Müəllimin sosial nüfuzu necə korlanır?


Müəllimin peşəyə dair sahib olması gərəkən qabiliyyətlər



Yüklə 16,94 Kb.
səhifə2/2
tarix14.06.2023
ölçüsü16,94 Kb.
#117253
1   2
Müəllimin sosial nüfuzu necə korlanı1

Müəllimin peşəyə dair sahib olması gərəkən qabiliyyətlər də peşənin nüfuzuna təsir edən amillərdəndir. Müəllimin özünə və peşəsinə hörmət edərək daim inkişafda olması, bilikləri öyrətmə bacarığı, uşaqlarla, valideynlərlə, məktəb rəhbərliyi ilə düzgün ünsiyyət qura bilməsi, hisslərini, emosiyalarını idarə edə bilməsi, pedaqoji qabiliyyətlərini daim inkişaf etdirməsi, zamandan geri qalmaması çox vacibdir. Texnologiyadan yüksək səviyyədə istifadə edən nəsillə qarşı-qarşıya olan müəllimlərin bu bacarıqlardan uzaq qalmaları qəbuledilən deyil. Yeni nəslin məlumat əldə etmə üsulları kifayət qədər müxtəlifdir. Bu səbəbdən müəllim şagirdindən geri qalmamaq üçün bütün mümkün kanalları öyrənib izləməsi, bu sahədə daim inkişafda olması şərtdir. Şagirdi ilə eyni dildə danışa bilməyən müəllimin sahəsində uğur qazanması mümkün deyil.

Müəllimlik peşəsinin sosial nüfuzuna ciddi təsir edən amillərdən biri həmrəylik məsələsidir. Ən vacib məsələlərdə belə müəllimlərin birlik nümayiş etdirə bilməmələri peşənin statusuna böyük zərbə vurur.


Müəllimlik peşəsinin sosial statusuna və peşəyə münasibətə təsir edən digər bir məsələ bu sahədə karyera pillələrinin olmamasıdır. Müəllim ancaq idarəçi olmağı qarşısına məqsəd qoya bilər ki, bu da çox fərqli bir sahədir. İdarəçilik fərqli bacarıq tələb edir. Yalnız müəllim kimi pedaqoji fəaliyyətə davam edən, peşəsində irəliləyiş şansı olmayanların özlərini inkişaf etdirmək üçün motivasiyaları az olur. Bu vəziyyət müəllimlərin pedaqoji performansına və bunun təbii nəticəsi olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərir.
Digər önəmli bir məsələ, müəllimlik peşəsində əməkhaqqının digər peşələrlə müqayisədə az olmasıdır. Müəllimlərin öz işini layiqincə yerinə yetirməsi və fəaliyyətindən daha çox səmərə alına bilməsi üçün əməkhaqqı qənaətbəxş səviyyədə olmalıdır. Müəllimlər öz şəxsi inkişaflarını təmin etmək üçün vaxtaşırı ixtisasartırma kursları, konsertlər, teatrlar kimi mədəni tədbirlərdə iştirak etməlidirlər. Kitab, jurnal, qəzet kimi nəşrləri mütamadi izləyə bilməli, ailəsi ilə birlikdə istirahət məkanlarına gedə bilməli, normal tətil etmək imkanları olmalıdır. Əgər belə ehtiyaclar ödənilərsə, müəllimlərin öz peşələrinə bağlılığı da müsbət istiqamətdə dəyişəcək. Təbii ki, bu dəyişiklik cəmiyyətə də sirayət edəcək.
Müəllim nüfuzuna ciddi təsir edən amillərdən biri də ölkəni təhsil siyasətindəki tətbiqlərdir.
Təhsilin siyasətinin planlaşdırılmasındakı yanlış qərarlar, müəllimlərin işə alınması zamanı kənar müdaxilələrin olması – qeyri-peşəkar insanların peşəyə cəlb edilməsi və s. bu gün müəllimin soaial statusuna ciddi xələl gətirən amillərdəndir. Bu peşə üzrə diplomu olan, lakin öz ixtisası üzrə peşəkarlaşmayan insanların şəxsi tanışlıqlar nəticəsində pedaqoji fəaliyyətə cəlb olunması, peşəkarların prosesdən kənarda qalması vəziyyəti daha da acınacaqlı edir. Ona görə də, 21-ci əsrdə qlobal, iqtisadi və sosial inkişafdan təsirlənən təhsil sahəsində müasir tendensiyaya uyğun ciddi siyasi addımlar atılmalı, yeni əsrin müəllim profili ilə bağlı strategiyalar tətbiq edilməldir.
Müəllimlik peşəsinin nüfuzuna təsir edən bir digər nüans siyasətçilərin bu peşəyə münasibətidir. Siyasətçilərin bu sahə ilə bağlı açıqlamaları cəmiyyətdə ciddi əks-səda yaradır. Bu səbəbdən müəllimin ictimai dəyərinin və statusunun yüksəldilməsi həm də siyasətçilərin bu sahəyə münasibətindən ciddi şəkildə təsirlənir.
Müəllimlik peşəsinin cəmiyyətdəki statusuna təsir edən bir digər amil mediadır. Çağımızda media kanallarının çoxluğu və sosial medianın hər kəsə əlçatan olması nəticəsində insanlar çox qısa zamanda fikir (mənfi/müsbət) formalaşdıra bilirlər. Media orqanlarında paylaşılan mənfi fikirlər bu peşəyə olan hörməti zədələyir. Mediada sosial statusa mənfi təsir göstərən nümunələr əvəzinə, müsbət nümunələrə daha çox yer verilməldir. Media gücündən istifadə edilərək cəmiyyətə müsbət təsir göstərilməsi zəruridir. Məsələn, hər hansı bir müəllimin yanlış davranışı geniş ictimaiyyətə təqdim edilərkən bunun ümumi peşəyə damğa vuracağı reallığı unudulmamaldır; Bu məsuliyyəti hər kəs dərk etməli, peşənin sosial statusuna mənfi təsir edəcək rəftar və davranışlardan uzaq durmalıdır.
Sonda bir ölkənin inkişafında ən mühüm vasitənin təhsil olduğunu düşünürsək, bu prosesdə müəllimlik peşəsinin ciddi elementlərindən biri olduğunu söyləməliyik. Bir millətin gələcəyini hazırlamaqda məsuliyyət daşıyan müəllimlər gənc nəslin yetişdirilməsində və tərbiyəsində mühüm rol oynayırlar. Bu səbəblə, müəllimlərin öz vəzifələrini ən yaxşı şəkildə yerinə yetirə bilmələri üçün peşəyə başlamazdan öncə uğurlu proseslərdən keçmələri, daha sonra isə pedaqoji fəaliyyət üçün onlara gərəkən şəraitin yaradılması, ən əsası da müəllim statusunu aşağı salan amillərin aradan qaldırılması peşənin ictimai nüfuzunun yenidən yüksəlməsinə səbəb olacaq.

Şəhla Aslan,
Təhsil araşdırmaları üzrə doktorant
Yüklə 16,94 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə