Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

Təbiət  hadisələrinin  dinamikasında  fəsli  və  ya    illik  sikllərin  əmələ  gəlməsi 

ə

sas amil hesab edilir. Bu sikllərin yaranmasının səbəbləri isə Yerin Günəşə görə 



vəziyyəti, onun forması, yer oxunun mailliyi, Günəş şüalarının yer səthinə düşmə 

bucağı ilə sıx bağlıdır. Baş verən bütün coğrafi  proseslər isə öz növbəsində Günəş 

enerjisinin  Yer  səthində  ilin  fəsilləri  üzrə  qeyri  bərabər  paylanmasından  asılıdır. 

Landşaftın  fəsli  strukturunu,  fəaliyyətini  və  onun  morfoloji  hissələrini  təyin  edən 

proseslər  yer  səthinə  daxil  olan  günəş  enerjisinin  miqdarından  və  onun  dəyişmə 

istiqamətinin xarakterindən asılıdır. 

Landşaftın  xarici  görünüşünün  dəyişməsi  bütün  coğrafi  zonalara  məxsusdur. 

Zonalardan  birində  bu  əlamət  aydın,  digərində  zəif  müşahidə  edilə  bilər.  Bəzi 

hallarda həmin əlamətlər temperatur geişinin üstünlüyü ilə təyin edilir. Belə ki, isti 

ölkələrdə  əsasən  atmosferin  rütubətlənmə  rejimi  üstünlük  təşkil  edirsə,  qütb 

vilayətlərində  işıq  rejimi  böyük  rol  oynayır.  Landşaftların  xarici  görünüşünün 

dəqiq  əvəz  olunduğu  rayonlar  mülayim  qurşaqda,  ekvator  meşələrində  aydın 

müşahidə olunur.  

Landşaftın inkişafı (təkamülü) 

nkişaf  –keyfiyyətcə  bir  vəziyyətdən  başqasına  keçməyin  ən  yüksək  hərəkət 

formasıdır.  nkişaf  obyektlərin  ilkin  vəziyyətinə  qayıda  bilməyən,  dönməyən 

qanunauyğun  dəyişkənliyidir.  Landşaftın  təkamülü  onun  müxtəlif  tipli 

dəyişkənliklərini  səciyyələndirən  ən  yüksək  səviyyəli  anlayışlar  sistemidir 

(fəaliyyət  –  dinamika-  inkişaf).  Landşaftın  inkişafı  dönməyən  mütərəqqi 

dəyişkənliklərlə  müşayət  olunur  və  landşaftın  strukturları  ardıcıl  olaraq  biri 

digərini, başqasını əvəz edir. 

Landşaft strukturunun dəyişməsi bir qayda olaraq eyni vaxtada təsir göstərən 

xarici və daxili amillərlə bağlı bir kompleksin digərilə əvəz olunması formasında 

baş  verir.  Landşaftın  inkişafının  səbəblərinə  kosmik,  tektonik,  antropogen-

texnogen, yüksək dərəcəli təbii ərazi komplekslərinin məkamülü ilə əlaqədar olan 

tədrici inkişaf formaları daxildir. Daxili səbəblərə landşaftın fəaliyyəti prosesində 

komponentlərin  qarşılıqlı  təsirində  müşahidə  olunan  bir-birinə  zidd  hərəkətlər 

aiddir. 

Behruz Melikov

Behruz Melikov



Müşahidələr  göstərir  ki,  landşaftın  öz-özünə  inkişafı  nisbətən  yavaş  gedir. 

Lakin  inkişafın  bu  forması  tədricən  toplanaraq  landşaftın  xarici  amillərinin  və  

onun  morfoloji  vahidlərinin  differensiasiyasına  səbəb  olur.  Belə  dəyişmələrə 

atmosferin  ümumi  sirkulyasiyasını,  yer  qabığının  qalxmasını  və  enməsini,  okean 

suların  transqressiya  və  reqressiyasını,  materik  buzlaqlarını  və  s.  aid  etmək  olar. 

Xarici  təsir  landşaftın  inkişafının  normal  vəziyyətini  yalnız  bu  və  ya  digər 

istiqamətə  (sürətləndirmək  və  ya  zəiflətmək)  yönəltmək  deyil,  bəzən  onun 

inkişafını dayandırır, hətta landşaftı məhv edir. Belə ki, dördüncü dövrdə bir sıra 

landşaftı məhv edir. Belə ki, dördüncü dövrdə bir sıra landşaft tipləri, yarımtipləri 

və onun küllü miqdarda morfoloji hissələri materik buz örtüyünün altında qalaraq, 

tamamilə  məhv  oldu  və  nəticədə  göstərilən  komplekslərin  yerində  keyfiyyətcə 

fərqli  yeni  landşaft  kompleksləri  əmələ  gəldi.  Dəniz  transqressiyaları  nəticəsində 

ilkin  komplekslər aradan çıxır və yenisi yaranır, daha doğrusu sualtı landşaftlara 

çevrilir. 

Öz-özünə inkişaf prosesini insanın gözü qarşısında tez-tez dəyişikliyə  məruz 

qalan  sadə  coğrafi  komplekslərin  öyrənilməsi  zamanı  aydınlaşdırmaq  asandır. 

Məsələn, göl çuxurunun genişlənməsi, çay sularının yataqdan çıxması, meşənin çöl 

üzərində  hərəkəti,  yarğanın  deltanın  böyüməsi  və  s.  Bu  proseslər  landşaftın 

morfoloji  quruluşunun  və  strukturunun  dəyişməsində  və  onun  tamamilə  yenidən 

qurulmasında iştirak edir. Lakin bunun üçün uzun müddətli vaxt tələb olunur. 

Landşaft  öyrənilərkən  onun  morfoloji  strukturu  təhlil  edilir.  Landşaft 

komplekslərində fasiləsiz olaraq yeni elementlər, yeni fasiyalar əmələ gəlir ki, bu 

köhnə  komplekslər  yerində  yeni  landşaftların  yaranmasına  doğru  gedən 

dəyişiklikləri  göstərir.  V.B.Polınov  və  L.S.Berq  hər  bir  landşaftda  müxtəlif  yaşlı 

elementlərin olduğunu diqqətlə öyrənməyi məsləhət görürlər. 

Landşaftın  genezisi,  onun  meydana  gəlməsinə  və  müasir  dinamik  vəziyyətin 

yaranmasına  səbəb  olan  proseslərin  cəmidir.  Landşaftın  törəməsi  adətən  onda 

ə

mələ gətirən əsas amillərlə əlaqədar olub, bir landşaftın digərilə əvəz olunmasına 



şə

rait  yaradır.  Müasir  landşaftların  yaranması  və  əmələ  gəlməsi  paleocoğrafi, 

arxeoloji  və  tarixi  metodların  köməyi,  morfoloji  strukturların  və  proseslərin 

Behruz Melikov

Behruz Melikov



təhlililə müəyyən edilir. Ona görə də, tədqiqatlar arasındakı müddətin uzunluğu elə 

olmalıdır ki, müasir landşaftların strukturunu və xüsusiyyətlərini yaradan prosesləri 

və onların nəticələrini aydınlaşdırmağa imkan verə bilsin. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 10 

brahimov T. 

Landşaftin geokimyasi  

Orqanizmlərlə coğrafi şərait arasında mövcud olan qarşılıqlı təsir və qarşılıqlı 

asılılıq haqqında V. .Vernadskinin ideyaları, onların geokimyəvi qarşılıqlı əlaqəsi 

B.B.Polınovun  sonralar  yaratdığı  inkişaf  və  coğrafi  şərh  təliminin  əsasını  qoydu. 

B.B.Polınova  görə,  landşaftın  geokimyası-yer  səthinin  kimyəvi  elementlərinin 

miqrasiya  xüsusiyyətlərinə  görə  fərqlənən  sahəsidir.  Burada  təbii  amillər  və 

proseslər bir-birilə kompleks şəkildə qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq şəraitində 

yerləşir.  Suayrıcılar,  yamaclar,  dərələr,  sututarlar  yer  səthinin  bir-birindən  ayrı 

düşmüş, əlaqəsi olmayan sahəsi deyil, kimyəvi elementlərin miqrasiya proseslərini 

və  əlaqəsini  birləşdirən,  öz  aralarında  qarşılıqlı  əlaqəyə  malik  bütöv  hissəsidir  – 

landşaft vahididir. 

Landşaftın geokimyası landşaftşünaslığın V.V.Polınov tərəfindən işlənmiş və 

ə

saslandırılmış elmi istiqamətlərindən biridir. Onun məqsədi landşaft sistemlərinin 



xassələrini,  onların  fəaliyyət  və  inkişaf  xüsusiyyətlərini,  kimyəvi  elementlərin 

atomlarının  miqrasiyası  təhlilinin  köməyilə  öyrənməkdir.  Geokimyəvi  landşaft 

tədqiqatları zamanı, suda həll olunmuş kimyəvi maddələrin miqrasiya intensivliyi 

öyrənilir, landşaftlar daxilində həll olmuş maddələrin tərkibi, onu təşkil edən ana 

süxurların tərkibilə müqayisə edilir, bitkinin gül tərkibinin və torpaq örtüyünün və 

onların ana süxurlarla əlaqə xüsusiyyətlərinin təhlili, materialların müqayisəsi yolu 

ilə təbiətdə elementlərin bioloji dövranı müəyyən edilir. 

Hazırda  geokimyəvi  landşaft  anlayışının  sürətli  inkişafı  ilə  bağlı  olaraq, 

texnogenez amillərinin geokimyəsi proseslərə təsiri, landşaftlar daxilində maddələr 

mübadiləsi,  təbii  və  texnogen  anomaliyanın  yaranma  proseslərinin  öyrənilməsinə 

olan  tələbi  artır.  Geokimyəvi    landşaft  nöqteyi-nəzərdən  təbii  ərazi  kompleksləri 

sistemi  strukturunun  və  onlarfn  fəaliyyətinin  təhlili  M.A.Qlazovskayaya  (1972, 

1976)  «texnobiogeomax»  anlayışını  irəli  sürməyə  imkan  vermişdi.  Bu  anlayışda 

geokimyəvi  proseslərin  öz-özünə  tənzimlənməsi  və  öz-özünə  təmizlənməsi 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə