MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə40/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   44

ƏLAVƏ BÖLMƏ
TƏKAMÜL YALANI
Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar
etmək məqsədilə irəli sürülmüş, ancaq uğursuzluqla nəticələnmiş
elmdən kənar cəfəngiyatdan başqa bir şey deyil. Canlıların cansız
maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə kai-
natda və canlılarda çox möcüzəvi nizam olduğunun elm tərəfindən
sübut  edilməsi  ilə  və  təkamül  prosesinin  əsla  baş  vermədiyini
göstərən  350  milyona  yaxın  fosilin  tapılması  ilə  süqut  etmişdir.
Beləliklə, Allah’ın bütün kainatı və canlıları yaratdığı elm tərəfindən
də sübut edilmişdir. Bu gün təkamül nəzəriyyəsini dirçəltmək üçün
dünya səviyyəsində aparılan təbliğat sadəcə elmi həqiqətlərin təhrif
olunmasına, tərəfli şərhinə, elm adı altında söylənilən yalan və sax-
takarlıqlara əsaslanır.
Ancaq bu təbliğat həqiqəti gizlətmir. Təkamül nəzəriyyəsinin elm
tarixində ən böyük xəta olması son 20-30 il ərzində elm dünyasında
getdikcə daha ucadan dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra
aparılan tədqiqatlar darvinist iddiaların tamamilə səhv olduğunu üzə
çıxarmış və bu həqiqət bir çox elm adamı tərəfindən dilə gətirilmiş-
dir. ABŞ-da biologiya, biokimya, paleontologiya kimi fərqli sahələrlə
məşğul olan bir çox elm adamı darvinizmin əsassızlığını görür, can-
lıların mənşəyini artıq yaradılışla açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutundan və yaradılış dəlillərindən
Harun Yəhya (Adnan Oktar) 
139


digər bir çox əsərimizdə bütün elmi təfərrüatları ilə bəhs etmişik və
etməyə davam edirik. Ancaq əhəmiyyəti baxımından mövzudan bu-
rada da bəhs etməkdə fayda var. 
Darvini məhv edən çətinliklər
Təkamül nəzəriyyəsi tarixi qədim yunanlara gedib çıxan bir təlim
olmasına baxmayaraq, XIX əsrdə hərtərəfli şəkildə irəli sürüldü.
Nəzəriyyəni elm dünyasının gündəminə gətirən ən mühüm irəliləyiş
Çarlz Darvinin 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı ki-
tabı  idi.  Darvin  bu  kitabda  dünyadakı  müxtəlif  canlı  növlərini
Allah’ın ayrı-ayrı yaratdığına qarşı çıxırdı. Darvinin fikrincə, bütün
növlər ortaq əcdaddan törəmiş və zaman ərzində kiçik dəyişikliklərlə
müxtəlifləşmişdilər.
Darvinin nəzəriyyəsi heç bir konkret elmi tapıntıya əsaslanmırdı;
özünün də qəbul etdiyi kimi, sadəcə bir məntiq yeritmə idi. Hətta
Darvin kitabındakı “Nəzəriyyənin qarşısında duran çətinliklər” baş-
lıqlı uzun bölmədə etiraf etdiyi kimi, nəzəriyyə bir çox mühüm suala
cavab verə bilmirdi.
Darvin nəzəriyyəsinin qarşısındakı çətinliklərə inkişaf edən elmin
üstün gələcəyinə, yeni elmi kəşflərin nəzəriyyəsini gücləndirəcəyinə
ümid edirdi. Bunu kitabında tez-tez bildirirdi. Ancaq inkişaf edən
elm Darvinin ümidlərinin tam əksinə, nəzəriyyənin əsas iddialarını
bir-bir əsassız qoydu.
Darvinizmin elm qarşısındakı məğlubiyyətini üç əsas başlıq al-
tında təhlil etmək olar:
1) Nəzəriyyə həyatın yer üzündə ilk dəfə necə ortaya çıxdığını
əsla açıqlaya bilmir.
2) Nəzəriyyənin irəli sürdüyü təkamül mexanizmlərinin, əslində,
təkamül xarakterinə malik olduğunu göstərən heç  bir elmi tapıntı
yoxdur.
QİYAMƏT GÜNÜ
140


3)Fosillər təkamül nəzəriyyəsinin iddialarının tam əksini göstərir.
Bu bölmədə bu üç əsas başlığı əsaslı təhlil edəcəyik. 
Keçilməz ilk pillə: 
həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərinin bundan təxminən 3.8
milyard il əvvəl dünyada fantastik şəkildə təsadüfən meydana gələn
bircə canlı hüceyrədən törədiklərini iddia edir. Bircə hüceyrənin mil-
yonlarla  kompleks  canlı  növünü  necə  əmələ  gətirməsi  və  əgər
həqiqətən bu cür təkamül baş vermişsə, nə üçün izlərinin fosillərdə
tapılmadığı nəzəriyyənin açıqlaya bilmədiyi suallardandır. Ancaq
bütün bunlardan əvvəl iddia edilən təkamül prosesinin ilk pilləsi
üzərində dayanmaq lazımdır. Həmin ilk hüceyrə necə ortaya çıxmış-
dır?
Təkamül nəzəriyyəsi cahilliklə yaradılışı inkar etdiyinə görə,
həmin ilk hüceyrənin heç bir plan və nizam olmadan təbiət qanunları
çərçivəsində  təsadüfən  meydana  gəldiyini  iddia  edir.  Yəni  bu
nəzəriyyəyə əsasən, cansız maddə kortəbii təsadüflər nəticəsində or-
taya canlı hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən təməl bio-
logiya qanunlarına zidd iddiadır.
Həyat həyatdan gəlir
Darvin kitabında  həyatın mənşəyindən heç bəhs etməmişdi.
Çünki onun dövründəki ibtidai elm anlayışı canlıların çox sadə qu-
ruluşa malik olduqlarını fərz edirdi. Orta əsrlərdən bəri “spontane
generation” adlı nəzəriyyəyə əsasən, cansız maddələrin təsadüfən
birləşərək  canlı  varlıq  əmələ  gətirməsinə  inanırdılar.  Bu  dövrdə
həşəratların  yemək  artıqlarından,  siçanların  da  buğdadan  əmələ
gəlməsi geniş yayılmış düşüncə idi. Bunu sübut etmək üçün qəribə
təcrübələr aparılmışdı. Çirkli əsginin üstünə bir az buğda qoyulmuş
Harun Yəhya (Adnan Oktar) 
141


və  bir    müddət  sonra  bu  qarışıqdan  siçanların  əmələ  gəlməsini
gözləmişdilər.
Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil
hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki
qurdlar öz-özlərindən əmələ gəlmirlər, milçəklərin gətirib qoyduğu
gözlə görülməyən sürfələrdən çıxırdılar. Darvin “Növlərin mənşəyi”
adlı  kitabını  yazdığı  dövrdə  isə  bakteriyaların  cansız  maddədən
əmələ gəlməsi inancı elm dünyasında geniş şəkildə qəbul edilirdi.
Lakin Darvinin kitabının nəşr edilməsindən beş il sonra məşhur
fransız bioloq Lui Paster təkamülə əsas verən bu inancı qəti şəkildə
təkzib  etdi.  Paster  apardığı  uzun  elmi  fəaliyyət  və  təcrübələrdə
gəldiyi nəticəni belə şərh etmişdi:
“Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti
şəkildə tarixə gömülmüşdür”. (Sidney Fox, Klaus Dose, Mo-
lecular Evolution and The Origin of Life, New York: Marcel
Dekker, 1977, səh. 2)
Təkamül  nəzəriyyəsinin  tərəfdarları  Pasterin  kəşflərinə  uzun
müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin
mürəkkəb  quruluşunu  üzə  çıxardıqca  həyatın  öz-özünə  əmələ
gəlməsi iddiasının əsassızlığı daha da açıq şəkil aldı.
XX əsrdəki nəticəsiz səylər
XX əsrdə həyatın mənşəyi mövzusunu tədqiq edən ilk təkamülçü
məşhur rus bioloq Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə
irəli sürdüyü bəzi tezislərlə canlı hüceyrəsinin təsadüfən meydana
gələ biləcəyini sübut etməyə çalışdı. Ancaq bu fəaliyyətlər uğursuz-
luqla nəticələnəcək və Oparin bu etirafı etməli olacaqdı:
“Təəssüf ki, hüceyrənin mənşəyi təkamül nəzəriyyəsinin ta-
mamilə əhatə edən ən qaranlıq nöqtədən ibarətdir”. (Alexan-
der  I.  Oparin,  Origin  of  Life,  (1936)  New  York,  Dover
Publications, 1953 (Reprint), səh. 196)
QİYAMƏT GÜNÜ
142


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə