9
Vaşinqton konfransı
Birinci dünya müharibəsinin yekunu olaraq Yaponiyanın Çində və Uzaq
Şərqdə öz mövqeyini möhkəmləndirməsi İngiltərə və ABŞ-ın maraqlarına ciddi
zərbə vururdu.Xüsusilə,Tsindao portunun və Şandun yarımadasının Yaponiyaya
verilməsi böyük təhlükə törədirdi.1919-cu il Paris konfransının tarixi qərarlarına
görə Şandun yarımadası üzərində Yaponiya geniş hüquqlar qazandı və bu,ABŞ-ın
maraqlarına uyğun gəlmədiyinə görə Versal müqaviləsinin şərtləri təsdiq edil-
mədi.
ABŞ-ın hakim dairələri təkid edirdilər ki, Paris sülh konfransının qərarlarına
yenidən baxılsın,konfransın Sakit okean və Uzaq Şərq məsələləri ilə bağlı qərar
ları ləğv olsun.İngiltərə və Yaponiyanın manelərinə baxmayaraq,ABŞ yeni kon-
fransın Vaşinqtonda çağırılmasına nail oldu.
Nəhayət,bu konfrans 1921-ci il noyabrın 12-də Vaşinqtonda açıldı və 1922-
ci il fevralında başa çatdı.Konfransda 9 dövlət,o cümlədən ABŞ,İngiltərə,
Çin,Yaponiya və Fransa iştirak edirdi. Konfrans iştirakçılarlndan İtaliya, Belçika,
Niderland və Portuqaliya ciddi fəallıq göstərirdi.Sovet Rusiyası isə konfransın
işindən kənarlaşdırılmışdı.Vaşinqton konfransında aparıcı rol ABŞ-a məxsus
idi.Konfransında başlıca olaraq dəniz silahlarının məhdudlaşdırılması və Uzaq
Şərq məsələsi müzakirə olundu.Birinci məsələ dörd dövlət-ABŞ,İngiltərə,Fransa
və Yaponiya arasında sazişin bağlanması ilə nəticələndi.Belə ki,dörd dövlət Sakit
okean hövzəsində öz hüquqlarını birlikdə müdafiə edəcəkləri barədə razılığa
gəldilər.Bu saziş 1911-ci il ingilis-yapon sazişini ləğv edirdi ki,bununla Asiya
regionunda müstəmləkə siyasətində bərabər hüquqların tanınması qəbul olundu.
Konfransda 5 dövlət-İngiltərə,ABŞ,Fransa və İtaliya dövlətləri razılığa
gəldilər ki, dənizlərdə hökmranlıq aşağıdakı nisbətdə müəyyənləşdirilsin: 5:5:3:
1,75: 75. Beləliklə,ABŞ Sakit okean hövzəsində mövqeyini möhkəmləndirdi.
Konfransda aparıcı məsələlərdən biri də Çin məsələsi idi.Çinlə bağladığı
müqavilənin şərtinə görə Yaponiya Şandun yarımadasından imtina etməyi üzərinə
götürürdü.1922-ci ilin fevralın 6-da 9 dövlət “Çinlə münasibətlər haqqında”
10
müqavilə imzalayır.Müqavilənin şərtinə görə Çinə suverenlik hüququ verildi.Çin
üzərində imperialist hökmranlığı ləğv edildi.Əslində bağlanmış müqavilə heç də
bərabərhüquqlu deyildi.Belə ki,Çin üzərində 9 dövlətin faktiki üstünlüyü qorunub
saxlanılırdı.Vaşinqton konfransının Uzaq Şərqlə bağlı çıxardığı qərar ABŞ-ın
bu regionda hökmranlığını möhkəmləndirdi və Şərqi-Çin dəmir yolu üzərində
nəzarətinə şərait yaratdı.
Genuya konfransı.Rapallo müqaviləsi.
Nəzərdən keçirilən dövrdə Avropanın imperalist dövlətləri ilə iqtisadi
əməkdaşlıq yaradılmasını sürətləndirməyə çalışan Sovet dövləti 1921-ci ilin
payızında çarizmin müharibədən əvvəlki borclarını müəyyən şərtlərlə qəbul
etməyə hazır olduğunu bildirdi.Eyni zamanda Sovet dövləti xarici dövlətlərin
Rusiyaya və Rusiyanın da xarici dövlətlərə tələbələrini müzakirə edəcək,habelə,
Rusiya ilə onun əleyhdarları arasında sülh müqaviləsini hazırlayacaq beynəlxalq
konfransın çağırılmasını tələb etdi.
1922-ci ilin yanvarında Antantanın Ali Şürası Mərkəzi və Şərqi Avropa öl-
kələrində təsərrüfat həyatını bərpa etmək məqsədilə Geniyada beynəlxalq kon-
fransın keçirilməsi haqqında qərar qəbul etdi.Konfransın işinə Sovet Rusiyası,
Almaniya,Avstriya-Macarıstan və Bolqarıstan dəvət olunmuşdu.Genuya konfran-
sı 1922-ci ilin aprel-may aylarında keçirildi.Sovet nümmayəndə heyətinə V.Lenin
təyin olundu.Ancaq, onun xaricə getməsi üçün təhlükə yarandığından o,nüma-
yəndə heyətinə Moskvadan rəhbərlik edirdi.Faktiki olaraq nümayəndə heyəti
başçısı vəzifəsini Xalq Xarici İşlər Komissarı Q.V.Çiçerin icra edirdi.
Konfransın gedişində Avropanın aparıcı dövlətləri Sovet Rusiyasını su-
veren dövlət kimi qəbul etmir, onunla bərabər hüquqlar əsasında müqavilə im-
zalanmasının əleyhinə çıxış edirdilər.Eyni zamanda Avropa dövlətləri bütün
borcların verilməsini,keçmiş xarici sahibkarların milliləşdirilmiş mülkiyyətlərinin
tamamilə qaytarılmasını tələb edirdilər.Bundan başqa onlar Sovet maliyyə sistemi
üzərində,habelə,Rusiyanın bütün xalq təsərrüfatı üzərində nəzarət qoymaq istəyir
dilər.Sovet nümayəndə heyəti isə bu tələbələri rədd edirdi.
11
Sovet nümayəndə heyəti yeni dövləti mökəmləndirmək üçün dinc yanaşı
yaşamaq pirinsipini irəli sürdü.Bu pirinsipə görə mübahisəli məsələləri müharibə
vasitəsilə həll etməkdən imtina edilir,onların danışıqlar yolu ilə həll edilməsi bil-
dirilir,heç bir millətin daxili işlərinə müdaxilə olunmur, millətin suverenliyi,ərazi
bütövlüyü təsdiq edilir,iqtisadi və mədəni quruculuq sürətləndirilir.Eyni zamanda
Sovet dövləti Avropanın kapitalist dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək
üçün bəzi güzəştlərə hazır olduğunu bəyann etdi.Ancaq,bununla belə Çar hökü-
mətinin müharibədən əvvəlki borclarını qəbul etmək üçün Rusiyaya yeni istiqraz
verilməsi və Sovet hökümətinin hüququ cəhətdən tanınması irəli sürüldü.Doğru-
dur,Sovet nümayəndə heyəti xarici mülkiyyətçilərin Rusiyadakı zərərlərini mü-
əyyən dərəcə də ödəməyə razı olduğunu bildirdi.Ancaq, müdaxiləçilər və ağ qvar-
dıyaçılar tərəfindən dövlətə vurulmuş zərərin ödənilməsi üçün qarşılıqlı tələblər
irəli sürülürdü. Aydındır ki, bu tələblər Antanta dövlətlərinin müqaviməti ilə
qarşılaşırdı.
Konfransda qalib gəlmiş ölkələrlə Almaniya arasında ziddiyyətlər meydana
çıxdı.Almaniya tərəfi çalışırdı ki,Versal müqaviləsinə əsasən üzərinə qoyulmuş
təzminatın həcmini yüngülləşdirsin.Məhz,təzminat məsələsində Sovet Rusiyası
Almaniyanın mövqeyini müdafiə etdi.Bununla Sovet dövləti hesab edirdi ki, bu
soy ğunçuluq müqaviləsinin nümunəsidir.Alman hakimi dairələrinin uzaqgörən
nümayəndələri belə nəticəyə gəldilər ki,Sovet Rusiyası ilə yaxınlaşma Almaniya-
nın beynəlxalq mövqelərini möhkəmləndirər,Antantanın müəyyən güzəştlər et-
məsinə kömək edər və eyni zamanda Rusiya ilə ticarət üçün geniş imkanlar ya-
radar.
İki dövlət arasında bağlanacaq müqavilə Sovet Rusiyasının da mənafeyinə
uyğun idi.Belə ki, bununla Sovet Rusiyası beynəlxalq təcriddən azad olurdu.
Beləliklə,alman və sovet dövlətləri arasında müqavilə 1922-ci il aprelin 16-da
Rapalloda imzalandı.Müqavilənin şərtlərinə görə Sovet Rusiyası ilə Almaniya
arasında diplomatik və konsulluq münasibətləri yaradıldı.Almaniya tərəfindən
Sovet Rusiyası, Sovet Rusiyası tərəfindən isə milli alman dövləti tanındı. Rapallo
Dostları ilə paylaş: |