Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu


İnformasiya emalı məsələlərinin və proseslərin növləri



Yüklə 146,97 Kb.
səhifə10/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

1.İnformasiya emalı məsələlərinin və proseslərin növləri.
1-ci mərhələ (60-70-ci illər) – kollektiv istifadə rejimində hesablama mərkəzlərində verilənlərin emalı. İnformasiya texnologiyaları inkişafının əsas istiqaməti insanın əməliyyat zəhlə tökən hərəkətlərinin avtomatlaşdırılması olmuşdur.
2-ci mərhələ (80-cı illərdən) – strateji məsələlərin həllinə istiqamətlənmiş informasiya texnologiyalarının yaradılması.
2. Cəmiyyətin informatlaşması yolunda dayanan problemlər.
1-ci mərhələ (60-cı illərin sonuna qədər) aparat vasitələri imkanlarının məhdudluğu şəraitində böyük həcmli verilənlərin emal olunma problemi ilə xarakterizə olunur.
2-ci mərhələ (70-ci illərin sonuna qədər) İBM-360 seriyalı EHM-in yayılması ilə əlaqədardır. Həmin tip EHM-in problemi ondan ibarət idi ki, proqram təminatı aparat vasitələrinin inkişaf səviyyəsindən geri qalırdı.
3-cü mərhələ (80-cı illərin əvvəllindən) – fərdi kompüter qeyri-peşəkar istifadəçinin alətinə çevrilmiş, informasiya texnologiyaları isə - onun həllərinin qəbul edilməsini dəstəkləyən vasitə olmuşdu. Problemlər - istifadəçi tələbatların maksimal ödənilməsi və kompüter mühitində işləməkdən ötrü uyğun interfeysin yaradılması idi.
4-cü mərhələ (90-cı illərin əvvəlindən) – təşkilatlararası əlaqələrin müasir texnologiyalarının və informasiya texnologiyalarının yaradılması. Bu mərhələnin problemi demək olar ki, çox olmuşdu. Onlardan ən vacibləri aşağıda verilmişdir:
-razılaşmaların işlənilməsi və kompüter əlaqəsi üçün standartların, protokolların quraşdırılması;
-strateji informasiyaya müraciətin təşkili;
-informasiyanın mühafizəsi və təhlükəsizliyinin təşkili.
3.Kompüter informasiya texnologiyasının gətirdiyi üstünlüklər.
1-ci mərhələ (60-cı illərin başlanğıncından) hesablama mərkəzlərinin resurslarından mərkəzləşdirilmiş kollektiv istifadəyə yönəltməklə zəhlə tökən əməliyyatları yerinə yetirdkdə, informasiya emalının kifayət qədər effektivliyi ilə xarakterizə olunur. Yaradılan informasiya texnologiyalarının effektivliyinin qiymətləndiriməsinin əsas kriterisi kimi işlənilməyə sərf olunan xərclərlə vasitələrlə tətbiq olunma sayəsində əldə edilən qənaətin fərqi götürülmüşdür. Bu mərhələdə əsas problem psixoloji olmuşdur – baxışlarının və həll edilən problemi başa düşmə məsələsində müxtəlif olmaları səbəbindən informasiya texnologiyalarının yaradıldığı istifadəçilər ilə işləyənlər arasında pis qarşılıqlı əlaqənin olması təşkil etmişdir. Bu problemin də sayəsində elə bir texnologiya yaradılır ki, istifadəçilər onu pis qəbul edirlər və onların böyük imkanlara malik olmasına baxmayaraq, ondan tam şəkildə istifadə etmirlər.
2-ci mərhələ (70-ci illəin ortalarından) fərdi kompüterlərin əmələ gəlməsi ilə əlqədardır. İnformasiya texnologiyarının yaradılmasına yanaşma dəyişmişdi – qəbul edilən həllərin dəstəklənməsi üçün yönümlülülük fərdi istifadəçi tərəfinə keçmişdi. İstifadəçi aparılan işlənilmə ilə maraqlanır, işləyənlər ilə əlaqə sahmana salınır, hər iki qrup mütəxəssislər arasında qarşılıqlı başa düşmə əmələ gəlir. Bu mərhələdə həm 1-ci mərhələ üçün xarakterik olan verilənlərin mərkəzləşdirilmiş emalı, həm də lokal məsələlərin həllinə və istifadəçinin iş yerində lokal verilənlər bazası ilə işə əsaslanan verilənlərin mərkəzləşdirilməmiş emalından istifadə olunmuşdu.
3-cü mərhələ (90-cı illərin başlanğıcından) biznesdəki strateji üstünlüklərin təhlil olunma anlayışı ilə əlaqədardır və informasiyanın paylanmış emalının telekommunikasiyalı texnologiyasının nailiyyətlərinə əsaslanmışdır. İnformasiya texnologiyalarının əsas məqsədi sadəcə olaraq, verilənlər emalının effektivliyini artırmaq və idarə edənə kömək göstərmək olmayıb, rəqabət mübarizəsində davam gətirməkdən ötrü təşkilata kömək göstərmək və üstünlük əldə etmək olmuşdu.

Yüklə 146,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə