Mühazirə brahimov T. «Landşaft» nədir?



Yüklə 0,66 Mb.
Pdf görüntüsü
səhifə13/28
tarix21.10.2017
ölçüsü0,66 Mb.
#6375
1   ...   9   10   11   12   13   14   15   16   ...   28

Fasiya  landşaftlar  daxilində  canlı  orqanizmlərdə  olan  hüceyrələr  kimi,  enerji 

və  geokimyəvi  proseslərin  yarandığı  ilkin  özəkdir.  Bəzi  tədqiqatçılar 

(A.Q. saçenko)  landşaftlar  daxilində  baş  verən  maddələr  mübadiləsinin,  enerji  və 

maddələrin  çevrilməsi  proseslərinin  öyrənilməsini  fasiyadan  başlamağı  təklif 

edirlər.  Lakin  fasiyaya  maddə  və  enerjinin  dövranını  yaradan  müstəqil  qapalı 

sistem  kimi  baxmaq  olmaz.  Fasiyalar  bir-birilə  sıx  qarşılıqlı  əlaqə  şəraitində 

yerləşirlər.  Adətən,  fasiyalarda  profil  boyunca  qanunauyğun  olaraq  relyef  dəyişir 

və  fasiya  cərgələri  yaranır.  Relyefin  müsbət  və  mənfi  formalarını  əhatə  edən 

fasiyaların tam cərgəsi bir və bir neçə qonşu mərzlər arasında əlaqə yaradır. Tipik 

fasiya cərgələrinin öyrənilməsi landşaftın dinamikasını izah etməkdə tədqiqatçılara 

yaxından kömək edir. Fasiyaların təsnifatı da fasiya cərgələrinin təhlilinə əsaslanır. 

Landşaftın  təbii  inkişaf  prosesi,  insanların  təsərrüfat  fəaliyyətinin  təsiri 

altında,  onun  tam  dəyişməsi  ilk  növbədə  bitki  örtüyünün  xarakterindən  görünür. 

Elə  ona  görə  də  N.A.Solnsev  əsas,  yeni  təbii  və  törəmə  fasiyaları  fərqləndirməyi 

təklif edir. 

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 9 

brahimov T. 

Landşaftin dinamikasi və təkamülü 

Dinamika  və  inkişaf  prosesləri,  onların  daima  fəaliyyət  göstərən 

xüsusiyyətləri  komplekslərin  strukturları  ilə  eyni  vaxtda  öyrənilməlidir.  Vahid 

struktur  daxilində  baş  verən  və  onu  keyfiyyətcə  dəyişdirməyə  sövq  etməyən 

landşaft  dəyişgənliklərinə  landşaftın  dinamikası  deyilir.  Keyfiyyətcə  yeni  əlaqə 

formalarını  və  funksiyalarını  yaradan,  nəticədə  landşaftın  strukturunu  yenidən 

quran dəyişkənliklərə  landşaftın  inkişafı  (təkamülü) deyilir.  Hələ  son vaxtlaradək 

landşaftın  dinamikası  adı  altında  komplekslərin  xassələrində  gedən  bütün 

ə

yişikliklər başa düşülürdü (landşaftın fəaliyyəti və onun təkamülü). 



Son illərdə təbiətin mühafizəsi və ondan səmərəli istifadə yollarının meydana 

gəlməsilə  əlaqədar  olan  məsələlərin  həlli  prosesində  landşaftın  dinamikası  və 

inkişafı  (təkamülü)  anlayışlarının  ayrılması  məsələsinin  vacibliyi  ortaya  çıxdı. 

Dinamika  landşaftın  dəyişməsində  müşahidə  edilən  hadisələri  səciyyələndirən 

anlayışlardan  biridir.  O,  bu  qəbildən  olan  anlayışlar  cərgəsində  təxminən  orta 

mövqe tutmaqla, müxtəlif tipli dəyişkənlikləri əks  etdirir («işləmə» - «dinamika» - 

«təkəmül»).  Dinamiki    dəyişikliklər,  hadisələrin  dövrilik  və  ilkin  vəziyyətinə 

qayıda  bilmək  qabiliyyətilə,  tədrici  inkişaf,  yeni  təkamül  isə  müəyyən  məqsdə 

(istiqamətə)  doğru  yönəldilməsi  və  ilkin  vəziyyətinə  qayıda  bilməməsilə 

səciyyələnir.  Əlbəttə  landşaftlar  daxilində  baş  verən  dəyişikliklərin  belə  bölgüsü 

şə

rti xarakter daşıyır. Çünki təbiətdə dönməyən, ilkin vəziyyətinə qayıda bilməyən 



dəyişkənliklər  olmur.  Hər  bir  ritmik  dəyişkənlikdən  sonra  əvvəlki  vəziyyətə 

qayadarkən,  az  və  ya  çox  dərəcədə  əyintilər  müşahidə  edilir.  Bu  «əyintilər» 

yığılaraq  ən  nəhayət  landşaftın  strukturunu  və  inkişafını  dəyişdirir.  Buradan 

görünür  ki,  landşaftlar  daxilindəki  hərəkətlər  ritmik  və  mütərəqqi  xarakterə 

malikdir.  Komplekslərdə  inkişaf  ayrı-ayrı  ritmlər  üzrə  gedir  və  onu  spiralın 

həlqəsilə müqayisə etmək olar. Spiralın hər yeni həlqəsi təbii ərazi komplekslərini 

mütərəqqi hərəkətə doğru aparır. 

Behruz Melikov

Behruz Melikov



Ritmika  kompleks  hadisələrin  zaman  etibarilə  təkrarlanmasına  deyilir. 

Təkrarlanma  zamanı  hər  hansı  dəyişkənliyin  bir  istiqaməti  inkişaf  edir.  ki  ritm 

forması fərqləndirilir, dövrü və siklik. 

Dövrü ritmika dedikdə, eyni vaxtda baş verən ritmlər başa düşülür. Məsələn, 

yerin öz oxu ətrafında fırlanma müddəti, onun günəş ətrafında hərəkət vaxtı. 

Dəyişən  ritm  müddətləri  sikl  adlanır.  Siklin  müddəti  həmişə  orta  rəqəmlərlə 

səciyyələnir. Məsələn, Günəş ləkələrinin orta təkrarlanması hər 11 ildə bir əfə baş 

verir. 


Ritmilik  Yerin  landşaft  təbəqəsinin  ayrılmaz  əlamətidir.  Hər  hansı  landşaft 

kompleksi  digərindən  yalnız  relyefin,  bitki  örtüyünün,  torpağın  və  başqa 

komponentlərin  əlaqə  xüsusiyyətinə  görə  deyil,  ritmliyin  xarakterinə  görə  də 

fərqlənir.  Dövrü  ritmliyə  landşaftın  struktur  əlamətlərindən  biri  kimi  baxmaq 

lazımdır.  Ritmlik  min  illər  boyu  yaranmış  landşaftın  biogen  komponentləri  üçün 

xüsusi  əhəmiyyətə  malikdir.  Bu  ritmlər  müasir  dövrdə  orqanizmlərin  normal 

mövcudluq şəraiti üçün vacibdir. 

Təkamül  dəyişkənliklərinə  və  sabitləşdirici  dinamikaya  aid  olan  proseslərə 

aşağıdakılar  daxildir.  Dinamiki  dəyişikliklər  inkişaf  edərək  tədricən  keyfiyyət 

dəyişiklərinə keçir və təbii komplekslərin təkamülünü şərtləndirir. 

Landşaftlarda  dinamiki  dəyişikliklər  onun  daxili  davamlılığı  hesabına 

proseslərin  məcmuuna  görəbaş  verir.  Landşaftın davamllığı  xarici  təsirlərin  (təbii 

və  antropogen)  təzyiqi  altında  strukturun  və  fəaliyyət  xarakterinin  saxlanma 

xüsusiyyətidir.  Davamlılıq  landşaftın  nisbətən  sakitlik  dövrü  olub,  onun 

strukturunda  ilkin  vəziyyətinə  qayıda  bilməz,  yəni  dönən  proseslərin  üstünlüe 

təşkil  etdiyi  və    zaman  etibarilə  dəyişmənin  müşahidə  olunması  ilə  səciyyələnən 

mərhələdir. Elə bu da landşafta öz-özünü tənzimləyən sistem kimi baxmağa imkan 

verir. Öz-özünü tənzimləmə fəaliyyəti landşaftlar üçün tipik olan vəziyyəti, rejimi 

və  komponentlər  arasındakı  əlaqəni  saxlamaqdır.  Öz-özünü  tənzimləmə 

mexanizmi  daxili  əlaqələrin  intensivliyi  və  yeni    əlamətlərin  əmələ  gəlmə 

xarakterinə xidmət edir. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə