Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


MƏHKƏMƏ NATİQLİYİ. AKADEMİK NATİQLİK



Yüklə 195,81 Kb.
səhifə20/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   83
az dili

MƏHKƏMƏ NATİQLİYİ. AKADEMİK NATİQLİK
Nitq söyləmək. Adamlar müxtəlif şəraitdə müəyyən məqsədlə nitq fəaliyyətində olurlar. Bu baxımdan nitq bir sıra növlərə ayrılır: ictimai-siyasi nitq, məişət nitqi, məhkəmədə söylənilən nitq və s.
İctimai-siyasi nitq. ictimai-siyasi nitq digərlərinə nisbətən daha çox inkişaf etmişdir. ictimai-siyasi hadisələrlə bağlı kütlə qarşısında, eləcə də radio və televiziya vasitəsilə edilən çıxışlara tez-tez qulaq asırıq. Respublikamızın prezidenti möhtərəm I.ƏIiyev cənablarının ölkənin daxili və xarici vəziyyəti, ölkə daxilində gedən ictimai-siyasi hadisələrə həsr olunan çıxışları siyasi natiqliyin dəyərli nümunələridir. Istər respublikamızda, ,istərsə də xarici ölkələrdə, ən mötəbər məclislərdə onun yığcam və oiduqca mənalı çıxışları, nitqləri çox böyük razılıqla dinlənilir. Bu nitqlər dövlətimizin apardığı xarici və daxili siyasətə qiymət verir, onu düzgün yola fetiqamətiəndinr.
Ulu öndərimiz H.ƏIİyevin nitqləri natiqlik sənəti baxımından xüsusilə səciyyəvidir. Dövrün bu görkəmli dövlət xadiminin natiqlik məharəti həm elmlik, həm də publisistik cəhətdən təhlil olunmalı, |öyrəniiməlidir. Ali məktəblərdə tədris olunan «Nitq mədəniyyətinin əsasları» fənninə bu barədə ayrıca bölmə daxil edilməlidir. Qoy bizim gənclər Heydər Əliyev natiqliyinin sirlərinə bələd olsunlar, onun məziyyətlərini əxz etsinlər, öz ixtisasları ilə yanaşı, həm de gözəl natiq, soz ustası kimi yetişsinlər. Nitq öz forma və məzmurıuna görə müxtəlif olur. Bunların geniş yayılmış formalan aşağıdakılardır:
MƏHKƏMƏ NATIQLIYI. Bu, nitqin başqa bir formastdır. Bura prokuror, vəkil, müttəhim, şahid və xalq hakiminin nitqi daxildir. Həmin nitq formalarından bir qismi (prokuror və məhkəmənin nitqi) ittihamedici, digəri isə (vəkil və müttəhimin nitqi) müdafiəedici xarakterdə olur. İttihamçının nitqi yüksək səviyyədə olmalıdır. 0, səlis və aydın danışmağı bacarmalıdır. Bu nitq dərin təhliletməyə, sübutlara, faktlara, obyektivliyə, ədalətə, qanunun aliliyinə əsaslandığı təqdirdə təsirli və inandıncı olur. Müdafiəçinin (vəkilin) çıxışları da sübutlu, dəlilli olmalıdır. Məhkəmə prosesində qaldırılan vəsadət hadisələrin dərin təhlilindən alınan məntiqi nətıcələrə əsaslanmalıdır. Vəkil dəqiqliyə, səmimiliyə, qanunun aliiiyinə riayət etməlidir. Məhkəmə natiqliyi tarixi etibarilə daha qədimdir. Hələ bizim eradan əvvəl qədim Yunanıstanda natiqlik sənətinin bu növünə böyük əhəmiyyət verilmişdir. Məşhur Solon qanunlannın müəyyən maddəsi öz şəxsi mənafeyini müdafiə edə bilmək üçün məhkəmədə nitq söyləməyi hər bir afinalının borcu hesab edirdi. Bu qanun qədim Yunanıstanda, eləca də Roma respublikasında məhkəmə natiqliyinin inkişafına böyük təkan vermişdir. Lisi, Isey, Siseron Afınada məhkəmə natiqi kimi şöhrət qazanmışdır.
XIX əsrin ikinci yarasında nitqin bu növünün gözəl nümunələrinə Qərbi Avropanın bir sıra ölkələrində, həm də Rusiyada rast gəlinir. Rusiyada dövrün qabaqd ziyalıları, yazıçılar, alimlər və başqaları məşhur vəkillərin, ittihamçıların və bəzən də müttəhimlərin nitqini dinləmək üçün məhkəmə salonlarına gedirdilər. Azərbaycanda da məhkəmə natiqliyinin müəyyən tarixi vardır. Məhkəmə salonlarında alovlu nitqlər söyləyən, adamların hüquqlarını müdafiə etməyi bacaran vəkillərin nitqi ictimaiyyət tərəfındən həmişə qiymətləndirilmiş, təqdir olunmuşdur. Uzun illər xalq hakimi, sonra da vəkil işləmiş adlı - sanlı ədliyyə müşaviri Iman Imanovun natiqliyi barədə dəfələrlə eşitmişik.
Məhkəmə natiqliyinin uğurlu nəticələr verməsi üçün aşağıdakıları əsas hesab edilir:
1. Natiq nitqin predmetini yaxşı bilməli onun müsbət və mənfi cəhətləri natiq üçün aydın olmalıdır;
2. Natiq ana dilinih zənginliklərindən, ifadə vasitələrindən istifadə etməyi bacarmalıdır;
3. Yalan danışmamalıdır.
Məhkəmə praktikasında belə natiqlər çox olmuşdur. Lakin təəssüf ki, onların natiqlik məharəti ilə bağlı heç bir şey yazılmamışdır.
Hazırda ədliyyə sistemində işləyənlərin, xüsusilə hüquq təhsili verən müəssisələrin məhkəmə natiqliyinə dair vəsaitə böyük ehtiyacı vardır. Bu gün universitetlərin hüquqşünas fakültələrində tələbələr həm də mahir natiq kimi yetişməli, formalaşmalıdırlar.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə