Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

nəzərə alınması məsləhətdirsə, onda onların təsnifat pilləsinin ən kiçik vahidlərinin 

ayrılması üçün əsas hesab etmək lazımdır. 

3.Növlərin  fərqləndirilməsində  bölünən  qruplar  bir-birindən  ayrı  olmaqla 

təsnif  edilən  obyektin  heç  birini  iki  qrupa  daxil  etmək  olmaz.  Landşaftların 

təsnifatında  tətbiq  edilən  qanun  çox  dəqiq  olmalı,  iki  mənalı  anlayışdan  imtina 

edilməli,  eyni landşaft növü kimi müxtəlif cinsə aid edilməməlidir. 

4.Təsnifatlarda  məntiqi  cəhətcə  xoşa  gəlməyən,  istənilməyən  pillələrin 

ayrılması  məqsədəuyğun  deyil.  Məntiqi  qanunauyğunluq  pozularsa,  təsnifat 

özünün  əhəmiyyətini,  mahiyyətini  itirə  bilər.  Məsələn,  əgər  təsnifatın  dörd  pilləli 

olması  qərara  alınmışsa,  onda  həmin  prinsipdən  imtina  etmək  olmaz.  Müəyyən 

hallarda  isə  komplekslərin  əhəmiyyətli  olmasına  baxmayaraq,  onu  dörd  və  ya  üç 

pilləli düzmək də məsləhət görülmür. 

Təsnifatlar sırasında nəzəri və təcrübi cəhətdən ən əhəmiyyətlisi landşaftların 

təsnifatıdır. 

Bu 

məsələyə 



F.N.Milkov, 

A.Q. saçenko, 

V.A.Nikolayev, 

N.A.Qvozdetski,  N.A.Solnsev  və  başqalarının  bir  çox  tədqiqatları  həsr 

olunmuşdur.  ndiyədək  tədqiqatçılar    arasında  landşaftşünaslığın  mübahisəli 

məsələlərindən  biri  olan  təsnifat  barədə  müəyyən  razılıq  əldə  edilmiş  və  əksər 

landşaftşünaslar  tərəfindən  bu  və  ya  digər  dərəcədə  bəyənilmiş  əsas  təsnifat 

vahidləri  qəbul  olunmuşdur.  Əksəriyyət  tərəfindən  az-çox  qəbul  edilən  təsnifat 

sisteminə şöbə, sinif, cins, növ daxil edilir. 

Coğrafi  təbəqənin  strukturunu  təşkil  edən  sferlərin  təmas  və  qarşılıqlı  təsir 

tipinə görə fərqləndirilən ən böyük təsnifat kateqoriyası landşaft şöbəsidir. Həmin 

ə

lamətə görə F.N.Milkov (1967) yer səthi, su-quru, su və b. landşaft şöbələri ayırır. 



Ş

öbələr  daxilində  istilik  rütubət  balansının  zonal  fərqlənməsindən  asılı  olaraq 

landşaft  sistemləri  –  Arktika,  subarktika,  mülayim,  subtropik,  tropik  və  s.  ayrılır. 

qlimin  şöbələr  (sektorlar)  üzrə  dəyişmə  xüsusiyyətlərini  nəzərə  almaqla  landşaft 

sistemləri  yarımsistemlərə  bölünür.  Məsələn,  boreal  landşaft  sistemi  daxilində 

mülayim kontinental, kəskin kontinental landşaft yarımsistemləri ayırmaq olar. 

Landşaft  sinfi  relyefin  əsas  birinci  dərəcəli  hipsometrik  səviyyələrinə 

(morfostrukturularına)  müvafiq  gəlir.  Əksər  alimlər  bu  xüsusiyyətə  görə  iki  əsas 

Behruz Melikov

Behruz Melikov




landşaft  sinfi  düzənlik  və  dağlıq  landşaftlarını  fərqləndirməyi  təklif  edirlər.  Dağ 

landşaftlarını fərqləndirən əsas əlamətlər mərtəbəliliyin və hündürlük qurşaqlarının 

olmasıdır.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  dağ  landşaftlarının  müxtəlifliyinə 

komplekslərin  strukturunun  mürəkkəbliyinə  bilavasitə  dağlıq  sahənin  coğrafi 

mövqeyi, enlik və uzunluq dairələri böyük təsir göstərir. Məsələn, Qafqaz və Orta 

Asiya  dağları,  tundra  və  səhrada  yerləşən  dağlar,  Uzaq  şərq  və  Mərkəzi  Asiya 

dağları  təbii  şəraitinə  və  landşaftın  yüksəklik  qurşaqlarının  strukturuna  görə  bir-

birindən ciddi fərqlənirlər. 

Landşaft  tipləri  zonal  əlamətlərdən  –  xüsusilə  istilik  və  temperaturun 

münasibətindən  asılı  olaraq  yaranır.  Bu  amil  yerüstü  və  yeraltı  suların  rejimini, 

ə

sas  təbii  proseslərin  xarakterini  və  inkişaf  istiqamətini,  fitosenozların  və 



zoosenozların  tərkibini  və  strukturunu  tənzimləyir.  Landşaft  tipləri  adətən  fiziki-

coğrafi zonalara müvafiq gəlməklə, tundra, meşə, meşə-çöl, səhra, yarımsəhra və s-

dən  ibarət  olur.  A.Q. saçenko  (1965)  landşaft  tiplərini  ən  böyük  təsnifat  vahidi 

hesab edir və landşaft sinfinin tipə tabe olunduğunu göstərir. 

Landşaft  cinslərinin  yaranmasında  və  təsnifat  sisteminin  bir  pilləsi  kimi 

ayrılmasında V.A.Nikolayev (1978) relyefin genetik tiplərini, Q. .Yurenkov (1982) 

isə    landşaft  tiplərinin  əyalətlilik  xüsusiyyətlərini  (qarışıq  meşələrin  şərqi  avropa 

landşaftları,  qarışıq  meşələrin  uzaq  şərq  landşaftları  və  s.)  əsas  təyinedici  ölçü 

hesab edirlər. 

Landşaftın tipoloji təsnifatının ən kiçik vahidini landşaft növlərini bəzi alimlər 

(A.Q. saçenko,  Q. .Yurenkov)  ərazinin  genetik  xüsusiyyətlərinə  görə,  bəziləri  isə  

(V.A.Nikolayev) dominant və ya fon yaradan mərzlərin strukturuna görə ayırmağı 

məsləhət görürlər. Landşaft növü mənşəyinə, strukturuna və morfologiyasına görə 

daha yaxın landşaftları birləşdirir. Bir  landşaft növünün ən vacib əlaməti eyni tipli 

relyef  və  ana  süxurların  üstünlük  təşkil  etməsidir.  Azərbaycan  landşafşünasları 

landşaft  növlərini  mezorelyefin  maillik  və  parçalanma  dərəcəsinə,  torpaq-bitki 

örtüyünün növ müxtəlifliyinə görə ayırırlar. 

Landşaftların  göstərilən  əsas  təsnifat  vahidlərindən  əlavə  keçid  mövqe  tutan 

vahidləri  də  (yarım  sinif,  yarımtip,  yarımcins,  yarımnöv  və  s.)  mövcuddur. 

Behruz Melikov

Behruz Melikov



Məsələn,  düzənlik    sinfi  daxilində  yüksək  düzənliklərin  və  ovalıqların  landşaft 

yarımsinifləri,  dağlarda  alçaq,  orta  və  yüksək  dağ  yarımsinifləri  fərqləndirilir. 

Azərbaycan  bütövlükdə  dağlıq  sinfinə  daxil  olmaqla  birinci  dərəcəli 

morfostrukturaya  görə  ayrılır.  Onun  daxilində  Kür-Araz  ovalığı,  Ceyrançöl-

Acınohur-Qobustan  arid  denudasion  alçaq  dağlığı,  Alazan-Əyriçay  dərəsi  və  s. 

ikinci  dərəcəli  morfostruktur  əlamətlərə  görə  yarımsinif  kimi  təsnifat  bölgüsünə 

daxil olur. Mülayim qurşağın meşə landşaft tipi daxilində şimali tayqa, orta tayqa 

və  cənubi  tayqa,  meşə-çöl  tipində-şimali,  mərkəzi  və  cənubi  meşə  çöl  landşaft 

yarımtipləri ayrılır. Təsnifat sistemi vahidlərinin belə ayrılması faktik materialların 

toplanması  və  təhlili,  onların  dəqiqlik  və  etibarlılıq  dərəcəsinin  tamlığı,  landşaft 

xəritələşməsinin  miqyasından  asılıdır.  Təcrübə  göstərir  ki,  xəritənin  miqyası  nə 

qədər  böyük  olarsa,  faktik  materiallar  da  o  qədər  çox  və  dəqiqlik  artıq  olacaqdır. 

Bu  tərtib  olunan  xəritənin  yüksək  tələbata  cavab  verməsi  üçün  vacibdir.  Əsas 

vahidlər kimi, keçid vahidlər taksonomik sistemdə dəqiq və möhkəm  yer tutur və 

bütünlükdə təsnifat qaydasına tabe olur. 

Azərbaycanın  ilk  landşaft  xəritəsi  tərtib  edilərkən  (müəllifləri  Müseyibov 

M.A.,  Kərəmov  N.K.,  Kərimov  Ş.B.,  Süleymanov  M.Ə.  miqyası  1:600  000,  elmi 

redaktorları  N.A.Qvozdetski  və  N.Ş.Şirinov),  yüksək təsnifat vahidi kimi  landşaft 

sinfi  qəbul  edilmişdir.  Həmin  təsnifata  görə  Azərbaycan  ərazisi  bütövlükdə  iki  – 

dağlıq  və  düzənlik  landşaft  siniflərinə  bölünmüşdür.  Lakin  son  20-25  ildə  bütün 

respublika ərazisində apardığımız iri, orta miqyaslı landşaft tədqiqatları və landşaft 

xəritələşmə işlərinin təhlili göstərir ki, dağarası, dağətəyi və dağ daxili düzənliklər, 

onların  landşaft  komplekslərinin  əmələ  gəlməsi  genetik  cəhətcə  həmin 

düzənliklərlə  təmasda  olan  və  onları  əhatə  edən  dağ  sistemləri,  onlardan  daşınıb 

gətirilən  denudasiya  materiallarının  toplanması  ilə  sıx  əlaqədədır.  Daha  doğrusu 

N.A.Qvozdestkinin təbrincə desək, dağarası çökəkliklər landşaftının yaranması və 

differensiasiyası,  onları  əhatə  edən  dağlarla  funksional  qarşılıqlı  əlaqə 

sistemindədir. F.N.Milkovun sözü ilə desək paragenetik əlaqəyə malikdir. Elə ona 

görə də, dağarası və dağdaxili çökəkliklərin landşaftını müstəqil düzənlik landşaft 

sinfi  kimi  ayırmaq  məqsədə  uyğun  deyil.  Onları  dağlıq  sinifi  üzərində  yarımsinif 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə