Mühazirə 12. İbtidai siniflərdə morfologiyanın tədrisi metodikası



Yüklə 0,79 Mb.
səhifə9/9
tarix31.12.2021
ölçüsü0,79 Mb.
#82459
növüMühazirə
1   2   3   4   5   6   7   8   9
Mühazirə 12morfologiya

Zərfin tədrisi

Zərf haqqında IV sinifdə məlumat verilir. Bu mövzunu keçərkən müəllim şagirdlərin digər nitq hissələri haqqında biliklərinə əsaslanmalıdır. Xüsusilə, zərfin aid olduğu nitq hissəsi və sual ətrafında müzakirə aparmalıdır. Çünki hər bir nitq hissəsinin özünəməxsus əlamətləri düzgün mənimsədilməsə, şagirdlər zərflə sifəti qarışıq salarlar.

Şagirdlər artıq öyrənmişlər ki, hər bir varlığın, əşyanın adı, əlaməti, keyfiyyəti və sayı vardır. Bütün bu xüsusiyyətlər nitqdə isim, sifət və sayla ifadə olunur. Deməli, isim, sifət, say varlığa aid olan nitq hissələridir.

Bəs hərəkəti izah edən nitq hissəsi varmı? Bu sualla müəllim yeni nitq hissəsinin öyrədilməsinə, müzakirəsinə başlayır. Axşam (nə vaxt?) gəlmək, çox (nə qədər?) oxumaq, yuxarıda (harada?) oturmaq, qəhrəmancasına (necə?) döyüşmək və s. kimi nümunələr göstərməklə şagirdlər zərf haqqında biliklərə yiyələnməyə başlayırlar. Uşaqlara belə sualla müraciət etmək olar ki, “qəhrəmancasına” sözünə sifət demək olarmı? Şagirdlər cavabları ilə sonda belə qənaətə gəlirlər ki, bu söz varlığın deyil, hərəkətin əlamətini bildirir, ona görə də sifət sayıla bilməz. Deməli, zərf hərəkəti izah edir. Hərəkəti müxtəlif cəhətdən izah edən sözlərə zərf deyilir.

Zərflər hərəkətin əlamətini, yerini, zamanını, miqdarını bildirir. Bunlar zərfin məna növləridir və yuxarıda verilən misallar bu növlərə aid nümunələrdir. “Zərf” bəhsi keçilərkən sifət və zərfin eyni suala (necə?) cavab olmaları diqqət mərkəzində olmalıdır. Məsələn: Yaxşı dost dar gündə tanınar. Səmayə müəllim yeni dərsi yaxşı izah etdi. Bu cümlələrdən birincisində “yaxşı” sözü sifət, ikincisində isə “yaxşı” sözü zərfdir, yəni biri varlığın əlamətini bildirən sifət, digəri isə hərəkətin əlamətini bildirən zərfdir. Şagirdlərə başa salınır ki, sifət ismə, zərf isə felə aid olur. Bu nitq hissələrinin hər birinə aid olan leksik və qrammatik xüsusiyyətlərin bir-birindən fərqləndirilməsi, oxşar cəhətlərinin göstərilməsi mövzunun daha dərindən mənimsənilməsinə kömək edir.

IV sinifdə müəllim felləri aramla deyir, şagirdlər hər birini cədvəlin müvafiq qrafasına yazırlar.





Şəxslər

1-ci şəxs

2-ci şəxs

3-cü şəxs

tək

cəm

tək

cəm

tək

cəm

1. Indiki z.



















2. Keçmiş z.



















3.Gələcək z.


















Feillərin təsrifi üzrə iş prosesində et, get felləri indiki və gələcək zaman şəkilçiləri qəbul edərkən t samitinin d samiti ilə əvəz olunması, həmçinin gələcək zaman şəkilçilərindən sonra 1-ci şəxsin sonluqları əlavə olunduqda q-nın ğ-ya, k-nın y-ya keçməsi şagirdlərin nəzərinə çatdırılmalıdır. Burada onların əvvəllər öyrəndikləri bir qanunauyğunluğu - iki sait arasında q-nın ğ-ya, k-nın y-ya keçməsini xatırlatmaq lazımdır. Qeyri-qəti gələcək zaman şəkilçilərinin yazılışı ilə əlaqədar yeni bir qanunauyğunluq öyrədilməlidir. Şagirdlərə başa salınmalıdır ki, yoxla, işlə - kimi sonu saitlə bitən düzəltmə fellərə -ar, -ər şəkilçilərini artırmaq üçün sözlə şəkilçinin arasına bitişdirici y samiti əlavə edilməlidir: yoxlayar, işləyər.

III və IV siniflərdə şagirdlər mürəkkəb fellərlə rastlaşırlar. Belə fellər, əsasən, frazeoloji vahid olub, çox vaxt təhlil prosesində dolaşıqlıq törədir. Şagirdlər onların hər birinə səhvən ayrılıqda sual verirlər. Məsələn, “başa düşdü” mürəkkəb xəbərinə belə suallar verirlər: nəyə?-başa, nə etdi?-düşdü. Ona görə də belə hallarda nə etdi? sualı qoyulmalıdır. Bundan əlavə, belə halların yaxın mənalı bir sözlə əvəz olunması üzrə iş aparmaq lazımdır: başa düşdü-anladı; qulaq asdı-dinlədi. Belə leksik işlər şagirdlərin lüğət ehtiyatlarının genişləndirilməsində mühüm rol oynayır.

“ Məsdər” mövzusunun tədrisi zamanı şagirdlərə məsdərin fellərin adını göstərməsi, zaman, şəxs bildirməməsi, nə etmək? nə olmaq? suallarına cavab verməsi, fel köklərinə -maq, -mək şəkilçilərini əlavə etməklə düzəlməsi, isim kimi hallanması haqqında məlumat verilir. Məsələn, Əzimə “Ana” şerini söyləmək istəyir. Gülxarın ən böyük arzusu müəllim olmaqdır. Əmircan hekayəni maraqla oxumağa başladı. Sevil çiçəklərə qulluq etməyi çox sevir .

Məsdərin tədrisi ilə əlaqədar iki cəhətə xüsusi diqqət yetirilməlidir:

1) Məsdər şəkilçilərini müəyyən sözlərdə (məsələn: çomaq, yamaq, qarmaq, damaq, qaymaq, kömək, əmək, lümək vəs.) onlara bənzər hissələrlə qarışdırılmasına yol verməmək; 2) Məsdər şəkilçiləri hallanarkən yiyəlik, yönlük və təsirlik halda q-nın ğ-ya, k-nın y-ya keçməsinə düzgün riayət olunmasını təmin etmək.



Dialektizmlərin dərin kök saldığı şəraitdə buna ümumi diqqət yetirilməlidir.
Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə