Mühazirə 4-4 saat Həyat səviyyəsinin statistikası



Yüklə 322,5 Kb.
səhifə2/3
tarix13.02.2023
ölçüsü322,5 Kb.
#100716
növüMühazirə
1   2   3
mühazirə 4hey sev-1

Əhalinin həyat səviyyəsini xarakterizə edən vahid ümumüəşdirici göstərici olmadığına görə onu təhlil etmək üçün aşağıdakı qruplarda birləşdirilmiş göstəricilərdən istifadə olunur:

  • əhali tərəfindən iqtisadi nemətlərin satın alınmasına sərf olunan və onların istehlakı göstəriciləri;

  • qənaət (yığım);

  • yığılmış (toplanmış) əmlak və əhalinin mənzillə təmin olunması göstəriciləri;

  • əhali gəlirlərində fərq, yoxsulluğun səviyyəsi və həddi göstəriciləri;

  • sosial-demoqraflk göstəricilər;

  • əhalinin həyat səviyyəsinin qiymətləndirilməsinin ümumiləşdirici göstəriciləri.

Bu göstəricilər sosial-iqtisadi statistikanm ümumi göstəricilər sistemində xüsusi yer tutur. Çünki onlaın çoxundan iqtisadiyyatın ümumi vəziyyətinə xarakteristika vermək, ölkələrin beynəlxalq miqyasda müqayisəsini aparmaq, sosial-iqtisadi siyasətin prioritet istiqamətlərini müəyyən etmək üçün istifadə olunur.
Əhalinin həyat şəraitini səciyyələndirmək üçün dörd səviyyə fərqləndirilir:

  • bolluq (adamların hərtərəfli inkişafını təmin edən nemətlərdən istifadə);




  • normal səviyyə (adamların fiziki və intellektual qüvvəsinin bərpasını təmin edən, elmi cəhətdən əsaslandırılmış normalar üzrə nemətlərin səmərəli istehlakı);

  • kasıblıq (işçi qüvvəsinin təkrar istehsalı üçün iş qabiliyyətinin saxlanması səviyyəsində nemətlərin istehakı);

  • dilənçilik (adamların yaşamaq qabiliyyətini saxlamağa imkan verən nemətlərin və xidmətlərin minimal istehlakı).

Həyat səviyyəsi statistikasının əsas vəzifəsi əhalinin həyat səviyyəsi göstəricilərinin hesablanması və təhlili metodologiyasını və habelə həyat səviyyəsinə təsir edən amillərin öyrənilməsi metodlarını işləyib hazırlamaqdan ibarətdir.
Əhalinin həyat səviyyəsini xarakterizə edən əsas göstəriciəri, əhalinin gəlirləri və xərcləri kimi göstərmək olar.
Gəlirlər, həmçinin, sərəncamda olan və mobil gəlirlərə bölünür. Sərəncamda olan gəlirlər ümumi pul gəlirlərindən məcburi ödəmələri və vergiləri çıxdıqdan sonra qalan pul kütləsidir.
Ümumiyyətlə pul gəlirləri 2 şəkildə olur: real və nominal. Nominal pul gəlirləri qiymətlər səviyyəsinə görə korrektə
olunmamış, real pul gəlirləri isə əksinə korrektə olunmuş pul gəlirləridir. Real pul gəlirləri aşağıdakı kimi hesablanır:

Başqa sözlə real gəlirlər bilavasitə pulun alıcılıq qabiliyyətini xarakterizə edir.
Ev təsərrüfatlarının xərcləri ümumi şəkildə aşağıdakı şəkildə bölmələrə ayrılır:

  • istehlak xərcləri(ərzaq, qeyri-ərzaq malları, xidmətlər);

  • istehlak ilə bağlı olmayan xərclər(vergi, yığım, ödəmə, kreditin bağlanması, ssudanın və ya borcun qaytarılması, daşınmaz əmlakın əldə edilməsi, yığım və s. );

  • şəxsi həyətyanı təsərrüfatın saxlanılmasına xərclər;




  • sahibkarlıq fəaliyyətinə xərclər.

Əhalinin həyat səviyyəsini xarakterizə edən göstəricilərin müəyyən edilməsi, onda baş verən dəyişikliklərin müşahidə olunması üçün müəyyən informasiya tələb olunur:

  1. Əhalinin siyahıya alınması;

  1. Xüsusi seçmə müayinələr.


Yüklə 322,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə