Mühazirə 1 Mövzu: İnformasiya nəzəriyysi, onun əsas məqsədi və tapşırıqları


İnformasiya nəzəriyyəsinin baza anlayışı



Yüklə 20,01 Kb.
səhifə2/3
tarix25.04.2023
ölçüsü20,01 Kb.
#106915
növüMühazirə
1   2   3
muhazire 1 (4221a)

İnformasiya nəzəriyyəsinin baza anlayışı.
İnformasiya – qeyri-maddi məhsuldur və o istənilən dəqiqliklə real , virtual hadisələri təsvir edə bilər. Başqa cür desək, informasiya - obyektlər və ətraf mühitin hadisələri, onların parametrləri, xüsusiyyətləri və vəziyyəti haqqında olan qeyri-müəyyənlik dərəcəsini və biliklərin natamamlığını azaldan məlumatlardır.
İnformasiyanın alınası, ötürülməsi, emalı və saxlanılmasıyla bağlı miqdar qanunauyğunluqlarını öyrənən (araşdıran) elm informasiya nəzəriyyəsi adlanır.
İN-nin əsas bölmələri: mənbənin kodlaşdırılması və əngələdavamlı kodlaşdırma.
İnformasiya nəzəriyyəsi kriptoqrafiyayla ilə də sıx bağlıdır.
Müxtəlif növ informasiyaların qəbulu, emalı, ötürülməsi və saxlanması istənilən idarəetmə sisteminin işləməsi üçün əvəzsiz şərtdir. Bu prosesdə həmişə sistemin müxtəlif hissələri arasında informasiya mübadiləsi olur.
Hər hansı bir informasiyanın ötürülməsi üçün o müvafiq qaydada “kodlaşdırılmalıdır”, yəni. xüsusi simvolların və ya siqnalların dilinə çevrilməlidirlər.
İnformasiyanı ötürən siqnallar elektrik impulsları, işıq və ya səs vibrasiyası, mexaniki hərəkətlər və s. ola bilərlər.
İnformasiya nəzəriyyəsinin vəzifələrindən biri simvolların minimum sayından istifadə edərək verilmiş informasiyanı ötürməyə imkan verən ən qənaətcil kodlaşdırma üsullarını tapmaqdır. Bu problem rabitə kanalında təhriflərin həm olmadıqda, həm də (səs-küy) olduqda həll olunur.
İnformasiya nəzəriyyəsinin başqa bir tipik tapşırığı aşağıdakı kimi qoyulur:
Fasiləsiz olaraq informasiyanı yaradan informasiya mənbəyi (ötürücü) və bu informasiyanın digər instansiyaya (qəbuledici) ötürüldüyü rabitə kanalı mövcuddur. Kanalın öz vəzifəsinin "öhdəsindən gəlməsi" üçün rabitə kanalının buraxabilmə qabiliyyəti nə qədər olmalıdır ki, bütün daxil olan informasiyanı gecikmələr və təhriflər olmadan ötürə bilsin?
İnformasiya nəzəriyyəsinin başqa bir tapşırığı, vəzifəsi informasiyanın saxlanması üçün nəzərdə tutulmuş saxlama qurğularının tutumlarının müəyyən edilməsi, informasiyanın daxil edilməsi və xaric edilməsi metodlarının təyini ilə bağlıdır.
Beləliklə, İN tətbiqi riyaziyyatın informasiyanın ölçülməsi, rabitə kanallarının tutumunun təyin edilməsi ilə məşul olan bir bölməsidir.
Bundan əlavə, informasiya nəzəriyyəsi faydalı xüsusiyyətlərə malik kodların qurulması üsullarını öyrənir.
Hər hansı bir riyazi nəzəriyyə kimi, informasiya nəzəriyyəsi də real fiziki obyektlərlə (mənbələr və rabitə kanalları) deyil, riyazi modellərlə işləyir.
Bu cür problemləri həll etmək üçün, ilk növbədə, ötürülən və ya saxlanılan məlumatların miqdarını, rabitə kanallarının genişliyini və onların müdaxilələrə (təhriflərə) həssaslığını necə ölçməyi öyrənmək lazımdır.
Rabitə kanalları – informasiyanın ötürülməsi mühitidir, hansı ki, ilk növbədə verilənlərin ötürürlməsi sürətinin maksimal imkanı ilə (əlaqə kanalının tutumu ilə) səciyyələnir.
Səs-küy –informasiya ötürülən zaman əlaqə kanalındakı maneələrdir.
Kodlaşdırma –diskret informasiyanın göstərilən üsullardan biri ilə çevrilməsidir: şifrləmə, sıxma, səs-küydən müdafiə və s.
Bundan sonra əlaqə deyərkən informasiyanın mənbədən qəbulediciyə ötürülməsini başa düşəcəyik. Və bu zaman informasiyanın yalnız siqnal çəklində ötürülməsini nəzərdə tutcağıq.
Hər hansı maddi obyektin vəziyyəti haqqındakı məlumatların məcmusu xəbər adlanır. Məsafədən xəbərin ötürülməsi üçün hər hansı bir fiziki prosesi tətbiq etmək lazımdır və bu proses zamanı məlumatın parametrlərində dəyişiklik baş verir. Fiziki prosesin belə dəyişdirilməsi siqnal adlanır. Beləliklə, mənbədən məlumatların qəbulediciyə ötürülməsi informasiyanın maddi daşıyıcısı olan siqnalların köməyi ilə həyata keçirilir.

Yüklə 20,01 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə