Mühazirə mətnləri (2020-2021) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri



Yüklə 0,77 Mb.
səhifə13/114
tarix17.01.2023
ölçüsü0,77 Mb.
#98705
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   114
PEDAQOGİKA 1 mühazirə mövzuları

Məktəbəqədər yaşlı uşaqların xüsusiyyətləri. Bu dövrdə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir. Uşaq fiziki cəhətdən inkişaf edir: erkən uşaqlıq dövründə (1-3 yaş) onun boyu ildə orta hesabla 4-5 sm, çəkisi 1-2 kq, 5-6 yaşda isə boyu 5-6 sm, çəkisi 2-2,5 kq artır. Bu yaşda uşaqların sümük-əzələ sistemi xeyli inkişaf etsə də, sümükləri elastik olur. Odur ki, uşağın düzgün oturmasına, yatmasına, ağır yük götürməməsinə nəzarət etmək lazımdır.Bu yaşda uşağın beyin çəkisi artır (1350 qrama çatır), beyin yarımkürələrinin tənzimləmə funksiyası bir qədər güclənir. Lakin uşaqlarda beyinin qabıqaltı sahəsinin təsiri böyük olduğu üçün onlar öz hisslərinə nəzarət etməkdə çətinlik çəkirlər.Bu yaşda uşaqlarda müəyyən psixoloji xüsusiyyətlər də özünü göstərir: duyğu, qavrayış, hafizə, nitq inkişaf edir. İdrak maraqları artır, uşaq hər şeyi öyrənməyə can atır, böyüklərə çoxlu suallar verir.
Məktəbəqədər yaşlı uşağın iradəsi zəif olur: onda yamsılama güclüdür, təsir altına tez düşür. Yaşlıların, xüsusən valideynlərin müsbət nümunəsi, sözü onun üçün böyük əhəmiyyət kəsb edir. Oyun, idman, əmək, rejim iradəni möhkəmlətməkdə, çətinlikləri aradan qaldırmaqda kömək göstərir.
3-6 yaşlı uşaqların hissi-emosional aləmi zəngin olur. Onlar şən oyunları, əyləncələri, nağıl və yumoru xoşlayırlar. Onların təsiri ilə uşaqlarda əxlaqi-estetik hisslər formalaşır.
Bu yaşda uşaqlarda xarakterin bünövrəsi qoyulur. Uşağı hədsiz dərəcədəəzizlədikdə, ona daim güzəştə getdikdə, yersiz (şıltaq) tələblərini ödədikdə onda eqoizm, şıltaqlıq, kobudluq, ərköyünlük, dəcəllik baş qaldıra bilər. Bunun qarşısını almaq üçün uşağa qarşı hörmət və tələbkarlığı uzlaşdırmaq lazımdır.
Uşaqlarda qabiliyyətlərin ilk əlamətləri özünü büruzə verir (musiqi duyumu, rəsm, rəqs və b.). Onları vaxtında aşkara çıxarmaq və inkişafı üçün qayğı göstərmək vacibdir.
3 yaşda uşaqlarla böyüklərin münasibətlərində müəyyən çətinliklər yaranır: uşaq müstəqilliyə can atır, hər şeyi özü sərbəst etmək istəyir ("Mən özüm"), valideynlər isə onun müstəqilliyini məhdudlaşdırır, çox şeyi qadağan edirlər. Uşaq tərslik edir, hər şeyi tərsinə etməyə çalışır. Bununla da o, böyüklərin tələblərinə öz neqativ münasibətini bildirir. Psixoloqlar bunu "3 yaşın böhranı" adlandırırlar. Valideynlər uşağa müəyyən sərbəstlik verməli, onu müxtəlif növ oyunlara cəlb etməli, onunla birlikdə oynamağa çalışmalıdırlar.
Məktəbəqədər yaşda əsas fəaliyyət növü oyundur. Uşaq oyunlarına rəhbərlik zamanı diqqət yetirmək lazımdır ki, oyun təkcəəylənmə vasitəsi olmasın; uşaq oyunda həyatı öyrənsin, tərbiyə olunsun və psixi cəhətdən inkişaf etsin.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə