A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
6
Qeyd etmək istərdik ki, ailə münasibətləri ‐ mediasiyanın tətbiq edilməsi ilə bağlı olan əsas
sahələrdəndir. Evli cütlüklər, valideynlər və övladlar, qardaş və bacılar, həmçinin digər qohumlar
arasındakı münasibətlər adətən şəxsi maraqlar və yüksək emosionallıqla bağlı olur. Məlumdur ki,
ailə həyatında çox tez‐tez fikir ayrılıqları olur, bu isə psixoloji və hüquqi problem yaradır. Bəzən
uzanan və çətin həll edilən münaqişələr ailə münasibətlərində böhrana gətirir. Bu zaman ən müdrik
çıxış yolu kimi ailə mediatoruna müraciət etmək olar. Mediasiya ailə münaqişələrini məhkəməyə
müraciət etmədən həll etməyə kömək edə bilər.
Ailə mediasiyası mediasiyanın digər formalarından onunla fərqlənir ki, burada münasibətlər
psixologiyasına xüsusi diqqət yetirilir, münaqişənin həlli zamanı mediator psixoloji metodlardan
istifadə edir.
Ailə mediatoru ər‐arvad münasibətlərini tənzimləməyə çalışır, bu zaman o, ilk növbədə hər iki tərəfə
qulaq asır, onların mövqeyini, tələb və arzularını aydınlaşdırır, emosiyaları sakitləşdirir, kompromis
yaratmağa çalışır, vəziyyəti kənardan öyrənir, tərəflərin razılığı əsasında məsələnin yeni həll
variantlarını və imkanlarını təqdim edir, danışıqların məxfiliyini qoruyur. Ailə mediatoru tanış insan,
yaxud kənar insanlar ola bilər, lakin hər bir halda neytral adam olmalıdır.
7
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
Fariz Şirinov
Vəkillər Kollegiyasının üzvü
PUBLİK HÜQUQİ ŞƏXSLƏR HAQQINDA
QANUNVERİCİLİYİN TƏTBİQİ PERSPEKTİVLƏRİ
Hazırkı məqalədə Publik hüquqi şəxslər haqqında yeni qanunvericiliyin təhlili və onun tətbiqi
perspektivi müzakirə olunur.
Bu məqalə çərçivəsində biz «publik hüquqi şəxslər» adlanan institutun tarixi əhəmiyyətindən və
ümumi fəlsəfəsindən deyil, qanunun müddəalarının təsvirindən və tətbiqi perspektivlərindən
söhbət açacağıq. Belə ki, 24 ildən artıq olan müstəqillik tariximiz onu göstərir ki, Azərbaycan
Respublikasında məhkəmələr və inzibati orqanlar hər hansı hüquq institutunun tarixçəsini,
fəlsəfəsini, qanunun ruhunu deyil, onun zahirini görünüşünü, yazı üslubunu və qanun mətnində
istifadə edilmiş sözlərin anlamlarını əsas götürərək qərarlar verir, hüquqi hərəkətlər
(hərəkətsizliklər) edirlər.
Hazırkı məqalə çapa hazırlanan ərəfədə «Publik hüquqi şəxslər haqqında» Qanuna dəyişikliklər
olunaraq bəzi müddəalar dəyişdirildi (4 mart 2016‐cı il tarixli qanun). Biz çalışdıq ki, hazırkı
məqalədə həmin müddəalara da münasibət bildirək.
Aktuallıq
«Publik hüquqi şəxslər haqqında» 29 dekabr 2015‐ci il tarixli 97‐VQD saylı Qanun (bundan sonra
hazırkı mətn üzrə ismin müvafiq halında – Qanun) və Azərbaycan Respublikası Mülki Məcəllənin
(bundan sonra Mülki Məcəllə) 43‐cü maddəsinə müvafiq dəyilikliklər (29 dekabr 2015ci il tarixli,
98‐VQD saylı Qanun) 2016‐ci ilin fevral ayında dərc olundu və qüvvəyə mindi. əslində dövlət və (və
ya) bələdiyyələr tərəfindən ictimai funksiyaları icra edən qurumların yaradılması zərurəti çoxdan
hiss olunmaqda idi. Təsadüfi deyildi ki, Mülki Məcəllənin 64.6 maddəsinin müddəası olan «Dövlət
orqanları və yerli özünüidarə orqanları təsərrüfat ortaqlıqlarının və cəmiyyətlərinin iştirakçıları kimi
çıxış edə bilməzlər» tələblərinə baxmayaraq bir sıra mərkəzi icra hakimiyyəti orqanları və yerli icra
hakimiyyəti orqanları bir sıra kommersiya hüquqi şəxs təsis etmiş (Məsələn, «Bakı Sərnişin
Nəqliyyat» MMC, «1 saylı Rayonlararası İstehsalat Təmir‐Tikinti Tresti», Gəncə şəhər Reklam və
Xidmət İdarəsi) onların qanuna zidd olaraq dövlət qeydiyyatına alınmasına müyəssər olmuşlar.
Eynilə də yaxud da təbiətinə görə kommersiya qurumu olmayan təhsil müəssisələri və s. bu kimi
qurumlar başqa təşkilati‐hüquqi forma olmadığından təsərrüfat cəmiyyətləri kimi qeydiyyata
alınıblar. Bu hallar barədə müraciətlər olduqda isə müvafiq orqanlar «başqa təşkilati‐hüquqi forma
olmadığından» bu təşkilatların yaradıldığı qeyd edilir. Əslində isə Qanun üzrə KİV‐də çıxış edən bir
sıra natiqlərin də qeyd etdikləri kimi, dövlət kommersiya hüquqi şəxsləri yaratmamalı, pul
qazanmamalıdır. Dövlət vergilər üzərində qurulmuş, cəmiyyətin idarə edən və ali məqsədi
Azərbaycan Respublikası Konstitusiyasının 12‐ci maddəsinin I hissəsində göstərildiyi kimi, «İnsan
və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat
səviyyəsinin təmin edilməsi»ndən ibarət olan ali bir təşkilatdır.
8
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ IX nömrə
Lakin ən inkişaf etmiş dövlətlərdə ‐ Almaniyada, ABŞ‐da və s. ölkələrdə belə bu təşkilat bir sıra
hallarda kommersiya əsaslı, lakin cəmiyyət üçün son dərəcə vacib funksiyaların icrasına nail olmağa
məcbur qalır ki, əlavə vergi yükü yaratmadan öz ali missiyasını uğurla həyata keçirə bilsin.
Təhlil edilən hüquq institutunun adı və təkliflər
Hazırkı məqalədə təhlil edilən hüquq institutu «publik hüquqi şəxs» adlanır. Bildiyimiz kimi
«publik» sözü bu kontekstdə latında «pulic» sözündən düzəldilib və sözün birinci mənası «cəmiyyətə
xas olan», «cəmiyyətə aid» deməkdir, məsələn «Jus publicum» söz birləşməsi «dövlət hüququ»
mənasını verir. Lakin İngilis, Fransız və Avropa dillərində «piblic» və ya «publique» sözü həm
«cəmiyyətə xas olan», həm də «dövlətə xas olan» mənalarını verir. Məsələn «public officer» söz
birləşməsi ingiliscə «dövlət məmuru», «public notary» söz birləşməsi dövlət notariusu mənalarını,
eləcə də fransızca «service public» dövlət qulluğu, «agent public» dövlət qulluqçusu mənalarını,
italyanca «amministrazione pubblica» sözləri «dövlət hakimiyyət orqanı» və ya «icra hakimiyyəti
orqanı» mənalarını verir.
Lakin biz bir az sonra görəcəyik ki, «publik hüquqi şəxs» adlanan qurumun fəaliyyətini tənzimləyən
qanunvericilik aktlarında məsələ tək dövlət orqanlarından yox, həm də bələdiyyələrdən, yəni yerli
özünüidarəetmə orqanından gedir.
Nəzərə alsaq ki, «publik» sözü milli qanunvericilinin dilinə yad bir sözdür və qanun çıxdığı ilk
gündən bu söz məsxərə obyektinə çevrilib, onda həmin sözün əvəz edilməsinin və daha anlaşıqlı
terminlə əvəz edilməsinin nə qədər vacib olduğunu görərik.
Bir də qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası qanunvericiliyində bir neçə şəxsin vahid
bir məqsədə nail olmaq üçün birləşməsi «təşkilat» sözü ilə qeyd edilir. Bundan başqa hüquqi şəxsin
anlayışı Mülki Məcəllədə belə qeyd edilib: «Hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət
qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri‐əmlak hüquqları əldə
etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna
malikdir». Bu anlayışda biz dövlətdən və bələdiyyədən başqa formal/qanuni bir şəxs kimi yaradılmış
təşkilata «qurum» deyildiyini görürük.
Bundan başqa, uzun illər həm dövlət, həm də ictimaiyyət üçün əhəmiyyətli hadisələri qeyd etmək
üçün dilimizdə «geniş ictimaiyyət», «geniş ictimai» ifadələri işlədilmişdir. Bu ifadələr sovetlər
dövrünə aid iclas protokollarında, qurultay sənədlərində, KPMK iclas stenoqramlarında da görmək
mümkündür.
Təklif
Yuxarıda qeyd edilənləri, habelə qanunda publik hüquqi şəxsin məhz «ümumdövlət və ictimai
əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan» qurum olduğunu göz önündə tutaraq qanunvericilikdə
«publik hüquqi şəxs» ifadəsinin «ümumdövlət və ictimai əhəmiyyətli təşkilat» ifadəsi ilə və ya
«ümumdövlət və ictimai əhəmiyyətli qurum» ifadəsi, amma sözlərə qənaət etmək, həm də qurumun
mahiyyətini əks etdirmək üçün «ictimai əhəmiyyətli qurum» ifadəsi ilə əvəz olunması məqsədəuyğun
görünür (bundan sonra mətn üzrə «ictimai əhəmiyyətli qurum» sözündən istifadə ediləcək).
Mülki Məcəllədə «publik hüquqi şəxs»
29 dekabr 2015‐ci il tarixli, 98‐VQD saylı Azərbaycan Respublikası Qanunu ilə Mülki Məcəlləyə
dəyişiklik edilmiş və «publik hüquqi şəxs» barədə müddəalar 43.‐cü maddəyə (Hüquqi şəxsanlayışı
və onun növləri) əlavə edilmişdir. Dəyişikliyə məruz qalan maddələrdən biri 43.5‐ci maddədir ki,
onun hal‐hazırda qüvvədə olan mətni belədir: «43.5. Hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi
mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət
götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri
kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul
olan (publik hüquqi şəxslər) qurumlar ola bilər». Bu maddədən biz anlayırıq ki, publik hüquqi şəxslər