Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 14 OKEANSAHİLİ SUBBOREAL MEŞƏ, SUBBOREAL ÇÖL, ARALIQ DƏNIZİ TİPLİ, SUBTROPİK YARIMSƏHRA VƏ SƏHRA LANDŞAFTLARI



Yüklə 0,75 Mb.
səhifə39/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   42
dunya land. - копия 2018

Mühazirə 14
OKEANSAHİLİ SUBBOREAL MEŞƏ, SUBBOREAL ÇÖL, ARALIQ DƏNIZİ TİPLİ, SUBTROPİK YARIMSƏHRA VƏ SƏHRA LANDŞAFTLARI
Plan:

  1. OKEANSAHİLİ SUBBOREAL MEŞƏ LANDŞAFTLARI

  2. SUBBOREAL ÇÖL LANDŞAFTLARI

  3. ARALIQ DƏNIZİ TİPLİ LANDŞAFTLARI

  4. SUBTROPİK YARIMSƏHRA VƏ SƏHRA LANDŞAFTLARI LANDŞAFTLARI



Avstraliya və Okeaniyanın ən cənub landşaftları okeansahili humid subboreal tipə aiddir. Adı çəkilən əraziyə 380 cənub enliyindən cənuba, Yeni Zelandiyanın böyük hissəsi (şərq yamacın çöl zolağından başqa), Tasmaniyanın qərbi və cənubu, Avstraliya materikinin cənub-şərqindəki kiçik ərazilər aiddir. Yuxarıda göstərdiyimiz landşaft tipinin oxşarı, tamamilə eyni enlikdə yerləşən, Cənubi Amerikanın Sakit okean landşaftlarıdır. Bu landşaft tipinin uzaq oxşarı kimi Şimali Amerikanın Sakit okeansahili subboreal landşaftlarını göstərmək olar. Bu landşaftların təbiəti müəyyən ekzpozision xarakterə malikdir. Hidrotermik şəraitin özünəməxsusluğu, hakim olan qərb hava kütlələrinə münasibətdə küləkdöyən vəziyyət tutması və okeanın daimi təsiri ilə əlaqədardır. İqlimi rütubətli dəniz olub, orta temperaturların illik amplitudası 8100C, isti qışı (ən soyuq ayın orta temperaturu iyul ayı üçün 580C), nisbətən sərin yayı (yanvarın və ya fevralın orta temperaturu 14180C), havanın nisbi rütubətinin yüksək olması (bütün il boyu 80%) və yağıntının bolluğu ilə seçilir. Cənubda, adətən şaxtalar olur, mütləq minimum temperatur -70C-ə çatır, şimala getdikcə şaxtalı günlərin sayı azalır və Yeni Zelandiyanın Şimal adasının düzənliklərinin böyük hissəsində şaxta hər il müşahidə olunmur. Yağıntının illik miqdarı 1000 mm-i keçir, qərb yamaclarda və sahilyanı rayonlarda – adətən, 2000 mm, bəzi yerlərdə 7000 mm-ə qədər yağıntı düşür. Yağıntı fəsillər üzrə bərabər paylanmışdır, ancaq şimala doğru qış yağıntılarının payı artır. Yayda rütubətlənmə əmsalı vahiddən aşağı ola bilər (onun orta illik göstəricisi vahiddən xeyli yuxarıdır). Düzənliklərdə qar çovğunları nadir hallarda olur (il ərzində 13 dəfə, cənubda tez-tez), dağların yamaclarında (800900 m-dən yuxarı) davamlı qar örtüyü əmələ gəlir, 2000 m-dən yuxarıda yağıntı artıq qar halında düşür.
Çöl tipli semiarid landşaftlar Yeni Zelandiyada böyük sahə tutmur, onlar əsas etibarilə Cənub adasında 430 və 450 cənub enlikləri arasında, Cənub Alplarının yağış kölgəsində (Kenterberi maili düzənliyində), həmçinin Otaqo dağlıq yaylasının dağarası çökəklərini və Şimal adasının ensiz sahil zonasını (Xok körfəzi boyunca) tutur. Bu landşaftlar subboreal meşə landşaftlarından temperatur rejimi və istilik təminatına görə az, rütubətlənmə dərəcəsinə görə çox fərqlənir. Bu bir tərəfdən, qərb küləklərinin dağlardan keçərək aşması ilə əmələ gələn fyonların fəaliyyəti və baryer-kölgə effektinin nəticəsidir, yağıntıların illik miqdarı burada, 600500 mm-ə qədər azalır (bəzi qapalı çökəkliklərdə isə – 400 mm-dən az). Digər tərəfdən, çox quru hava buxarlanmanın artmasına şərait yaradır, buna görə də buxarlanma əmsalı 0,50,6-dan yuxarı olmur və yalnız qış aylarında (maydan avqusta kimi) vahiddən yuxarı olur. Yağıntının il ərzində kifayət qədər bərabər paylanmasına baxmayaraq, bəzən onun miqdarının illərarası dəyişməsi ilə əlaqədar yayda quraqlıq olur.
Düzənliklərdə də axın əmsalı əhəmiyyətli dərəcədə azalır, lakin çaylar dağlardan başlayır və kifayət qədər bol, qarışıq (qar və yağış suları) qidalanmaya malikdir. Daşqınlar zamanı onlar böyük miqdarda müxtəlif mexaniki tərkibli gətirmələr gətirir və düzənliklərdə çökdürür.
Düzənliklərin torpaqlarını, adətən qonur-boz torpaqlar adlandırırlar. Onlarda 2 horizont fərqləndirilir: nisbətən yüngül, zəif turş reaksiyalı, 1,52,0% humuslu yuxarı humus (1530 sm) horizontu və daha ağır və qalın, bəzən aşağı hissədə karbonatlı alt horizont. Ən quru çökəkliklərdə torpaqlar şabalıdıya yaxındır. Meşə torpaqlarına keçidi (düzənliklərdə və alçaqdağlıq qurşaqda), daha aydın seçilən, humus horizontlu (56% humus), turş, doymamış, karbonatsız sarı-boz torpaqlar əmələ gətirir. Təbii bitki örtüyü sıx yerləşmişdir. Sahil zonasında endemik Yeni Zelandiya kətanı yayılmışdır.
Təbii bitki örtüyü yulaf (Festuca novae-zelandiae), qırtıc (Poa caespitosa) və ayrıc (Agropyron scabrum-yemlik dənlik bitki) üstünlük təşkil edən, hündürlüyü 3050 sm olan kom şəklində sərt taxılkimilərdən ibarətdir. Düzənliklərin kənarlarında, daşlı torpaqlarda murdarçakimilər (Discaria toumatosa), paxlalılar (Carmichaelia) və özünəməxsus çətirli – Aciphylla ibarət kolluqlar müşahidə olunur. Sahilyanı zolaqda endemik Yeni Zelandiya kətanı (Phermium tenax) yayılmışdır. Taxılkimilər qrupu təbii şəraitdə, adətən 600 m hündürlüyə qədər, daha sonra kolluqlardan yuxarıda, fıstıq meşələrində də yayılmışdır. Meşələrin yandırılması bəzi yerlərdə (cənub yamaclarda), meşələrin yuxarı sərhədinə qədər alçaq taxılkimilərin yayılmasına şərait yaratmışdır. Meşələrin müntəzəm yandırılması və mal-qaranın otarılması taxılkimilərin deqradasiyasına və eroziyanın inkişafına gətirib çıxarır.
Subtropiklərin kəskin və ya ekstraarid landşaftları Böyük Avstraliya körfəzindən şimalda və Murreyin hövzəsində yerləşmişdir. Baxmayaraq ki, Avstraliyada səhraların olması bəzən mübahisələrə səbəb olur (Вальтер, 1968, т.1, с.437), həqiqətdə isə, xüsusən tropik qurşaqda, materikin mərkəzində xeyli ərazi tutur. Subtropiklərdə tipik səhralarla yanaşı, hidrotermik xarakteristikasına görə yarımsəhralara oxşayan kolluqlu, sklerofil meşəlikli (malli-skrab) arid landşaftlar inkişaf etmişdir. Temperatur şəraitinə görə səhra və yarımsəhra landşaftları yaxındır. İqlim tipik kontinentaldır; yanvarın temperaturu 25260C təşkil edir və yalnız sahil zonasında o, 21220C-ə qədər enir; mütləq maksimum demək olar ki, 500C-ə çatır. Qışı isti (iyulun orta temperaturu 10120C), ancaq şaxtaların olması mümkündür və temperatur -50C-ə qədər enə bilər. Sutkalıq amplituda əhəmiyyətli dərəcədə çoxdur (200C-ə qədər və yuxarı).
Səhra və yarımsəhralar arasındakı rütubətlənmə fərqi kifayət qədər nəzərə çarpacaq dərəcədədir. Səhralarda il ərzində 150250 mm yağıntı düşür və rütubətlənmə əmsalı (R.ə.) 0,1-dən aşağıdır; yarımsəhralarda, qanunauyğun olaraq 200400 mm və 0,100,25 göstəriciləri tipikdir. Hər yerdə illik buxarlanma 2000 mm-dən yuxarıdır. Yağıntı əsasən, qış qərb siklonları ilə gətirilir və onun böyük hissəsi (ay ərzində 3035 mm) may-iyuna (iyula) düşür. Yayda quru cənub-şərq passatları üstün olur və yağıntının aylıq norması 1510 mm-ə qədər azalır. Şimala doğru, yağıntıların düşməsində dövrü (fəsli) fərqlər aradan qalxır və onların ümumi miqdarı aşağı düşür, bununla belə, ildən-ilə böyük tərəddüdlər müşahidə olunur. Rütubətlənmə əmsalı göstəricisi 4 yay ayından yalnız birində 0,25-i keçə bilər (ancaq, bir qayda olaraq, 0,5-dən yuxarı olmur).
Axın kəmiyyəti aşağıdır və başlanğıcını Şərqi Avstraliya dağlarından götürən Murrey sisteminin tranzit çaylarını çıxmaqla, daim axarlı çayları yoxdur.
Torpaq əmələgəlmənin xarakteri arid və ekstraarid şəraitdə olduğu kimidir. Çökəklərdə, zəif drenajlı allüvial düzənliklərdə duzlar intensiv akkumlyasiya olunur. Plakor şəraitdə qonur səhra-çöl və boz-qonur tipli, aşağı horizontda adətən duzlaşmış və gipsləşmiş, çox vaxt qalın karbonat horizontlu (hardpan) torpaqlar dominantdır. Bəzi yerlərdə əhəngdaşılı qabıq yer səthinə çıxır. Hər yerdə şoran və şoranlıq ləkələrinə rast gəlinir.
Səhranın bitki örtüyü seyrək örtük əmələ gətirən, əsas etibarilə ərkudə (Kochia=Maireana sedifolia) və sirkənli (Atriplex vesicaria) yarısukkulent, halofitli kolluqlardan ibarətdir. Bitki örtüyündə nadir taxılkimilər – çöl sünbülü, dantoniya, ağ ot, daha yüngül torpaqlarda – Enneapogon, Bassia və müxtəlif mürəkkəbçiçəklilər səpələnmişdir. Səhralar qoyun otarılması üçün istifadə edilir. Daha rütubətli qərb və şərq rayonlarında yarımsəhra malli-skrabı - seyrək kol formalı evkalipt (Eucalyptus oleosa, E. socialis, E. dumosa, E. gracilis, E. incrassata) meşəliyi üstündür. Yağıntı daha çox düşdüyü vaxt, evkaliptin altında, sklerofil, erikayaoxşar (süpürgəkimilərə yaxındır) kolluqlardan – proteynlərkimilərdən, mərsinkimilərdən (xüsusən, Melaleuca), həmçinin akasiyalardan ibarət sıx aşağı yarus inkişaf edir. Quraqlığın artması ilə bu kolluqlar taxılkimilərlə – ağ ot, triodiya (Triodia irritans), aridlik daha da gücləndikdə – sirkən və ərkudə ilə əvəzlənir.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə