Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ


Vericilərin struktur sxemləri



Yüklə 1,57 Mb.
səhifə3/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 2167

Vericilərin struktur sxemləri
Radioverici qurğu informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün isti­fadə olunur. Yüksək tezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiya­nın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir.
Vericidə üç əsas proses baş verir:
— yüksək tezlikli rəqsin generasiyası;
— yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi;
— yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazası­nın) ötürülən informasiyaya uyğun dəyişdirilməsi.
Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı və ya verici generator (VG) adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır.
Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə olunması modulyasiya adlandırılır. Bu modulyatorda (M) həyata keçirilir. Vericidə ampli­tud modulyasiyası (AM), tezlik modulyasiyası (TM) və ya faza modulyasiyası (FM) həya­ta keçirilə bilər. Amplitud modulyasiyasının xüsusi halı impuls modulyasiyasıdır.
Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək tezlikli modulyasiyasız rəqs yaranır və uyğun olaraq fəzaya şüalanır.
Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi güc gücləndiricisində (GG) həyata keçirilir. Onları həmçinin xaricdən təsirlənən generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri üç əsas qrupa bölmək olar: bufer gücləndiriciləri, gücləndirici-vurucular və çıxış gücləndiriciləri. Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə həmdə tezlik vurucusu ola bilər.
Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimin­də işləyirlər. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar, xüsusi İYT cihazlar və adi lampalar üzərində yığılmış güclü avtogeneratorlardan da istifadə olunur.
Sadə AM rəqs vericisinin sxemi şək. 1.1-də təsvir olunmuşdur. Orada hər bir pillənin çıxışındakı gərginliyin qrafiki verilmişdir. Verici generatorda parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində onlar gücləndirilir və amplitudaları modulyatorda informasiya siqnallarının təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa yaradır.
Sadə TM rəqs vericisinin sxemi şək. 1.2-də təsvir olunmuşdur. Belə vericidə modulyator verici generatorun rəqs konturuna təsir edərək onun kökləmə tezliyini informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir.
Güc gücləndiricisində TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa şüalandırır. TM yalnız UQD diapazonda tətbiq olunur. Digər diapazonda onun tətbiqi mümkün deyil.

Sadə radiolokasiya vericisinin struktur sxemi şək. 1.3- də verilir. Bu sxemdə modulyator dövri olaraq təkrarlanan düzbucaqlı formalı gərginlik videoimpulsları formalaşdırır. Onlar güclü avtogenerator üçün qida gərginliyi kimi istifadə olunurlar. Ona görə də onların amplitudaları kilovoltlarla ölçülür. Avtogenerator dövri olaraq yüksəktezlikli radioimpulslar generasiya edir və onları verici antenaya istiqamətləndirir. Şüalandırılan radioimpulsların davametmə müddəti adətən bir mikrosaniyə, təkrarlanma dövrü isə yüzlərlə və ya minlərlə mikrosaniyə ətrafında olur. Onları zondlayıcı radioimpulslar da adlandırırlar.





İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırı­lan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif ola bilər.


Əsas istifadə məqsədinə nəzərən radiorabitə, radioyayım, televiziya, radiolokasiya, radionaviqasiya və s. vericilərini fərqləndirirlər. Quraşdırılma yerinə nəzərən stasionar və mobil vericiləri fərqləndirirlər. İşçi tezlik diapazonuna nəzərən uzundalğalı, ortadalğalı, qısadalğalı və UQD vericiləri fərqləndirirlər. Öz növbəsində UQD vericiləri metrlik, desimetrlik, santimetrlik və millimetrlik vericilərinə bölürlər. Optik diapazon (lazer) vericilərini xüsusi qrup kimi ayırırlar.
Vericiləri həmçinin iş növünə, modulyasiya növünə, gücünə və digər əlamətlərinə nəzərən fərqləndirirlər.



Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə