MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   66   67   68   69   70   71   72   73   74

sahibləri, feodallar, bəylər və xanlar, ümumiyyətlə, feodallar, krallar və s., digər 
tərəfdən, xırda istehsalçılar - sənətkarlar və əsas etibarilə kəndlilər idi. Sələm kapi-
talı borc kapitalından istifadə edilməsi xarakterinə görə də fərqlənir. Sələmçilərdən 
borc alınan pullar xırda istehsalçılar tərəfindən  əsasən qeyri-məhsuldar  şəkildə 
xərclənirdi, kəndlilər, sənətkarlar aldıqları pulları müxtəlif vergilərin, torpaq 
rentalarının və s. ödənilməsinə, yaşayış vasitələrinin alınmasına sərf edirdilər. Qul-
darlar və feodallar aldıqları pulları öz tüfeyli istehlakına, dəbədəbələrə  sərf edir-
dilər. Hər iki halda borc alınan pullar istehsaldan kənarda sadəcə alqı  və  tədiyə 
vasitəsi kimi tətbiq olunurdu.  
Sələm kapitalı ilə tacir kapitalı  məkan və zaman daxilində yanaşı  hərəkət 
edirdi və bir-birinə qarışırdı, çünki ən böyük sələmçi tacirlər idi. Tacirlər sənətkar 
sexlərində  və  kəndlilərdən aldıqları  məhsulları aparıb başqa bazarlarda nisbətən 
baha qiymətə satırdılar. Sələm kapitalı kimi, tacir kapitalı da tam sərbəst idi, yəni 
o, istehsala tabe deyildi. 
 
§3. Ticarət və borc kapitalı 
 
Ticarət kapitalı iki formaya, yaxud yarımnövə ayrılır. Birincisi, əmtəə ticarət 
kapitalı; ikinci, pul-ticarət kapitalı. Lakin bunların hər ikisi vahid tacir kapitalı kimi 
fəaliyyət göstərir və kapitalizm şəraitində özünün müstəqilliyini itirib sənaye 
kapitalına xidmət edən bir forma alır.  
Ticarət kapitalı dedikdə, əmtəə tədavülü dairəsində tətbiq olunan kapital başa 
düşülür. O, sənaye kapitalının təkrar istehsalına xidmət edir. Ticarət kapitalının 
dövriyyəsi (P-Ə-P
′) təkcə  əmtəələrin satışından  əldə edilən məbləğdən avans 
edilmiş kapitalın ödənilməsini deyil, həmçinin bu kapitala görə  mənfəət 
götürülməsini də nəzərdə tutur. Ticarət mənfəəti istehsal prosesində yaradılan izafi 
məhsulun bir hissəsidir. Ticarət mənfəəti sənaye kapitalistlərinin öz əmtəələrini 
reallaşdırmaq üçün izafi məhsulun tacirə «güzəştə» getdiyi hissəsidir.  
Əmtəə kapitalı ticarət kapitalı şəklində xüsusiləşdiyi kimi, pul kapitalı da borc 
kapitalı şəklində xüsusiləşir, yəni borc kapitalı, faiz gətirən pul kapitalı formasında 
meydana çıxır. Sənaye kapitalı borc kapitalının  əsas mənbəyidir. Sənaye 
kapitalının dövriyyəsi əsasında müəssisələrdə müvəqqəti sərbəst pul vəsaiti əmələ 
gəlir. Məs.,  əsas kapitalın amortizasiyası fondunu təşkil edən zaman müvəqqəti 
sərbəst pul vəsaiti yığılır. Bu pul əsas kapitalın alınmasına  bir neçə ildən sonra sərf 
edilir ki, həmin müddət  ərzində onu ehtiyacı olanların istifadəsinə vermək olar. 
Əsas kapitaldan başqa, dövriyyə kapitalının xüsusiyyətlərindən asılı olaraq 
müəssisələrdə  sərbəst pul vəsaitləri  əmələ  gəlir və s. Beləliklə, təkrar istehsal 
gedişində  sərbəst pul kapitalı yaranır. Buna görə  də pul kapitalı xüsusi istehlak 
dəyərinə malik olur, bir əmtəə kimi spesifik tədavüldə «satılır». Çox vaxt hazır 
əmtəəni hələ kapitalist satmamış ona xammal almaq lazım olur. Deməli, onun 
satıcı olduğu vaxtla alıcı olduğu vaxt üst-üstə düşmür. Bir sahibkarın  əlində 
müvəqqəti sərbəst pul kapitalı olduğu halda, digər sahibkarın bu artıq pula ehtiyacı 
olur. Sərbəst pul sahibi borc verir, ehtiyacı olan isə borc alır. Deməli, borc kapitalı 
elə bir pul kapitalıdır ki, onun mülkiyyətçisi bu kapitalı bir müddətə məlum əvəz 
müqabilində digər kapitalistə verir. Lakin borc kapitalının sahibi onun üzərində 
 
129


mülkiyyət hüququnu özündə saxlayır. Borc alan kapitalist borc verənə üstəlik artım 
da verir ki, buna faiz deyilir. Borc faizi - sənayeçi və ya ticarət kapitalistinin aldığı 
borc üçün mənfəətdən pul kapitalistinə verdiyi hissədir. Mənfəət iki yerə bölünür: 
faiz və sahibkar gəliri. Mənfəətin, fəaliyyətdə olan kapitalistlərdə qalan hissəsinə 
sahibkar gəliri deyilir. Faiz məbləğinin borc verilən pul kapitala olan nisbəti faiz 
norması adlanır.  
 
§4. Kapitalın dövranı və dövriyyəsi 
 
Real kapital, yəni həqiqi kapital maddi sərvətin artırılmasına xidmət edir və 
təkrar istehsal prosesində üç mərhələdən keçir. Kapitalın ardıcıl surətdə bir 
formadan başqasına çevrilməsinə və üç mərhələ əhatə edən hərəkətinə kapitalın 
dövranı deyilir. Dövranı bütövlükdə belə təsvir etmək olar: 
/
/
P
-
Я
 
... И..
 
iv
iq
Я
-
P
<
 
Kapital dövranının hər üç mərhələsi bir-biri ilə sıx əlaqədardır və bir-birindən 
asılıdır. Kapitalın dövranı yalnız o halda normal baş verir ki, onun müxtəlif fazaları 
ləngimədən bir-birinə keçsin. Göründüyü kimi, sənaye kapitalının dövranı istehsal 
və  tədavül proseslərinin vəhdətindən ibarətdir. Hər bir kapital arası  kəsilmədən 
dövran edərkən, onu daim təkrar edir. Birdəfəlik  əməliyyat kimi deyil, vaxtaşırı 
bərpa və  təkrar olunan bir proses kimi götürülən dövranına kapitalın dövriyyəsi 
deyilir. Kapitalın dövriyyəsi vaxtı - istehsal vaxtı ilə  tədavül vaxtından ibarətdir. 
İstehsal vaxtı - kapitalın istehsal dairəsində olduğu vaxtdır.  İstehsal vaxtının çox 
mühüm hissəsini iş dövrü əhatə edir. Tədavül vaxtı - kapital öz pul formasından 
məhsuldar formaya və  əmtəə formasından pul formasına çevrildiyi müddətdir. 
Tədavül vaxtının uzunluğu istehsal vasitələrinin alınması  və hazır məhsulların 
satılması  şəraitindən və s. asılıdır. Kapitalın hərəkəti bu iki vaxtın içində 
dövriyyələnir. Məhsuldar kapitalın ayrı-ayrı hissələrinin dövriyyəsindəki 
müxtəliflik, onların hər birinin öz dəyərini məhsulun üzərinə keçirməsi üsulunun 
müxtəlifliyindən irəli gəlir. Bununla əlaqədar olaraq kapital əsas kapitala və 
dövriyyə kapitalına bölünür. Qeyd etmək lazımdır ki, kapitalın  əsas və dövriyyə 
kapitalına bölgüsü onun tərkib hissələrinin müxtəlif  şəkildə dövretmə 
xarakterindən və öz dəyərini məhsulun üzərinə keçirməsi üsulundan irəli gəlir. 
Məhsuldar kapitalın istehsal prosesində bütünlüklə  iştirak edən, aşındıqca öz 
dəyərini məhsulun üzərinə hissə-hissə keçirən ünsürlərinə əsas kapital deyilir. 
Dövriyyə kapitalı  məhsuldar kapitalın o hissəsinə deyilir ki, onun istehlakı 
prosesində  dəyəri bütünlükdə  məhsulun üzərinə keçir və bir dövr ərzində pul 
formasında tamamilə kapitalistə qayıdır. 
Müəyyən müddət  ərzində, məsələn, il ərzində avans olunmuş  əsas kapitalın 
real məsrəfi illik amortizasiya həcmində təzahür edir. Əsas kapitalın fiziki aşınması 
bundan ibarətdir ki, əmək vasitələri istifadə gedişindən öz istehlak dəyərini itirir, 
dəyəri isə istehsal olunan məhsulun üzərinə keçirilir. Kapitalın fiziki aşınması iki 
cür olur. Birinci, əmək vasitələri onların tətbiqinin intensivliyinə  və  fəaliyyət 
müddətinə münasib olaraq aşınmaya məruz qalırlar.  İkinci,  əmək vasitələri təbii 
şəraitin təsiri altında, habelə onların hazırlandığı materialların daxili quruluşunda 
 
130


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə