Mühazirə Kursa giriş Quyuların geofiziki tədqiqatı



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə22/30
tarix05.02.2018
ölçüsü0,82 Mb.
#25721
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

Termoqram  əyrisinin  interpretasiyasında    eyni  zamanda  geotermik  qradiyent  və 

geotermik  pilləni  də  hesablamaq  olar.  Belə  ki,  müəyyən  edilmiş  intervallarda 

dərinliyə  uyğun    temperaturun  qiyməti  termoqramdan  təyin  edilir  və  məlum 

düsturlar əsasında  geotermik pillə və geotermik qradiyent hesablanır.  

 

 

 



 

 

 



 

 

 

 



Şəkil 1. 


 

 

Mühazirə 11 

 

Kavernometriya və

 profilometriya

  üsulları 

      Kavernomer.  Quyu diametrinin quyu oxu boyu öyrənilməsi 

 

 

Kavernometriya  üsulu kəsiliş üzrə quyunun  həqiqi  diametrinin dəyişməsini 



öurənmək üçün tətbiq olunur. Bu üsul ilk dəfə olaraq 1935-ci ildə Bakıda Geofiziki 

Kəşfiyyat  üsulları  kafedrasında  professor  Sergey  Yakovis  Litvanov  tərəfindən 

təklif  edilmişdir.  O  dövrdə  bu  üsul  kvadratlar  üsulu  kimi  təklif  olunmuşdurş  . 

Sonralar  bu üsul Kavernometriya üsulu kimi adlandırılmışdır. 

Qazma  zamanı  suxurların  xüsusiyyətlərindən  asılı  olaraq  quyu  diametri  dəyişilir. 

Yəni, quyu diametri baltanın diametrinə bərabər, kiçik və ya böyük olur. Diametrin 

dəyişməməsi  möhkəm  suxurlara,  kiçilmə  yaxşı  kollektorlara,  böyümə  isə  skleti 

davamlı olmayan suxurlara və gillərə aiddir. 

 

Quyu  diametrinin  öyrənilməsi  quyuda  böyük  sayda  məsələlərin  həllində 



lazım  gəlir.  Belə  ki,  quyu  diametri  karotaj  məlumatlarının  interpritasiyasında 

nəzərə alınır və nəticədə quyu diametrinə görə düzəlişlər verilir. İstismar kəməri, 

buraxıldıqdan  sonra  kəmərarxası  boş  sahənin  sementlənməsində  lazım  olacaq 

sement  məhlulunun  həcminin  hesablanmasında,  sınaq  zamanı  sahənin 

seçilməsində, qazma borularının endirilib-qaldırılma prossesində nəzərə alınır.  

 

Quyu  diametrinin  öyrənilməsində  kavernomerlərdən  istifadə  edilir.  Ölçü 



zamanı  kavernoqram  və  profilomer  əyriləri  qeyd  edilir.  Əyridə  dərinlikdən  asılı 

olaraq diametr mm-lə qeyd edilir. 

 

Alınmış  əyrilərin  interpretasiyası  zamanı  nominal  diametr  (baltanın 



diametrinə  bərabər)  xətti  keçirilir.  Quyu  diametrinin  slindirik  həcmi  aşağıdakı 

düsturla hesablanır: 



H

R

V

2



  

(2.2) 



 

burada,  R-radiusdur  dioqram  üzərindən  götürülmüş  qiymətdir  (R=D/2-D  quyu 

diametridir)- m-lə; H-quyuda seçilmiş intervaldır, m-lə. 

 

Slindir formalı quyu diametrinin həcminin öyrənilməsi aşağıdakı ardıcılıqla 



aparılır:  diaqram  üzərində sahələr  seçilir (təxminən  eyni  diametrə bərabər) və bu 

sahələrin daban və tavanının dərinliyi təyin edilir, dabanla tavanın dərinliklər fərqi 

hesablanır.  Bundan  sonra  slindrin  oturacağındakı  diametr  (radius)  təyin  edilir  və 

yuxarıda  qeyd  edilmiş  düsturdan  istifadə  edilərək  seçilmiş  sahənin  həcmi 

hesablanır.  Alınmış  nəticələr toplanılaraq  quyu  oxunun  ümumi  həcmi  hesablanır. 

Nəhayət,  buraxılacaq  istismar  kəmərinin  daxili  diametri  və  dərinliyi  nəzərə 

alınaraq  istismar  kəmərinin  slindrik  həcmi  hesablanır.  Quyu  üçün  hesablanmış 

ümumi  həcmidən  istismar  kəməri  üçün  hesablanmış  həcmin  fərqi,  kəmər  arxası 

boşluqların ümumi həcmini verir. Bu məlumatdan istifadə edilərək, kəmər arxasına 

vurulacaq sementin həcmi hesablanır (şəkil 2.2).  




 

 

Şəkil 2.2. Quyuda kəmər və sementin vəziyyəti. 1-kəmər; 2-sement; 3-quyu divarı 



 

      Məlum  olduğu  kimi  quyular  qazılarkən  müəyyən  millimetr  diametrə  malik 

(215-315 mm) baltalar vasitəsilə qazılır. Baltanın diametri müvafiq quyu diametri 

nominal  diametr  adlanır.  Quyu  kəsilişi  üzrə  quyunun  nominal  diametri  ,  həqiqi 

diametrdən kəskin fərqlənir. Bu kəsilişin litoloji təsviri əlaqədardır. Şirin su əsaslı 

gil məhlulu ilə quyular qazılarkən litoloji tərkibdən asılı olaraq  3 hal baş verir. 

1)

 

Quyunun  həqiqi  diametri  nominal  diametrdən  böyük  olur  d



n

q

  Bu  onunla 



izah  olunur  ki,  şirin  su  əsaslı  gil  məhlulla  gil  layı  qarşısında  keçərkən  gil 

məhlulunun tərkibindəki şirin gil layına hopar , və gili şişirdərək dağılmasına 

səbəb  olur.  Bu  isə  həmin  lay  qarşısnda  müəyyən    millimetr  ölçülü 

kavernaların(uçqunların)  yaranmasına  səbəb  olur.  Məhz  bu  səbəbdən  də 

kavernoqram əyrisini interpretasiya edərkən qeyri kollektor qarşısında bu şərt 

nəzərə alınır. q. koll. d

n

q

   



2)

 

Şirin su əsaslı gil məhlulu kollektor layı qarşısında kəçərkən gil məhlulunun  



tərkibindəki maye laya daxil olar və həmin lay qarşısında 3-4mm ölçülü gil 

qazmağı  yaranır.    Nəzərə  alaq  ki, gil  məhlulunun  laya  hopması  nəticəsində 

həmin  lay  qarşısnda    yaranan    gil  qazmağı  quyunun    həqiqi  diametrinin 

kiçilməsinə  səbəb  olur.  Məhz  bu  səbəbdən  də  kavernoqram  əyrisinin 

interpretasiyası  zamanı  kollektor  layları  qarçısında  bu  şərt  ödənilir.  k  .  lay  

d

n



q

  



3)

 

  Gil  məhlulla  bərk  süxurlar  qarşısından  keçdikdə  heç  bir  yuyulma  və  süzulmə 



prosesi baş  vermədiyindən  bu  lay  qarşısında  quyunun həqiqi  diametrində heç bir 

dəyişiklik    baş  vermir  .  Bu  səbəbdən  də  bərk  süxurlar  qarşisinda  quyunun  həqiqi 

diametri nominal diametrə bərabər olacaq 

                                           Bərk. süx.   d

n

=d



                   

    Sadaladığımız hər üç hal karotaj əyrilərinin nəticələrinə xəta gətirir Məhz 

bu  səbəbdən  də,  qazılan  quyularda  kavernometriya  işləri  aparılır  ki, 

kavernaların ölçü nəticələrinə görə düzəlişlər verilsin  

    Kavenometriya  işlərinin  nəticələri  aşağıdakı  məsələlərin  həllində  istifadə 

edilir. 


1)

 

Yan karotajı zonlama nəticələrinin interpretasiyasında  



2)

 

Quyularda  sementləmə  işləri  aparıldıqda  kəmər  arxası  fəzaya  vurulan 



sementin həcminin hesablanması 


Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə