Analitik kimyaçının vəzifələri
Nümunənin
ölçülən AS
Faydalı AS
əhəmiyyətli siqnallar
artırmalı
Fonun AS
mane olan siqnallar
kənar etməli
səs siqnalları
azaltmalı
Beləliklə,
Həqiqətə ən yaxın AS almaq üçün müxtəlif üsullar tətbiq olunur. Ən başlıca üsul əvvəl-
cədən ayırmadır. Bu zaman təyin edilən komponent təmiz halda ayrılır. Mane olan siqnalları
nəzərə almaq üçün
“boş təcrübədən”
istifadə olunur.
Boş təcrübədə təyin edilən komponent
olmur
.
Analizin bütün mərhələləri həyata keçirilir. Boş təcrübənin siqnalı ümumi siqnaldan
çıxılır.
1.4. Fiziki-kimyəvi analiz metodlarında istifadə olunan əsas priyomlar
Demək olar ki, bütün fiziki-kimyəvi analiz metodlarında iki əsas metodik priyom-
dan istifadə olunur.
Birbaşa ölçmə metodları
Dolayı ölçmə metodları (titrləmə metodları).
Birbaşa ölçmə metodlarında
analitik siqnalın maddənin təbiətindən və onun qatılığından
asılılığından istifadə olunur. Maddənin təbiətindən asılı olan xassələr məsələn, emission spek-
troskopiyada spektr xəttinin dalğa uzunluğu, polyaroqrafiyada isə yarımdalğa potensialıdır.
Miqdari xarakteristika siqnalın intensivliyidir
. I halda-spektr xəttinin, II halda- diffuziya cərə-
yan şiddətinin intensivliyi miqdari xarakteristikadır.
Faydalı AS=Nümunənin ölçülən AS-fonun AS
8
Analtik siqnalın intensivliyinin maddənin qatılığı ilə əlaqəsi I=K∙C formulu ilə ifadə
olunur (K-sabitdir).
Birbaşa miqdari təyin metodlarından aşağıdakıları göstərmək olar. a) dərəcəli əyri me-to-
du, b) molyar xassə metodu c) əlavə etmə metodu.
Dostları ilə paylaş: |