Mühazirə 4-4 saat Həyat səviyyəsinin statistikası


Əhalinin xərcləri aşağıdakı göstəricilərlə ifadə olunur



Yüklə 322,5 Kb.
səhifə3/3
tarix13.02.2023
ölçüsü322,5 Kb.
#100716
növüMühazirə
1   2   3
mühazirə 4hey sev-1

Əhalinin xərcləri aşağıdakı göstəricilərlə ifadə olunur:
1.Ərzaq məhsullarına xərclər; 2.Qeyri-ərzaq məhsullarına xərclər; 3.Xidmətlər üçün xərclər; 4.Kommunal xərclər; 5.Məcburi xərclər (vergi, rüsum və s.); 6.Qənaət.

Səmərəli sosial siyasət yürütmək, dövlətin qəbul etdiyi qərarların təsirini proqnozlaşdırmaq üçün əhalinin müxtəlif qruplarının maddi vəziyyətinə dair tam və dürüst məlumat olmalıdır. Jəmiyyətin həyat səviyyəsinə görə diferensiasiyası iqtisadi, sosial-demoqrafik və coğrafi amillər kompleksinin qarşılıqlı təsirinin nəticəsidir. Əhalinin sosial qeyri-bərabərliyinin qiymətləndirilməsi statistikanın əsas vəzifələrindən biridir.
Pul gəlirlərinə görə əhalinin differensasiyasının öyrənilməsində aşağıdakı göstəricilər sistemi istifadə olunur:
-adambaşına düşən gəlirlərə görə əhalinin bölgüsünün struktur xarakteristikalarına əsaslanan göstəricilər (Desil əmsalı, fond əmsalı və s.);
-gəlirlərə görə bütün əhalinin paylanmasına əsaslanan göstəricilər: Lorens əyrisi və əmsalı, Cini əmsalı;
-əhalinin desil qruplarına və ya eyni alıcılıq qabiiyyətli qruplarına görə yenidən bölünməsi.
Əhalinin həyat səviyyəsi statistikası onların gəlirlərinin səviyyəsindəki fərqləri də öyrənməklə məşğuldur. Bu məqsədlə
yoxsulluq həddində yaşayan əhalinin hissəsi göstərijisindən istifadə olunur.

Yoxsulluq əmsalı yaşayış minimumundan aşağı gəliri olan əhalinin sayının ölkə əhalisinin ümumi sayına nisbəti ilə hesablanır.


Son məlumata görə Azərbayjan Respublikasında əhalinin yoxsulluq əmsalı 30 %-ə yaxındır.
Gəlirlərin ümumi məbləğinin əhalinin müxtəlif qrupları arasında hansı nisbətdə bölüşdürülməsinin öyrənilməsi də böyük maraq doğurur. Bu məsələnin belə qoyuluşu əhalinin müxətlif qrupları arasında gəlirlərin təmərküzləşmə dərəjəsini təhlil etməyə və onların qeyri-bərabər bölüşdürülməsini miq-darja qiymətləndirməyə imkan verir. Təhlil aləti Lorens əyri-sidir və onun əsasında hesablanan gəlirlərin təmərküzləşməsi indeksi (Jini əmsalı) və fondlar əmsalıdır.
Lorens əyrisi əhalinin sayının və onların əldə etdiyi ümumi gəlirin məbləğinin nə dərəjədə uyğun gəldiyini əks etdirir. Onu qurmaq üçün əhali sayja bərabər olan və hər nəfərə düşən gəlirin səviyyəsinə görə fərqlənən qruplara ayrılır. Qruplar adambaşına düşən gəlirin məbləğinə görə yaradılır. Hər qrup üzrə tezlik, yəni əhalinin ümumi sayından və gəlirlərin ümumi məbləğində hissə, onun əsasında isə toplanmış tezliklər müəyyən edilir. Düzbujaqlı koordinat sistemində absis oxu üzərində əhalinin sayına görə qrupların toplanmış tezliklər yazılır, ordinat oxu üzərində isə ar-tan yekunla gəlirlərin hissəsi qeyd olunur. Gəlirlər bərabər surətdə bölüşdürülərsə, ən aşağı gəlirlə əhalinin ondabiri gəlirlərin ümumi məbləğinin 10%-nə malik olajaq; əhalinin beşdəbiri isə gəlirlərin 20%-ə malik olar.
Aşağıdakı şəkildə gəlirlərin bərabər surətdə bölgüsü koordi-natınAbaşlanğıjıiləJnöqtəsinibirləşdirən düzxəttiləgöstərilir.

Gəlirlərin bölgüsündə qeyri-bərabərlik nə qədər çox olarsa, gəlirlərin faktiki bölüşdürülməsi xətti bərabər bölüşdürmə xəttindən bir o qədər fərqlənəjəkdir. Gəlirlərin bölüşdürülməsində bərabərsiziklər nə qədər güjlü olarsa, So fiqurunun sahəsi bir o qədər böyük olajaqdır. So fiqurunun sahəsi ilə AJD üçbujağının sahəsini müqayisə etməklə (sonuncu So+S1-in sahələrinin jəminə bərabərdir), gəlirlərin qeyri-bərabər bölüşdürülmə dərəjəsinin miqdar ölçüsünü əldə edirik. Buna gəlirlərin təmərküzləşmə indeksi və yaxud Cini əmsalı deyilir. Göstəricinin səviyyəsi nə qədər yüksək olarsa, jəmiyyətdə gəlirlərin bölüşdürülməsinin qeyri-bərabərliyi də bir o qədər çox olajaqdır. Bu əmsalların hesablanmasını aşağıdakı misalla izah edək. Əvvəljə Lorensin sosial bərabər-sizlik əmsalını hesablayaq:



Yüklə 322,5 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə