MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

ondan istifadənin kollektiv-kooperativ formalarının mövcudluğuna baxmayaraq
ölkədə olan hüquqi baza istehsalçılar arasında bazar münasibətlərinin 
formalaşmasına əlverişli şərait yarada bilər. 
Özəl qurumların inkişaf etdirilməsi məqsədilə yeni yaradılan müxtəlif növlü 
təsərrüfatçılıq formalarının parametrlərinin  əsas götürülməsi xüsusi əhəmiyyət 
kəsb edir. Aqrar sahədə özəl qurumların parametri dedikdə, hər  şeydən  əvvəl 
torpaq sahəsinin ölçüsü, mal-qaranın sayı  və istehsalın həcmi başa düşülür. Bu 
cür təsərrüfatlar yaradılarkən, birinci növbədə onların malik olduqları  kənd 
təsərrüfatına yararlı torpaqların sahəsi və mal-qaranın miqdarı düzgün müəy-
yənləşdirilməlidir. Bu məsələnin həlli çox vacib olub, xüsusilə Azərbaycan 
Respublikası  şəraitində torpaqların azlığı  və  əmək qabiliyyətlilərin isə  iş 
yerlərindən çox olması ilə əlaqədardır. 
Özəl qurumların təşkili və onların parametrləri barədə Litva Respublikasında 
xeyli təcrübə əldə edilmişdir. Məsələn, Y.Donkusun başçılıq etdiyi kəndli-fermer 
təsərrüfatının 32 hektar torpaq sahəsi vardır. Ümumi torpaq sahəsinin 29 hektarı 
əkin yeri və 3 hektarı meşə sahəsidir. 1 baş atı, 1 ədəd traktoru və 1 ədəd avtomo-
bili vardır.  
Özəl qurumların təşkilində Latviya Respublikasında daha səmərəli təcrübə 
toplanmışdır. Burada hər bir fermer təsərrüfatına orta hesabla 30 hektar torpaq 
sahəsi düşür. 
Özəl qurumların təşkil edilməsi sahəsində  və onların parametrlərinin 
müəyyənləşdirilməsində xarici ölkələrin də  təcrübələrinin öyrənilməsi az 
əhəmiyyət kəsb etmir. Xarici ölkələrdə fermer təsərrüfatlarının inkişafına dair 
mə’lumatlardan aydın olur ki, hər bir fermer təsərrüfatına Yunanıstanda 4,3 
hektar,  İtaliyada 5,6 hektar, Belçikada 14,1 hektar, Niderlandiyada 14,9 hektar, 
Almaniyada 16,0 hektar, İrlandiyada 22,7 hektar, Fransada 27,1 hektar, Lüksem-
burqda 28,6 hektar, Danimarkada 30,7 hektar, Şotlandiyada isə 64,1 hektar torpaq 
sahəsi düşür. 
Özəl qurumların təşkili zamanı onların  əlverişli parametrlərinin 
müəyyənləşdirilməsinə dair Avropanın digər ölkələrinin də xeyli səmərəli 
təcrübəsi vardır. Məsələn, Polşada kənd təsərrüfatına yararlı torpaqların tərkibində 
kəndli-fermer təsərrüfatlarının istifadəsində olan torpaqların xüsusi çəkisi 77 faiz 
təşkil edir. Orta hesabla hər bir kəndli-fermer təsərrüfatının istifadəsində olan 
torpaqların sahəsi 5,3 hektardır. Yuqoslaviyada da eyni vəziyyət müşahidə olunur. 
Yuqoslaviyada 2,6 milyon xüsusi fermer təsərrüfatı vardır. Onların istifadəsində olan 
torpaqlar cəmi torpaqların tərkibində  82,6  faiz  təşkil edir. Orta hesabla hər bir 
kəndli-fermer təsərrüfatına 3,5 hektar torpaq sahəsi düşür. 
Özəl qurumlar təşkil edildikdə onun idarə edilməsi də mühüm əhəmiyyət 
kəsb edən məsələlərdəndir. Bu baxımdan  İsveç təcrübəsi diqqəti cəlb edir. Belə 
ki,  İsveçdə kooperativin ali idarəetmə orqanı bütün vəzifəli  şəxslərin - idarə 
hey’əti sədrinin, katibin və mühasibin seçildiyi illik ümumi yığıncaqdır.  İri 
kooperativlərin idarə hey’əti və ya şura daha çoxsaylı olur. Bu halda müxtəlif fəa-
liyyət istiqamətləri üzrə sədr müavinləri də ola bilər. İsveç kooperativində insanlar 
həm özlərinə, həm də  həmkarlarına hörmət etməyi öyrənmişlər. Ümumi 
yığıncaqda seçki komissiyası yaradılır və növbəti mandat dövrü üçün idarə 
 
136


hey’ətinə  və ya şuraya yeni namizədlərin irəli sürülməsi üzrə hazırlıq işlərinin 
aparılması onun vəzifəsinə aiddir. Belə  əsaslı hazırlıq işi idarə hey’ətinə  və ya 
şuraya təsadüfi adamların seçilməsinin qarşısını alır. Ümumi yığıncaq həmçinin, 
kooperativin iqtisadi fəaliyyətinin qanuniliyinə və düzgünlüyünə nəzarət edən təftiş 
komissiyasını seçir. İsveç kooperativlərində katibin fəaliyyəti öz intensivliyi ilə 
fərqlənir. O, ümumi yığıncağın protokolunu tərtib etməli, qərar qəbul olunmuş 
hər bir məsələni orada dəqiq göstərməlidir. Kooperativin katibi bir çox digər 
vəzifələr də daşıyır,-geniş  işgüzar yazışma, arxiv işi, sədr ilə birgə  şuranın 
materiallarının hazırlanması və s. 
Beləliklə, dünya ölkələrinin təcrübəsinin öyrənilməsi göstərir ki, müstəqil 
respublikamızda özəl qurumların təşkil edilməsi və onların fəaliyyətinin 
gücləndirilməsi üçün əlverişli  şərait mövcuddur. Bu şəraitdən düzgün istifadə 
edərək özəl qurumların inkişafı hesabına məhsul bolluğu yaratmaq mümkündür. 
 
§3. Aqrar-sənaye kompleksi. Aqrobiznes 
 
Son dövrlərdə iqtisadiyyatda baş vermiş keyfiyyət dəyişikliklərindən biri də 
ayrı-ayrı komplekslərin əmələ gəlməsidir. Bunlara yanacaq, enerji, metallurgiya, 
maşınqayırma və s. kompleksləri misal göstərmək olar. Kənd təsərrüfatında ona 
xidmət edən və onun məhsullarını e’mal edərək istehlakçılara çatdıran sahələrlə iq-
tisadi əlaqələrin genişləndirilməsi aqrar-sənaye komplekslərinin əmələ gəlməsinə 
səbəb olur. Aqrar-sənaye kompleksi dedikdə, kənd təsərrüfatı  məhsullarının 
istehsalı, e’malı, saxlanılması  və istehlakçılara çatdırılması ilə  məşğul olan xalq 
təsərrüfatı sahələrinin məcmusu nəzərdə tutulur. Aqrar-sənaye kompleksinə daxil 
olan sahələr vahid son məqsədlə - ölkəni  ərzaqla və  kənd təsərrüfatı xammalı ilə 
təchiz etmək məqsədilə birləşdirilmişdir. Bir neçə sahəni üzvi surətdə özündə 
birləşdirən aqrar-sənaye kompleksi əkinçiliklə  sənayenin sintezindən ibarətdir. 
Aqrar-sənaye kompleksinə: a) kənd təsərrüfatı  və onunla bağlı sahələr üçün 
istehsal vasitələri istehsal edən və  həmçinin, kənd təsərrüfatına istehsal-texniki 
xidməti həyata keçirən sənaye sahələri; b) kənd təsərrüfatının özü; v) kənd təsər-
rüfatı  məhsulları e’malı  və istehlakçılara çatdırılması ilə  məşğul olan sahələr 
(tədarük, e’mal, saxlama, daşıma, realizə) daxildir. Aqrar-sənaye kompleksinin 
son məhsulu bu üç sahənin birgə  fəaliyyətinin nəticəsidir. Bu sahələrarası 
kooperasiyanın inkişafı son məhsul dəyərində (ona çəkilən əmək məsrəflərində) bi-
rinci və üçüncü sahənin gəlirlərinin xüsusi çəkisinin artmasına, kənd təsərrüfatının 
özünün payının isə azalmasına səbəb olur. İnkişaf etmiş ölkələrdə bu nisbət 
30:10:60 səviyyəsindədir. 
İqtisadiyyatda mövcud olan digər komplekslərdən fərqli olaraq aqrar-sənaye 
kompleksi sahələrinin sosial-iqtisadi təbiəti çox müxtəlifdir. Belə ki, birinci və 
üçüncü sahədə kapitalın təmərküzləşməsi kənd təsərrüfatı sahəsindəkindən xeyli 
yüksəkdir. Məsələn, ABŞ-da fermerlər üçün istehsal vasitələrinin 75%-dən çoxu 8 
sənaye  şirkəti tərəfindən istehsal olunur; 100 firma yeyinti sənayesi məhsulunun 
yarısını istehsal edir. Ərzaq məhsulları satışının (pərakəndəsatış) üçdə bir hissəsi 
cəmi 20 ticarət şirkəti tərəfindən həyata keçirilir. 
Kənd təsərrüfatı sahəsində  də köklü dəyişiklik baş verir. Belə ki, ən’ənəvi 
 
137


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə