Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri


VIII həftə Normal temperatur və temperatur rejimi. Nominal ölçülərin intervalı



Yüklə 11,27 Mb.
səhifə10/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   23
494334532-ma-nqay-rma (1)

VIII həftə
Normal temperatur və temperatur rejimi. Nominal ölçülərin intervalı.
Müsaidə vahidi. Dəqiqlik kvalitetləri

Gündəlik təcrübə və aparılmış tədqiqat işlərinin nəticələri göstərir ki, nisbətən böyük dəqiqliyə və öz sərtliyə malik hissələrin həqiqi ölçüləri müxtəlif temperatur şəraitində müxtəlif olur. Ölçmə şəraitinin temperaturu dəyişdikcə, istər ölçülən hissənin materialı və istərsə də ölçü cihazının dodaqcıqlarının materialı genişlənir, yaxud sıxılır. Temperaturun dəyişməsi nəticəsində ölçünün dəyişməsi qiyməti aşağıdakı düstur ilə təyin olunur:



burada - ölçülən hissənin uzunluğu, mm-lə, - ölçülən hissənin materialının istidən genişlənmə əmsalı; - ölçülən hissənin ilkin temperaturu ilə nominal temperatur fərqi; - ölçü cihazının dodaqcıqlarının materialının istidən genişlənmə əmsalı; - ölçü cihazlarının dodaqcıqlarının materialının ilkin temperaturu ilə nominal temperatur fərqidir.
QİYŞ-ə daxil olan ölkələrin standartlarında normal temperatur 20°C qəbul olunmuşdur. Bu səbəbdən standartlarda qeydə alınmış müsaidə və oturtmaların qiyməti ölçüləri 20°C-də təyin olunmuş hissələrə aiddir. Beləliklə,


Temperatur dəyişməsinin həqiqi ölçülərin qiymətinə təsirini azaltmaq üçün ölşülən hissə və ölçü cihazı normal temperatura gətirilməlidir. İstehsalatda ölçü cihazlarını və hissələri normal temperatura gətirmək üçün xüsusi otaqlar təşkil olunur. Bu otaqda nəzarətçilər işləyirlər. Yüksək dəqiqliklə hazırlanan hissələr burada müxtəlif şəraitdə soyudulur. Soyutma şəraiti həmin hissənin konstruksiya və forma dəqiqliyinə görə təyin edilir. Soyutma havada, yağda və xüsusi mayələrdə aparıla bilər.
Hissəni normal temperatura gətirmək üçün sərf olunan zaman aşağıdakı düsturla hesablanır:
,
burada - soyutma şəraitini nəzərə alan əmsal; - soyudulan hissənin materialının sıxlığı; - soyudulan hissənin həcmi; - soyudulan səthin sahəsi; - hissənin ilkin temperaturu ilə normal temperatur arasındakı fərqdir.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə