MüƏLLİm peşƏkarliği və pedaqoji SƏRİŞTƏLİLİYİn müASİr problemləRİ



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə14/149
tarix10.02.2022
ölçüsü1,32 Mb.
#83653
1   ...   10   11   12   13   14   15   16   17   ...   149
2018-1050-5

Altıncı.
 
Peşəkar müəllimin  nitqi,  davranışı,  mimikası, 
pantomimikası təsirlidir, verbal və qeyri-verbal ünsiyyət tərzləri 
bir-
birini  tamamlayır.  Onun  keçdiyi  bütün  dərslər  şagirdlərin 
beynin
ə  sanki  daş  üzərində  yazı  kimi  həkk olunur, hətta  yaxşı 
oxumayan v
ə  ya oxuya bilməyən  şagirdlər də  onun dərslərinə 
maraqla qulaq asır, fəallıq göstər-məyə can atırlar. 
Yeddinci. 
Peşəkar və  səriştəli müəllimözünə, dediyi 
söz
əinamlıdır,şagirdlərinə  də  inam göstərir. Dediyi sözlərdə, 
verdiyi q
ərarlarda özünəinam ifadə olunur. Rəğbətləndirəndə də, 
c
əzalandıranda  da  obyektivdir,  ədalətlidir. Cəza  verildikdə 
uşağın  özünü  deyil,  onun  düzgün  olmayan  hərəkətini tənqid 
edir.
 
Pedaqoji s
əriştəlilik müəllimdən yaradıcı düşüncə, yenilik-
çilik meyll
əri, tələbatlar, pedaqoji fəaliyyət üçün xüsusi bacarıq-
lar, müst
əqillik, həvəs, məsuliyyət və peşəsinə sevgi tələb edir. 
Bunları özündə təcəssüm etdirə bilən müəllim özünün fəaliyyəti 
il
ə  təkcə  qarşısındakı  uşaq,  yeniyetmə  və  gənci  şəxsiyyət kimi 
formalaşdırmaqla qalmır. O, eyni zamanda, fəaliyyəti ilə də bir 

əllim kimi özünü təqdim edir və həmçinin bir şəxsiyyət kimi 
reallaşdırır, bir vətəndaş kimi dəyərləndirir. Belə bir həqiqəti də 
unutmaq olmaz ki, mü
əllimin fəaliyyətindəki  çatışmazlıqlar, 

əllim səriştəsizliyi və  işinə  məsuliyyətsiz  yanaşma  ilk  növ-
b
ədə onun özünə qarşı inamsızlıq yaradır, bir şəxsiyyət kimi də-
y
ərini  aşağı  salır,  bir  müəllim kimi nüfuzunun itməsinə  səbəb 
olur. 

əllimin pedaqoji peşəkarlığıpedaqoji fəaliyyətə hazırlıq 
v
ə  onun həyata keçirilməsi prosesində  baş  verən hadisədir. 
Pedaqoji d
əyərlərə  yiyələnmə  də  belədir. Müəllim  peşəkarlığı 
t
əkcə  onu bir müəllim,  peşəkar pedaqoq kimi dəyərləndirmir, 
h
əm də bir şəxsiyyət, bir vətəndaşkimi fəallaşdırır, ona vətəndaş 
mövqeyi aşılayır. Bu da öz növbəsində müəllimin düşüncə tər-
zini yenil
əşdirir,  yeni  pedaqoji  təfəkkürə  yol  açır. 

əllimə“özünüaktuallaşdırmağa”(A.Maslou),özünüreallaşdırm


21 
ağa  geniş  imkanlar  yaradır  və  pedaqoji fəaliyyətdə  yeni-yeni 
d
əyərlərin yaranmasına səbəb olur.  
Pedaqoji bilik v
ə bacarıqlara malik olmaq müəllimin peda-
qo
ji ustalığında əsas amil olduğu halda, müxtəlif pedaqoji situa-
siyalarda onlardan vaxtında, yerində və yaradıcı şəkildə istifadə 
ed
ə  bilmək  pedaqoji  peşəkarlığın  əlaməti kimi özünü göstərir. 
Pedaqoji f
əaliyyətə hazırlıq (ixtisas təhsili zamanı) və pedaqoji 
f
əaliyyət dövründə  mənimsənilmiş  bacarıqlardan  istifadə  edə 
bilm
ək  bu  baxımdan  olduqca  vacib  məsələlərdəndir. Bunlar 

əllimdən təşəbbüskarlıq, müstəqillik, yaradıcılıq, məsuliyyət, 
özünüf
əallaşdırma,  özünütəkmilləşdirmə  kimi  peşəkar keyfiy-
y
ətlərin  yaranması  ilə  müşayiət olunur. Bunlar isə  müəllimin 
peşəkar pedaqoji mədəniyyətinin əsas komponentləri kimi müəl-
lim yaradıcılığında əsas yer tutur. 

əllimin öz işinə peşəkar münasibəti onun işindən, uşaq-
lar
la işləməkdən zövq almasına, böyük həvəslə fəaliyyət göstər-
m
əsinə və məhsuldar işləməsinə stimul verir, yeni – yeni nailiy-
y
ətlərə ruhlandırır. Belə müəllimlər dərsdən, işdən, şagirdlərdən 
heç vaxt şikayət etmirlər. Əksinə, dərsdə, şagirdlərlə ünsiyyətdə 
böyük emosional 
əhval-ruhiyyədə  olurlar.  Maraqlıdır  ki, 
şagirdlər də belə müəllimlərin dərslərində böyük həvəslə iştirak 
edir, g
ərginlikdən uzaq olmaqla yanaşı,öyrənməyə, yeni biliklər 
almağa maraqlı olurlar.  

əllim  peşəsi sosial hadisə  və  incəsənət kimi olduqca 
mür
əkkəb struktura malikdir. Bu strukturda əməyin predmeti, 
əmək vasitələri,  əmək  şəraiti, müəyyən  qanunauyğunluqlar, 
prinsipl
ər, qaydalar, normalar, metodlar, tələblər, dəyərlər və s. 
özünü göst
ərir.  Bunların  hər  biri  haqqında  gələcək müəllimlər 
h
ələ tələbəlik illərində müəyyən məlumat və biliklərlə tanış olsa-
lar da, pedaqoji f
əaliyyət prosesində  bunlar dahada dərinləşir, 
ön
əmli xarakter alır. 

əllimin  peşəkarlıq  fəaliyyəti ümumtəhsil məktəblərin-
d
ə,  peşə-ixtisas təhsili müəssisələrində,  yardımçı  məktəblərdə, 
əlavə təhsil müəssisələrində və b. təhsil müəssisələrində realla-


22 
şır. Onun məqsədi gənc nəslin həyata hazırlanması, onları həyat 
üçün z
əruri olan bilik, bacarıq və vərdişlərə yiyələndirmək, əqli, 
m
ənəvi və  fiziki cəhətdən  sağlam  vətəndaşlar  kimi  tərbiyə  et-
m
əkdən ibarətdir.Bunlarla  yanaşı,  gənc nəslin təbii, psixofi-
zioloji  imkanlarını  nəzərə  almaqla onlara müəyyən tələblər 
verm
ək və  bu tələblər əsasında onlarda müxtəlif zəruri keyfiy-
y
ətlərin tərbiyə  və  inkişaf  etdirilməsi də  pedaqoji fəaliyyətin 
m
əqsəd və məzmununda əsaslı yer tutur. 

əllimin peşəkarlıq fəaliyyəti cəmiyyətin məqsədləri və 
t
ələbatları  ilə  sıx  əlaqəli prosesdir. Buna görə  də  pedaqoji 
f
əaliyyətin məzmunu, forma və  metodları  cəmiyyətin bu 
sah
ədəki tələbatlarını əsas götürməklə reallaşdırılmalıdır. 

əllimin peşəkar fəaliyyəti mürəkkəb, çoxcəhətli, prob-
leml
ərlə zəngin, onlarınhəlli isə zehni gərginlik, qüvvə, bacarıq, 
axtarış  və  daim yeniləşmə  tələb edən fəaliyyətdir.Peşəkarlıq 
pedaqoji f
əaliyyətdəki problemlərin və vəzifələrin yaradıcı, həm 
d
ə yüksək səviyyədə yerinə yetirilməsidir. 

əllimin  peşəkarlığı  onun  müəllimlik diplomuna malik 
olması ilə ölçülmür. Peşəsi müəllim olanın heç də hamısı müəl-
limlik s
ənətinin zirvəsinə  yüksələ  və  peşəkar müəllim ola bil-
mirl
ər. Buna görə  də  peşəkarlıq  səviyyəsinə  yüksəlmək üçün 

əllim öz sənətinə  bağlı  olmalı,  onu  sevməli və  daim öz 
üz
ərində  çalışmalıdır.  Pedaqoji  fəaliyyətə  etinasız,  hətta bəzən 
neqativ  yanaşan  müəllimlərdən nə  peşəkarlıq,  nədə  səriştəlilik 
gözl
əmək olmaz. Müəllimin fəaliyyəti ilə  onun  şəxsiyyəti ara-
sında ziddiyyətlər özünü göstərdiyi halda,o nəinki  peşəkarlıq 
haqqında düşünür, üzərinə düşən vəzifəni layiqincə yerinə yetir-
m
əyə belə maraq göstərmir. Belə müəllimlərin səriştəliliyindən 
danışmaq  artıq  görünür.  Təhsil Nazirliyinin son aylardaBakı 
şəhərində müəllimlərlə keçirdiyi sınaq imtahanlarında müəllim-
l
ərin yalnız 18 faizdən bir qədər çoxunun yüksək nəticə göstər-
m
əsi belə  deməyə  əsas  verir  ki,  respublikamızın  ümumtəhsil 
m
əktəblərində  peşəkar və  səriştəli müəllimlərə, müasir təlim 
metodları  ilə  işləyən təhsilverənlərə, yeni pedaqoji təfəkkürlə 


23 
işləyən mütəxəssislərə, müəllimliyi həyat kredosu hesab edən 
v
ətəndaş  müəllimlərə  ehtiyacımız  çoxdur.Bu  yolun  peşə  – 
ixtisas t
əhsilindən başlandığını əsas götürsək, başlıca məsələlər-
d
ən  biri kimi müəllim  hazırlayan  ali  məktəblərdə  kadr  hazırlı-
ğında  əsaslı  dönüşə  nail  olmağa  və  ilk növbədə  gələcək müəl-
liml
ərdə  əsl müəllim mövqeyi və  vətəndaş  şüuru  formalaşdır-
mağa çalışmalıyıq. 
 
 

Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə