MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə64/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   60   61   62   63   64   65   66   67   ...   74

maddi amil kimi qəbul edilir. 
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun 
da səmərəliliyi istehsalın texnologiyası  və  təşkili ilə müəyyən olunur. Bununla 
texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı  fəaliyyəti ifadə edir. O 
müxtəlif emal üsullarından istifadə edilməsini,  əmək cisimlərinin vəziyyətinin, 
forma və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur. 
İstehsalın təşkili isə bütün istehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini, 
onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.  
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək, 
kapital, sahibkarlıq fəaliyyəti. 
Torpağa  təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu 
istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii sərvətlər, mə’dən yataqları da 
aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və s. daxil edilir. 
Torpaq istehsal amili kimi üçlü mə’na kəsb edir: geniş  mənada o, istehsal 
prosesində istifadə olunan bütün təbii resursları  təmsil edir. Belə ki, bir sıra 
sahələrdə, məsələn, aqrar, mə’dən sənayesində, balıq istehsalında «torpaq» təsər-
rüfatçılıq obyektidir. O, eyni zamanda həm «əmək cismi», həm də  «əmək 
vasitəsi» kimi özünü göstərir. 
İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir; 
bütün həyat, o cümlədən maddi ne’mətlər istehsalı onun üzərində qurulur. 
Kapital istehsal amili kimi əmtəə  və xidmətlər istehsalında istifadə edilən 
ne’mətlər məcmusu  şəklində olur. Bu - alət, maşın, dəzgah, avadanlıq, anbar 
binaları, nəqliyyat kommunikasiyaları, rabitə vasitələri və sairdir. Elmi-texniki 
tərəqqi nəticəsində onların texniki vəziyyəti daim təkmilləşdirilir. Bu isə istehsal 
prosesinin ümumi nəticəsinə  və onun əlverişli faydalılığına, istehsal prosesində 
əmək vasitələri  şəklində olan kapital vasitəsilə  əmək cisimlərinə  həlledici tə’sir 
göstərir. Onlar istehlak dəyərlərinə çevrilir. Kapital haqqında müxtəlif 
mülahizələr vardır. 
Kapital istehsal vasitələridir. Belə  şərhin tarixi banisi siyasi iqtisadın 
klassikləri A.Smit və D.Rikardo olmuşlar. A.Smitə görə kapital toplanmış  və 
maddiləşmiş  əməkdir; D.Rikardoya görə isə istehsal vasitələridir. Fransa 
fiziokratlarının fikrincə kapital - torpaqdır.  
XX əsrin görkəmli iqtisadçıları U.Baumol və A.Blinder yazmışdır: «Kapital - 
firma, fərd və yaxud bəzi başqa təşkilatların sahib olduğu müəssisə ehtiyatları, 
avadanlıqlar və digər istehsal resurslarıdır».  
P.Samuelson və U.Nordhauzun fikrincə «kapital  - yeni əmtəələrin istehsalı 
üçün iqtisadiyyatın yaratdığı uzun müddət istifadə olunan ne’mətlərdən ibarətdir. 
Bu ne’mətlərə müasir iqtisadiyyatın mənzərəsini təşkil edən dəzgahlar, bahalı 
kompüterlər, böyük çəkiclər, yük maşınları, prokat dəzgahlar, binalar və s. 
daxildir». 
D.Beqq, S.Fişer və R.Dornbuşa görə «fiziki kapital - başqa nemət və 
xidmətlər istehsalına sərf olunan ne’mətlər ehtiyatıdır...». 
C.Robinsonun nöqteyi-nəzərincə «indiki zamanda mövcud olan kapital 
nemətlər həmin məqamdakı bütün nemətlərdir». Lakin onun fikrincə bütün 
mövcud olanları kapitala aid etmək olmaz. Məsələn, zibil topası, Kazbek və Elbrus 
 
116


kapital deyildir. Ne’mətlərin xarakterini müəyyən edən fərqləndirici cəhət onların 
dəyərinin olmasıdır. 
Əmək ne’mətlərin hazırlanmasına və xidmətlər göstərilməsinə yönəldilən 
əqli və fiziki fəaliyyətdir. Bu amil cəmiyyətdə adamların bilavasitə istehsal 
prosesində çalışan hissəsidir. Bu hissə  bə’zən «İqtisadi-fəal-əhali» termini 
şəklində işlədilir ki, bu da yalnız istehsalla məşğul olan əmək qabiliyyətliləri əhatə 
edir. Onların fəaliyyəti nəticəsində həm iş qüvvəsinin, həm də kapitalın istehlakı 
prosesi baş verir; məqsədə - istehsalın nəticələrinə nail olunur. Burada insan 
kapital öz funksiyasını göstərir. Cəmiyyətdə  təhsil, peşə  tə’limi, istehsal vərdişi, 
bacarıq, təcrübə  və sağlamlıq ilə  şərtlənən  şəxsi qabiliyyətlərin məcmusu insan 
kapitalı əmələ gətirir. İnsanın əməyi nə qədər ixtisaslıdırsa, onun kapitalı və ona 
müvafiq olaraq əldə etdiyi gəlir də, yə’ni  əmək haqqı bir o qədər yüksək olur. 
İndiki vaxtda insan kapitala investisiya qoyuluşu çox faydalıdır və  nəinki öz 
xərcini çıxarır, həm də yüksək səmərə verir. 
Sahibkarlıq fəaliyyəti  də istehsal amilləri sırasına daxildir. Qərb  ənənəsində 
sahibkarlıq nüfuzu o qədər yüksəkdir ki, onun fəaliyyətinə müstəsna amil kimi 
baxılır. Bütün dünyada getdikcə daha böyük əhəmiyyət kəsb edən sahibkarlıq 
fəaliyyəti istehsalın təşkilində xüsusi qabiliyyət, bazar konyukturasında düzgün 
istiqamət bacarığı, fərasət və ağıllı risk tələb edir. Sahibkarın başlıca sosial funksi-
yası gəlirli istehsalın təşkilinə nail olmaqdır. Bunun üçün sahibkarın özü kimi heç 
kim səmərəli axtarışlar aparmaq marağında ola bilməz. 
Sahibkarlıq qabiliyyəti insan kapitalının xüsusi növüdür. Bu özünü ne’mət 
və xidmətlər yaratmaq məqsədilə bütün yerdə qalan istehsal amillərinin 
əlaqələndirilməsi və kombinələşdirilməsi sahəsindəki fəaliyyətdə göstərir. Bu insan 
resursunun fərqli spesifikası istehsal prosesində kommersiya əsasında yeni məhsul 
növləri istehsalını, texnologiyanı, müəyyən risk dərəcəsində biznesin təşkili 
formalarını  tətbiq etmək və  zərərçəkmə imkanlarını anlamaq bacarığı  və istə-
yindən ibarətdir. Sahibkarlıq fəaliyyəti öz miqyasına və  nəticəsinə görə yüksək 
ixtisaslı əmək məsrəflərinə bərabər tutulur. 
 
§2. İstehsal amillərinin qarşılıqlı  
əvəz olunması imkanları və onun səmərəliliyi 
 
Qeyd etmək lazımdır ki, amillər qarşılıqlı əvəz olunma mahiyyətinə malikdir. 
Bu isə məhsulun müxtəlif istehlak xüsusiyyətlərinə səbəb olur. Nəticədə müxtəlif 
əlaqələndirilən müxtəlif amillərin və onların müxtəlif nisbətdə istifadəsi şəraitində 
istənilən məhsul və ya xidmətin istehsalı mümkündür. Belə qarşılıqlı əvəz olunma və 
proporsional kəmiyyət dəyişikliyi müasir istehsal üçün xüsusilə tipikdir. Bu hal 
kimyəvi məhsulların hazırlanmasından başlamış yaşayış binalarının sənaye 
tikintisinədək xarakterik haldır. 
Amillərin qarşılıqlı  əvəzlənməsi yalnız tələbatın spesifikliyi və  mə’mulatın 
konstruksiya xüsusiyyətləri ilə deyil, həm də başlıca olaraq bir tərəfdən resursların 
məhdudluğu və digər tərəfdən onlardan səmərəli istifadə edilməsi zərurətindən 
irəli gəlir. Bu məqsədlə sahibkar elə istehsal texnologiyası seçir ki, onunla qıt və 
ya nisbətən baha istehsal amillərindən az miqdarda istifadə olunur. Məhz bu 
 
117


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə