MüƏllimlərin peşƏkar inkişafi milli məRKƏzi güRCÜstan


Status haqqında qərarın qəbulu necə baş verir?



Yüklə 3,58 Kb.
Pdf görüntüsü
səhifə10/34
tarix14.10.2017
ölçüsü3,58 Kb.
#4581
1   ...   6   7   8   9   10   11   12   13   ...   34

35
Status haqqında qərarın qəbulu necə baş verir?
İcbari və əlavə fəallıqların nailiyyətlə verildiyi halda, aparıcı müəllim dərs ilinin sonun-
da, məktəbin direktorunun əmri ilə müəyyənləşdirilmiş müddətlərdə statusun saxlanılması və 
ya verilməsi üçün onun tərəfindən həyata keçirilmiş fəallıqları təsdiqləyən sənədləri elektron 
sistemə yükləyir, öz peşəkar qovluğuna. Qiymətləndirmə qrupu aparıcı müəllim tərəfindən 
həyata keçirilmiş icbari fəallıqları və əlavə işləri peşəkar qovluqda olan sənədlərin əsasında 
qiymətləndirir və onun üçün statusun saxlanılması və ya mentor statusunun verilməsi haqqın-
da qərar qəbul edir.
Əgər aparıcı müəllim pilotlaşdırma ilində lazımi kredit balları toplaya bilməzsə, o zaman 
onun 5-illik müddəti bitdikdən sonra əlavə bir ildən faydalanmaq imkanı olacaqdır. Müəllimin 
əlavə verilən müddətdə də ən azı aparıcı müəllimin statusunun saxlanılması üçün lazımi kredit 
balları toplaya bilməyəcəyi halda, statusunu itirir və məktəbdə işini baş müəllim statusu ilə 
davam etdirir. Əlbəttə ki, ona statusu yenidən əldə etmək imkanı baş müəllim üçün müəyyən 
edilmiş yollarla, imkanlarla və müddətlərlə verilir.
Aparıcı müəllim üçün statusun dayandırılması, saxlanılması və ya mentor statusunun ver-
ilməsi haqqında təkliflə məktəb Müəllimlərin Peşəkar İnkişafı Milli Mərkəzinə müraciət edir. 
Müəllim üçün sxemlə müəyyənləşdirilən statusun verilməsi sertifikatla təsdiqlənir. Serti-
fikat müəllimin çalışdığı məktəbə resurs-mərkəzlərin vasitəsilə çatdırılır.
Sxemdə bölgü əsasında
 bu statusu əldə etmiş hər bir aparıcı müəllim, bir il ərzində 
Qiymətləndirmə və İmtahanların Milli Mərkəzi tərəfindən təklif edilmiş dərs müşa-
hidəsindən keçməlidir. 
2011-2014-cü illərin müəllimin  peşəkar inkişafı sxeminə cəlb olunmuş müəllimlərin 
iş fəaliyyəti nəzərə alınacaqdırmı?
2011-2014-cü illərdə müəllimin peşəkar inkişafı sxeminə cəlb olunmuş aparıcı müəllim-
lərə imkan verilir ki, sxemlə müəyyən edilmiş əlavə işlərdə 10 kredit bal əldə etsinlər (onların 
sxemdə bölgü zamanı  aparıcı müəllim statusunu qazandıqları halda). Bunun üçün onların 
fəallıqlarının  qiymətləndirmə  kriteriləri,  təqdimat  formaları  və  müddətləri  müəyyənləşdir-
ilmişdir. 2015-ci ilin sentyabrın 15-də elektron sistemə sənədlərin yükləndirilməsi başa çata-
caqdır. Bundan sonra komissiyalar yaradılacaq və onlar müəllimin işlərini kriterilərin əsasında 
qiymətləndirəcəklər. 2015-ci ilin sonuna qədər onlar öz kredit balları haqqında məlumat əldə 
edəcəklər. Müəllimlərin öz nəticələrini şikayətləndirmək hüquqları olacaqdır.


36
2011-2014-cü illərin sxeminə cəlb olunmuş aparıcı müəllimin 10 kredit bal topladığı hal-
da, onun üçün statusla müəyyən edilmiş əsas fəallıqların yerinə yetirilməsi icbari olacaqdır.
Aparıcı müəllimin maaş artımı necə olacaqdır? 
  2015-2016 dərs ili ərzində “Müəllimlik fəaliyyətinə başlanılma, peşəkar inkişaf və karyera 
irəliləyişi sxeminə” əsasən, aparıcı müəllimin maaş artımı iki dəfə həyata keçiriləcəkdir. 
Üçüncü artım 2017-ci ildə planlaşdırılır. Maaş artımının qrafiki belə görünür:
  2015-ci ilin sentyabrından müəllimlərin baza maaşı 50 lari ilə artacaqdır; bununla yanaşı, 
tam dərs yükü halında aparıcı müəllim üçün status əlavəsi, ən azı 250 lari ilə müəyyən-
ləşdiriləcəkdir və bu da ümumilikdə 300 larini təşkil edir.
  2016-cı ilin aprelindən  müəllimlərin maaş artımı ikinci dəfə həyata keçiriləcək və baza 
maaşı yenə də 50 lari ilə artacaq. Tam dərs yükü halında aparıcı müəllim üçün status əlavə-
si, ən azı 270 lari ilə müəyyənləşdiriləcəkdir.
  2017-ci ilin yanvarından müəllimlərin maaş artımı üçüncü dəfə həyata keçiriləcək,  tam 
dərs yükü halındaaparıcı müəllimin əlavəsi ən azı 500 lari ilə müəyyənləşdiriləcəkdir.
MENTOR
Mentor sxemlə müəyyənləşdirilmiş işləri hansı müddətlərdə yerinə yetirməlidir?
Mentor yalnız statusu saxlaya bilər, çünki müəllimin peşəkar standartı ilə daha yüksək 
status nəzərdə tutulmamışdır. Statusun saxlanılması üçün 30 kredit balı toplamaq kifayət edir, 
bunların 15-i icbari fəallıqlara gəlir, 15-i isə əlavə işlərə. 
Status əldə edildikdən sonra müəllim bir 5-illik dövr ərzində statusunu saxlaya bilərsə, 
onun mentorluğu müddətsiz saxlanılır.
Bundan əlavə, müəllim status üçün sxemlə müəyyənləşdirilmiş müddətdə  statusun sax-
lanılması üçün kredit balları toplaya bilməzsə, o zaman onun pilotlaşdırma ili hesablanmaya-
caq və qalan kredit balların əldə edilməsi üçün əlavə bir il veriləcəkdir.
Başqa statusu  olan müəllim kimi, mentor üçün mininmal vaxt təyin edilməmişdir. Əgər 
mentor  statusu  üçün  müəyyənləşdirilmiş  5-illik  müddət  bitənə  qədər  mentor  statusunun 
saxlanılması üçün 30 kredit balı toplayarsa, müəllimin qiymətləndirmə qrupu Müəllimləri 
Peşəkar İnkişaf Milli Mərkəzinə  onun üçün mentor statusunun müddətsiz verilməsi haqqında 
təkliflə müraciət etməlidir.


37
Statusun saxlanılması üçün mentor nə edir?
Mentor statusla müəyyənləşdirilmiş 5-illik müddətdə icbari və əlavə işlərlə müəyyənləşdi-
rilmiş kredit balları toplayır və bu da növbəti qaydada bölünmüşdür:
 
İcbari işlər 
     
Əlavə işlər
 
15 kredit bal     15 kredit bal
  Statusun saxlanılması üçün mentor etməlidir: 
  Öz-özünü qiymətləndirmə sorğu anketini doldurmalı;
  Peşəkar inkişafın fərdi iş planını tərtib etməli;
  Model dərsləri keçməli;
  Öz məktəbinin tələbatlarını araşdırmalı və onun əsasında peşəkar inkişafın tədbirlərini 
müəllimlər üçün keçməli;
  Dərs resursunu və ya rəy verilmiş peşəkar ədəbiyyat hazırlamalı;
  Müəllimin peşəkar inkişafının fasilitatoru olmalı;
  Tələbələrə və ya müəllimlərə məsləhət verməli;
  əlavə işləri həyata keçirməlidir.
Başqa statusu olan müəllim kimi, mentor da öz-özünüqiymətləndirmə sorğu anketini 
doldurmalı və bunun əsasında fərdi iş planını tərtib etməlidir.
Mentorun iş fəaliyyətinin miqyasları çox genişdir.Onun vəzifəsi öz bilik və təcrübəsini 
təkcə öz kafedra üzvləri deyil, eləcə də məktəbin qalan müəllimləri il’ də bölüşsün, onlara 
köməklik etsin və peşəkar məsləhətlər versin.
Mentor 5 il ərzində model dərslərini keçir
4
, onları müəllimin qiymətləndirmə qrupunun 
müvafiq nümayəndələri müşahidə edirlər və bu təcrübənin kimin üçün maraqlı və uyğun old-
uğu auditoriya.Statusun saxlanılması üçün mentora 5 model dərsin keçilməsi lazımdır. Qi-
ymətləndirmə qrupu müvafiq rubrikadan istifadə edərək dərsi qiymətləndirir və ona kredit 
ballar verir.
Eləcə  də  mentor  məktəbin  tələbatları  analizini  keçir  və  alınan  nəticələrdən  irəli 
gələrək, müəllim üçün peşəkar inkişaf tədbirlərini planlaşdırır. Təbii ki, müəllimlərin 
fərqli tələbatları ola bilər. Bunun üçün də peşəkar inkişaf tədbirləri də fərqli şəkildə plan-
laşdırıla bilər. Bunun haqqında qərarı mentorun özü konkret vəziyyətdən irəli gələrək qəbul 
edir.
4
 
Model dərsin haqqında baxın səh.75


Yüklə 3,58 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə