Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə160/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   155   156   157   158   159   160   161   162   163

424

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Ukraynada istifadə olunan korrupsiya tərifi  aşağıdakı kimidir: ”Dövlət funk-

siyaları səlahiyyəti olan fərdin (fi ziki və ya hüquqi şəxs)özü üçün və ya üçün-

cü tərəf və qruplar üçün qanunsuz olaraq üstünlüklər, qazanclar, nüfuz, maddi 

və qeyri-maddi məmulatlar əldə etməyə yönəlmiş qanunsuz fəaliyyəti və ya 

fəaliyyətsizliyi”. Pakistanda başqa tərif verilir: “Korrupsiya dövlət və özəl 

sektorlarında işləyən rəhbərliyin davaranışıdır, onların və ya onlara yaxın 

adamların qanunsuz və uyğunsuz olaraq özlərini varlandırması və ya onlara 

verilmiş vəzifədən sui- istifadə edərək başqalarını bu işə sövq etməsi”( Pakis-

tan Höküməti,2002).

Başqa digər çoxlu tərifl ərin olmasına baxmayaraq, bizim təcrübə göstərir 

ki, hətta rəsmi tərifi  olmasa da korrupsiyanın nə olduğunu çoxlu adamlar bi-

lir.Məsələn, korrupsiya ilə əlaqədar əsas beynəlxalq konvensiya olan BMT-

nin Korrupsiyaya Qarşı Konvensiyasında korrupsiyanın rəsmi tərifi  yoxdur; 

əvəzində dövlət rəsmisinin nədən ibarət olduğunu göstərən geniş  tərif ve-

rilir.  Əhəmiyyətlisi müdafi ə sektorunda müxtəlif cür korrupsiya növlərinın 

olduğuna aydınlıq gətirməkdir. Risklərlə  məşğul olmaq üçün tətbiq edilən 

tədbirlər o zaman səmərəli olacak ki, problemin hansı xüsusi cəhətini həll 

etmək haqda razılıq olsun.Bu sorğu həmən razılığa yardım edir.

Dürüstlük Özünü-Qiymətləndirmənin Həyata Keçirilməsi

Proseslər



1. Qiymətləndirmə üçün yüksək səviyyəli mandat alınmalı. Müdafi ə Na-

zirliyi və Silahlı Qüvvələrin rəhbərliyinin bu qiymətləndirməni dəstəkləməsi 

mühümdür. Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi-ni həyata keçirən 

rəsmi  şəxs Baxılış üçün mandat müəyyən etməli, onu Nazirlə, nazirliyin 

rəhbərliyi ilə  və silahlı qüvvələrin rəhbəri ilə uyğun olaraq razılaşdırmalı-

dır. Yüksək səviyyəli rəsmi  şəxs Dürüstlük Özünü-Qiymətləndirməsinin 

təşkilatçısı kimi irəli sürülməlidir.

2. Özünü-Qiymətləndirmə üçün vahid məsul şəxs müəyyən etməli. Bir 

nəfər sorğuya, ekspert qrupunun səfərinə və sonrakı addımlara cavabdeh ol-

malıdır.

3. Nazirlik üzrə  təşkil olunmuş  İşçi Qrupu müəyyən etməli.Onların 

tam ştatlı olması vacib deyil amma şəxsi heyət, maliyyə, avadanlıq  və vaxt 

müddəti müəyyən edilib razılaşdırılmalıdır.  İşçi Qrupu sorğunu həyata ke-

çirir və sonra görüşərək NATO rəhbərliyi altındakı ekspert baxış qrupunun 

səfərinin hesabatını gözdən keçirir.

4. Sorğunun həyata keçirilməsi.  Sorğunu nə  qədər geniş yaymaq hər 

bir ölkənin seçimindən asılıdır. Məsələn, onlar fəsilləri ayırıb uyğun İdarələrə 




425

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

və Nazirliklərə göndərə bilərlər; və ya onlar bütöv sorğunu göndərib eyni su-

allara müxtəlif şərhlər ala bilərlər. Onlar sorğunu hökümət kənar təşkilatlara 

da göndərə bilərlər, məsələn,qeyri hökümət təşkilatlarına (QHT) və Akade-

mik institutlara göndərib müxtəlif perspektivlər əldə edə bilərlər. Sorğunun 

cavabları səfərdən ən azı iki həftə öncə NATO-ya gondərilməlidir. Sorğula-

rı doldurarkən təhlükəsizlik baxımından həssas məsələlərə cavab ölkələrin 

məsuliyyətindədir.NATO –nun ekspert qrupu bu məlumatları üçüncü tərəfl ə 

paylaşmayacaqdır.

5.  NATO –nun ekspert baxış qrupu üçün müsahibələrin təşkil olun-

ması.Səfər 2-3 gün ərzində davam edəcək və intensiv görüşlərdən təşkil olu-

nacaq. Sorğuların cavablarını müzakirə etmək iqtidarında olmaları üçün sor-

ğuda iştirak edənlərin nisbətən yüksək səviyyəli olmaları gərəkdir. Bu seçim 

ölkələrdən asılı olsa da, sorğuda iştirak edənlərin podpolkovnik və ya polkov-

nik rütbələrində, böyük ölkələrdə isə polkovnikdən Briqada Generalına kimi 

olmalıdır.Respondentlər həm mülki , həm də yuxarı  səviyyəli hərbçilər ol-

malıdir. Hər bir ölkənin, sorğunu başqa qruplar arasında, məsələn, parlament 

üzvləri, QHT-lər, media və akademik dairələrlə də keçirməsi çox məsləhət 

görülür. Belə olarsa,bir böyük toplantı bütün fi kir  sahiblərini bir yerə  yı-

ğıb məhsuldar istifadə üçün ən səmərəli yol olardı ( Ukraynanin aşağıdakı 

Haşiyədə nümunəsinə bax).

6. Yüksək səviyyəli xülasə aparmalı. İşçi Qrupunun hazırlanmış hesaba-

tı ən yüksək səviyyədəki rəsmilərə təqdim olunmalı və müzakirə olunmalıdır. 

Onların yekun nəticələri sonra Nazirliyin idarə heyətinə, silahlı qüvvələrin 

ali komitələrinə və Nazirə göndərilməlidir. Əgər tələb olarsa NATO ekspert 

baxış qrupu bu xülasədə və sonrakı addımlarda iştirak edər.

7. Hesabatı başa çatdırma. Təkmilləşdirmə planı müəyyən edib hesaba-

tı və təsir dəyişimlərini təqib etməli.



8. Periodik dövrün hissəsi kimi Prosesi təkrar etməli, bu zaman 

Tərəfdaşlar və NATO arasında hazırlanmış mexanizmləri nəzərə almalı. Bu 

cür dövrlər ildə bir və ya iki ildən bir baş verə bilər.

Prosesin davam etdirilməsi-təkmilləşmə prosesi təşəbbüsü

Bütün ölkələrə tövsiyə olunur ki, NATO-nun resurslarından və 

tərəfdaşların vəsaitlərindən tam istifadə edib bu səylərin davamı üçün proq-

ramlar hazırlasınlar. Həmçinin, hər bir ölkənin öz daxilindəki vətəndaş 

cəmiyyətlərinin təcrübəsindən istifadə etməsi faydalıdır.Bu cür yanaşma bu 

prosesin nəticələrini gücləndirəcək və ictimaiyyətlə inam yaradacaq.



Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə