Mühazirə 1 Giriş. Geosistemlərin səviyyələri. Avrasiya landşaftları. Avropanın landşaftları Plan: Geosistem nədir


Mühazirə 4 Cənub-Şərqi Asiya subqitəsi. Arktik, subarktik, tundra, meşə-tundra, tayqa landşaftları



Yüklə 0,75 Mb.
səhifə14/42
tarix11.12.2023
ölçüsü0,75 Mb.
#147378
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   42
dunya land. - копия 2018

Mühazirə 4
Cənub-Şərqi Asiya subqitəsi. Arktik, subarktik, tundra, meşə-tundra, tayqa landşaftları
Plan:

  1. Cənub-Şərqi Asiya subqitəsi mövqeyi

  2. Arktik landşaftları

  3. Subarktikanın landşaftları

  4. Tundranın landşaftları

  5. Meşə-tundra landşaftları

  6. Tayqa landşaftları

Arktik tipli landşaftlara şimal qütb dairəsi və ya arktik qurşağın landşaftları aiddir. Arktikanın sərhədləri tam dəqiqləşdirilməyib. Adətən Arktika zonasına tundranı da aid edirlər, ancaq xəritəyə baxdıqda arktika qurşağının tundradan şimalda yerləşdiyini görürük. Arktika hüdudunda iki zona ayrılır: hündür arktika və xarici arktik zonalar (Григорьев, 1970). Hündür arktika zonası buzlaq və ya daimi şaxta zonası adlandırıla da bilər. İllik radiasiya balansı burada mənfidir, bütün aylarda havanın orta temperaturu 00C-dən aşağıdır. Bu zona qurudan kənarda, mərkəzi Arktika hövzəsi hüdudlarında yerləşir.


Xarici Arktik zona qütb səhraları (arktik) zonası adı altında məlumdur. Cənub yarımkürədə analoji antarktika landşaftları mövcuddur. Avrasiyada arktik landşaftların cənub sərhədi 750 paralel yaxınlığından keçir. Buraya Şimal Buzlu okeanının çoxlu adaları daxildir: Şimal-şərqi Torpaq (Şpisbergen arxipelaqı), Frans-İosif Torpağı, Şimal Torpaq, Yeni Torpağın (Novaya Zemlya) Şimal adası, De-Lonq. Arktik landşaftların əsas əlamətləri uzun qütb gecələri, arktik hava kütlələrinin hakim olması, aşağı radiasiya balansının olması ilə səciyyələnir. İl ərzində yer səthi 57-67 kkal/sm2 cəm radiasiya qəbul edir. Bu isə tayqaya nisbətən çox azdır. Qar və buz səthindən əks olunma hesabına radiasiyanın böyük itkisi baş verir ki, bununla əlaqədar radiasiya balansı cəmi 6-10 kkal/sm2 təşkil edir, oktyabrdan aprelə qədər isə mənfi kəmiyyətlərlə xarakterizə olunur.
Şimali Atlantikadan siklonlar və dəniz cərəyanları ilə gətirilən istiliyin adveksiyası böyük əhəmiyyətə malikdir. Arktik hövzənin səth sularının orta temperaturu -1,70C-dir, ona görə də arktikanın adalarında qış Sibirin cənub rayonlarından daha istidir. Amma yayı çox soyuqdur. İstiliyin böyük hissəsi qarın və donuşluğun əriməsinə sərf olunur. Ən isti ayın temperaturu 2-30C-dən çox deyil. Atlantik okeanından uzaqlaşdıqca qış temperaturları əhəmiyyətli dərəcədə aşağı düşür və bununla əlaqədar kontinentallıq da artır. 2 sektoru qeyd etmək olar: qərb (qərb sektorda ilin ən soyuq ayı fevral-marta, ən isti ayı isə avqusta yerini dəyişir) və Atlantiksahili. Atlantik okeansahili sektorda temperaturun illik amplitudası verilmiş enlikdən 70-80C aşağıdır və iqlimi N.N.İvanovun hazırladığı 10-ballıq kontinentallıq şkalasına görə dəniz və ya zəif dənizdir (4-5-ci pillə) və kontinental və zəif kontinental (6-cı pillə) iqlimli şərq sektor.
Arktik hava kütlələrində rütubət azdır, ancaq nisbi rütubət isə yüksəkdir. Yağıntıların orta illik miqdarı 200 mm-ə yaxındır (qərbdə çox, şərqdə isə azdır). Buxarlanmanın az olmasından rütubətlənmə əmsalı (düşən yağıntıların miqdarının buxarlanmaya nisbəti) yüksəkdir (2-3). Yağıntıların maksimumu yayda müşahidə edilir və onların böyük hissəsi bərk halında düşür. Qar örtüyü ildə 280-300 gün qalır. Bu zonada buzlaqlara hündürlük qurşağının əlamətləri kimi baxmaq olar. Dəniz səviyyəsindən bir neçə yüz metr hündürlükdə yerləşən ərazilərdə bərk halda düşən yağıntılar yayda əriyə bilmir. Bəzən arktik adaların buzlaqları dəniz səviyyəsinə qədər enərək sahillər əmələ gətirir. Frans-İosif Torpağının bir çox adaları: Viktoriya, Uşakov, Şmidt adaları tamamilə buz gümbəzlərindən ibarətdir. Daha aşağı enliklərdə yerləşən qütb buzlaqlarının dağ buzlaqlarından əhəmiyyətli dərəcədə fərqlənməsi və onların buzlaqdankənar arktik landşaftlarla kontrastlığı (ziddiyyətliyi) onlara landşaftların tipi və ya yarımtipi kimi baxmağa imkan verir.
Meşə-tundranın landşaftları tundra və tayqa arasında keçid zolağını əmələ gətirir. Bu zolağın sərhədləri adətən qeyri-müəyyəndir ki, bu da meşə-tundranı qonşu zonalardan ayırmaqda çətinlik törədir və onun taksonomik vəziyyətində müxtəlif mübahisələrə səbəb olmuşdur. B.N.Qorodkov və L.S.Berq onu tundraya aid etmişdir, indi isə bəzən onu sərbəst zona kimi ayırırlar və ya şimali tayqanın bir hissəsi ilə «tundra-meşə» zonası ilə birləşdirirlər (Пармузин,1979). Burada meşə-tundra landşaftlarına sərbəst boreal-subarktik (keçid) tiplərin qrupu kimi baxılır.
Meşə-tundrada illik radiasiya balansı 22-24 kkal/sm2, tundraya nisbətən yayı daha isti və davamlıdır, lakin okeandan uzaqlaşdıqca qış temperaturlarının aşağı düşməsinə və kontinentallığın güclənməsinə səbəb olur. İl ərzində orta hesabla şərqdə 350-400 mm, qərbdə 500-600 mm yağıntı düşür ki, bu da ifrat rütubətlənməyə səbəb olur. Şərqi Avropa tundrasında çoxillik donuşluq fasiləli, Sibir tundrasında isə daimidir. İfrat rütubət donuşluqla əlaqədə olaraq intensiv bataqlıqlaşmaya gətirir. Torfun qalınlığı 2-3 m (cənubda 5 m-ə qədər) olan təpəlikli torfluqlar tipikdir. Axının illik layı 300 mm və yuxarıdır, ancaq Şərqi Sibirdə 200 mm və daha aşağı enir. Axının kəskin maksimumu qar əriyən vaxt, yayda müşahidə olunur.
Meşə-tundra üçün soliflükasiya və termokarst (Sibir meşə-tundrasında termokarst göllər bəzi yerlərdə ərazinin yarısını və bəzən çox hissəsini tutur), həmçinin xırda qırıntı fraksiyalarının aparılması ilə müşayiət olunan intensiv mexaniki aşınma, kifayət qədər fəal səthi, bəzi hissəsində xətti denudasiya tipikdir. Meşə-tundranın torpaqları həm tundra, həm də şimali tayqa ilə oxşar cəhətlərə malikdir. Ancaq tundra ilə müqayisədə podzollaşma və torfəmələgəlmə güclənir. Torpaq örtüyü qarışıqdır. Turş, doymamış tundra torflu-qleyli torpaqlar üstünlük təşkil edir. Çoxillik donuşluq sahələrinin olmadığı daha yüngül drenajlı qruntda tundra qleyli-podzollaşmış (tundra bitkilərinin altında) və qleyli-podzollu (redina və seyrək meşələrin altında) torpaqlar, yaxşı aerasiya olunan qumlu və çınqıllı süxurlarda tundra illüvial-humuslu torpaqlar və ya podzollaşmış qonuraltı (yerniklərin altında) və illüvial-alümo-dəmir-humuslu podzollar inkişaf etmişdir. Sonuncular turş və ya çox turş reaksiyalıdır, qleylənmə müşahidə olunmur, podzol və illüvial horizontlar aydın seçilir. Bütün bu torpaqlar təpəliklərin qalıq donuşluq-torflu və torflu-bataqlıq torpaqları ilə kompleksdə yayılmışdır.
Meşə-tundranın bitki örtüyündə tipik tundra qrupu eynilə ona oxşar qrupla, ancaq tək-tək ağaclar, onların qrupları və redinalarla, aşağı yarusda tundra kollarından, mamırlardan, şibyələrdən ibarət seyrək meşəliklə qarışır. Meşə-tundrada ağac örtüyü seyrəkdir (seyrək meşələrdə kök sistemləri qapalıdır) və çox qırılmışdır. Ağacların hündürlüyü 5-7 m-dən yuxarı deyil. Bayrağaoxşar formalar, nazik budaqlar, yuxarı hissəsinin quruması, aşağı budaqların inkişafı, zəif boyatma xarakterikdir. Atlantiksahili meşə-tundrasında ağac yarusu əyrigövdəli tozağacı (Betula tortuosa) və adi şam (Pinus sylvestris), şərqə doğru - Avropa (Picea abies) və Sibir (P. obovata) küknarı, Qərbi Sibirdə Sibir qara şamı (larix sibirica), bəzən Sibir küknarı, Şərqi Sibirdə Qmelin qara şamından (L. gmelinii) ibarətdir. Çay dərələrində ağaclar bəzən qapalı hündür meşələr əmələ gətirir.
Meşə-tundranın heyvanat aləmi tundraya nisbətən daha zəngindir. Burada maral, boz ayı, ağacdələn, dovşan, quşlardan Sibir xoruzu, qarabağır kimi tundra nümayəndələrinə rast gəlinir. Yayda çoxlu sayda quşlar, xüsusən də suda üzən quşlar uçub gəlir. Qışda tundradan bura şimal maralı və tülkü miqrasiya edir. Onurğasızlardan qansoran həşəratlar daha çoxdur.
Meşə tundra qruplarının biokütlə ehtiyatı ağac örtüyünün inkişafından asılı olaraq ərazi daxilində çox tərəddüd edir. 400-600 s/ha olan göstərici daha tipikdir. Meşə-tundra bitkilərinin məhsuldarlığı növ tərkibinə görə tundradan bir o qədər də çox deyil (50-60 s/ha). Yerüstü fitokütlə yeraltı fitokütləyə nisbətən üstünlük təşkil edir. Çürüntü əsas etibarilə kolların və mamırların məhv olmasından əmələ gəlir, buna görə də tundra və meşə-tundrada biogen dövran əsas əlamətlərdə bircinslidir (Родин, Базилевич, 1965).
Təbii proseslərin fəsli siklində qış fazası daha uzun sürür (160-200), lakin vegetasiya dövrü 100-130 günə qədər artır. Atlantiksahili rayonlardan kontinental rayonlara doğru qışın davametmə müddəti artır, vegetasiya dövrü isə azalır. Yazın 1-ci fazası olan qarərimə orta temperatur 50C-i keçdikdən sonra başlayır (kontinental rayonlarda mayın ilk günlərində, Kola yarımadasında demək olar ki, 1 ay qabaq). Su hövzələri buzdan azad olur, torpağın üst qatı əriyir, ilk köçəri quşlar görünməyə başlayır. 2-ci yaz fazası «yazın canlanması» vegetasiya dövrünün ilk əlamətlərinin bərpası ilə xarakterizə olunur. Fenoloji indikator kimi qızılağacın (qərbdə) və tüklücənin (şərqdə) tozlanması götürülür. Həşəratların bəzilərində canlanma müşahidə olunur. Yarpaqəmələgəlmə və fotosintezin başlanması «yazın qızğın vaxtı» temperatur 50C-dən keçdikdən sonra başlayır (qərbdə mayın sonu, kontinental rayonlarda iyunun əvvəli, kəskin kontinental rayonlarda iyunun ortalarında). Hündürgövdəli və cırtdan tozağacı, qara şam yaşıllaşır, kol və otların çoxu çiçəkləyir, quşların əraziyə köçməsi yekunlaşır.
Yayın başlanmasının fenoloji əlaməti itburnu və moruğun çiçəkləməyə başlaması, temperaturun artıq 100C-ni keçməsi ilə şam və sidr meşəliyinin tozlanmasıdır (iyulun 1-ci dekadasının sonu). Yay 2 aydan az müddətə davam edir. Yayın 1-ci yarısı ilin nisbətən isti ayıdır, buna baxmayaraq iyulun sonu avqustun əvvəlinə qədər fəsli donuşluq sahələri qalır. İyulda ağaclarda, kollarda və kolluqlarda cavan budaqların böyüməsi dayanır, barvermə dövrü başlayır, ot bitkilərinin çox hissəsi çiçəkləyir, quşların balaçıxarma dövrü qurtarır, cırcırama, göyün (böyənək) görünməyə başlayır. Yayın II yarısında sarı böyürtkəndən (iyulun sonu) cır mərsinə (avqustun sonu sentyabrın əvvəli) qədər giləmeyvəlilərin meyvələri yetişir. Payız fazası (avqustun sonu sentyabrın əvvəllərindən sentyabrın ortalarına oktyabrın əvvəlinə qədər) ağcaqayının, sonra isə qara şamın (iynələri) yarpaqlarının kütləvi əlvan rəngə boyanması, quruda yaşayan köçəri quşların uçub getməsi, onurğasızların həyat fəaliyyətinin dayanması (donması) ilə xarakterizə olunur.
Tayqa və boreal landşaftlar materik boyu, 500 və 700 şimal enlikləri arasında uzanan bütöv zona əmələ gətirir. Tayqa əsasən, Avrasiyanın qərbindən şərqinə doğru uzanan, enlik üzrə 2000 km-ə çatan kontinental sektor üçün daha tipikdir. Onun üçün uzun müddətli qışı və mülayim isti yayı olan temperaturun fəsli kontrastlığı, izafi rütubətlənmə, iynəyarpaqlı meşələrin üstünlüyü xarakterikdir. Tayqanın təbiətində enlik və uzunluq üzrə daxili müxtəlifliklər daha aydın nəzərə çarpır.
Tayqa landşaftlarının bir olması hər şeydən əvvəl istilik təminatı səviyyəsi ilə müəyyən olunur. Cəm günəş radiasiyası 70-100 kkal/sm2·il, şimali və orta yarımzonalarda radiasiya balansı 25-30 kkal/sm2·il, cənubda 30-35 (40-a qədər) kkal/sm2·il təşkil edir. Vegetasiya dövrünün istilik təminatı əsas etibarilə radiasion şəraitlə müəyyən olunur və uzunluq boyu əhəmiyyətli dərəcədə fərq olmadığından şimaldan cənuba doğru tədricən artır. Ən isti ayın temperaturu (kontinental şəraitdə iyulda, okean sahilində avqustda) şimal tayqasında 120-140C-dən cənub tayqasında 170-190C-ə qədər, fəal temperaturlar cəmi qanunauyğun olaraq 8000-12000C-dən 16000-18000C-ə qədər artır, şaxtasız dövrün davametmə müddəti 70-80 gündən 120-150 günə çatır. Dənizsahili rayonlarda şaxtasız dövr kontinental rayonlara nisbətən daha uzundur. Qışda uzunluq boyu temperatur dəyişiklikləri daha kəskin fərqlənir. Skandinaviyanın Atlantiksahili tayqasında orta yanvar temperaturları cəmi -30, -40C olduğu halda, Şərqi Sibirdə -500C-ə qədər dəyişir. Qışın sərtliyinin artması hesabına iqlimin kontinentallıq dərəcəsi artır. Atlantiksahili tayqada temperaturun orta illik amplitudası təxminən 180C, Şərqi Avropada 250-350C, Qərbi Sibir 350-450C, Şərqi Sibirdə 450-650C-dir. Atlantiksahili tayqada bu göstərici enlik üzrə orta göstəricilərdən təxminən 60C aşağı olduğu halda, bu Şərqi Sibirdə 300-400C-dən yuxarıdır. Gördüyümüz kimi, kontinentallıq dərəcəsi çox geniş intervalda tərəddüd edir: N.N.İvanova görə 5-ci pillədən (zəif dəniz iqlimi) 10-a qədər (son dərəcə kontinental iqlim).
Tayqada yağıntının miqdarı ərazidən keçən siklondan asılıdır və enliyə nisbətən uzunluq üzrə kəskin dəyişir. İllik kəmiyyətin 600-700 mm olması xarakterikdir, ancaq Şərqi Sibirdə 400 mm-dən də az, dağlararası çökəkliklərdə hətta 200 mm-dən az yağıntı düşür. Yağıntının böyük əksəriyyəti bərk halda düşür. Qar örtüyü 200 və daha çox günə qədər və ancaq cənub-qərbdə rayonlarda 120-150 gün qalır. Buxarlanmanın illik kəmiyyəti şimaldan cənuba doğru 300 mm-dən 500 mm-ə qədər artır və demək olar ki, bütün ərazi üzrə düşən yağıntının miqdarından aşağıdır (bəzi yerlərdə təxminən 0,5-dir). Bununla belə, yayda, hətta rütubətli qərbdə buxarlanma düşən yağıntının miqdarını üstələyir və nəticədə atmosfer rütubəti çatışmazlığı yaranır.
Tipik tayqada düşən yağıntının 50-70%-i buxarlanır, qalanı axını fəallaşdırır, zəif drenajlı torpaqlarda isə bataqlıqlaşma yaradır. Şərqi Avropa tipli mülayim kontinental ortatayqa landşaftları üçün illik su balansının aşağıdakı göstəriciləri xarakterikdir (mm-lə): yağıntı 750 mm, buxarlanma 450 mm, axın 300 mm (həmçinin yeraltı axın təxminən 100 mm), torpağın ümumi rütubətlənməsi 550 mm-dir. Axın kəmiyyəti və onun əmsalı şimal yarımzonada və Atlantiksahili sektorda maksimaldır, Şərqi Sibirin tayqa düzənliklərində minimaldır (axın layı 50 mm-i keçmir). Tayqada axın rejimi meşəsiz landşaftlara nəzərən daha düzdür. Bu, qruntla qidalanmanın böyük olması və meşədə qarın çox gec əriməsi ilə əlaqədardır. Subarktika ilə müqayisədə yağışla qidalanma payı artır, buna baxmayaraq qarla qidalanma əsas sayılır, buna görə də maksimum axın (50-80%) yaz gursululuğuna düşür. Yay və payızda, adətən, yağışla əlaqədar daşqınlar olur. Uzaq Şərqdə maksimum axın yay mussonu ilə əlaqədardır. Şərqi Sibirdə çoxillik donuşluq səbəbindən qruntla qidalanma cüzidir və axının böyük hissəsi yaz gursululuğuna düşür.
Avropa tayqasında çoxillik donuşluq sahələri yoxdur, Qərbi Sibirdə şimali tayqanın yarımzonasında inkişaf etmişdir, Şərqi Sibirdə bütün zona boyu yayılmışdır. Bununla (çoxillik donuşluqla) əlaqədar olan kriogen relyef formaları bütöv donuşluq rayonları (Şərqi Sibirin şimali və orta tayqası) üçün xüsusən xarakterikdir. Çoxillik donuşluq yayıldığı ərazidən kənarda bərk materialların yayılması və skulptur relyef formalarının əmələ gəlməsi axar suların fəaliyyəti və yamac prosesləri ilə əlaqədardır. Yağıntının bolluğu və intensiv axın müəyyən dərəcədə erozion potensial yaradır, ancaq bu meşə örtüyünün qırılması zamanı reallaşır. Meşə bitkiləri bir çox tayqa landşaftları üçün tipik olan relikt relyef formalarının, əsasən buzlaq-akkumlyativ relyef formalarının konversa-siyasına şərait yaradır. Denudasiya prosesləri, bununla əlaqədar az fəallığı ilə seçilir. Şimali tayqanın çoxillik donuşluq rayonlarında və möhkəm kristallik süxurların yayıldığı rayonlarda çayların bulanıqlığı 20 q/m3-dən yuxarı deyil, bərk axın modulu il ərzində adətən 5 t/km2-dən aşağı olur. Bu kəmiyyətlərə 0,01 mm/ildən aşağı olan yuyulmanın illik layı uyğundur. Daha yüksək göstəricilər tez yuyulan süxurlarda və sıldırım yamaclarda müşahidə olunur. İon axın üçün də eynilə yuxarıda göstərilənlər xarakterikdir. Zəif yuyulan süxurların yaylıdığı rayonlarda bu kəmiyyət il ərzində 10-15 t/km2-dən yuxarı olmur, kimyəvi denudasiyanın intensivliyinin 0,03-0,05 mm/ilə yaxınlaşdığı karbonatlı və duztərkibli süxurlarda isə 50-80 t/km2-ə çatır.
Tayqa geosistemlərinin idarə olunmasında meşə bitkiləri xüsusən fəal rol oynayır. Tayqa meşələrinin flora tərkibi zəngin deyil, edifikatorlar yığımı çox da böyük deyil və monodominant qruplar üstünlük təşkil edir. Qalın qar örtüyü və qruntun dərindən əridiyi zəif kontinental landşaftlara qaranlıq iynəyarpaqlı meşələr xasdır. Avropa tayqasının qərb hissəsində bunlar Avropa küknarından (Picea abies), şərqdə Sibir ağ şamı (Abies sibirica) qarışıqlı Sibir küknarından (P. obovata) və müəyyən dərəcədə Sibir sidr şamından və ya «sidr»dən (Pinus sibirica) əmələ gəlmişdir. Qərbi Sibirdə son hər üç növ, şimal yarımzonada, Sibir qara şamı (Larix sibirica) yayılmışdır. Şərqi Sibir tayqasında Qmelin qara şamından (Larix gmelinii), şimal-şərqdə isə Kayandera qara şamından (Larix cajanderi) ibarət işıqlı iynəyarpaqlı meşələr üstündür. Qara şam sərt qış və çoxillik donuşluqlu son dərəcə kontinental iqlimə uyğunlaşmışdır. Uzaq Şərqin tayqasında qara şama yenidən qaranlıq iynəyarpaqlı növlər qarışır. Onlardan əsas əhəmiyyət kəsb edəni ayan küknarı (Picea ajanensis), yardımçı-ağ qabıqlı (Abies nephrolepis) və Saxalin ağ şamlarıdır (Abies sachalinensis). Şam hətta torflu sahədə də bitə bilər, lakin çoxillik donuşluqda inkişaf edə bilmir, buna görə də o şimalda bitmir və Şərqi Sibirdə və Uzaq Şərqdə nadir hallarda rast gəlinir.
Tayqa meşələrinin strukturu sadədir. Qaranlıq iynəyarpaqlı növlər güclü edifikatorlar olub, budağının altında zəif işıq düşən və kasıb mineral qidalı özünəməxsus mühit yaradır. Qaranlıq iynəyarpaqlı tayqada meşəlik adətən olmur. Yalnız cənub tayqasında quşarmudu (Sorbus aucuparia), doqquzdon (Lonicera xylosteum), iynəli itburnu (Rosa acicularis), bəzən suaxarlar boyunca münbit torpaqlarda enliyarpaqlı meşələrin nümayəndələrinə: Qərbi Sibirdə cökə (Tilia cordata), Avropada isə həmçinin itiyarpaqlı ağcaqayın (Acer platanoides), qarağac (Ulmus laevis), meşə fındığı (Corylus avellana), nadir halda qozalı palıda (Quercus robur) rast gəlinir. Şimali tayqanın küknar meşəsinin ağac yarusunda həmişə tozağacı iştirak edir. Ot-kolluq yarusu daha aydın seçilir. Onun üçün turşuca (Oxalis acetosella), ikiyarpaqlı çətiryarpaq (Maianthemum bifolium), sedmiçnik (Trientalis europaea), birillik plaunlar (Lycopodium annotinum) kimi boreal növlər tipikdir.
Qara şam meşələri yaxşı işıqlanması ilə seçilir. Onlarda adətən yernik, duşekiya, kolformalı söyüd (şimali tayqada), sidr meşəliyi, daur rododendronundan (Rhododendron dauoicum) ibarət meşəliklər inkişaf edir. Kolluqlar yarusu ladan ağacı, cır mərsin, mərsin, ayıqulağından ibarətdir. Qara şamlar yanğına məruz qalır, ancaq küllü sahələrdə yenidən müvəffəqiyyətlə bərpa olur, bununla belə ladan ağacı, mərsin, lanssdorf süpürgə kolu (Calamagrostis langsdorffii) daha çox yayılmışdır.

Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə