Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   2   3   4   5   6   7   8   9   ...   65

 

sözləri  ərəb-islam  mədəniyyətinin  hakimiyyəti  nəticəsində 
meydana  gəlmişdir.  İndi  isə  sosializm  mədəniyyətinin  döv-
rüdür. Sosializm mədəniyyətinin dili isə Oktyabr inqilabının 
dili olan Lenin-
Stalin dilidir”, yəni ruscadır (115, s. 19). O, 
“Sovet terminolojisindən” başqa bir də beynəlmiləl elmi isti-
lahlar məsələsi vardır – deyə, terminoloji problemə xüsusilə 
diqqət  yetirirdi:  “Moskvanın  Azərbaycanda  çalışan  “elmi 
rəhbərləri” bu istilahların da ruscada olduğu kimi qəbulunu 
əmr  edirlər.  Bundan  başqa  elmi  qiyməti  olmayan  adi  rus 
sözləri belə “beynəlmiləl elmi istilah” deyə türkcəyə soxdu-
rulmaqdadır. Məsələn, Bakıda türkcə 2.000 kəlmədən ibarət 
fəlsəfə  istilahları  nəşr  edilmişdir.  Professor  Vasilyevin  mü-
dirliyi  altında  tənzim  edilmiş  olan  bu  istilahlar  arasında  bu 
kimi  rus  sözlərinə  də  bol-bol  rastlayırıq:  Boq,  vina,  voz-
mezdiye, vıvod, jadnost, jadnı, lyubov, lyubopıtnı və ilh...” 
(115, s. 20). 
Ümumiyyətlə, türk dil birliyini (vahid elmi terminologi-
yanı!) müdafiə və təbliğ etmiş ziyalılarımız bu əqidəyə sadiq 
qalmışlar ki, “Azərbaycan dilinin tarixinin yalnız türk dilinin 
tarixi  ilə  birgə  dərk  və  tədqiq  edilməsi  elmi  sayıla  bilər” 
(Əhməd  Cəfəroğlu).  Deməli,  reallaşmasına  yüzillik  bir  za-
man  sərf  etdiyimiz  “Türk kültür  birliyi”  ideyasının  gerçək-
ləşməsi baxımından da türkcə terminologiyanın vahid stan-
dartlara  tabe  etdirilməsi  bu  yolda  diqqət  yetirəcəyimiz  ilk 
işdir. 
Fikrimizcə, eyni anlamlı, eyni mahiyyətli bir beynəlxalq 
termin  işlətmək  mümkündürsə,  biz  də  buna  ikiəlli  razıyıq, 
bunu birmənalı şəkildə qəbul və tətbiq etməliyik. Yox, əgər 
heç 
olmasa Türkiyə ilə (öncə özümüzdə!) vahid olan termi-
no
loji  standartlar  tərəfdarıyıqsa,  o  zaman  daha  rusların 
işlətdikləri “kultura”nı yox, “kültür” kəlməsini işlətməliyik. 
Və yenə də, əgər “mədəniyyətşünaslıq” əvəzinə “kulturolo-
giya”ya üstün
lük versək, yuxarıdakı məntiqdən çıxış edərək 


 

“kültüroloji” deməliyik. Hələ bu azmış kimi, yəni terminlə-
rin  çoxluğundan  (qarışıqlığından!)  şikayətləndiyimiz halda, 
mütəxəssislərimizin bir qismi bir  elm sahəsi  olaraq “mədə-
niy
yətşünaslıq”la  “kulturologiyanı”  fərqləndirmək  təşəbbü-
sün
dədirlər. Əgər doğrudan da həqiqət bu yanaşmada axtarıl-
malıdırsa,  deməli  o  zaman  dünya  təcrübəsinə  istinadən  bu-
nun ən sadə və anlaşıqlı izahını verməliyik. 
 


 
10 
Mədəniyyət məsələlərinə elmi-nəzəri yanaşmalar 
 
Kulturoloji  irsin  tədqiqi,  bu  sahədə  dünya  təcrübəsinin 
mənimsənilməsi,  elmi  metodların  milli  tariximizin  öyrənil-
məsinə tətbiqi və mövcud mədəniyyət nəzəriyyələrinin mü-
qayisəli təhlili kulturologiyanın elm sahəsi kimi formalaşma-
sının  şərtlərindəndir.  Mədəniyyət  tarixi  və  nəzəriyyəsi  ilə 
bağlı  dünya  elminin  qənaətləri  bizim  üçün  də  keçərli  və 
faydalıdır.  Öyrənilməsi  bütün  xalqlar  üçün  zəruri  olan  bu 
elmi irsi biz də mənimsəməliyik. Bəlkə də, elə bu zərurətdən 
irəli gəlir ki, müxtəlif ölkələrin alimləri tərəfindən yazılmış 
t
ədqiqatlarda və ali məktəblər üçün hazırlanmış dərsliklərdə, 
az-
çox  fərqlilikləri  nəzərə  almasaq,  mədəniyyət  nəzəriyyəsi 
ilə bağlı mövzu və problemlər prinsip etibarilə, demək olar 
ki, oxşar məsələləri əhatə edir. Lakin mədəniyyət tarixinə aid 
dərsliklərdə,  araşdırmalarda  və  kulturoloji  müntəxəbatlarda 
dünya mədəniyyət tarixi ilə yanaşı müvafiq ölkənin mədəni 
irsinə,  xalqın  kulturoloji  fikrinə  əhəmiyyətli  yer  ayrılmaq-
dadır.  Məhz bu  mənada, biz  hələ  ki, öhdəmizə düşən vəzi-
fələrin  icrasında  ciddi  və  sistemli  bir  iş  görə  bilməmişik. 
İndiyə  qədər  nəşr  edilmiş  kulturoloji  ədəbiyyatda milli-
mənəvi tariximizin əksi qənaətbəxş deyildir. 
Azərbaycan elmi-nəzəri fikrində “Kulturologiya” istilahı-
nın işlədilməsi, onun elm sahəsi kimi araşdırılması, bir fənn 
kimi  tədrisi  yalnız  son  illərdə  intişar  tapsa  da,  bu,  heç  də 
kulturoloji fikir tariximizin həmin dövrlə məhdudlaşdırılma-
sına əsas vermir. Doğrudur, rəsmi və formal olaraq kulturo-
loq kadrlarının hazırlanması prosesinə son illərdə diqqət ye-
ti
rilməyə başlanmışdır. Sırf kulturoloji aspektdə tədqiqatlara 
marağın  artması  indi-indi  müşahidə  edilməkdədir.  Lakin 
Azərbaycan alimləri tərəfindən bu vaxta qədər də kulturoloji 
fikrin  ayrı-ayrı  istiqamətləri  ilə  bağlı  müxtəlif  mövzulu 
əsərlər  yazılmışdır.  Azərbaycan  kulturoloji  fikrinə  dəyərli 


 
11 
töhfələr  vermiş  tarixçi,  filosof,  ədəbiyyatşünas,  etnoqraf, 
dilçi,  sənətşünas  və  s.  alimlər  özlərini  kulturoloq  kimi  təq-
dim  etməsələr  də,  bu  sahədə  əhəmiyyətli  işlər  görmüşlər 
(müəyyən  istisnalarla  onlar,  əsasən,  ictimai  və  humanitar 
elmlərinin təmsilçiləridir). 
Şübhəsiz ki, mahiyyət etibarilə özündə daha geniş məsə-
lələri  ehtiva  edən,  müxtəlif  elmlərin  inteqrasiyasını  tələb 
edən  “Kulturologiya”nın  Azərbaycanda  möhkəm  bünövrə 
üzərində  yüksəlməsi  və  mənəvi  meyarlara,  milli-bəşəri  də-
yərlərə cavab verməsi üçün həmin alimlərin kulturoloji irsini 
mənimsəməli,  onların  yaradıcılıqlarından  bəhrələnməliyik 
(78, s. 28). Çünki, milli-
mədəni birliyin və istiqlal ideyaları-
nın carçısı olan mütəfəkkirlərin milli tariximizdəki yerlərinin 
müəyyənləşdirilməsi, onların irsinin tədqiqi və təbliği, iddia 
etdiyimiz varisliyin fikirdə, sözdə və əməldə təsdiqi dövlət-
çiliyimizin  ən  zəruri  şərtlərindəndir.  Qadağa  və  məhrumiy-
yətlər dövrü ilə müqayisədə, bu gün mədəniyyət tariximizin 
araşdırılması və demokratik cəmiyyət quruculuğunda bu irs-
dən bəhrələnmə dərəcəsi malik olduğumuz imkanlar müqa-
bilində yetərli sayıla bilməz. Ona görə də kulturoloji irsimi-
zin  layiqincə  təbliği  üçün  bəşəriyyətin  mədəni  irsində,  türk 
düşüncə  tarixində,  o  cümlədən  Azərbaycan kulturoloji fik-
rində  həyat  və  yaradıcılıqları  yeni  nəslə  örnək  olan  şəxsiy-
yətlərin  yaradıcılığı  daha  dərindən  araşdırılmalı,  onların 
kültür  və  mədəniyyət  anlayışlarına  münasibətləri  öyrənil-
məlidir. 
Təəssüf  ki,  kulturoloji  irsimizin  qaynaqlarının  araşdırıl-
ması və təbliği ilə bağlı ictimai fikirdəki boşluğun doldurul-
ması  yönündə  müəyyən  canlanma  yalnız  elmi  fikirdə  (təd-
qiqatçılar  arasında)  müşahidə  edilməkdədir.  Bu  sahədə 
aparılan araşdırmalar bir qisim elmi nəşrlərdə öz əksini tapsa 
da, kütləvi nəşrlərdə və dərsliklərdə bu mənada ürəkaçan bir 
mənzərə gözə dəymir. Nə qədər ki, bu kəsiri aradan qaldır-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə