MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə12/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   8   9   10   11   12   13   14   15   ...   266

Mirağa Cəfərquliyev 

hava  və  su  gəmiləri  isə  respublikadan  kənarda  və  dünyanın  hansı 

yerində  olmasından  asılı  olmayaraq  Azərbaycan  Respublikasının 

ərazisinin bir parçası hesab edilir və belə obyektlərə qarşı, eləcə də belə 

obyektlərin  özündə  törədilən  cinayətlərə  görə  Azərbaycan 

Respublikasının  cinayət  və  cinayət-prosessual  qanunlan  tətbiq  edilir. 

Məsələnin  bu qaydada həlli  hamılıqla qəbul  edilən  beynəlxalq  hüquq 

norma- lanna və ənənələrinə əsaslanır. 

Azərbaycan 

Respublikasının 

tərəfdar 

çıxdığı 


beynəlxalq 

müqavilələrlə 

Azərbaycan 

Respublikası 

cinayət-prosessual 

qanunvericiliyinin  məkana  görə  qüvvəsinin  digər  qaydalarının  tətbiqi 

halları müəyyən edilə bilər (CPM, mad. 3.3.). 

Xarici  dövlətin  cinayət-prosessual  qanunvericiliyinin  normalanmn 

Azərbaycan  Respublikasının  ərazisində  tətbiqinə  yabız  Azərbaycan 

Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq  müqavilələrdə  nəzərdə 

tutulduqda 

və 


Azərbaycan 

Respublikası 

cinayət-prosessual 

qanunvericiliyinin  vəzifə  və  prinsiplərinə  zidd  olmadıqda  yol  verilir 

(CPM, mad. 3.3.). 

Beləliklə,  Cinayət  Qanunundan  fərqli  olaraq,  Cinayət-Prosessual 

Qanun  cinayətin  törədildiyi  yerdə  yox,  onun  ibtidai  istintaqı  və  ya 

məhkəmə baxışı aparıldığı yerdə tətbiq olunur. Əksər hallarda cinayətin 

törədildiyi yerdə də ibtidai istintaq və məhkəmə baxışı həyata keçirilir, 

deməli,  həmin  yerdə  də  qüvvədə  olan  cinayət  və  cinayət-prosessual 

qanunlar  tətbiq  edilir.  Lakin  bəzən  elə  olur  ki,  cinayət  bir  dövlətin 

ərazisində baş verir, amma ibtidai istintaq və məhkəmə icraatı isə başqa 

bir  dövlətin  ərazisində  aparılır.  Belə  hallarda  ibtidai  istintaq  və 

məhkəmə  icraatının  apanidığı  yerin  (dövlətin)  cinayət-prosessual 

qanunvericiliyi tətbiq ediləcək. 

2.

 

Cinayət-prosessual  qanunvericiliyin  zamana  görə  qüvvəsi. 

Cinayət-prosessual  qanunvericiliyin  zamana  görə  qüvvəsinə  gəldikdə 

isə  qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasında 

cinayət-prosessual hərəkətlərin apaniması, cinayət-prosessual qərarlann 

qəbul  və  icra  edilməsi  həmin  anda  qüvvədə  olan  Azərbaycan 

Respublikası  cinayət-prosessual  qanunvericiliyinin  müddəalarına 

uyğun həyata keçirilir. 

Cinayət-Prosessual  Qanunun  qüvvəyə  minməsi  Respublikanın 

Konstitusiyasının  97,  98  və  110-cu  maddələri  ilə,  habelə  ‘‘Normativ 

hüquqi  aktlar  haqqında”  Azərbaycan  Respublikasının  1994-cü  il  6 

sentyabr tarixli Qanununun 43-cü maddəsi ilə tənzim edilir. 




IIFƏSİL CİNAYƏT-PROSESSUAL QANUNVERİCİLİK və ONUN TƏYİNATI

 ^3


 

Cinayət-prosessual qanunları qəbul etmək Azərbaycan Respublikası 

Milli  Məclisinin  səlahiyyətinə  aiddir.  Milli  Məclis  tərəfindən  qəbul 

edilən  qanun  14  gün  müddətinə,  təcili  elan  edilməli  olan 

Cinayət-Prosessual  Qanun  isə  24  saat  müddətinə  imzalanmaq  üçün 

Azərbaycan Respublikasının prezidentinə təqdim edilir. 

Azərbaycan  Respublikasının  Prezidenti  qanunları  ona  təqdim 

olunmuş  gündən  başlayaraq  56  gün  müddətinə  imzalayır.  Qanun 

Azərbaycan  Respublikası Prezidentinin etirazını doğurarsa,  o, qanunu 

imzalamayıb  öz  etirazlan  ilə  birlikdə  göstərilən  müddət  ərzində 

Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər. 

Konstitusiya  qanunlan  Azərbaycan  Respublikasının  Prezidenti 

tərəfindən imzalanmasa, qüvvəyə minmir. Azərbaycan Respublikasının 

Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunlan 95 səs çoxluğu 

ilə,  63  səs  çoxluğu  ilə  qəbul  edilən  qanunlan  isə  83  səs  çoxluğu  ilə 

yenidən qəbul edərsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə 

minir. 

Cinayət-Prosessual  Qanun  Milli  Məclisin  qəranmn  özündə  başqa 



qayda nəzərdə tutulmayıbdırsa, dərc edildiyi gündən qüvvəyə minir. 

Qəbul  edilən  Cinayət-Prosessual  Qanun  rəsmi  nəşrlər  sayılan 

“Azərbaycan” 

qəzetində 

və 

“Azərbaycan 



Respublikasının 

Qanunvericilik  Toplusu”nda  dərc  edilir.  Beləliklə,  hazırlanan 

Cinayət-Prosessual  Qanun  qəbul  etmə,  imzalanma  və  dərc  etmə 

mərhələlərindən keçir. 

Azərbaycan  Respublikasının  ərazisində  ancaq  rəsmi  dərc  edilən 

cinayət-prosessual  qanunlar  tətbiq  edilir.  Cinayət-Prosessual  Qanun 

dərc edildiyi gündən (həmin gün gecə saat 24-dən sonra) respublikanın 

bütün ərazisində bir vaxtda qüvvəyə minir. 

Cinayət-prosessual  hüquq  nəzəriyyəsində  cinayət-prosessual 

qanunun  hüquqi  qüvvəsini  itirməsinin  iki  əsas  forması  şərh  edilir: 

qanunun ləğv edilməsi və qanunun dəyişdirilməsi (əvəz edilməsi). 

Cinayət-prosessual  qanunun  ləğv  edilməsi  (qüvvədən  salınması) 

səlahiyyətli dövlət orqanı tərəfindən (Milli Məclis tərəfindən) qanunun 

qüvvədən  salınmasıdır  və  bu  da  qanunvericilik  aktlannda  aşağıdakı 

formalarda öz əksini tapır: 

1)

 



cinayət-prosessual qanunu qüvvədən salan digər müstəqil qanun 

qəbul edilir; 

2)

 

qəbul  edilən  cinayət-prosessual  qanunda  qüvvədən  salınan 



cinayət-prosessual qanunların siyahısı verilir; 


Mirağa Cəfərquliyev 

3)

 



köhnə  qanunu əvəz edən  yeni cinayət-prosessual qanunda  onun 

qüvvədən salındığı elan edilir; 

4)

 

yeni qəbul edilən cinayət-prosessual qanunun qüvvəyə  minməsi 



qaydası  haqqında  aktda  köhnə  qanunun  qüvvədən  salınmasına  dair 

göstəriş olur. 

Məsələn, Azərbaycan Respublikasının 1960-cı il Cinayət-Prosessual 

Məcəlləsinin  qüvvədən  düşməsinə  yeni  qəbul  edilən  2000-ci  il 

Cinayət-Prosessual  Məcəlləsinin  1  sentyabr  2000-ci  ildən  qüvvəyə 

minməsinə  dair Azərbaycan Respublikasının 14 iyul 2000-ci il tarixli 

Qanunu əsas olmuşdur. 

Cari 


qanunvericilik 

fəaliyyətində 

qəbul 

edilən 


yeni 

cinayət-prosessual  qanunları  qüvvədə  olan  cinayət-prosessual 

qanunvericiliyində 

qismən 


dəyişiklik 

etməklə 


müəyyən 

cinayət-prosessual  hüquq  normaları  qüvvədən  salınaraq,  başqa  qəbul 

edilən normalarla əvəz edilə bilər. Məsələn, Azərbaycan Respublikası 

Milli  Məclisi  tərəfindən  “Azərbaycan  Respublikasının  bəzi 

qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” 2 

iyul  2001-ci  il  tarixdə  qəbul  olunmuş  Qanunla  qüvvədə  olan  CPM-in 

87-dən çox maddəsinə dəyişiklik və əlavələr edilmişdir. 

Müəyyən  hallarda  qəbul  edilən  yeni  cinayət-prosessual  qanunda, 

əgər belə qanun CPM-in bu və ya digər nonnalarmda dəyişiklik edirsə, 

bəzən  “fəaliyyəti”  dayandırılan  cinayət-prosessual  hüquq  normasının 

qüvvədən  düşməsinə  dair  göstəriş  olmur,  lakin  qəbul  edilən  yeni 

qanunun mahiyyətindən köhnə qanunun qüvvədən düşdüyü tam aydın 

olur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  son  illərdə  cinayət-prosessual 

qanunvericilikdə belə təcrübədən istifadə olunmur. 

Qəbul  edilən  cinayət-prosessual  qanunda  onun  qüvvədə  olacağı 

dövrə  dair  qanunun  özündə  göstəriş  vardırsa,  müddət  tamamlanan 

andan  belə qanun  qüvvəsini itirmiş olur. Bəzən  qəbul edilən cinayət- 

prosessual  qanun  müəyyən  fövqəladə  vəziyyətlə  bağlı  ola  bilər.  Belə 

vəziyyətin aradan qalxması, şəraitin dəyişməsi ilə qanun da avtomatik 

öz qüvvəsini itinuiş olur. 

Qanunun  zamana  görə  qüvvəsi  ilə  bağlı  bir  maraqlı  cəhəti  də 

nəzərdən qaçırmaq olmaz. Bu ondan ibarətdir ki, bəzən cinayət-proses- 

sual  qanunun  özündə  “keçid  müddəaları”  təsbit  olunur.  Məsələn,  10 

iyun 1997-ci il tarixdə “Məhkəmələr və hakimlər haqqında” qəbul 




Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə