Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


AVSTRALİYA VƏ OKEANİYA. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ, SUBTROPİK SEYRƏK-MEŞƏ, SUBEKVATORİAL-TROPİK SAVANNA, RÜTUBƏTLİ TROPİK MEŞƏ LANDŞAFTLARI



Yüklə 0,75 Mb.
səhifə36/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   42
dunya land. - копия 2018

Mühazirə 13


AVSTRALİYA VƏ OKEANİYA. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ, SUBTROPİK SEYRƏK-MEŞƏ, SUBEKVATORİAL-TROPİK SAVANNA, RÜTUBƏTLİ TROPİK MEŞƏ LANDŞAFTLARI
Plan:

  1. AVSTRALİYA VƏ OKEANİYA. FİZİKİ COĞRAFİ SƏCİYYƏSİ

  2. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏ LANDŞAFTLARI

  3. SUBTROPİK SEYRƏK-MEŞƏ LANDŞAFTLARI

  4. SUBEKVATORİAL-TROPİK SAVANNA LANDŞAFTLARI

  5. RÜTUBƏTLİ TROPİK MEŞƏ LANDŞAFTLARI

Avstraliya materiklər arasında ən kiçiyi olub, sahəsi – 7632 min km2-dir (Tasmaniya və yanaşı xırda adalarla birlikdə – 7704 min km2), şimaldan cənuba doğru ən böyük məsafə 3200 km, qərbdən şərqə doğru isə 4100 km-dir. Avstraliya tamamilə cənub yarımkürəsində yerləşən 2 materikdən biridir (digəri Antarktidadır). Ucqar nöqtələri: York burnu (10041' cənub enliyi), Cənub-şərq burnu (39011' cənub enliyi), Stip-Point burnu (113005' şərq uzunluğu) və Bayron burnudur (153034' şərq uzunluğu). Materikin sahil xətti zəif parçalanmış, səthi, əsasən düzənlik, yalnız materikin şərq kənarları boyunca çox da hündür olmayan dağlıq silsilə - Böyük Suayrıcı Silsilə uzanır. Okean səviyyəsindən orta hündürlüyü təxminən 215 m-dir ki, bu da materiklər üçün ən kiçik göstəricidir. Avstraliya landşaftlarının özünəməxsusluğuna səbəb ərazisinin çox qədim dövrdə, tabaşir dövrünün ortalarında digər quru sahələrdən ayrılmasıdır. Bununla əlaqədar, Avstraliyada relikt formalar, qədim aşınma təbəqəsi və torpaq, bitki, heyvanat aləmində relikt və endemiklərin bolluğu xarakterikdir.


Avstraliya ərazisinin böyük hissəsi tropik enliklərdə (şimal ucqarı subekvatorial qurşağa, cənub isə subtropik qurşağa aiddir) yerləşmişdir. Qışda (cənub yarımkürəsində) materik üzərində yüksək təzyiq sahəsi formalaşır. Ərazidə günəş istiliyinin böyük ehtiyatı toplanmışdır və rütubət çatışmazlığı xarakterikdir. Materiklər arasında Avstraliya daha çox aridliyi ilə seçilir. Yağıntının orta illik layı təxminən 450 mm, axın layı 40 mm-dən azdır. Avstraliya çaylarının 54%-nin okeana çıxışı yoxdur; daimi suaxarlar azdır. Ən iri çay sistemi – uzunluğu 3750 km olan Murrey-Darlinqdir, sutoplayıcı sahəsi – 1160 min km2-dir. Sululuğuna görə bu cür göstəriciyə malik çaylar digər materiklərdəki çaylardan çox az fərqlənir: orta illik su sərfi cəmi 470 m3/s-dir (Volqadan 17 dəfə azdır, uzununa və sutoplayıcı sahəsinə görə təxminən eynidir). Avstraliyanın bütün çayları il ərzində okeana təxminən 280 km3 su aparır. Bu dünyadakı çayların axınında ən aşağı “göstərici”dir (Afrikadan 15 dəfə, Avrasiyadan 55 dəfə azdır). Daxili axına malik çaylar axarsız hövzəyə il ərzində təxminən 9 km3 su aparır.
Rütubətlənmə zonası materikdə konsentrik yerləşmişdir: rütubətlənmə dərəcəsi mərkəzdən periferiyalara doğru artır, bununla belə, bu bir o qədər də simmetrik deyil: passat əsən istiqamətdə yerləşən küləkdöyən şərqi dağlıq zonaya daha çox yağıntı düşür. Landşaft zonaları da eynilə bu qaydada yerləşmişdir: materikin mərkəzini, cənubda subtropik səhralara keçən tropik səhraların ekstraarid landşaftları tutur. Şimalda səhralar, okeansahili periferiyalarda tropik və subekvatorial meşələrə keçən arid savannalı və seyrək meşəli ekvatorial tropik landşaftlar yarımdairəsi ilə əhatələnmişdir. Cənub-şərqdə və cənub-qərbdə semiarid, semihumid və qismən humid xarakterli subtropik landşaftlar yerləşmişdir.
Avstraliya materiki daxilində 3 fiziki-coğrafi ölkə ayrılır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə