Mövzu13: «yerli ÖZÜNÜİdarəetmə Sİstemi». P L a n


SUAL № 2. «Yerli özünüidarəetmə sistemi: anlayışı və mahiyyəti»



Yüklə 325,03 Kb.
Pdf görüntüsü
səhifə3/5
tarix11.06.2023
ölçüsü325,03 Kb.
#116627
1   2   3   4   5
224 movzu13 yerli ozunuidareetme sistemi.

SUAL № 2.
«Yerli özünüidarəetmə sistemi: anlayışı və mahiyyəti» 
Bildiyimiz kimi, yerli özünüidarəetmə Azərbaycan Respublikasının 12 noyabr 
1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul etdiyi Azərbaycan 
Respublikasının Konstitusiyasının dördüncü bölməsində öz əksini tapmışdır. 
Ümumiyyətlə, dünya ölkələrində onların ictimai-iqtisadi quruluşlarından asılı 
olaraq idarəetmə və özünüidarəetmə sistemləri mövcuddur. 
Həmin sistemlərdə zaman keçdikcə bəzi dəyişikliklər edilir, təkmilləşdirmələr 
aparılır.
Jəmiyyəti nizama salmaq, təkmilləşdirib inkişaf etdirmək məqsədi ilə ona təsir 
vasitəsi kimi, ictimai idarəetmə hər bir cəmiyyətin mühüm daxili xassəsidir. 
İqtisadiyyatın əsas tənzimləyicisi, istehsalın başlıca icraedici qüvvəsi olan 
bazarla və yaxud ümumxalq mülkiyyətinə əsaslanan planlı idarəetmə cəmiyyətlərdə 
müəyyən ictimai münasibətlər sistemləri formalaşır. 
Sistemlilik, iqtisadi, sosial problemlərin həllinin sıx əlaqələndirilməsini tələb 
edən komplekslik konkret tarixi şəraitdə obyektivlik və konkretlik çoxlu vəzifələr 
tərəfindən bütün kompleks idarəetmə məsələlərinin həllini təmin edəcək başlıca 
vəzifəni axtarıb tapmaq, sahələrə inzibati yanaşmanı əlaqələndirməyi irəli sürən 
ərazi-sahə və digər prinsiplər idarəetməyə aid prinsipləridir. 
Özünüidarə ərazi birliyinin, təşkilatın və ya kollektivin işlərinin onların üzvləri 
tərəfindən müstəqil olaraq seçkili orqan vasitəsilə və ya bilavasitə (yığıncaq, 
referendum və sairin köməyi ilə) ifadə edilməsidir. 
Özünüidarənin əsas əlamətləri aşağıdakılardır: 
- hakimiyyətin əhaliyə, yaxud müvafiq ərazinin seçicilərinə, ictimai təşkilati, 
kollektivin üzvlərinə məxsus olması; daxili həyati məsələlərin həllində müstəqillik, 
kənardan təyin edilən orqanların olması. 
Yerli özünüidarə yerlərdə, dövlət idarəçiliyi növlərindən biri olmuşdur. Bu 
zaman inzibati ərazi vahidinin əhalinin yerli işləri dövlətin müəyyən etdiyi hüquqlar 
hüdudunda müstəqil olaraq idarə edir (seçkili orqan vasitəsilə yaxud bilavasitə). 
İlk dəfə özünüidarəetmə sistemi Qərbi Avropada burcua inqilabları nəticəsində 
tətbiq edilmişdir. 



Yerli özünüidarəetmə orqanlarının hüquqlarının genişləndirilməsi müasir 
kapitalist dövlətlərində ümumdemokratik tələblər sırasında durur. 
Sosialist dövlətlərində yerli özünüidarə başqa əsaslarla qurulur, yerli 
nümayəndəli dövlət hakimiyyəti orqanları (yerli dövlət hakimiyyəti orqanları, yerli 
xalq deputatları sovetləri, onların icra orqanları) vasitəsilə vətəndaşlar həm yerli 
işlərin idarə olunmasında, həm də ümumdövlət məsələlərinin həllində iştirak edirlər. 
Sosializm sistemində yerli özünüidarəetmə orqanları bilavasitə və dolayısı 
yolla dövlət hakimiyyəti orqanlarına bağlı olduğu daha çox dövlət orqanı kimi 
fəaliyyət göstərdiyi halda, kapitalizm sistemində sərbəst bazar iqtisadiyyatı şəraitində 
özünüidarəetmə orqanları müvafiq qanunlar əsasında tam müstəqil olaraq qeyri-
dövlət orqanları kimi fəaliyyət göstərir. 
Bələdiyyə ərəb sözü olub 

şəhər idarəsi deməkdir. 
Bir sıra ölkələrdə (məsələn; ABŞ, Böyük Britaniya) yalnız şəhər idarə orqanları 
bələdiyyə adlanır. 
Bələdiyyələr əsasən, merin, bürqomisterin və sair başçılığı ilə seçkili kollegiya 
və icraedici aparatdan ibarət olur. Onlar müvafiq inzibati ərazinin əhalisi tərəfindən 
seçilir. Adətən, abadlıq, səhiyyə, yerli polis, dövlət məktəbləri və sair məsələlərlə 
bağlı, bunlarla bərabər bələdiyyənin əsas gəlir mənbəyini əhalidə tutulan yerli 
vergilər təşkil edir. 
Ayrı-ayrı ölkələrin bələdiyyələrinə seçkilərin macoritar, proporsional və ya 
qarışıq sistemlər keçirilməsinə görə də bir-birindən fərqli cəhətlərə malik olurlar. 
Bələdiyyə seçkili orqan kimi bir çox ölkələrin demokratik təşkilatlarından biridir. 
Azərbaycan Respublikasında Sovet hakimiyyəti illərində yerli özünüidarə 
sistemi adlanan sistem sosializm quruluşu şəraitində yerli nümayəndəli dövlət 
orqanları yerli xalq deputatları sovetləri və onların icra orqanları ilə vətəndaşların 
yerli və ümumdövlət məsələlərinin həll edilməsində iştirak etmələrinə əsaslanan 
idarəetmə sistemindən ibarət idi. Əsl mahiyyətinə, hüquq və səlahiyyətlərinə, 
cəmiyyətdə ümumi fəaliyyətinə görə həmin sistem daha çox dövlət orqanı olub, 
demokratik mərkəziyyət prinsipi ilə yuxarı dövlət hakimiyyət orqanlarından asılı olan 
qeyri-müstəqil idarəetmə sistemi olmuşdur. 



Azərbaycan Respublikası 1991-ci ildə öz dövlət müstəqilliyini elan etdikdən 
sonra dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə, ümumbəşəri dəyərlərə 
əsaslanaraq dünyəvi-demokratik, hüquqi dövlət quruculuğunun əsas məqsədi kimi 
qəbul etdi. Həmin məqsədə nail olmaq cəmiyyətdə əsaslı və geniş islahatların 
aparılmasını tələb edirdi. 
Sərbəst bazar iqtisadiyyatı yolunun seçilməsi, keçid dövrünün mövcud 
problemləri, digər islahatlarla yanaşı idarəetmə və özünüidarəetmə sistemində 
islahatların aparılması zərurətini doğururdu. 
1995-ci ildə ümumxalq səsverməsi referendum yolu ilə müstəqil Azərbaycan 
Respublikasının ilk Konstitusiyası dövlətin ali hüquq və iqtisadi sistemini 
müəyyənləşdirən Konstitusiyada yerli özünüidarəetmə sistemi kimi bələdiyyələrin 
fəaliyyət göstərməsi hüquqi əsasları ilə öz qanun ifadəsini tapdı. 
Konstitusiyada yerlərdə özünüidarənin təşkili bələdiyyənin işinin təşkili 
(bələdiyyənin) səlahiyyətləri, bələdiyyə aktları və bələdiyyələrin müstəqilliyinin 
təminatı məsələləri hərtərəfli və tam əhatə edilərək əsaslandırıldı. 
Ölkənin əsas qanununun keçid müddəalarında Konstitusiya qüvvəyə mindiyi 
gündən Azərbaycan Respublikası yerli xalq deputatları Sovetlərin səlahiyyətlərinə 
xitam verildiyi respublikanın qanunvericiliyi ilə yerli xalq deputatları sovetinə aid 
edilmiş səlahiyyətlərin yerli icra hakimiyyəti orqanlarına keçdiyi bildirildi. 
Eyni zamanda Konstitusiyanın keçid müddəalarında göstərildi ki, Konstitusiya 
qüvvəyə mindikdən sonra iki il müddətində yerli özünüidarə haqqında qanun qəbul 
edilməsi və bələdiyyələrə seçkilər keçirilməlidir. 
Konstitusiyada özünüidarəetmə sistemi sahəsində nəzərdə tutulmuş vəzifələrin 
yerinə yetirilməsi, qanunların hazırlanması üçün Respublikanın ali qanunvericilik 
orqanı olan, Milli Məclisin daimi komissiyaları, işçi qrupları tərəfindən dünyanın 
inkişaf etmiş ölkələrinin, əsasən Qərbi Avropa ölkələrinin təcrübəsini, aidiyyatı üzrə 
qanunvericilik aktlarının, özünüidarəetmə sistemlərinin öyrənilməsi ilə əlaqədar geniş 
işlər aparılaraq müxtəlif rəy və təkliflər nəzərə alınaraq müvafiq qanun layihələrinin 
hazırlanması təmin edildi. 
Milli Məclisdə qanun layihələri geniş və hərtərəfli müzakirə olunduqdan sonra 
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının qanunu qəbul edildi. 


10 
Özünüidarəetmə sisteminin bu qanunun tətbiq edilməsi barədə Azərbaycan 
Respublikası Prezidenti tərəfindən 2 iyul 1999-cu il tarixdə Fərmanı verildi. 
Respublikada 12 dekabr 1999-cu il tarixdə bələdiyyə seçkiləri keçirilməsi 
prosesi getdiyi dövrdə ölkəmizdə özünüidarəetmə sistemi üzrə həmin sistemin 
fəaliyyəti sahəsini tam və kompleks şəkildə əhatə edən lazımi qanunvericilik aktların, 
normativ sənədlərin, təlimatların işlənib hazırlanaraq qəbul edilməsi işləri davam 
etdirilir. 


11 
SUAL № 3.

Yüklə 325,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə