MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə43/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44

Məşhur ingilis paleontoloq Derek V. Eycer təkamülçü olmasına
baxmayaraq, bu həqiqəti belə etiraf edir:
“Problemimiz budur: fosilləri hərtərəfli tədqiq etdikdə növlər və
ya siniflər səviyyəsində belə daima eyni həqiqətlə qarşılaşırıq;
mərhələli təkamüllə təkmilləşən deyil, birdən-birə yer üzündə
əmələ gələn qruplar görürük”. (Derek A. Ager, “The Nature of
the Fossil Record”, Proceedings of the British Geological Asso-
ciation, c. 87, 1976, səh. 133)
Yəni fosil qeydlərində bütün canlı növləri aralarında heç bir keçid
forması olmadan, tam formada ani surətdə ortaya çıxırlar. Bu, Dar-
vinin fikirlərinin tam əksidir. Habelə, bu, canlı növlərinin yaradıl-
dıqlarını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün heç
bir əcdadı olmadan, bir anda və qüsursuz şəkildə ortaya çıxmasının
tək açıqlaması var: o növ yaradılmışdır. Bu həqiqət məşhur təka-
mülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir: 
“Yaradılış və təkamül yaşayan canlıların mənşəyi haqqında
iki  yeganə  açıqlamadır.  Canlılar  dünyada  ya  tamamilə
mükəmməl və tam formada ortaya çıxmışlar, ya da belə ol-
mamışdır.  Əgər  belə  olmamışdırsa,  bir  dəyişiklik  prosesi
nəticəsində  özlərindən  əvvəl  mövcud  olan  bəzi  canlı
növlərindən təkamül keçirərək meydana gəlməlidirlər. Amma
əgər tam və mükəmməl formada ortaya çıxıblarsa, onda son-
suz güc sahibi olan bir ağıl tərəfindən yaradılmışlar”. (Doug-
las J. Futuyma, Science on Trial, New York: Pantheon Books,
1983. Səh. 197)
Fosillər isə canlıların yer üzündə tam və mükəmməl formada or-
taya çıxdıqlarını göstərir. Yəni “növlərin mənşəyi” Darvinin hesab
etdiyinin əksinə, təkamül deyil, yaradılışdır.
İnsanın təkamülü nağılı
Təkamül nəzəriyyəsinin tərəfdarlarının ən çox gündəmə gətir-
QİYAMƏT GÜNÜ
150


dikləri məsələ insanın mənşəyidir. Bununla bağlı darvinist iddia bu
gün yaşayan müasir insanın meymunabənzər məxluqlardan törədi-
yini zənn edir. 4-5 milyon il əvvəl başladığı fərz edilən bu prosesdə
müasir insan ilə əcdadları arasında bəzi ara-keçid formaların yaşadığı
iddia edilir. Əslində, tamamilə fantastik olan bu ssenaridə dörd əsas
kateqoriya var:
- Australopithecus
- Homo habilis
- Homo erectus
- Homo sapiens
Təkamülçülər  insanların  ilk  “meymunabənzər  əcdadları”na
“cənub meymunu” mənasını verən “Australopithecus” adını veriblər.
Bu canlılar, əslində, nəsli kəsilmiş meymun növüdür. Lord Solli Zu-
kerman və prof. Çarlz Oksnard kimi İngiltərə və ABŞ-dan iki məşhur
anatomun australopithecus nümunələri üzərində apardığı hərtərəfli
araşdırmalar bu canlıların sadəcə nəsli kəsilmiş meymun növünə aid
olduqlarını  və  insanlarla  heç  bir  bənzərlik  təşkil  etmədiklərini
göstərmişdir. (Charles E. Oxnard, “The Place of Australopithecines
in Human Evolution: Grounds for Doubt”, Nature, c. 258, səh. 389)
Təkamülçülər  insanın  təkamülünün  sonrakı  mərhələsini  də
“homo”, yəni insan kimi təsnif edirlər. İddiaya əsasən, homo sıra-
sındakı canlılar australopithecuslardan daha çox inkişaf ediblər.
Təkamülçülər bu fərqli canlılara aid fosilləri ardıcıl düzərək fantastik
təkamül sxemi qururlar. Bu sxem xəyalidir, çünki bu fərqli siniflərin
arasında təkamül xarakterli əlaqə olması əsla sübut edilə bilməmiş-
dir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm tərəfdarlarından
biri olan Ernst Mayr: “Homo sapiensə uzanan zəncir halqası, əslində,
itib”, - deyərək bunu qəbul edir. (J. Rennie, “Darwin’s Current Bull-
dog: Ernst Mayr”, Scientific American, Aralık 1992)
Təkamülçülər “ausrtalopithecus homo habilis homo erectus
Harun Yəhya (Adnan Oktar) 
151


homo sapiens” ardıcıllığını qurarkən bu növlərin hər birinin daha
sonrakının əcdadı olmasını irəli sürürlər. Lakin paleoantropoloqların
son kəşfləri australopithecushomo habilis və homo erectusun dün-
yanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını göstərir.
(Alan Walker, Science, c. 207, 1980, s. 1103; A. J. Kelso, Physical
Antropology, 1. baskı, New York: J. B. Lipincott Co., 1970, s. 221;
M. D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge: Cambridge Univer-
sity Press, 1971, səh. 272)
Habelə, homo erectus sinfinə aid olan insanların bir qismi çox
müasir dövrlərə qədər yaşayıblar, homo sapiens neandertalensis 
homo sapiens sapiens (insan) ilə eyni mühitdə birlikdə mövcud ol-
muşlar. (Time, noyabr 1996)
Bu isə, əlbəttə, bu siniflərin bir-birilərinin əcdadı olduqları iddia-
sının əsassızlığını açıq şəkildə ortaya qoyur. Harvard Universitetinin
paleontoloqlarından Stiven Cey Quld, təkamülçü olmasına baxma-
yaraq, darvinist nəzəriyyənin düşdüyü bu çıxılmaz vəziyyəti belə
açıqlayır:
“Əgər bir-biri ilə paralel şəkildə yaşayan üç müxtəlif hominid
(insanabənzər) sxemi varsa, onda bizim soy ağacımıza nə
oldu? Aydındır ki, bunların biri digərindən törəyə bilməz. Ha-
belə, biri digəri ilə müqayisə edildikdə təkamül xarakterli in-
kişaf meyli göstərmirlər”. (S. J. Gould, Natural History, c.
85, 1976, səh. 30)
Qısaca desək, KİV-də və ya dərsliklərdə verilən bir cür fantastik
yarı-meymun yarı-insan canlıların rəsmləri ilə, yəni sırf təbliğat yolu
ilə dirçəldilməyə çalışılan insanın təkamülü ssenarisi heç bir elmi
əsası olmayan nağıldan ibarətdir. Bu mövzunu uzun illər tədqiq edən,
xüsusilə australopithecus fosilləri üzərində 15 il araşdırma aparan
İngiltərənin ən məşhur və hörmətli elm adamlarından biri olan Lord
Solli Zukerman təkamülçü olmasına baxmayaraq, meymunabənzər
QİYAMƏT GÜNÜ
152


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə