əsas, həlledici sahəsi olan istehsal dairəsinin öyrənilməsinə başlamışlar. Lakin,
onlar bütün iqtisadiyyatı deyil, yalnız əkinçiliyi əsas
götürmüş və onu sərvətin
yaradılmasının yeganə mənbəyi hesab etmişlər. Bu fikir cərəyanı XVIII əsrdə
Fransada, kənd təsərrüfat istehsalının üstünlük təşkil etdiyi bir şəraitdə meydana
çıxmışdır. Fiziokrat iqtisadi nəzəriyyəsinin əsasını qoyan da fransalı həkim və
təbiətşünas Fransua Kene (1694-1774) olmuşdur. Altmış yaşında iqtisadi məsələ-
lərlə məşğul olmağa başlayan Kene XVIII əsrin ən böyük iqtisadçısı kimi dünyada
tanınmışdır. Bu məktəbin görkəmli nümayəndələri Jak Turqo (1727-1781), Viktor
Mirabo (1715-1789) və başqaları iqtisadi təlimlər tarixində xüsusi yer tuturlar.
F.Kene «fermerlər», «taxıl», «vergilər» və s. kimi iqtisadi məqalələr yazmış və
1758-ci ildə özünün məşhur «İqtisadi cədvəl»ini nəşr etdirmişdir. Turqo isə 1766-
cı ildə «Sərvətin yaranması və bölgüsü haqqında düşüncələr» əsəri ilə çıxış
etmişdir. Kene başda olmaqla fiziokratların əsas nəzəri-iqtisadi görüşləri sərvətin
yaranması, mənbələri və bölgüsünün təhlilinə yönəldilmişdir. Onlar sərvətin əsas
mənbəyini
təbiətin, torpağın iştirak etdiyi əkinçilikdə görürlər və əkinçinin əməyini
də məhsuldar əmək hesab edirlər.
İqtisad elmi tarixində ilk dəfə təkrar istehsal nəzəriyyəsinin əsası da Kene
tərəfindən qoyulmuşdur. Kenenin iqtisad elminə daxil olan və əsrimizdə də öz
aktuallığını saxlayan məşhur «İqtisadi cədvəl»i dəfələrlə dərc olunmuş və onun
davamçıları tərəfindən istifadə edilmişdir. Bu cədvəldə rəqəmlərin və qrafiklərin
köməyi ilə əkinçilikdə yaranan ümumi və xalis məhsulun natural və pul formasında
dövranı təsvir olunur.
Klassik məktəb - klassik iqtisad elminin və onu yaradanların əsil vətəni
İngiltərə olmuşdur. Avropanın bu ölkəsində XVII-XVIII əsrlərdə və sonrakı
dövrdə iqtisadiyyatda, onun əsas
sahələri olan sənayedə, kənd təsərrüfatında,
nəqliyyatda, ticarətdə sıçrayışlar baş vermişdir. Burada, sərbəst sahibkarlıq və
təşəbbüsə, azad bazar və rəqabətə əsaslanan yeni kapitalist sistemi daha sürətlə
inkişaf etməyə başlamışdır. Belə bir şəraitdə iqtisadiyyatın bütöv bir sistem kimi
öyrənilməsinə və təhlil edilməsinə ehtiyac duyulurdu. Dövrün ehtiyac və tələbləri
bu elmi yaradanları da yetişdirirdi. Bunların içərisində ən məşhurları Uilyam Petti
(1623-1687), Adam Smit (1723-1790) və David Rikardo (1772-1823) olmuşdur.
İqtisad elminin baniləri və klassiklərinin böyük xidməti ondadır ki, ilk dəfə onlar
cəmiyyətin iqtisadiyyatını bütöv halda götürüb tədqiqat obyektinə çevirmişlər.
Merkantilizm cərəyanından fərqli olaraq klassiklər sərbəst bazar iqtisadiyyatı
nəzəriyyəsini yaratmışlar.
Cəmiyyətin iqtisadi həyatını və onun inkişaf qanunlarını daha sistemli şəkildə
araşdıran dahi ingilis iqtisadçısı Adam Smitdir. A.Smit uzun müddət axtarışlardan
və müşahidələrdən sonra iqtisadi məsələlərlə məşğul olmağa başlamışdır.
Nəticədə
«Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında traktat» (1776) adlı şah əsəri ilə
məşhur olmuşdur. Smitin əsərində başlıca məsələ insanın iqtisadi azadlığı, onun
sərbəst surətdə öz qabiliyyətlərini reallaşdıra bilməsidir. O göstərir ki, insanın
iqtisadi fəaliyyətinin başlıca amilini, motivini şəxsi maraq təşkil edir. Bu mənafe
isə öz əməyini, məhsullarını azad surətdə mübadilə etmək vasitəsilə həyata keçirə
bilər. Bu yolla insanlar bir-birinə xidmət edir və münasibətlər yaradırlar. Onun
fikrincə istehsalçılar, alıcılar və satıcılar arasında sərbəst rəqabət olmadan iqtisa-
13
diyyat inkişaf edə bilməz. O, rəqabəti insanların sərbəst iqtisadi fəaliyyətlərini
tarazlaşdıran başlıca qanun hesab edir. Onun «Görünməyən əl» adlandırdığı «gizli
fikri» də bazar münasibətlərini
tənzimləyən təbii, obyektiv qanunlardır. Smit hətta
azad rəqabətin söndürülməsini iqtisadiyyatın sərbəst inkşafı üçün bir fəlakət hesab
edir.
A.Smit iqtisadiyyatın inkişafında insan amilini, onun aparıcı rolunu düzgün
qiymətləndirir.
A.Smitdən sonra iqtisad elminin inkişafında ən böyük xidməti olan D.Rikardo
olmuşdur. O, iqtisad elminin pul tədavülü, kredit, vergi,
beynəlxalq əmək bölgüsü,
dünya ticarəti kimi konkret sahələri üzrə qiymətli nəzəri və əməli əhəmiyyətli fikir
söyləmişdir. Rikardo belə hesab edir ki, cəmiyyətin inkişaf və tərəqqisinin yeganə
hərəkətverici qüvvəsi insanların şəxsi mənafeyidir. Bu şəxsi mənafelər isə sərbəst
bazara, sərbəst rəqabətə əsaslanan iqtisadi sistemdə reallaşa bilər. O, hətta ölkələr,
xalqlar arasında mövcud ticarət münasibətlərində belə sərbəst rəqabət imkanların-
dan istifadə edilməsini məqsədəuyğun sayırdı.
Marksist məktəb - bu məktəbin baniləri K.Marks (1818-1883) və F.Engels
(1820-1895) klassik iqtisad elmindən bir mənbə kimi istifadə etmişlər.
Tarixi
materializm baxışlarını əsas tutan Marks və Engels keçmişdə və öz dövrlərində
yaşayan iqtisadçıların nəzəri görüşlərini təhlil və tənqid süzgəcindən keçirmişlər.
Onlar ictimai-iqtisadi fikrin təhlilində sinfi mövqedən çıxış etmişlər. Marks və
Engels kapitalizmin kommunizm ilə əvəz olunmasının nəzəriyyəsini əsaslan-
dırmağa çalışmışlar.
Marksın iqtisadi təhlilinin məğzini izafi dəyər və onun formaları haqqındakı
nəzəriyyə təşkil edir. Kapital yığımı, proletariatın mütləq və nisbi yoxsullaşması
Marksın nəzəriyyəsində əsas yer tutur. Buna baxmayaraq Marks və Engelsin
«Kapital», «Anti-Dürinq», «Təbiətin dialektikası», «Ailənin, xüsusi mülkiyyətin
və dövlətin mənşəyi» və s. əsərlərində obyektiv və ümumbəşəri
dəyərlərə malik
olan ideyalar da öz əksini tapmışdır.
K.Marks «Kapital»ın birinci cildinə yazdığı müqəddimədə göstərir ki,
«Cəmiyyət... öz inkişafının təbii qanununun izinə düşdükdə... nə təbii inkişaf
mərhələləri üzərindən sıçraya bilməz, nə də bu mərhələləri dekretlə ləğv edə
bilməz». Bu inkar olunmaz nəzəri müddəa cəmiyyətin inkişafının təbii qa-
nunauyğunluq əsasında baş verdiyini göstərir. O göstərir ki, bir ictimai-iqtisadi qu-
ruluş başqa bir quruluşla nə vaxt və hansı maddi-mənəvi şərtlər
yetişdiyi şəraitdə
əvəz oluna bilər. Buna cavab olaraq Marks yazır: «Heç bir formasiya... yeni yük-
sək istehsal münasibətləri, köhnə cəmiyyət daxilində onların mövcud olması üçün
maddi şərait yetişməyincə meydana gəlmir».
§3. Azərbaycan iqtisadi fikir tarixi (qısa icmalı)
Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və
mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini
keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın
və bir çox
Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. İndi bərpa
olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və
14