Mühazirə fiziki-kimyəvi analiz metodlarinin mahiyyəti və TƏsnifati plan giriş



Yüklə 0,76 Mb.
Pdf görüntüsü
səhifə11/20
tarix12.04.2022
ölçüsü0,76 Mb.
#85329
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   20
M-1-FKA-giriş

1.3.Analitik siqnalın ölçülməsi 

Analitik kimyaçı üçün informasiya mənbəyi nümunədir. Analiz üçün hazırlanmış obyekt 

nümunə

 

adlanır. Analiz edilən obyekt istənilən aqreqat halında olan fərdi birləşmə, birləşmələr 



qarışığı, təbii obyekt və sənaye itehsalı məhsulu ola bilər. Eyni bir element nümunədə müxtəlif 

kimyəvi  formalarda  ola  bilər.  Məsələn,  torpaq  məhlulunda  karbon  üzvi  maddələrin,  karbonat 

və hidrokarbonat ionlarının, karbon qazının və s. tərkibində olur. Nümunələr eyni- və müxtə-



 

 



 

lifcinsli olur. Məsələn, hava, su, torpaq məhlulu və s. homogen, torpaq isə heterogendir. Hete-

rogen nümunələr müxtəlif aqreqat halında olan bir neçə hissədən ibarət olur. Torpaq bərk (duz 

kristalları,  üzvi  qalıqlar),  maye  (torpaq  məhlulu)  və  qaz  halında  (hava)  hissələrdən  ibarətdir. 

Şabalıdı və qonur torpaqların tərkibinə kalsit CaCO

3

, gips CaSO



4

×2H


2

O, SiO


2

 və s. daxildir.  

Miqdardan asılı olmayan xassələr 

intensi

v

 (temperatur,  təzyiq, potensial, spektrdə xəttin 

tezliyi, xarakterik udma spektri, emissiya spektri, maddənin sındırma əmsalı, dalğa uzunluğu), 

asılı olan xassələr isə 



ekstensiv

 (kütlə, həcm, entropiya, cərəyan şiddəti, spektral xəttin inten-

sivliyi,  məhlulun  sındırma  əmsalı,  işıqudma)  xassələr  adlanır.  Vəsfi  analiz  intensiv,  miqdari 

analiz ekstensiv xassələrə əsaslanır. 

Maddənin  vəsfi  və  miqdari  tərkibini  müəyyən  etmək  üçün  istifadə  edilə  bilən  istənilən 

xassəsi  analitik  siqnal  (AS)  adlanır.  İstənilən  analiz  metodu  AS  alınmasına  və  ölçülməsinə 

əsaslanır.  

Analitik siqnal almaq üçün 

 

Müxtəlif reaksiya tiplərindən (turşu-əsas, oksidləşmə-reduksiya, kompleksəmələgəlmə); 



 

Müxtəlif proseslərdən (çökdürmə, həllolma, ekstraksiya); 



 

Analiz  edilən  maddənin  və  ya  reaksiya  məhsullarının  müxtəlif  xassələrindən  (kimyəvi,  fiziki, 



bioloji) istifadə olunur 

Nümunənin ölçülən AS əhəmiyyətli, mane olan və səs siqnallarından ibarətdir. Əhəmiy-

yətli və ya faydalı siqnalları qatılaşdırmaqla artırmaq lazımdır. 

Mane  olan  siqnallar

  -  həlledicidən,  reagentlərdən  və  nümunədəki  mane  olan  maddə-

lərdən siqnallardır. Onlar faydalı siqnallara əlavə olunur. Əvvəlcədən ayırma və ya pərdələmə  

tətbiq etməklə bu siqnalları mümkün qədər azaltmaq lazımdır. 



Səs siqnalları

-analiz edilən maddəyə aid olmayan, lakin onun siqnalına əlavə olunan siq-

nallardır. Onlar cihazların ayrı-ayrı hissələrinin və elektrik şəbəkəsinin işi ilə əlaqədardır. Səs 

siqnallarını azaltmaq lazımdır. 




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə