Mühazirə materiallarının konspekti. MÜHaziRƏ №1 GİRİŞ



Yüklə 1,57 Mb.
səhifə4/20
tarix01.06.2023
ölçüsü1,57 Mb.
#114996
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
referat 2167

MÜHAZİRƏ №4
KƏNARDAN HƏYACANLANAN GENERATOR VƏ ONUN AKTİV ELEMENTLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT
Müasir radiovericilərin ən geniş yayılmış pilləsi kənardan həyəcanlanan generatordur (KHG). Onun tərkibinə aktiv element (AE), yük, AE-nin qida və sürüşmə dövrəsi və radiosiqnalın oyadıcıdan AE-nin girişinə ötürülməsini təmin edən oyadıcı dövrə daxildir. Oyadıcı qismində vericinin əvvəlki pilləsi çıxış edir. Oyatma və sürüşmə dövrələri AE-nin giriş dövrəsini yaradırlar. Giriş dövrəsi, həmçinin razılaşdırıcı giriş dövrəsi məsələsini də həll etməlidir. Öz növbəsində qida və yük dövrələri AE-nin çıxış dövrəsini yaradırlar. Bu dövrə razılaşdırıcı çıxış dövrəsi funksiyasını da yerinə yetirir.
Qeyd edək ki razılaşma dövrələri aşağıdakı funksiyaları yerinə yetirir: 1. müqavimət­lərin transformasiyası (razılaşdırılması); 2. qida və sürüşmə dövrələri ilə birgə cərəyan və gərginliklərin KHG-nin tələb olunan iş rejimini təmin edən zəruri görünüşlərinin formalaş­dırılması; 3. yüksək harmonikaların süzgəclənməsi.
KHG – nin ümumiləşdirilmiş struktur sxemi şək. 1-də verilir.



Razılaşdırıcı giriş dövrəsi AE-nin giriş müqavimətini oyadıcının (O) daxili müqavi­mətinə bərabər olan müqavimətə transformasiya edir. Razılaşdırıcı çıxış dövrəsi isti­fadəçinin müqavimətini (sonrakı pillənin, fiderin, antenanın giriş müqavimətini) AE-nin optimal yük müqavimətinə transformasiya edir.
Vericidə KHG üç müxtəlif funksiyanı yerinə yetirir: radiotezlikli rəqslərin gücləndiril­məsi (gücləndiricilər); bu rəqslərin tezliyinin tam ədəd dəfə artırılması (tezlik vurucuları); radiotezlikli rəqsin amplitudasının aşağı tezlikli siqnala uyğun dəyişdirilməsi (amplitud modulyatorları).
KHG-də AE kimi elektrovakuum lampalarından, bipolyar və sahə tranzistorlarından istifadə olunur.
Tranzistor üzərində yığılmış sadə KHG – nin sxemi şək. 2-də verilir.
Giriş dövrəsinin tərkibinə bölücü kondensator və baza cərəyanının sabit təşkiledicisinin qapanmasını təmin edən rezistor daxildir. Tranzistorun kollektor dövrəsi gərginlikli mənbədən qidalanır. Çıxış dövrəsinin tərkibinə bölücü tutum və kollektor cərəyanının dəyişən təşkiledicisinin mənbə vasitəsi ilə qapanmasının qarşısını alan bloklayıcı elementlərdən , ibarət qida dövrəsi daxildir.
Vericilərin KHG-da tranzistorların ümumi emitterli və ya ümumi bazalı qoşulma sxemlərindən istifadə olunur. Hər bir sxemin öz üstünlükləri var.




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə