HeydəR ƏLİyeviN İCTİMAİ Sİyasi natiQLİYİ



Yüklə 14,1 Kb.
tarix21.12.2022
ölçüsü14,1 Kb.
#97435
HEYDƏR ƏLİYEVİN İCTİMAİ SİYASİ NATİQLİYİ


HEYDƏR ƏLİYEVİN İCTİMAİ SİYASİ NATİQLİYİ

Demokratik cəmiyyət quruculuğuna yönələn siyasət belə bir ideyaya əsaslanır ki, yeni iqtisadi və siyasi sistemə keçid prosesi texniki şəkildə, ani və sıçrayışlı yolla mümkün deyil. A.Fərzəliyevin bu mövzuya münasibəti belədir: "Bu bir tərəfdən sosial sistemin strukturları arasındakı əlaqələrin tez bir zamanda qırılmasının qeyrimümkünlüyü ilə əlaqədardırsa, digər tərəfdən mənəvipsixoloji amilə bağlıdır. Çünki dövrün tələbinə uyğun olaraq, siyasi və iqtisadi təfəkkürün formalaşması yolu da müəyyən adaptasiyalardan keçir. Buna görə də, islahatların radikal şəkildə deyil, tədricən həyata keçirilməsi məqsədəuyğundur. Özü-özlüyündə mütərəqqi olan bu yol inqilabi dağıntıların, ictimai-siyasi gərginliyin baş verməsinin qarşısını alır. Azərbaycanda demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür". AMEA-nın müxbir üzvü S.Xəlilov Ulu öndərin dövlətçilik fəaliyyətində onun nitq qabiliyyətinə xüsusi önəm verir: "Əgər Heydər Əliyevin çıxışlarını diqqətlə izləsək görərik ki, onun ən böyük nailiyyət hesab etdiyi hadisə Azərbaycanın müstəqilliyi, ən çox vurğuladığı və diqqət verdiyi vəzifə isə müstəqilliyin dönməzliyinin təmin edilməsidir. Lakin dövlət quruculuğu Heydər Əliyevin fəaliyyət strategiyasında özlüyündə son məqsəd deyil. Dövlətin möhkəmləndirilməsi ona görə bir nömrəli vəzifədirki, o, bizim müstəqil iqtisadi siyasətimizin və milli mənəviyyatımızın təminatçısı, qarantı ola bilsin. "Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz İqtisadiyyatın inkişafı, adamların rifah halının yaxşılaşdırılması həmişə Heydər Əliyevin diqqət mərkəzində olmuşdur: "Biz həm ölkəmizin suverenliyini, ərazi bütövlüyünü qorumaq üçün çalışırıq, həm də vətəndaşlarımızın, xalqımızın rifahını yaxşılaşdırmağa, yaranmış vəziyyətdə müxtəlif və yeni formalardan istifadə edərək iqtisadiyyatı inkişaf etdirməyə çalışırıq". Heydər Əliyev fikrini bununla bitirmir və məsələyə tam dialektik bir mövqedən yanaşmaqla, sosial-iqtisadi proqramların həyata keçirilməsinin də öz növbəsində, dövlətçiliyin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərqərar olması, mədəni-mənəvi həyatın təşəkkülü üçün bir şərt olduğunu qeyd edir: iqtisadiyyat son məqsəd kimi yox, şərt kimi, təməl kimi, vasitə kimi götürülür. Siyasi və mədənimənəvi aspektdəki nailiyyətlərin də çox vaxt iqtisadi təmələ söykəndiyi vurğulanır: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Bəli, iqtisadiyyatın inkişafı da dövlətin möhkəmləndirilməsi kimi olduqca vacib şərtdir. Lakin nə iqtisadiyyat, adamların güzəranı, rifah halı, nə də dövlət quruculuğu müstəqillik yolunun son məqsədi, mənzil başı ola bilməz. Əgər xalq dövlət qurur, iqtisadiyyatı inkişaf etdi-rir, sərhədləri möhkəmləndirirsə və bu sərhədlər daxilində özünə yad bir mənəviyyat saxlayırsa, bu, hələ müstəqillik deyil. Mənəvi buxovlardan azad olmayan, öz milli mənliyini dərk etməyən xalq azad xalq sayıla bilməz. Heydər Əliyevi dinləyərkən, onun əsərlərini oxuyub dərindən təhlil edərkən bir daha əmin olursan ki, müstəqilliyin ali məqsədi milli-mədəni və mənəvi dəyərlərin bərpa olunması, xalqın özünü dərk etməsi, öz mənliyinin sahibi olmasıdır. Mənəviyyatın qorunması üçün ən mühüm şərtlərdən biri iqtisadiyyatın inkişaf etdirilməsidir. İqtisadi tərəqqini təmin etmək üçün isə dövlətçiliyin möhkəmləndirilməsi lazımdır. Möhkəm dövlətçilik təməli isə ancaq ictimai-iqtisadi sabitlik şəraitində, beynəlxalq nüfuzun yüksəldilməsi və beynəlxalq ictimai-iqtisadi əlaqələr sisteminə daxil olmaq sayəsində mümkündür. Heydər Əliyev nədən başlayıb nəyə doğru getmək lazım olduğunu çox gözəl bilir. Bu gün müstəqil Azərbaycanın dövlət quruculuğu sahəsində zəruri olan ilk addımlar artıq atılmışdır. Azərbaycanda ictimai-siyasi sabitlik əldə edilmişdir, əmin-amanlıq atmosferi hökm sürür, əhalinin fiziki və mənəvi toxunulmazlığı təmin edilmişdir. Əli Xankişiyev Ulu öndərin dövlətçilik fəaliyyətinin onun natiqlik qabiliyyətilə vəhdətdə olduğunu diqqətə çatdırır. Ulu öndər Heydər Əliyevin yüksək danışıq qabiliyyəti və fenomenal natiqlik istedadı üzərində bir qədər ətraflı dayanmaq lazımdır. Şübhə yoxdur ki, natiqlik qabiliyyəti və danışıq mədəniyyəti, ümumiyyətlə, rəhbər vəzifə tutan hər bir şəxs üçün ən vacib göstəricilərdənbiri, bəlkə də birincisidir. Lakin söhbət qeyri-adi natiqlik istedadından və fikrin sözlə ifadəsinin ali dərəcəsindən getdikdə bəzi cəhətləri aydınlaşdırmaq zəruridir.
Yüklə 14,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə