Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə22/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   18   19   20   21   22   23   24   25   ...   65

 
66 
qədər asanlıqla təslim olduqlarını və həmin sərbəstliyin on-
ların nifrət bəslədikləri vətənə nə qədər baha başa gəldiyini 
təsəvvür  etmək  elə  də  çətin  deyildir.  Vətən  ancaq  pula 
ehtiyac  olanda  yada  düşürdü.  Vətən  artıq  bu  yeni  biçimli 
“müsəlmanlar”  üçün  Parisin,  yaxud  Vyananın  əxlaqsız  qa-
dınlarına xərcləmək üçün tükənməz pul kisəsindən başqa bir 
şey deyildi (3, s. 333-334).  
Ə.Ağaoğlu,  “yeni  müsəlmanlar”  vətənə  nə  verdilər?  – 
sualını cavablandırarkən fikrində haqlı olub-olmadığının təs-
diqini tapmaq üçün oxucuya müraciətlə yazırdı ki, Avropanı 
ancaq öz kostyumları, mənəvi pozğunluq və əxlaqsızlıqları, 
gücsüzlük əsəri olan rişxənd və istehzaları ilə yamsılayan və 
bütün bunlarla Avropanın “təmsilçisi” olmaq iddiasına düşən 
bu  miskinlərə  qarşı  “köhnə  müsəlmanlar”  öz  dərin  nifrət-
lərində  haqlı  deyildilərmi?  Həqiqətən  də  “yeni  müsəlman-
lar”ın böyük qisminin qazancı vətənlərinə qarşı əmələ gələn 
nifr
ətdən başqa bir şey olmamışdır (3, s. 335). 
Mövzuya  təkcə  Azərbaycan  miqyasında  deyil,  bütün 
müsəlman dünyası prizmasından yanaşan Ə.Ağaoğlu “yaxşı 
ailələrin uşaqlarından” sonra Şərqdən Avropaya nisbətən “az 
yaxşı ailələrin” təmsilçilərinin başlanan axınına da öz müna-
sibətə  bildirir.  Artıq  bu  gənclərin  bir  qismi  Avropa  ölkələ-
rinə  ya  hökumətləri  tərəfindən  göndərilir,  ya  da  özlərinin 
cüzi  vəsaitləri  ilə  bilik  əldə  etmək  üçün  yollanırdılar. 
Fikrimizcə, artıq bu məqamda Ə.Ağaoğlu fikirlərini öz şəxsi 
həyat təcrübəsinin ümumiləşdirilmiş şəkli ilə təqdim edirdi. 
Çünki təsvir etdiyi bu mənzərə onun öz həyat yolu üçün də 
xarakterik idi.  
Sağlam  düşüncəli  gənclərin  Avropaya  axınından  ibarət 
olan ikinci mərhələni təqdir edən Ə.Ağaoğlu yazır ki, bun-
ların  dəbdəbəyə  və  əxlaqsız  qadınlardan  “Avropa  müdrik-
liyi” dərsləri almağa nə imkanları, nə vəsaitləri, nə də “ana-
dangəlmə”  meylləri  vardı.  Xalq  arasından  çıxmış,  həyatin 


 
67 
çətinliklərini özlərinin, yaxınlarının və qohumlarının üzərin-
də  hiss  etmiş  bu  gənclər  Avropa  mədəniyyətinə  heyranlıq-
larını onun zahiri dəbdəbəsi, teatrları və bulvarları ilə məh-
dudlaşdırmırdılar. Onlar Avropa həyatında mənsub olduqları 
xalqın rifahını təmin edən, onun mədəni və iqtisadi tərəqqisi 
üçün imkanlar açan məsələlərlə maraqlanırdılar. Onlar Avro-
pa  elmlərini  böyük  şövq  və  həvəslə  öyrənir,  Avropa  təfək-
kürünə yiyələnirdilər. Onlar Qərbin Şərq üzərindəki üstünlü-
yünün  bulvarlarda  və  ya  kafeşantanlarda  deyil,  onun 
məktəblərində,  universitet  və  akademiyalarında  olduğunu 
çox gözəl başa düşərək qarşılarına Şərqdə məhz Avropa elm 
və  təfəkkürünü  yaymaq  məqsədi  qoydular.  Tezliklə  bütün 
müsəlman Şərqində – Türkiyədə, Hindistanda, Misirdə, hətta 
İranda  ən  məşhur  Avropa  mütəfəkkirlərinin  əsərləri  yerli 
dillərə  tərcümə  olundu.  Qəzet  və  məcmuə  nəşrinə,  kitab 
çapına təkan verildi. Müsəlman aləmində sağlam ağıla əsas-
lanan bir hərəkat başlandı. Bu, tezliklə müxtəlif Avropa tipli 
məktəb və cəmiyyətlərin yaradılmasında da özünü göstərdi. 
Yeni hərəkat obyektiv istiqamət götürüldüyü və xüsusən də 
gərəkli  xarici  ədəbiyyat  nümunələrinin  tərcüməsinə  diqqət 
yetirildiyi  başlanğıc  mərhələdə  yaxşı  nəticələr  vəd  edirdi. 
Türkiyədə  və  Misirdə  bu  hərəkat  özünü  xüsusilə  güclü  və 
qaba
rıq şəkildə göstərirdi. Onun başında duran adamları istər 
cəmiyyət,  istərsə  də  özləri  “yeni  müsəlmanlar”  adlandırır-
dılar.  Onlar  islamı  Avropa  elmləri  və  ideyaları  ilə  müalicə 
etmək  yolu  ilə  canlandırmağa  çalışırdılar.  Heç  şübhəsiz, 
“yeni  müsəlmanlar”  başlanğıc  mərhələdə  tutduqları  yoldan 
dönməsəydilər,  daha  çox  şeyə  nail  olardılar.  Heç  yerdə 
adamlar  müsəlmanlar  qədər  elmlərə  həvəs  göstərmir,  bilik-
lərə  yiyələnməyi  onlar  qədər  arzu  etmirlər.  Sadəcə,  bu 
bilikləri  onlara  verməyi  bacarmaq  lazımdır.  Din  və  siyasət 
kimi hər cür ifrat əlavələr onları əsəbiləşdirir, onlarda ikrah 
yaradır. Həm də axı bu izafi əlavələr nəyə lazımdır? Məgər 


 
68 
öz-
özlüyündə elmi həqiqətlər din və siyasət barəsində bizim 
təmtəraqlı  təlqinlərimizin  çıxardığı  nəticələrə  gətirib  çıxar-
mırmı?  Lakin  bu  həqiqətlərin  əksəriyyətə  çatması  üçün 
onlara  vaxt  vermək  lazımdır,  səbir  və  təmkinlə  hərəkət 
etmək lazımdır (3, s. 336). 
Əslində  əvvəlki  mərhələnin  nəticələri  ilə  müqayisədə 
“yeni  müsəlmanlar”ın  tutduqları  yol  müsəlman  cəmiyyətini 
həm mənəviyyat, həm də Avropanın mütərəqqi nailiyyətləri 
ilə təmin etmək baxımından ürəkaçan olmalı idi. Ə.Ağaoğlu 
bunun  səbəbini  belə  izah  edir:  “Təəssüflər  olsun  ki,  bəzi 
səbirsiz “yeni müsəlmanlar” bunu gözləmədilər və son nəti-
cəni  çıxarmaqda  tələsdilər.  Onlar  siyasətə  qurşandılar  – 
bütün Şərqə maneçilik törədən, bütün Şərq xalqlarına əzab-
əziyyət  gətirən  bir  siyasətə!  Hərəkat  həqiqi  obyektivlik  və 
rasionallığını  itirdi,  siyasiləşdi,  partiyalılaşdı  və  arxalandığı 
xalqı qeyb etdi (3, s. 336-337). 
XX  əsrin  ilk  illərindən  bir-birinin  ardıca  yeni  mətbuat 
orqanlarının  fəaliyyətə  başlaması  cəmiyyət  problemlərinin 
qaldırılması və onların həlli yolları barədə diskussiyalara da 
rəvac  verdi.  Artıq  islahatçı  xarakterli  təbliğatlar  üçün  də 
meydan genişlənməkdə idi. Belə bir imkanı əldən verməyən 
“Həyat” qəzetinin redaktorları “türklük, islamlıq çərçivəsin-
də, Rusiya dövlətinin siyasətinə uyğun tərəqqi etməyə” çağı-
rırdılar. Lakin bu tərəqqi milli və dini xüsusiyyətlərin aşın-
ması  hesabına  olmamalı  idi.  Çünki  belə  olan  halda  onların 
fikrincə firəngləşmə və islam dinindən üz döndərmə eyni bir 
şey  idi.  Ə.Hüseynzadə  bu  barədə  yazırdı:  “Türkün  irtidad 
edib  firəngləşməsi  firənglərin,  ya  mürtədlərin  tərəqqisi  de-
məkdir, yoxsa türk, ya müsəlman tərəqqisi demək deyildir” 
(32, s. 68).  
Bu dövrün liberal-
burjua mətbuatı xalqın dili, məktəb və 
maarifi,  elm  və  mədəniyyəti  yolunda  mübarizə  aparan 
demokratik  fikirli  ziyalıları  dini-milli  cığıra  salmağa  cəhd 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə