Müdafiə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu



Yüklə 2,9 Mb.
Pdf görüntüsü
səhifə158/163
tarix01.09.2018
ölçüsü2,9 Mb.
#66425
1   ...   155   156   157   158   159   160   161   162   163

418

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Əlavə 2: Beynəlxalq  Şəffafl ığın Müdafi ə  və  Təhlükəsizlik 

Proqramı

Müdafi ə sektorunda Korrupsiya

Beynəlxalq  Şəffafl ıq (BŞ) vətəndaş  cəmiyyəti təşkilatı olub korrup-

siyaya qarşı mübarizənin önündə gedir. Özünün dünyanın 90 ölkəsində 

nümayəndəlikləri ilə  və Berlində yerləşən Katibliyi ilə  BŞ, korrupsiya-

nin zərərli təsiri ilə bağlı maarifl əndirmə  işləri aparır və hökümət, biznes 

dairələri və vətəndaş cəmiyyətləri ilə birgə çalışaraq korrupsiyaya qarşı təsirli 

tədbirlərin hazırlanmasına və yerinə yetirilməsinə çalışır.BŞ-la bağlı daha ge-

niş informasiya almaq üçün aşağıdakı ünvandan istifadə ede bilərsiniz: www.

transparency.org.

BŞ-ın qlobal müdafi ə və təhlükəsizlik proqramı olan “Korrupsiyaya qar-

şı Müdafi ə”( Defence Against Corruption-DAC) korrupsiyanın azalmasına 

və müdafi ə və bütün vətəndaşların rifahı naminə  təhlükəsizlik sektorlarına 

münasibəti dəyişməkdir. BŞ proqramı adından, BŞ-ın müdafi ə proqramı BŞ-

Böyük Britaniya ofi si tərəfi ndən idarə olunur.

BŞ-ın müdafi ə proqramı altı il öncə başlamış və onun məqsədi hökümətləri, 

hərbi şirkətləri, alimləri və vətəndaş cəmiyyətlərini bir yerə gətirərək müdafi ə 

sektorunda korrupsiya problemlərinə  ən yaxşı yanaşmaların yollarını 

müəyyən etməkdir.DAC proqramı indi müdafi ə nazirliklərinə,təhlükəsizlik 

nazirliklərinə, müdafi ə şirkətlərinə və dünyanın cox ölkələrindəki təşkilatlara 

yaxşı məlumdur. Bu iş indi Böyük Britaniya Beynəlxalq İnkişaf Departamenti 

(DFİD) (UK Department for İnternational Development)və NATO tərəfi ndın 

maliyyələşdirilir.

DAC Kolumbiyadan Polşaya və  Əfqanıstana qədər islahat –meylli 

ölkələrlə və çoxtərəfl i təşkilatlarla müdafi ə və təhlükəsizlik sektorlarında kor-

rupsiyanın azaldılması istiqamətində çalışır. DAC, hökümətlər, coxmillətli 

təşkilatlar, vətəndaş  cəmiyyətləri və müdafi ə  sənayesi ilə konstruktiv 

 

əməkdaşlıq edərək beynəlxalq silah ticarəti zamanı dürüstlüyün dərəcəsini 



qaldırmaq istiqamətində calışır. Dünya boyunca davamli dəyişimə nail olmaq 

üçün, bu qrup anti-korrupsiya islahatları üzrə ekspertləri və  təbliğat kam-

paniyası aparanları dəstəkləyir və korrupsiya əleyhinə seminarlar keçirir və 

bilikləri bölüşür. 

NATO ilə aktiv əməkdaşlıqdan doğan iki anti-korrupsiya aləti işlənib ha-

zırlanmışdır:

1. “Dürüstlük Özünü Qiymətlndirmə prosesi ” Polşa və on ölkənin işçi 



419

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

qrupu ilə birlikdə 2008 və 2009 illərində hazırlanmışdır. Uğurlu testlər Uk-

raynada, Norveçdə və Bosniya Herseqovinada baş tutmuşdur.Bu indi bütün 

ölkələr üçün istifadəyə açıqdır.

2.  Yenilikçi “Dürüstlüyün təmin olunması və korrupsiya risklərinin azal-

dılması” kimi hazırlıq kursları hazırlanmışdır. Bu beş günlük kurslar müdafi ə 

və daxili işlər nazirliyinin və silahlı qüvvələrin təcrübəli podpolkovnik və 

yuxarı rütbəli zabitləri üçün nəzərdə tutulmuşdur.Kurs iyirmi ölkənin iştirakı 

ilə altı dəfə keçirilib və genişləndirilir. 

Özünə -qiymət və hazırlıq kurslarının hər ikisi müdafi ə sektorunda kor-

rupsiyaya qarşı mübarizə aparmaq üçün ölkələrin bilik və təcrübələrinin art-

masına yönəlmişdir.

Bundan əlavə DAC proqramı,  müdafi ə və təhlükəsizlik sektorunda kor-

rupsiya ilə bağlı Afrika ölkələri ilə aktiv işləyir və BMT-nin Silah Ticarəti 

Müqaviləsi( UN Arms Trade Treaty) danışıqlarını dəstəkləyir.

Müdafi ə  və  təhlükəsizlik sektorunda korrupsiyaya qarşı mübarizədə 

əsas addım DAC qrupu tərəfi ndən aparılmış və dərc edilmiş tədqiqatdır. Qa-

baqcıl təcrübəni yaymaq və yenilənmiş anti-korrupsya metodlarınin yerinə 

yetirilməsinə təkan vermək üçün bu tədqiqat maraqlı tərəfl ərə paylanmışdır. 

DAC, həmçinin iki aydan bir müdafi ə sahəsində korrupsiya halları ilə bağlı 

xəbərlər xülasəsi yayır.

Müdafi ə  və  təhlükəsizlik sektorunda BŞ-ın işi ilə bağlı  xəbərlər , o 

cümlədən, statistik məlumatlar, cari və keçmiş layihələrin xülasəsi və çap 

materialları DAC-ın İnternet saytinda yerləşdirilib: www.defenceagainstcor-

ruption.org.

Əlaqələr:

Transparency International-UK

Defence Against Corruption programme

London


Direktor 

Mark Pyman 

Tel.: +44 207 785 6359

E-mail: mark.pyman@transparency.org.uk

Programın Müdürü 

Anne Christine Wegener 

Tel.: +44 207 785 6358 

E-mail: anne-christine.wegener@transparency.org.uk




420

Müdafi ə Sektorunda Dürüstlüyün Təmin Edilməsi və Korrupsiyanın Azaldılması: Ən Yaxşı Təcrübələrin Toplusu

Əlavə 3:  Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi

Müdafi ə Strukturlarında Dürüstlüyün Təmin Edilməsi və Korrupsiya 

Risklərinin Azaldılması

Dürüstlük Özünü-Qiymətləndirmə Prosesi



Milli Müdafi ə Strukturları üçün Diaqnostika Aləti

2009 Nəşri



İçindəkilər

Giriş

Ümumi vəziyyət

Brifi nq

Anlayışlar

Dürüstlük

Korrupsiya

Dürüstlük Özünü-Qiymətləndirmənin Həyata Keçirilməsi

Proses


Sonrakı işlər-təkmilləşmə prosesinə təşəbbüs edilməsi

Sorğu Vərəqəsi

1. Demokratik nəzarət və təmas

2.   Milli anti- korrupsiya qanunları və siyasəti

3.  Müdafi ə və təhlükəsizlik sahəsində anti-korrupsiya siyasətləri

4.  Şəxsi heyət-davranış,siyasət, təlim, intizam

5.  Planlaşdırma və büdcələmə 

6.   Əməliyyatlar

7.  Təhcizat

8.  Müdafi ə şirkətləri və digər təminatçılarla təmas

9.  Ölkəyə xas suallar




Yüklə 2,9 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   163




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə