БАКЫ ДЮВЛЯТ УНИВЕРСИТЕТИ
ИЛАЩИЙЙАТ ФАКЦЛТЯСИНИН
ELMИ
МЯЪМУЯСИ
№ 10 SENTYABR (EYLÜL) 2008
Dr. Əhməd NİYAZOV
252
İSLAM EVLƏNMƏ HÜQUQUNDA
BƏZİ MÜBAHİSƏLİ MƏSƏLƏLƏR
Dr. Əhməd Niyazov
∗
Giriş
Ailənin başlanğıcı evlilik, yaxud qadın-kişi münasibətlərinin ilk mərhə-
ləsi olan nikah əqdididir. Bu səbəblə istər din istər hüquq sistemlərinin əhə-
miyyətli hesab etdiyi məsələlərdən biri də nikahın mahiyyəti məsələsidir. İs-
lamda nikahın məzhəblər arasındakı mübahisəli şərtləri bunun İslama düşən
payıdır. İnsanlarımızı düşündürən suallara bir növ cavab xarakteri daşıması
səbəiylə onun bəzi məsələləri və müasir vəziyyətinə nəzər salmağıfaydalı he-
sab edirik.
Ümumiyyətlə nikah, qadın ilə kişinin ailə qurmaq məqsədi ilə qarşılıqlı
hörmət hisslərinə əsaslanan, qarşılıqlı hüquq və vəzifələr əmələ gətirən it-
tifaqı
1
və tərəflərin bir-birindən istifadəsinin halallığıdır
2
. Digər hüquq sis-
temlərində olduğu kimi İslam hüququnda da onun şərtləri və rükunları möv-
cuddur. Yazıdakı məqsədimiz nikah əqdinin tərəfləri, bu əqdə şahid olanların
məzhəb görüşlərindəki mövqeyi və müasir dövrdə onun qeydiyyatına hüquqi
bir baxışdır.
I. ƏQDİN TƏRƏFLƏRİ
Nikah əqdinin ünsürləri (rükünləri) arasında sayılan “nikahın tərəfləri”
bəhsi, İslam Ailə hüququnun mübahisəli məsələlərindən biri olub, nikahı
bağlayan tərəflər və bağlanan əqdin meydana çıxaracağı hüquqi nəticələrlə
əlaqəli məsələləri əhatə edir.
∗
Bakı İslam Universiteti Zaqatala Şöbəsi müəllimi.
1
Heyət, “Nikah”, Hüquq Ensiklopedik Lüğəti, Bakı 1991, s 336.
2
, Mehmet Erdoğan, Fıkıh Terimleri Sözlüğü, İstanbul 2005, s 456.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
253
Qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmamış uşaqların səlahiyyəti
vəlayət/qəyyumluq yolu ilə təmsil edilir
3
. Ancaq hal-hazırda müsəlmanlar
arasında evlilik yaşı, vətəndaşı olduğu ölkənin qanunlarında göstərilmiş yaş
həddidir.
Nikahın bağlanmasında tərəflərdən biri olan kişi “haqqında, həddi bü-
luğa çatmış kişinin öz nikahını özü bağlaya bilməsində hüquqi sərbəstliyə
malik olması görüşü” alimlərin ümumi rəyidir.
4
Fəqət, yetkinlik yaşına çat-
mış qızların evləndirilməsində isə hüquqi səlahiyətin kimdə olacağı, evlənə-
cək qızın özündə yaxud vəlisində olması məsələsi mübahisəlidir. Odur ki, bu
mübahisələr məzhəblər arasında cərəyan etməsindən başqa eyni məzhəb
alimləri arasında da fikir ayrılığına yol açmışdır
5
.
3
İslam hüququnda qəyyumlar, mirasda asabə mövqeyində olan kişilərdir. Hayrettin
Karaman, “Asabe”, DİA, III, 452-453. Asabələrdən biri olmadığı anda başqa
birinin təmsil edəcəyi sıra isə belədir: Oğulluq vasitəsi ilə olanlarda oğul,
oğlunun... oğlu. Atalıq vasitəsi ilə olanlarda: Ata, atanın atası (baba), babanın atası
(dədə)... Əmilik əlaqəsi olanlarda: Əmi, əmi oğlunun... oğlu. Muhammed Emin
İbn Abidin, Rəddu`l-Muxtar ale`d-Dürru`l-Muxtar, Dər Səadət 1249, II/311-313;
Saffet Köse, “İslam Hukukuna Göre Eevlenmede Velayet.”, İslam Hukuku
Araştırmaları Dergisi, Konya 2003, Sayı 2, s 103.) Burada qeyd etmək lazımdır
ki, keçən əsrə qədər müsəlmanlar arasında evlilik yaşı adı altında
müəyyənləşdirilmiş bir yaş həddi yox idi. Lakin, ilk dəfə olaraq 1917 ci ildə
Osmanlı Ailə Hüququ Qərarnaməsində bu, şəxslərin on səkkiz, qadınların isə on
yeddi yaşını doldurmaları şərtinə bağlandı. (Akif Aydın, Türk Hukuk Tarihi,
İstanbul 1999, s 280.) Ancaq 9 yaşından kiçik qız uşaqları ilə 12 yaşından kiçik
oğlan uşaqlarının evləndırılməsi qadağan edilərək bunların qanunen sərbəet
evliliyinə icazə verilən yaş həddinə qədər özünün razılığı yanında atasının
razılığının da alınması şərt görüldü. (Orhan Çeker, Ailə Hukuku Kararnamesi,
Konya 2004, Mad. 7-10.) Misir Ərəb Respublikasında isə rəsmi nikah yaşı
qızlarda 16, oğlanlarda 18 yaş həddinin olması 1930-cu ildə qəbul edilmişdir.
(Abdulvahhab Hallaf, Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İslamiyyə, Küveyt
1990, s 33.)
4
Hayrettin Karaman, İslamda Kadın ve Aile, İstanbul 2006, s 73.
5
Hənəfi məzhəbində Əbu Yusif (v.182/789) və İmam Məhəmməd (189/804), Cəfəri
məzhəbində isə Əbu Cəfər ət-Tusinin (v.460/1068) fikir ayrılıqları buna misal
göstərilə bilər ki, irəlidə təfərrüatlı bəhs ediləcəkdir.
Dr. Əhməd NİYAZOV
254
A. Qəyyumun şərt olmadığını müdafiə edənlər
Hənəfi
6
və Cəfərilərin əksəriyyətinə
7
görə həddi-büluğa çatmış qızın və-
layətə ehtiyacı olmayıb, öz razılığı ilə öz nikahını bağlaya bilər. Bu görüşü
iddia edənlərə görə belə olan halda vəlinin razılığı şərt deyil müstəhabdır
8
.
Başqa bir sözlə desək, nikah mərasimində ikinci tərəf, evlənəcək qızın şəx-
sən özü olub, hər hansı bir yaxınının təsdiqinə və ya razılıq göstərməsinə
onun ehtiyacı yoxdur. Bu görüşü mənimsəyənlər aşağıdakı istinad etmişdir-
lər.
ﹰﺓﹶﺃﺮﻣﺍﻭ
ﹰﺔﻨﻣﺆﻣ
ﹾﻥﹺﺇ
ﺖﺒﻫﻭ
ﺎﻬﺴﹾﻔﻧ
ﻲﹺﺒﻨﻠﻟ
ﹾﻥﹺﺇ
ﺩﺍﺭﹶﺃ
ﻲﹺﺒﻨﻟﺍ
ﹾﻥﹶﺃ
ﺎﻬﺤﻜﻨﺘﺴﻳ
…
“... Əgər mömin qadın özünü (mehirsiz) Peyğəmbərə bağışlayar,
peyğəmbər də onu nikahlamaq istəyərsə ...”
9
“
ﺲﻴﹶﻟ
ﻲﻟﻮﹾﻠﻟ
ﻊﻣ
ﹺﺐﻴﱠﺜﻟﺍ
ﺮﻣﹶﺃ
”
“Dul qadın haqqında vəlinin heç bir səlahiyəti yoxdur!”
10
“
ﻢﻳﹶﺄﹾﻟﺍ
ﻖﺣﹶﺃ
ﺎﻬِﺴﹾﻔﻨﹺﺑ
ﻦﻣ
ﺎﻬﻴﻟﻭ
”
“Evlənməmiş qadın özü haqqında vəlisindən daha çox söz haqqına
malikdir”
11
“ Nikahları haqqında qadınlarla məsləhət-məşvərət edin.” Həzrət Aişə
soruşdu: Ya Rəsulullah (s.ə.s.)! Şübhə yox ki, qız utancaqdır. Rəsulullah
cavabında: “
ﺎﻫﺎﺿﹺﺭ
ﺎﻬﺘﻤﺻ
-Qızın razılığı onun susmasıdır.”
12
Bu ayə və hədislərə isnad edən üləma, onları nikah əqdinin, qadının özü
tərəfindən bağlanacağının ən açıq dəlili hesab etmişdirlər. Bundan başqa
6
Əbu Cafer Əhməd b. Məhəmməd əl-Əzdi əl-Mısri Tahavi, Şərhu Məanil-
Asar,Təhqiq: Mahmud Seyid, Qahirə 1967, ııı, 7-13; Abdullah b. Məhəmməd
Mövsili, əl-İxtiyar Li Telili`l-Muxtar, Beyrut 1975, 3, 92.
7
İbn Həmzə ət-Tusi,, əl-Vəsilə ilə Neyli`l-Fəzilə, Qum 1987, s 229; Əbu’l-Qasım
Əli b. Həsən əl-Musəvi Aləmulhüdâ əş-Şərif Murtaza, əl-İntisâr, Beyrut 1985, s
119; İbn İdris Mühəqqiq Əbu’l-Qasım Nəcməddin Cəfər b. Həsən əl-Hüzəli əl-
Hillî, Şəraiu’l-İslam fi Məsaili’l-Halal və’l-Haram, Beyrut, tsz, 2/500; Şəmsəddin
Məhəmməd b. əl-Məkki Şəhidi-Əvvəl əl-Âmilî, əl-Lümatu’d-Dəməşqiyyə fi Fiq-
hi’l-İmamiyyə, Beyrut 1990, s 161; Məhamməd Cəmaləddin əl-Məkki Şəhidi-Sani
əl-Amili, ər-Rəvzatu’l-Bəhiyyə fi Şərhi Lümati’d-Dəməşqiyyə, Beyrut, t.y., 5/112.
8
Kəmaləddin Məhəmməd İbnul-Humam, Fəthu`l-Qadir, Misir 1897, 3, 255;
9
Əhzab, 33/50.
10
Əbu Davud, Nikah 25; İbn Hənbəl, 1, 334.
11
Əbu Davud, Nikah 25; Tirmizi, Nikah 18; İbn Mace, Nikah 11.
12
Buxari, Hiyəl 11; Müslüm, Nikah 18; Əbu Davud, Nikah 25; Tirmizi, Nikah 18;
İbn Macə, Nikah 11.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
255
həzrət Peyğəmbərin (s.ə.s) Ümmü Sələmə ilə evliliyi buna ayrı bir isnad
edici faktor qəbul edilmişdir. Belə ki, Peyğəmbər əleyhissəlam onu istəmək
üzrə xəbər göndərincə Ümmü Sələmə: “Vəlilərimdən hal hazırda burada heç
kim yoxdur” - demişdi. Bunu eşidən Peyğəmbər: “Nə burda olan, nə də ol-
mayan vəlilərdən bu evliliyi xoş qarşılamayacaq heç kim yoxdur.”
13
Hədis
haqqında rəy bildirən bəzi alimlər bu barədə belə demişdir: “Bu rəvayət, ni-
kah anında qəyyumlardan birinin iştirakının vacib olmadığına açıqca dəlalət
edər. Ümmü Sələmənin sözündən də bu başa düşülür. Həmçinin, hədis yersiz
səbəb və bəhanələrlə evliliyi istəməmə hallarında onlara etiraz haqqı tanımır.
Hədis, vəlilərin belə bir haqqının olmadığına dəlalət edir. Qaldı ki, evlənən-
lər bir-birinə münasib isə vəlinin etirazı üçün bir əsas yoxdur.”
14
Bu görüşü irəli sürən alimlərdən Əbu Hənifə başda olmaqla, həddi-bülu-
ğa çatmış bir qızın evlənməyə heç kəs tərəfindən məcbur edilə bilməyəcəyi
görüşünü müdafiə edərək qızın razılığı olmadan bağlanan nikahın batil ola-
cağına qaildirlər.
15
Hər nə qədər nikah əqdində həddi-büluğa çatmış qadının
nikah bağlamada sərbəst olduğunu müdafiə etsələr də əleyhinə olan bir evli-
likdə vəliyə müdaxilə haqqı tanımışdırlar.
16
Bu, qadının münasibi olmayanla
evlənməsi anında ortaya çıxan məsələdir. Belə ki, öz etirazını irəli sürən
qəyyum, evlilik baş tutsa belə hamiləlik olmadığı müddətcə məhkəmə vasi-
təsi ilə nikaha mane ola bilər
17
.
B. Qəyyumun şərt olduğunu müdafiə edənlər
Maliki, şafi, hənbəli, zahiri
18
, cəfərilərdən isə Üsuli ekolun qurucuların-
dan Əbu Cəfər ət-Tusiyə görə
19
qadın
20
qətiyyən nikahda tərəf ola bilməz.
Onun nikahını ancaq qəyyumu bağlaya bilər. Əks təqdirdə nikahı batil olar.
13
Əhməd b. Hənbəl, Müsnəd, 6/295-313.
14
Muhammed Şeltut – Ali Sayis, Mukayeseli Mezhepler Hukuku, Çev. Said
Şimşek, İstanbul t.y, s 83-84; Kösə, e,a.ə, s 108.
15
Karaman, Kadın və Ailə, s 73.
16
İbn Hümam, e.a.ə, III, 255.
17
Şəmsəddin əs-Seraxsi, əl-Məbsut, Misir 1906,V, 13.
18
Məhəmməd b. Əhməd İbn Rüşd əl-Qurtubi, Bidayətu`l-Müctəhid və Nihayəti`l-
Müqtəsid, Mısır 1966, II, 8; Müvəffəqəddin Əbu Məhəmməd İbn Qudamə, əl-
Muğni fı Fıqhi`l-İmam Əhməd b. Hənbəl əş-Şeybani, Beyrut 1984, VI, 475; İbn
Hazm, Əbu Məhəmməd Əli b. Əhməd b. Səid əl-Əndəlüsi, əl-Muhalla bi`l-Asar,
Təhqiq: Abdulğaffar Süleyman, Beyrut 1987, XI, 23.
Dr. Əhməd NİYAZOV
256
Onlar içtihadlarına aşağıdakı nəsları dəlil olaraq irəli sürmüşdürlər:
...
ﺎﹶﻠﹶﻓ
ﻫﻮﹸﻠﻀﻌﺗ
ﻦ
ﹾﻥﹶﺃ
ﻦﺤﻜﻨﻳ
ﻦﻬﺟﺍﻭﺯﹶﺃ
...
“Qadınların öz ərlərinə nikah edilməsinə mane olmayın.”
21
İddia sahiblərinə görə bu ayə bizə qadınların nikah işlərinin qəyyuma
bağlı olduğunu ifadə edir. Çünki qadınlar, bu hüquqlarından istifadə etmədə
sərbəst olsa idi Allahın aşağıdakı əmri olmazdı:
...
ﺍﻮﺤﻜﻧﹶﺃﻭ
ﻰﻣﺎﻳﹶﺄﹾﻟﺍ
ﻢﹸﻜﻨﻣ
ﲔﺤﻟﺎﺼﻟﺍﻭ
ﻦﻣ
ﻢﹸﻛﺩﺎﺒﻋ
ﻢﹸﻜﺋﺎﻣﹺﺇﻭ
“Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməli-saleh (yaxud
evlənməyə qabil) kölə və cariyələrinizi evləndirin.”
22
Bu ayələrdə müraciət bilavasitə vəlilərədir və qadınları evləndirmədə on-
ların söz sahibi olduqları açıqdır.
23
Bundan başqa onlar həzrət Peyğəmbərin kəlamlarını öz fikirlərinə isnad
edərək münasibət bildirmişdirlər. Bunlar aşağıdakılardır:
“
ﺎﻤﻳﹶﺃ
ﺓﹶﺃﺮﻣﺍ
ﺖﺤﹶﻜﻧ
ﹺﺑ
ﹺﺮﻴﻐ
ﻥﹾﺫﹺﺇ
ﺎﻬﻴﻟﺍﻮﻣ
ﺎﻬﺣﺎﹶﻜﹺﻨﹶﻓ
ﹲﻞﻃﺎﺑ
ﹶﺙﺎﹶﻠﹶﺛ
ﺕﺍﺮﻣ
”
“Hər hansı bir qadın vəlisinin icazəsi olmadan evlənərsə, onun nikahı
batildir, onun nikahı batildir, onun nikahı batildir.”
24
“
ﺎﹶﻟ
ﺡﺎﹶﻜﹺﻧ
ﺎﱠﻟﹺﺇ
ﻲﻟﻮﹺﺑ
”
“ Nikah ancaq qəyyum ilə olar.”
25
Maliki, şafi, hənbəli məzhəbləri və cəfərilərdən Əbu Cəfər Tusiyə görə
məcburi qəyyumluq bakirəlik müddətində davam edər. Bakirə qız yaşından
19
“
نذﺈﺑ ﻻإ ماوﺪﻟا حﺎﻜﻧ ﺎﻬﺴﻔﻧ ﻰﻠﻋ ﺪﻘﻌﺗ نأ ﺮﻜﺒﻠﻟ زﻮﺠﻳ ﻻو
ﺎﻬﻴﺑأ
.
” Əbu Cəfər Məhəmməd b. Əl-
Həsən Şeyhu’t-Taifə ət-Tusi, ən-Nihayə fi Mücərrədi’l-Fıqh və’l-Fətava, Beyrut
1970, s 465. İmamiyyə fiqhinin ən böyük alimi (Şeyhu`t-Taifə) sayılan Əbu Cəfər
ət-Tusi müəllimi Şeyh Müfiddən sonra Üsuli ekolun bünövrəsini daha da
dəqiqləşdirərək sistemi müəyyən etmişdir. Şəri dəlilləri Quran və Sünnə ilə
məhdudlaşdıran Əxbari ekoldan fərqli olaraq dində dəlillərin quran, sünnə, icma
və ağıldan ibarət olacağı fikrini yekunlaşdırmışdır. Əlavə məlumat üçün baxın: Əli
Əhməd Salus, Fiqhu’ş-Şîati’l-İmâmiyyə və Mevâdiu’l-Xilâfi Beynəhu və Beynə’l-
Məzahibi’l-Ərba’a, Küveyt, 1987; Uyar, Məzlum, İmamiyyə Şiasında Düşünce
Ekolları-Əxbarilik, İstanbul 2000.
20
Onu da qeyd etmək lazımdır ki, burada qadından məqsəd yetkinlik yaşına çatmış
bakirə qadındır. Boşanmış vəya dul qadınlara gəlincə Zahirilərdən başqa əksər
alimlərinin onlarla bağlı görüşü başqadır və haqqında bəhs ediləcəkdir.
21
Bəqərə, 2/232.
22
Nur: 24/32.
23
İbn Hazm, e.a.ə. s.
24
Əbu Davud, Nikah 19; Tirmizi, Nikah 14; İbn Macə, Nikah 15.
25
Buxari, Nikah 36; Əbu Davud, Nikah 19; Tirmizi, Nikah 14; İbn Macə, Nikah 15.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
257
asılı olmayaraq bakirə olduğu müddətcə onun üzərindən qəyyumluq qalx-
maz. Vəlisi onu istədiyi kişi ilə evləndirə bilər. Qızın üzərindəki bu qəyyum-
luq səlahiyəti dul qalması (seyyibə) ilə düşər. Əbu Cəfər Tuusiyə görə dul
qadın evlənmədə tam ixtiyar sahibi olsa da
26
şafi maliki və hənbəli məzhəb-
lərinə görə qəyyum yenədə onun razılığını almaq şərtilə istədiyi kişi ilə
evləndirə bilər.
27
Qeyd olunan məzhəblər arasında Zahirilərə görə isə qadının dul və ya
bakirə olması arasında hər hansı bir fərq yoxdur. Hər halukarda vəlinin ica-
zəsini nəzərə almadan bağlanan nikah səhih hesab edilməmişdir.
28
Məzhəb görüşlərinin fərqli təzahür etməsindəki səbəbin uləmanın ayə və
hədislərə mühakiməli yanaşmaları olduğu iddiası
29
burada qeyd edilməyə də-
yər. Bunun nəticəsində nikahı qadının ixtiyarına bağlayanların hürriyətçi,
qəyyumun ixtiyarına bağlayanların isə mühafizəkar nöqteyi-nəzəri höküm
vermədə həlledici olmuşdur.
30
Bu çıxış nöqtəsi təqdirə layiqdir. Çünki hürriyyəti əsas alanlara görə qa-
dın, əgər alış-verişi (malı) üzərində sərbəst təsərrüf haqqına malikdirsə, özü
üzərində də sərbəst təsərrüf haqqı olmalıdır. Mühafizəkarlığı əsas alanlara
görə isə bəzi ayələrdəki “evləndirin”
31
ifadəsi ilə yanaşı qadın təbiətindəki
tədbirsiz davrana bilmə xüsusiyyətləri nəticəsində sonradan ortaya çıxacaq
zərərlərə əvvəlcədən sədd çəkmə metodudur.
32
II. ŞAHİDLİK
Bir isbat vasitəsi olaraq şahidlik, bütün hüquq sitemlərində mühakimə
icraatı baxımından mülki prosessual hüququn əhəmiyyət verdiyi sahədir.
26
Tusi, ən-Nihayə, s 467.
27
əl-Cəziri, əl-Məzahibu`l-Ərbəa, 4/29; Orhan Çeker, İslam Hukukunda Akitler,
İstanbul 2006, s 240.
28
İbn Hazm, e.a.ə, ıx, 25; Əlavə məlumat üçün bax: Zekeriya Gülər, Zahiri
Muhaddislərlə Hanefi Fakihləri Arasındaki Münakaşalar və İhtilaf Səbəpləri,
Ankara 1997, s 40.
29
Abdulaziz Bayındır, Kuran Işığında Doğru Bildiğimiz Yanlışlar, İstanbul 2006, s
190.
30
Eyni əsər , eyni yer.
31
Bəqərə 2/232, Nur 24/32.
32
Karaman, Ailə və Kadın, s 74.
Dr. Əhməd NİYAZOV
258
Çünki, şahidlər işin hər hansı halları haqqında məlumatı olan şəxslərdir
33
və
eyni zamanda hüquq münasibətlərindən əmələ gələn mübahisələrin aydınlan-
masında dəlildir
34
.
Ailə hüququna gəldikdə isə bir tərəfdən evliliyin zinadan ayrılması, digər
tərəfdən də lazım olduğu təqdirdə qarşılıqlı hüquqların isbatını təmin etmək
kimi faydalarına görə bütün hüquq sistemləri şahid və ya elan şərtinə
əhəmiyyət vermişdir. Evliliyin gizli galmamasını təmin edəcək tədbirlər belə
alınmışdır
35
. Belə bir şərtin nikah əqdi üçün keçərli olub-olmaması məzhəb-
lərə görə fərqlidir və aşağıdakı kimidir.
A. Nikahda şahidliyi əsas kimi qəbul edənlər
Səhabə və tabeunun, həmçinin şafi, hənəfi, zeydi, hənbəlilərin
əksəriyyəti və İmam Nəhai və Əvzaiyə görə nikahda ən az iki nəfər (kişi)
şahidin olması şərtdir
36
. Çünki Allah Rəsulu bu barədə belə buyurur:
“
ﺎﹶﻟ
ﺡﺎﹶﻜﹺﻧ
ﺎﱠﻟﹺﺇ
ﺩﻮﻬﺸﹺﺑ
”
“Şahidsiz nikah yoxdur”.
37
“
ﺎﹶﻟ
ﺯﻮﺠﻳ
ﺡﺎﹶﻜﹺﻧ
ﹺﺑ
ﹺﺮﻴﻐ
ﹺﻦﻳﺪﻫﺎﺷ
”
“İki şahidsiz nikah caiz deyil”
38
Nikahda iki şahidin şərt olduğunu irəli sürənlər içərisində Hənifilərin
xaricindəkilər iki şahidin hər ikisinin kişi olmasını, Hənəfilərin isə qadını da
nikahda tərəf qəbul edərək iki kişi əvəzinə bir kişi və iki qadının da şahidli-
yini qəbul edirlər.
39
Cəfəri məzhəbində nikahda şahidlərin iştirakı məsələsinə gəlincə isə, bu
barədə məzhəbin özünəməxsus hökmü vardır. Burada məşhur hüquqşünas-
33
Heyət, Eyni adlı ensiklopediya, Şahid Maddəsi.
34
Celal Erbay, İslam Ceza Muhakemesi Hukukunda Ispat Vasıtaları, İstanbul 1999,
s 58; Atar, Fahrettin, İslam Adliye Teşkilatı, Ankara 1999, s195.
35
Hayrettin Karaman, Mukayeseli İslam Hukuku, İstanbul, 196, I,324; Hallaf,
Əhvalu`ş-Şəxsiyyə,s 26.
36
İbn Qudamə, e.a.ə, 6, 450; İbn Hümam, e.a.ə, 3, 199; Quleysi Əli Əhməd,
Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə, Sana 1993, I, 84.
37
Buxari, Şəhadət: 8.
38
Ebu Davud, Nikah 19. Darimi, Nikah 11.
39
Ömər Nasuhi Bilmən, Hukuk-ı İslamiyye ve Istılahat-i Fıkhiyye Kamusu, İstanbul
1967, II,29.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
259
larından Şərif Mürtazanın (v.436/1044) mövzu haqqındaki xüsusi izahını
qeyd etmək yerində olacaqdır. O, belə yazmışdır:
“Məzhəbimizə görə nikahda şahidlik fəzilətli olsa belə nikahın şərtlərin-
dən deyil... Fikrimizin dəlili öncə məzhəbimizin mövzu haqqındaki icmasıdır.
Həmçinin Allah, kitabında bir çox yerdə nikahdan bəhs etdiyi halda şahid-
ləri şərt qoşmamışdır. Bu da belə bir şərtin olmadığına dəlalət edir. Əgər,
Peyğəmbər əleyhissəlamdan rəvayət edilən “
يﺪهﺎﺷو ﻲﻟﻮﺑ ﻻا حﺎﻜﻧ ﻻ
لﺪﻋ
”
“İki adil şahid və qəyyumsuz nikah yoxdur” sözü ilə bunun əksinə dəlil
gətirərlərsə, bu xəbər qətilik ifadə etməməklə bərabər onunla əməl etmək va-
cib deyildir. Belə ki, onda ehtimallıq vardır. Çünki, “
حﺎﻜﻧ ﻻ
- nikah yoxdur”
sözü ilə nikahın ya hissələrinin ya da fəzilətinin olmayacağı bilqisi məxfidir.
Ona görə də, sözün sadəcə bu mənaya dəlaləti doğru deyildir. Fəzilətinin
olmadığı mənasını çıxartmaq caizdir və daha güclü ehtimaldır. Bu təqdirdə
sanki o belə demişdir: “
دﻮﻬﺷو ﻲﻟﻮﺑ ﻻا ﻼﺿﺎﻓ حﺎﻜﻧ ﻻ
- Fəzilətli nikah,
şahidlər və vəlisi olan nikahdır.” Necə ki,Peyğəmbər əleyhissəlam: “
ﻻو
جﺎﺘﺤﻣ ﻢﺣر وذو ﺔﻗﺪﺻ
/
ﺪﺠﺴﻤﻟا ﻲﻓ ﻻا ﺪﺠﺴﻤﻟا رﺎﺠﻟ ةﻼﺻ ﻻ
- Məscidə qonşu
olanın ancaq məsciddəki namazı və möhtac qohumu olanın ancaq qohumuna
verdiyi sədəqə qəbuldur”
40
-demişdir.”
41
Yuxarıda qeyd edildiyi kimi İmamiyyə nikah anında şahidliyi fəzilətli iş-
lərdən saymışdır. Ancaq onun hüquqi nəticəsi baxımından əhəmiyyəti onlara
görə də labüddür. Belə ki, Şeyx Müfid’e (v. 413/1022) göre nikahda şahitlik
miras üçün lazımlı bir haldır.
42
B. Nikahın elanını əsas qəbul deyənlər
Səhabə və tabeundan əksəriyyəti, məzhəb imamlarından isə İmam Malik
və Əhməd b. Hənbələ görə şahidlərin nikah mərasimində iştirakı şərt deyil,
ancaq bağlanan nikahın elan edilməsi şərtdir
43
. Digər cəhətdən onların nə-
zərində şahidsiz nikah səhihdir. Ancaq bağlandıqdan sonra onun elan edil-
40
Məhəmməd b. Əl-Həsən əl-Hurr əl-Amili, Təfsilu Vəsaili’ş-Şia ila Təhsili
Məsaili’ş-Şəri’ə, Qum 1994, III, 478.
41
Murtaza , Əbu’l-Qasım Əli b. Həsən əl-Musəvi Aləmuhüda əş-Şərif, ər-Rəsail,
Təhqiq: Əhməd əl-Hüseyni ve Mehdi Rəcai, Qum 1985, s 237.
42
Əbu Abdullah Məhamməd Şeyx əl-Müfid,‘Ilelu’ş-Şerâ’i’, Qum 1997, s 498
43
İbn Qudamə, e.a.ə, VI,451.
Dr. Əhməd NİYAZOV
260
məsi vacibdir. Əgər, nikah elan etməmək və ya gizləmək məqsədi ilə
bağlanarsa bu, nə caiz, nə də hüquqi hökmə malikdir.
44
Çünki Peyğəmbər (s.ə.s):
“
ﺍﻮﻨﻠﻋﹶﺃ
ﺍﹶﺬﻫ
ﺡﺎﹶﻜﻨﻟﺍ
ﻩﻮﹸﻠﻌﺟﺍﻭ
ﻲﻓ
ﺪﹺﺟﺎﺴﻤﹾﻟﺍ
ﺍﻮﺑﹺﺮﺿﺍﻭ
ﻪﻴﹶﻠﻋ
ﻑﻮﹸﻓﺪﻟﺎﹺﺑ
”
“Bu nikahı elan edin, onu həm məscidlərdə bağlayın, həm də onun üçün
dəfləri çalın.”
45
Bundan başqa Peyğəmbərimizin (s.ə.s.) yuxarıda qeyd etdiyimiz:
“
ﻩﻮﹸﻠﻌﺟﺍﻭ
ﻲﻓ
ﺪﹺﺟﺎﺴﻤﹾﻟﺍ
”
“...nikahı məscidlərdə qıyın...” hədisi əsasında görüş bildirən bəzi alim-
lər, məqsədin əsasən “məscid” olduğu və nikahın elanı və yayılmasında məs-
cidin rolundan bəhs edərək belə demişdir: “Şübhəsiz ki, nikahın məsciddə
qıyılması onun elanı və yayılması baxımından ən ideal yoldur. Çünki məs-
cidlər insanların toplaşdığı yerdir. Xüsusilə də ilk əsrlərdə məscidlər, müsəl-
manların toplanma mərkəzləri (idarə) hökmündə idi”
46
Bağlanan nikahın cəmiyyət tərəfindən tanınması və bilinməsi İslam dini-
nin əhəmiyyət kəsb edən məsələlərindən biridir. Belə ki, qadın ilə kişi ara-
sındaki münasibətin birlikdə yaşama arzusu olduğunun və bunun hüquqi
əsaslara bağlı, cəmiyyətin əxlaq normalarına tərs düşməyən bir şəkildə
yerinə yetrildiyindən ictimaiyyətin xəbərdar edilməsidir.
Onlara görə nikahın bilinməsinin iki şahidlə məhdudlaşdırılması onu
gizli (sirr) olmaqdan çıxarmaz. Bu da ifşa edilməyən gizli nikah hökmün-
dədir
47
. Hətta bu fikri iddia edən bəzi hüquqçulara görə came dolu şahidlər
də iştirak etsə, mütləq olaraq nikah əqdinin gizli tutulması istənilərsə, bağ-
lanan bu nikah nikahi-sirr (gizli nikah) olar. Belə bir vəziyyətdə də gizlilik
nikah əqdini batil edər.
48
44
Quleysi, e.a.ə, I, 85.
45
Tirmizi, Nikah 6; İbn Macə, Nikah 20; Əhməd İbn Hənbəl, IV, 5.
46
Seyyid Sabiq, Fiqhu`s-Sünnə, Beyrut 1998, II, 155.
47
İbn Rüşd, e.a.ə, II,17.
48
Məhəmməd Tahir İbn Aşur, İslam Hukuk Felsefesi, Şev: M. Erdoğan-V. Akyüz,
İstanbul 1999, s 226.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
261
III. RƏSMİ QEYDİYYAT/TƏSCİL
Klassik İslam hüquq düşüncəsində nikahın yazılı isbatına dair hər hansı
bir rəsmi qeydiyyatdan bəhs etmək çətindir. Nikahın bağlanmasında belə bir
şeyin irəli sürülməsinin geyri-mümkünlüyü o dövür üçün təbiidir. Ancaq
XVI əsrə qədər davam edən bu halın bəzi İslam ölkələrində bundan sonra
dövlətin nəzarətinə verilməsi əsas hesab edilmişdir.
49
Belə ki, nikah məra-
siminin yerinə yetirilməsində dövlət izinnamə üsulunu tətbiq etmişdir.
50
İzinnamə, xüsusiylə məhkəmə tərəfindən evlənəcək qadın və kişi arasında
evlənmə şərtlərinə uyğun olması haqqında bir növ icazə sənədi olmuşdur.
Bu, əldə edildikdən sonra səlahiyyətli şəxs onların nikahını bağlaya bilərdi.
İzinnamənin ən böyük əhəmiyyəti qadın və kişi arasında məhkəmə proses-
lərində ortaya çıxırdı. Çünki belə bir sənəd əsasasında bağlanmayan (qeyri-
rəsmi) evliliklər hər hansı bir hüquqi məsələdə məhkəməyə müraciətdən
məhrum idi.
51
1917 Osmanlı Hüquq Ailə Qərarnaməsi
∗
qəbul olunduqda nikahın qey-
diyyatı məsələsini daha da rəsmiləşdirərək bağlanan nikahın tənzim və
təscilini 37-ci maddədə aşağıdakı şəkildə qanunlaşdırdı:
“Nikah əqdi əsnasında nişanlılardan birinin qeydiyyatda olduğu yerin
səlahiyyətli nümayəndəsi əqdnaməyi tənzim və təscil edər.”
52
49
Osmanlı dövlətində nikah mərasimi bu əsrə qədər iki şahidin müşayiəti ilə yerinə
yetirilirdi. Tətbiq edilən bu üsulun müqabilində Ebu`s-Suud Əfəndinin (v.1574)
təsiri ilə dövlətin müdaxiləsindən söz edilərək qeydiyyat şərti gətirildiyi qeyd
edilir. Hayri Erten, “Osmanlı Ailesinin Sosyal Yapısı Üzerine”, Mehir Elmi ve
Akademik Bülten, Konya 1999, Sayı 4, s 9.
50
Akif Aydın, Türk Hukuk Tarihi, İstanbul 1999, s 290; Erten, e.a.ə., s 9.
51
Aydın, e.a.e., s 290.
∗
Hüquq Ailə Qərarnaməsi müxtəlif fiqh məzhəblərinin ictihadları əsasında
hazırlanan və 1917-ci ildə qəbul edilmiş ilk İslam Ailə qanunudur. Bu,
müsəlmanlarla bərabər Osmanlı Dövlətinin hakimiyyətində olan xristian və
yahudilərin ailə hüquqlarını da tənzimləmiş 157 maddədən ibarət qanunlar
mənzuməsidir ki, hazırlandığı yerdə (indiki Türkiyə) sadəcə iki il tətbiq edilsə də,
ancaq Suriya, İraq və Libiya kimi bölgələrdə uzun müddət tətbiq edilmə imkanı
əldə etmişdi. (Orhan Çeker, Osmanlı Hukuk-i Aile Kararnamesi, Konya 1999, s
5.)
52
Eyni adlı eser.
Dr. Əhməd NİYAZOV
262
Qeyd olunan Ailə qərarnaməsində dövlətin hüquq nizamına uyğun ol-
mayan evlənmələr rədd edilməmişdir.
53
Ancaq dövlət nəzarəti xaricində bağ-
lanan nikah mərasimindəki tərəfləri və iştirak edən şəxsləri cinayət məsuliy-
yətinə cəlb edərək onlara müxtəlif müddətlər ərzində azadlıqdan məhrum et-
mə cəzalarını müəyyənləşdirmişdir.
54
Ümumiyyətlə bu dövrlərdə Müsəlman ölkələrində həmçinin Azərbaycan-
da
55
nikahın qeydiyyat altına alınması
56
prossesi aşağıdakı kimi olmuşdur.
Dövlət, nikah qeydiyyatı işini dini bir sifətlə deyil, dövlətin səlahiyyətli
hesab etdiyi resmi bir sifətlə imam, axund və qazilərin nəzarətinə vermişdi.
53
Çünki İslam Dini baxımından evlilik sözləşməsinin meydana gəlməsi üçün din
adamı, dua və rəsmi qeydiyyat kimi şərtlərin nikaha aidiyyəti yoxdur. ( Hayrettin
Karaman, “İslamın Getirdiği Ailə Anlayışı”, Sosyal Kültürel Değişim Sürecinde
Türk Ailəsi Bülteni, Ankara Aile A. K. Bşk. Yayınları, 1992, II/338.)
54
Erten, e.a.e., s 9.
55
Azərbaycan hicrətin 18-ci ilindən (639) etibarən 30-cu ilinə qədər (650) (21-ci
ildə Muğan, 22-ci ildə Şirvan, 25-ci ildə Təbriz, Talış, Aran və başqa yerlər
bölgə-bölgə ) İslam orduları ilə müqavilələr imzalayaraq İslam coğrafiyasına daxil
oldu. (Həmidullah, Məhəmməd,Məcmuatul-vesaiki’s-siyasiyye li ahdi’n-nebeviyyi
ve’l-Hilafəti’r-Raşidə, Beyrut 1983, s 445-456.) Mədəniyyətə təsir etmə qabiliy-
yəti İslamda daha güclü olduğu üçün, şərq xalqlarının qurduqları İslam mədəniy-
yəti bu dövrlərdə Qafqazda geniş yayıldı. (Allahşükür Paşazadə, Qafgazda İslam:
tarix və müasirlik, Bakı 1991, s 107-116.) Cəmiyyət, İslam dininə sahib çıxmaqla
bərabər bu coğrafyada onun kökləşməsinə səbəb olan çoxlu mədrəsələrin fəaliy-
yətinə başladılar. Beləliklə mədrəsələr müxtəlif sahələrdə bir çox alim yetişdirdi.
İslam dini elmləri sahəsində də burada yetişən üləmadan Əbu Səid Əhməd b.
Hüseyin əl-Bərdəi, Əhməd Harun əl-Bərdici (v.301/924), Məhəmməd b. Xalid əl-
Bərdəi, Əbu Bəkir əd-Dərbəndi, Əbul-Qasım Həsən əl-Bərdəi və başqaları 1924-
cü ilə qədər tətbiq edilən İslam hüququnun ilk nümayəndələridir. Orta əsirlərin
axırlarında hayatın bir çox sahəsində təsiri olan İslam qanunları Rus hakimiyyəti-
nin bölgədə güclənməsinə paralel olaraq tədricən sıxşdrılmağa başladı. 8 aprel
1831-ci ildə cinayət hüququnda İslam qanunlarının tətbiqi qadağan edildi. Ardın-
dan 1842-ci ildə hazırlanan Rus Qanunlar Toplusunda 3477-ci maddə Azərbay-
canla əlaqəli olaraq burada Ailə hüququ istisna olmaqla İslam adına nə varsa hər
şeyin ortadan qaldırılaraq yerinə Rus Qanunlar Toplusunu əsas alan bir sistem
irəli sürüldü. (İsmayılov, H. C, XIX-cu əsrin birinci yarısında Azərbaycanın Məh-
kəmələri Tərəfindən Müsəlman Hüququnun Tətbiqi Məsələləri, Bakı Dövlət Uni-
versiteti Elmi Konfransının Materialları, Bakı 1999, s 345. ) Ailə hüququda, ancaq
1924-cü il Rus imperiyasının işğalına kimi tətbiq edildi.
56
Azərbaycanda nikah qeydiyyatı məsələləri üçün bax: Adolf Berjenin, Qarabağ
Arxeoqrafiya Komissiyası, Tiflis 1868, II/695-696; Nazim Axundov, Qarabağ Sal-
namələri, Bakı 1989, s 217.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
263
Nikahın şərtləri arasında imam və dua yoxdur. Ancaq nikah kimi əhəm-
miyyətli məsələdə bir xətaya, səhvə vəya qüsura yol verməməmk üçün bu işi
bilənin səlahiyətinə vermiş oldular. Nikahın imamlar tərəfindən bu cür bağ-
lanması hadisəsi xalq tərəfindən bunun ancaq imam işi olduğu anlayışını
doğurdu və İslamın nikah anlayışı imam nikahı adı ilə tarixə həkk oldu. Bu
səbəblədir ki, dünyəvi hüquq sisteminə keçən İslam ölkələrində hal-hazırda
dövlətin rəsmi nikah mərasimindən əvvəl və ya sonra dini ritual olduğu
düşüncəsiylə imam nikahı da yerinə yetrilir. Bu cür –vəlilərin razılığı və iki
şahid hüzurunda- bağlanan nikahla tərəflər dini olaraq ər-arvad sayılsa da,
hüquq qarşısında onlar evli deyildir.
57
Müasir İslam alimləri, tərəflərin hüquqlarına qanunən zəmanət verilməsi
baxımından belə bir tədbiri/rəsmi nikahı İslamın ikinci dərəcəli (fəri)
dəlillərindən olan məsləhət
∗
prinsipi əsasında zəruri hesab etmişdir
58
. Müasir
dövr üçün bu labüddür. Xüsusilə qadınların hüquqlarının qorunması baxı-
mından evliliyin hər hansı bir hüquqi baza tərəfindən tanınması ictimaiyyət
arasında dövrün tələblərindən sayılır. Çünki belə olmadığı təqdirdə tərəflərin
hüquqlarını qorumaq qeyri-mümkündür. Burada onu da qeyd edək ki, nikaha
iki adil kişinin şahid göstərilməsi şərti ilə hüquqların qoruna bilmə mənafeyi
güdülmüşdür. Belə ki, ikidən çoxu vacib olmasa da, şahidlərin ölüm və it-
məsi kimi təhlükələri qarşısında bir tərəf öz hüquqlarını qorumaqda ehtiyat
edərək şahidlərin ikidən çox olmasını digər tərəfin razılığı əsasında tələb edə
bilər.
59
Bu baxımdan nikahın qeydə alınması və rəsmiləşdirilməsi iki şahid-
dən daha güclü əsas hesab edilmişdir.
60
57
Karaman, İslam Hüququ, I/331.
∗
Məsləhət, İslam Hüquq Nəzəriyyəsi baxımından ikinci dərəcəli dəlillərdən olub,
lüğət olaraq mütləq mənfəət deməkdir. Termin olaraq isə, dinin məqsədlərinə
uyğun olan bir şeyin mötəbər yaxud qadağan edildiyinə dair hər hansı bir dəlil də
olmazsa hökmün ona bağlanması ilə mənfəət hasıl olar və zərərlər uzaglaşdırılar.
(Abdulkerim Zeydan, el-Veciz fi Usuli`l-Fiqh, Beyrut 1994, s 236; Vehbe
Zuhayli, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996, s 74.)
58
Abdulvəhhab Həllaf, Elmi Üsuli`l-Fiqh, el-Mektebetu`l-İslamiyye, İstanbul, 1984,
s 95; Karaman, İslam Hukuku, I,331.
59
Məhəmməd İbn Məcuz, Vəsailul`-İsbat fil-Fiqhi`l-İslami, Yer yox 1995, s 57.
60
E.a.ə., s 330-332.
Dr. Əhməd NİYAZOV
264
Nəticə
Həzrət Peyğəmbərin (s.ə.s.) bəşəriyyətə bəxş etdiyi səadət əsrindən bu
yana min dörd yüz il keçir. Cəmiyyətin birlikdə yaşadığı o günki səadət fak-
toru bu günki qəlblərdə sönməyə üz tutmuş və yaxud fərdi xarakter almışdır.
İnsanların bir-birinə olan o günki etimadı əsrimiz insanının itirdikləri arasın-
dadır. Ona görə də insanlarla ünsiyyət qurmanın zəruri olduğu ictimaiyyəti-
mizdə kimin nə ilə qarşılaşacağı əvvəlcədən insanın zehnini məşğul edən
əsas problemlərdən birinə çevrilib.
Əmanət duyğusu kimi dini, milli və mənəvi dəyərlərin həddindən artıq
zəiflədiyi əsrimizdə İslam adına söylənmiş ictihadların bəzən tamamı bəzən
də bir qisminin tətbiqi çətin məsələlərin həllində şərt görünə bilər. Belə ki,
bir ailədə dini həssasiyyəti olmayan atanın nəyinsə xətrinə qızını zorla
evləndirməsi anında Hənəfi məzhəbi ictihadları o ailə üçün bir rəhmət
qapısıdır. Əsrin gətirdiyi bəlalardan “cinsiyyət azadlığı” xəstəliyinə yolux-
muş gənclərin ismətdən uzaq
∗
məhəbbətini kor koranə əldə etmə arzusu ilə
ata anasını heçə sayması qarşısında Şafi məzhəbi ictihadı ayrı bir rəhmət
qapısıdır. Evlənmək istəyən gənclərin nikahına şahidlik edəcək iki kişinin
adil olma vəsfindəki hikmət düşünməyə dəyər ayrı bir xüsusiyyətdir. Onlar,
şahid olacağı nikahda kimin kim ilə hansı şərtlərdə evlənməsini təsdiq edə-
cək kəslərdir. Tərəflərin ailələrinin bu işdəki rolunu və qurulacaq yuvanın
cəmiyyətdəki yerini gələcək baxımından ən yaxşı hesab edən onlardır. Digər
tərəfdən nikah sözləşməsi şərtlərində həm də hüquqların qorunması mənafe-
yi əsas olduğuna görə müasir dövrdə bunun əldə edilməsi yolu, onun hüquqi
bazasını qurmaqla, yəni rəsmi qeydiyyatla mümkündür.
Mənsubu olduğumuz cəmiyyətdə nikah kimi məsuliyyətli işi tamamı ilə
kişilərin insafına buraxmaq nə dərəcədə düzgündür? Əlbəttə dini məsuliyyə-
tini və tutduğu işin ciddiyyətini bilənlərin bu mövqeyi, prototip müsəlman
şəxsiyyətində hüquqi etimaddan daha böyük zəmanətdir. Ancaq hal-hazırda,
∗
Nizami Gəncəvinin aşağıdakı dahiyanə sözləri sanki bu günün gənclərinə
səslənişidir.
“Əgər Məhəbbətdə Olmazsa İsmət,
O Şəhvət Hissidir, deyil Məhəbbət.”
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
265
belə bir müsbət xüsusiyyəti cəmiyyət fərdlərinin heç olmazsa çoxuna şamil
etmənin də mümkünlüyündən bəhs etmək müşkül məsələdir. Qloballaşan
dünyada məlum olduğu kimi bundan az da olsa əmin olacaq zəmanət qapısı
da azdır. Dünya ictimaiyyəti bir yana sadəcə Azərbaycanda səbəblərin də
müxtəlifliyi ilə yanaşı bir ildəsadəcə rəsmi boşanmaların sayının doqquz
mindən artıq olması
∗∗
bunu sübut etməyə kifayətdir.
Bütün bu sadalananların fitva siyasəti ilə yaxından əlagəsi vardır. İndiki
zamanda hər bir müsəlmanın nikah anında bunları tək-tək nəzərdən keçir-
məsi və nikah kimi məsuliyyətli işdə zamana və şərtlərə görə hərəkət etməsi
dini bir məsuliyyətdir.
∗∗
Komisyon, “Azerbaycan Ülke Raporu”, Türk İşbirliği ve Kalkınma Ajansı
(TİKA) yayınları No 32, s 62
Dr. Əhməd NİYAZOV
266
ƏDƏBİYYAT
Axundov, Nazim, Qarabağ Salnamələri, Bakı 1989.
Âmilî,Şəmsəddin Məhəmməd b. əl-Məkki Şəhidi-Əvvəl, əl-Lümatu’d-
Dəməşqiyyə fi Fiqhi’l-İmamiyyə, Beyrut 1990.
Amili, Məhamməd Cəmaləddin əl-Məkki Şəhidi-Sani , ər-Rəvzatu’l-
Bəhiyyə fi Şərhi Lümati’d-Dəməşqiyyə, Beyrut, tsz.
Amili, Məhəmməd b. Əl-Həsən əl-Hurr, Təfsilu Vəsaili’ş-Şia ila Təhsili
Məsaili’ş-Şəri’ə, Kum 1994.
Atar,Fahrettin, İslam Adliye Teşkilatı, Ankara 1999, s195.
Aydın, Akif, Türk Hukuk Tarihi, İstanbul 1999.
Bayındır, Abdulaziz, Quran İşığında Doğru Bildiyimiz Yanlışlar,
İstanbul 2006.
Berjenin, Adolf, Qarabağ Arxeoqrafiya Kamissiyası, Tiflis 1868.
Cəziri, Abdurrahman, Kitabu`l-Fiqh alə`l-Məzahibu`l-Ərbəa, Beyrut
1972.
Çeker, Orhan, İslam Hukukunda Akitler, İstanbul 2006, s 240.
--------, Osmanlı Hukuk-i Ailə Kararnamesi, Konya 1999.
--------, Ailə Hukuku Kararnamesi, Konya 2004.
Erbay, Celal, İslam Ceza Muhakemesi Hukukunda İspat Vasiteleri,
İstanbul 1999.
Erdoğan, Mehmet, Fıkıh Terimleri Sözlüğü, İstanbul 2005.
Əbu Cəfər Məhəmməd b. Əl-Həsən Şeyhu’t-Taifə ət-Tusi, ən-Nihayə fi
Mücərrədi’l-Fıqh və’l-Fətava, Beyrut 1970.
Əli Əhməd Salus, Fiqhu’ş-Şîati’l-İmâmiyyə və Mevâdiu’l-Xilâfi
Beynəhu və Beynə’l-Məzahibi’l-Ərba’a, Küveyt, 1987.
Hallaf, Abdulvahhab, Əhkamu`l-Əhvali`ş-Şəxsiyyə fi`-Şəriəti`l-İsla-
miyyə, Küveyt 1990.
---------------, Elmi Üsuli`l-Fiqh, el-Mektebetu`l-İslamiyye, İstanbul,
1984.
Hamidullah, Muhammed, Mecmuatu’l-Vesaiki’s-Siyasiyye li Ahdi’n-
Nebeviyyi ve’l-Hilafeti’r-Raşide, Beyrut 1983.
Hayri Erten, “Osmanlı Ailəsinin Sosyal Yapısı Üzərinə”, Mehir Elmi
ve Akademik Bülten, Konya 1999, Sayı 4, s 9.
Heyət, Hüquq Ensiklopedik Lüğəti, Bakı 1991.
İslam evlənmə hüququnda bəzi mübahisəli məsələlər
267
Hillî, İbn İdris Mühəqqiq Əbu’l-Qasım Nəcməddin Cəfər b. Həsən əl-
Hüzəli, Şəraiu’l-İslam fi Məsaili’l-Halal və’l-Haram, Beyrut, tsz, 2/500;
İbn Aşur, Muhammed Tahir, İslam Hüquq Fəlsəfəsi, Tərc: M. Ərdoğan-
V. Akyüz, İstanbul 1999.
İbn Qudamə, Müvəffəqəddin Əbu Məhəmməd, əl-Muğni fı Fıqhi`l-
İmam Əhməd b. Hənbəl əş-Şeybani, Beyrut 1984.
İbn Hazm, Əbu Məhəmməd Əli b. Əhməd b. Səid əl-Əndəlüsi, əl-Mu-
halla bi`l-Asar, Təhqiq:
Abdulğaffar Süleyman, Beyrut 1987.
İbn Humam Kəmaləddin Məhəmməd, Fəthu`l-Qadir, Misir 1897.
İbn Məcuz, Məhəmməd, Vəsailul`-İsbat fil-Fiqhi`l-İslami, Tarixsiz
1995.
İsmayılov, H. C, XIX-cu əsrin birinci yarısında Azərbaycanın Məh-
kəmələri Tərəfindən Müsəlman Hüququnun Tətbigi Məsələləri, Bakı
Dövlət Universiteti Elmi Konfransının Materialları, Bakı 1999
Gülər, Zekeriya, Zahiri Muhaddislərlə Hanefi Fakihləri Arasındaki
Münakaşalar və İhtilaf Səbəpləri, Ankara 1997.
Quleysi, Əli Əhməd, Əhkamu”l-Usra fi`ş-Şəriəti`l-İslamiyyə, San`a
1993, I, 84.
Qurtubi, Məhəmməd b. Əhməd İbn Rüşd, Bidayətu`l-Müctəhid və
Nihayəti`l-Müqtəsid, Mısır 1966.
Karaman, Hayrettin, Mukayeseli İslam Hukuku, İstanbul, 1996.
-----------, İslamda Kadın ve Aile, İstanbul 2006.
-----------, “İslamın Getirdiği Ailə Anlayışı”, Sosyal Kültürel Değişim
Sürecinde Türk Ailəsi Bülteni, Ankara Aile A. K. Bşk. Yayınları, 1992.
Komisyon, “Azerbaycan Ülke Raporu”, Türk İşbirliği ve Kalkınma
Ajansı (TİKA) yayınları No 32.
Kösə, Saffət, “İslam hüququna görə evlənmədə vəlayət.”, İslam Hu-
kuku Araşdırmaları Dərgisi, Konya 2003, Sayı 2.
Mövsili,Abdullah b. Məhəmməd, əl-İxtiyar Li Telili`l-Muxtar, Beyrut
1975.
Murtaza, Əbu’l-Qasım Əli b. Həsən əl-Musəvi Aləmulhüdâ əş-Şərif, əl-
İntisâr, Beyrut 1985.
Dr. Əhməd NİYAZOV
268
Muhammed Şeltut – Ali Sayis, Mukayeseli Mezhepler Hukuku, Tərc:
Said Şimşek, İstanbul Tarixsiz.
Murtaza , Əbu’l-Qasım Əli b. Həsən əl-Musəvi Aləmuhüda əş-Şərif, ər-
Rəsail, Təhqiq: Əhməd əl-Hüseyni ve Mehdi Rəcai, Qum 1985, s 237.
Müfid, Ebu Abdullah Məhəmməd,‘Ilelu’ş-Şerâ’i’, Kum 1997, s 498
Nasuhi Bilmən, Ömər, Hukuk-ı İslamiyye ve Istılahat-i Fıkhiyye Ka-
musu, İstanbul 1967.
Tahavi,Əbu Cafer Əhməd b. Məhəmməd əl-Əzdi əl-Mısri, Şərhu Məa-
nil-Asar,Təhqiq: Mahmud Seyid, Qahirə 1967.
Tusi, İbn Həmzə, əl-Vəsilə ilə Neyli`l-Fəzilə, Qum 1987.
Uyar, Məzlum, İmamiyyə Şiasında Düşünce Ekolları-Əxbarilik, İstan-
bul 2000.
Paşazadə, Allahşükür, Gafgazda İslam: Tarix və Müasirlik, Bakı 1991
Seyyid Sabiq, Fiqhu`s-Sünnə, Beyrut 1998, 2/155.
Zeydan, Abdulkerim, el-Veciz fi Usuli`l-Fiqh, Beyrut 1994.
Zuhayli, Vehbe, Fıkıh Üsulu, Terc: Ahmet Efe, İstanbul 1996.
RESUME
The Family is a foundation forming basis of the society. Because of this,
all of the low systems have dealt with its important subjects. The head of
these topics is marriage Islam representing perfection in the human relations
has considered marriage too and has down some condition. Characteristic of
this conditions have created different opinions of different madhab In our
article we will deal with its characteristics.
Dostları ilə paylaş: |