Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu



Yüklə 146,97 Kb.
səhifə11/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

4. Texnologiya alətlərinin növləri.
1-ci mərhələ (XIX-əsrin ikinci yarısına qədər) – “əl ilə” işləyən informasiya texnologiyası olmuş və alət kimi qələmdən, mürəkkəb qabından, kitabdan istifadə olunmuşdu. Kommunikasiyalar poçt vasitəsilə məktubları, paketləri, təcili diplomatik məktubları ötürmək yolu ilə əl ilə həyata keçirilirdi. Texnologiyanın əsas məqsədi – lazımi formada informasiyanın təqdim edilməsi olmuşdu.
2-ci mərhələ (XIX əsrin axırından başlayaraq) – “mexaniki” texnologiya olub, yazı makinəsi, telefon, diktofon, poçt göndərişinin daha təkmilləşdirilmiş vasitələrindən istifadə olunmuşdu. Texnologiyanın əsas məqsədi – daha rahat vasitələrlə lazımi formada informasiyanın təqdim olunması idi.
3-cü mərhələ (XX əsrin 40-60-cı illəri) – “elektrik” texnologiyası olub, alət rolunda böyük EHM-lərdən və uyğun proqram təminatından, elektrik yazı makinəsindən, kserokslardan, portativ diktofonlardan istifadə olunmuşdu.
Texnologiyanın məqsədi də dəyişdirilmişdi. İnformasya texnologiyasında əsas diqqət ona yönəldilmişdi ki, informasiyanın təqdim edilmə forması onun məzmununun formalaşmasına keçmişdi.
4-cü mərhələ (70-ci illərin əvvəllindən) – “elektron” texnologiya olub, onun əsas aləti rolunda böyük EHM-lər və onların bazasında yaradılan, baza və xüsusiləşdirilmiş proqram komplekslərinin geniş spektri ilə təchiz olunmuş avtomatlaşdırılmış idarə sistemləri (AİS) və informasiya-axtarış sistemlərindən (İAS) istifadə olunmuşdu.
Texnologiyanın ağırlıq mərkəzi, içtimai həyatın mxtəlif sferalarının idarəçilik mühiti, xüsusən də, analitiki işin təşkil olunması üçün informasiyanın məzmunlu tərəfinin formalaşmasına doğru daha da sürüşdürülmüş oldu. Amma çoxlu sayda obyektiv və subyektiv amillər informasiya texnologiyasının yeni konsepsiyasının qabağında duran qoyulmuş məsələləri həll etməyə imkan vermirdi. Amma idarəçilik informasiyasının məzmunlu tərəfinin formalaşma təcrübəsi əldə edilmiş oldu və texnologiya inkişafının yeni mərhələsinə keçid üçün peşəkar, psixoloji və sosial baza hazırlanmış oldu.
5-ci mərhələ (80-cı illərin ortasından başlayaraq) – “kompüter” (“yeni”) texnologiyası olub, burada alət kimi müxtəlif təyinatlı standart proqram məhsullarının geniş spektrinə malik olan kompüterdən istifadə olundu. Bu mərhələdə AİS-in fərdiləşdirilmə prosesi baş verir və bu müəyyən mütəxəssislərin qərar qəbulunun dəstəklənmə sisteminin yaradılmasında özünü göstərdi. Bu cür sistemlərin içərisində idarə olunmanın müxtəlif səviyyələri üçün təhlil elementləri və intellekt yerləşdirilmiş, fərdi kompüterdə həyata keçirilmiş və telekommunikasiyadan istifadə olunmuşdu. Mikroprosessor bazasına keçidlə əlaqədar olaraq, məişət, mədəni və digər təyinatlı texniki vasitələr də əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qalmışlar. Müxtəlif sahələrdə qlobal və lokal kompüter şəbəkələri geniş surətdə istifadə olunmağa balayırlar.
Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə