MüƏLLİf haqqinda



Yüklə 2,5 Kb.
Pdf görüntüsü
səhifə37/44
tarix08.01.2018
ölçüsü2,5 Kb.
#19943
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   44

İnsan həyatı boyu tez-tez peşmançılıq hissi keçirir. Etdiklərini
düzəltmək imkanı da vardır. Amma nədənsə təkəbbüründən dolayı
düzəltməyə heç cəhd etmir, doğruya heç vaxt yönəlmir. Çünki özü-
nün ən doğrunu bildiyini zənn edir, buna görə də hər öyüdə qulaqla-
rını tıxayır. Amma o gün insan dünyada etdiyi bu hərəkətinə görə
ciddi peşmançılıq duyacaq. Ancaq duyulan bu peşmançılığın heç bir
faydası olmayacaq. İnkar edənlər o gün etdikləri əməlləri düzəltməyi
çox istəyəcəklər. Allah’a özlərini dünyaya geri qaytarması üçün yal-
varacaqlar. Dünyadakı mallarının, oğullarının, həyat yoldaşlarının,
adət-ənənələrinin, bir təməli olmadan müdafiə edilən fikirlərin nə
qədər mənasız və faydasız olduğunu, sadəcə Allah üçün edilən işlərin
bir dəyəri olduğunu tam olaraq dərk edəcəklər. Lakin bu idrakın on-
lara bir faydası olmayacaq.
Bəziləri isə təkəbbürlərindən belə dəhşətli bir anda da peşman-
çılıqlarını gizləməyə çalışacaqlar. Bunu xəbər verən ayədə belə bu-
yurulur:
“Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına
sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə
verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar.
Onların arasında ədalətlə hökm verilər və onlara zülm
edilməz”. (“Yunis” surəsi, 54)
Günahlarını bilmələrinə baxmayaraq, bunu bəlli etməzlər. Hal-
buki, gördükləri qarşılığa layiqdirlər və başlarına gələnlər Allah’ın
ədalətinin bir nəticəsidir. Allah o gün iman gətirənlərlə inkar edənləri
qəti şəkildə bir-birindən ayıracaq. İnkar edənlərin cəhənnəmə girənə
qədər qarşılaşdıqları hər hadisə şeytanın yolunu doğru yoldan üstün
tutmalarına görədir. Bu qorxunc qarşılaşmaya, həqiqətən də, layiq-
dirlər.
“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara de-
yilər: “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalan-
dırılmırsınızmı?”” (“Nəml” surəsi, 90)
Harun Yəhya (Adnan Oktar) 
129


Peşmançılığı gətirən çoxlu səbəb olacaq. Əzab içində tənha qa-
lacaqlar. Öz dəriləri əleyhlərində şahidlik edəcək və sonsuz əzabın
dəhşətini yaşayacaqlar. Cəhənnəmi görüb necə bir dəhşətlə qarşıla-
şacaqlarını anlayacaqlar. Koruna güvəndikləri saxta ilahları yuxu
kimi yox olacaq. Şeytan da onları tənha buraxacaq. Şeytanın sözləri
Quranda belə xəbər verilir:
“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə
gerçək vəd etmişdi. Mən də sizə vəd vermişdim, lakin
vədimə  xilaf  çıxdım.  Mənim  sizin  üstünüzdə  heç  bir
hökmranlığım yox idi. Mən sizi azğınlığa dəvət etdim, siz
də dəvətimi qəbul etdiniz. Buna görə də məni yox, özü-
nüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə
də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki,
mən əvvəllər də sizin məni Allah’a şərik qoşmağınızı rədd
etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab ha-
zırlanmışdır”. (“İbrahim” surəsi, 22)
O gün möminlər inkarçıların düşdüyü bu çarəsiz vəziyyətə ba-
xacaq, bu rəzilliyin nəticəsində başları önlərinə düşmüş kafirlər isə
peşmançılıqdan dolayı ancaq göz ucu ilə möminlərə baxa biləcəklər.
Bu həqiqət bir ayədə belə bildirilir:
“Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların
zəlillikdən başlarını aşağı salıb gözucu, gizlin-gizlin bax-
dıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki,
ziyana  uğrayanlar  qiyamət  günü  özlərini  və  ailələrini
itərənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində ola-
caqlar”. (“Şura” surəsi, 45)
Axirətdəki peşmançılıq, şübhəsiz ki, dünyadakı nümunələri ilə
müqayisə edilməyəcək dərəcədə böyükdür. Bu, geri qayıtmaq imkanı
və çarəsi olmayan bir peşmançılıqdır. Artıq heç bir şəkildə dəyişdi-
QİYAMƏT GÜNÜ
130


rilməyəcək bir sonun çöküntüsünü, bunun ağır yükünü çiyinlərində
hiss edirlər. Bu çöküntü və peşmançılıq böyük bir qəflətin nəticəsidir.
Bu  insanlar  özlərini  yaradan  və  demək  olar  ki,  dünyanı  bütün
nemətləri  ilə  əmrlərinə  verən  Allah’ı  inkar  etmə  cəsarətini
göstəriblər. Seçdikləri bu inkar yolu axirətdəki yerlərini müəyyən et-
mişdir:  bu  məkan  cəhənnəmdir.  Ağıllarına  belə  gətirmək
istəmədikləri hər cür kədərin, əzabın, qayğının sonsuza qədər yaşan-
dığı yerdir ora. Allah’ın qəzəbinin nəticələri bütün əzəməti ilə qar-
şılarındadır artıq.
Öz aralarında mübahisə etmələri
“Onlar orada höcətləşərək deyərlər: “Allah’a and olsun
ki, biz açıq-aşkar azğınlıq içində idik – o vaxt ki, biz sizi
aləmlərin Rəbbinə tay tuturduq. Bizi ancaq günahkarlar
azdırdı. İndi isə bizim nə şəfaətçilərimiz, nə də bizə canı-
yanan bir dostumuz var! Bir də dünyaya qayıda bilsəydik,
möminlərdən olardıq!” Şübhəsiz ki, bunda bir ibrət var-
dır.  Lakin  onların  əksəriyyəti  yenə  iman  gətirmədi”.
(“Şüəra” surəsi, 96-103)
İnkar edənlər o gün heç gözləmədikləri qədər böyük bir əzabla
qarşılaşacaqlar. Yaşadıqları vəziyyətə görə həm özlərinə, həm də
özlərini Allah’ın yolundan uzaqlaşdıran insanlara qarşı böyük bir
qəzəb içində olacaqlar. Dünyada ikən ən əhəmiyyətli hədəflərdən
biri olan məqam və mövqelərinin o gün heç bir mənası qalmayacaq.
İnkarçılar o gün özlərini doğru yoldan azdıran liderlərinə qarşı qəzəb
duyacaqlar. Dünyada ikən ardınca getdikləri bu insanlardan qaçaraq
uzaqlaşmağa çalışacaqlar. Özlərinə tabe olan insanlar ilə o günkü
mübahisələri isə ayələrdə belə izah olunur: 
“O  zaman,  tabe  olunmuş  başçılar  tabe  olunanlardan
Harun Yəhya (Adnan Oktar) 
131


Yüklə 2,5 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə