arasmda razılaşdırılmalıdır. Belə növ aktivlər qeyri-likvid aktiv- lər 
(bunlara kreditlər, çətin satılan qiymətli kağızlar, əsas vəsait və s.aiddir) adlanır. Əgər bank qeyri-likvid 
aktivi ən qısa müddətlərdə sat- malıdırsa, ola bilsin ki, o, həmin aktivi öz zərərinə satsın, yaxud onu heç 
sata bilməsin. Bir çox amillər və bəzən də bir-birinə zidd olan amillər bank əməliyyatlarmm 
aparılmasına dair qərarlar qəbul edilməsi prosesinə təsir göstərir. Məsələn, rəhbərlik nağd pul kimi 
yüksək likvidli vəsaitin böyük məbləğdə qalmasma çalışırsa, o, cari mənfəətdən məhrum olur. Likvidlik 
tələbatmı ödəmək üçün yüksək likvidli dövlət qiymətli kağızlarımn satışı, banklararası bazarda nisbətən 
ucuz maliyyələşdirmə mənbələri olduqda mənfəətin itirilməsinə səbəb olur. Digər tərəfdən, borc 
götürülən vəsaitin dəyəri çox yüksək olduqda ak- tivlərin satışı daha aldadıcı olur. Buna görə də bank 
rəhbərliyi öhdəlik- lərin icra olunması üçün bütün müsbət və mənfi cəhətləri son dərəcə diqqətlə ölçüb-
biçməli və bazarm vəziyyəti barədə vaxtında dəqiq məlumat əldə etməlidir. Likvidliyin səmərəli surətdə 
planlaşdırılması bankm müxtəlif şöbələri arasmda ylıksək dərəcədə əlaqələndirməni nəzərdə tutur. 
 
 
 
 
 
 
 
Hər bir bankda Resursları İdarəetmə Komitəsi (RİK) yaradılmalıdır. Kiçik banklarda isə bu funksiyalar 
İdarə Heyətinə həvalə edilməlidir. Komitənin tərkibinə İdarə Heyəti sədrinin rəhbərliyi ilə bankm əsas 
şöbələrinin rəisləri və ya mütəxəssisləri daxil olurlar. Komitə vəsaitə olan cari və gələcək tələbatı biznes-
plan və İqtisadi vəziyyət əsasında müzakirə etmək üçün azı həftədə bir dəfə iclas keçir- məlidir. Iclasdan 
əvvəl komitənin bütün üzvləri müvafiq təhlillər üçün tələb olunan bütün hesabatları əldə etməlidirlər. 
Komitədə müzakirə olunan biitün məsələlər protokollaşdırılmalıdır. RİK-in qərarları bankm şöbələrinin 
həyata keçirməli olduqları taktiki və strateii tövsiyələri əks etdirməlidir. Likvidliyin gündəlik təhlili 
bankm konkret bir şöbəsinə həvalə edilməli və qısamüddətli planlaşdırma üçün həmin şöbə məsuliyyət 
daşımalıdır. Bu şöbə müxtəlif şöbələrdən tələb olunan məlumatı alıb rəhbərliyə təqdim etmək üçün 
likvidlik barədə hesabatlar tərtib etməlidir.
 
Gündəlik hesabatlarda yeddi gün müddətində likvidliyin çatışma- masmın, yaxud artıq olmasmın 
səbəbləri göstərilməli, habelə cəlbetmə və istifadə barədə tövsiyələr verilməlidir. Likvidliyə dair 
gündəlik hesa- bat nümunəsi cədvəl 3.1-də göstərilir.
 
Cədvəl 3.1
 
Likvidliyə dair giindəlik (həftəlik) hesabat
 
___ 
 
günlər
 
Pul axmları
 
1
 
2
 
3
 
4
 
5
 
6
 
7
 
1. Mövcud vəzivvət, cəmi O cümlədən:
 
Nağd vəsait
 
AMB-dəki miıxbir hesablar Dövlətin qiymətli kağızları (girov qoyulmuş 
 
 
 
 
 
 
 
KitabYurdu.az 
46
 


Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   128




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə