Mövzu13: «yerli ÖZÜNÜİdarəetmə Sİstemi». P L a n


«Bələdiyyə orqanlarının təşkili qaydası»



Yüklə 325,03 Kb.
Pdf görüntüsü
səhifə4/5
tarix11.06.2023
ölçüsü325,03 Kb.
#116627
1   2   3   4   5
224 movzu13 yerli ozunuidareetme sistemi.

«Bələdiyyə orqanlarının təşkili qaydası» 
Seçki Məcəlləsinə əsasən Azərbaycan Respublikasında yerli özünüidarəni 
həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki 
dairələri üzrə seçilirlər. 
Seçki əraziləri üzrə aşağıdakı sayda bələdiyyə üzvləri seçilir: 
-Əhalisi 500-dən az olan ərazilərdə - 5 bələdiyyə üzvü; 
-Əhalisi 500-dən 999-dək olan ərazilərdə - 7 bələdiyyə üzvü; 
-Əhalisi 1000-dən 4999-dək olan ərazilərdə - 9 bələdiyyə üzvü; 
-Əhalisi 5000-dən 9999-dək olan ərazilərdə -11 bələdiyyə üzvü; 
-Əhalisi 10000-dən 19999-dək olan ərazilərdə - 13 bələdiyyə üzvü; 
-Əhalisi 20000-dən 49999-dək olan ərazilərdə - 15 bələdiyyə üzvü; 
-Əhalisi 50000-dən 99999-dək olan ərazilərdə - 17 bələdiyyə üzvü; 
-Əhalisi 100000-dən 299999-dək olan ərazilərdə - 19 bələdiyyə üzvü. 
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. 
Bələdiyyələrin səlahiyyət müddətinin hesablanması səsvermənin keçirildiyi 
gündən başlanır və yeni seçilən bələdiyyələrin birinci iclas günü başa çatır. Bələdiyyə 
üzvlərinin səlahiyyətləri yalnız bələdiyyənin səlahiyyət müddətində qüvvədədir. 
Seçkilər günü 21 yaşı tamam olan (seçki günü də daxil olmaqla) və yaşı 21-dən 
yuxarı olan və müvafiq seçki dairəsində daim yaşayan Azərbaycan Respublikasının 
vətəndaşları bələdiyyələr üzv seçilə bilərlər. 
Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir. Bələdiyyə 
seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün 
ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 
Seçki dairəsi üzrə bələdiyyə üzvlüyünə namizədləri siyasi partiyalar, siyasi 
partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan seçki hüququ olan 
Azərbaycan Respublikasının vətəndaşları irəli sürə bilərlər. Bələdiyyələrə təkrar 
seçkilərdə bələdiyyə üzvlüyünə namizədlər bu seçkilərin təyin edilməsi haqqında 
qərar rəsmi dərc olunduqdan sonra irəli sürülür. İrəli sürülən namizəd yalnız bir 
bələdiyyəyə namizəd irəli sürülməsinə razılıq verə bilər. Bələdiyyə üzvlüyünə 
namizəd yalnız bir bələdiyyə üzvlüyünə namizəd kimi irəli sürülə və qeydiyyata alına 
bilər. 


12 
Müvafiq seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizəd kimi qeydə 
alınmaq üçün namizədliyi irəli sürülmüş hər bir vətəndaş: 
-əhalisi 99999-dan çox olan ərazidə - 150
-əhalisi 49999-dan sox olan ərazidə - 100 
-əhalisi 19999-dan çox olan ərazidə - 75
-əhalisi 9999-dan çox olan ərazidə - 50 
-əhalisi 4999-dan çox olan ərazidə - 30 
-əhalisi 4999-dan az olan ərazidə - 15 seçici imzası toplamalıdır. Seçicilərin 
bələdiyyə üzvlüyünə bir neçə namizədin müdafiəsi üçün imza etmək hüququ vardır. 
Bir şəxsin birdən çox bələdiyyə üzvlüyünə namizəd kimi qeydə alınmasına yol 
verilmir. Bu qaydalar pozulduqda bələdiyyə üzvlüyünə namizədin əvvəlki qeydiyyatı 
etibarlı sayılır, qeydiyyat haqqında nisbətən gec qəbul edilmiş qərar isə müvafiq dairə 
seçki komissiyasının qərarı ilə ləğv edilir. 
Bələdiyyələr üzrə qeydə alınmış namizədlərin siyahısı səsvermə gününə azı 55 
gün qalmış müvafiq dairə seçki komissiyaları tərəfindən göstərilən dövri nəşrlərdə 
dərc edilir. 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasının 
143-cü 
maddəsində 
bələdiyyələrin işinin təşkili öz əksini tapmışdır. Həmin maddədə deyilir: 
Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə 
həyata keçirir. 
Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. 
Ümumiyyətlə, bələdiyyə haqqında danışarkən birinci növbədə bələdiyyənin nə 
olduğunu bilmək daha da məqsədəuyğun olardı. 
Bələdiyyə vətəndaşlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst həll 
etmək imkanı verən, yerli özünüidarə formasıdır.
Hər bir bələdiyyə müstəqildir və özünün əmlakına, büdcəsinə və seçkili 
orqanlarına malikdir. 
Bələdiyyələr sosial, iqtisadi, ekoloci və digər yerli əhəmiyyətli məsələlərin 
həlli ilə məşğul olurlar. Bələdiyyələrin sanitariya müəssisələrinin təşkili, adamların 
peşələri üzrə təmin olunmasına kömək göstərilməsi və sair bu kimi müxtəlif 
proqramlar qəbul edib həyata keçirən səlahiyyətləri vardır. 


13 
Bələdiyyələrin səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 
144-cü maddəsində göstərilmişdir. Bunlar aşağıdakılardan ibarətdir. 
Bələdiyyələrin iclaslarında aşağıdakı məsələlər həll edilir: 
1)
Bələdiyyə üzvlərinin səlahiyyətlərinin tanınması, qanunla müəyyən edilmiş 
hallarda onların səlahiyyətlərinin itirilməsi və səlahiyyətlərinə xitam 
verilməsi. 
2)
Bələdiyyənin reqlamentinin təsdiq edilməsi. 
3)
Bələdiyyənin sədrinin və onun müavinlərinin, daimi və başqa 
komissiyaların seçilməsi. 
4)
Yerli vergilərin və ödənişlərin müəyyən edilməsi. 
5)
Yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi. 
6)
Bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində 
sərəncam. 
7)
Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi. 
8)
Yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi. 
9)
Yerli ekoloci proqramların qəbul və icra edilməsi. 
Bələdiyyələrə qanunvericilik və icra hakimiyyəti tərəfindən əlavə səlahiyyətlər 
də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq 
zəruri maliyyə vəsaiti də aparılmalıdır. Belə səlahiyyətlərin həyata keçirilməsinə 
müvafiq olaraq qanunvericilik icra hakimiyyətləri nəzarət edir. 
Bələdiyyə seçki yolu ilə təşkil olunan bələdiyyə şuraları vasitəsi ilə idarə edilir. 
bələdiyyə şuraları bələdiyyə əhalisinin sayından asılı olaraq 5-dən 19-dək üzvdən 
ibarət olur. bələdiyyə şuraları bələdiyyələrə aid qərarlar qəbul edir. 
Bələdiyyələrin qərarları Konstitusiyanın 145-ci maddəsində göstərilmişdir. Bu 
qərarlar aşağıdakılardan ibarətdir: 
- bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir; 
- bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir; 
- yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs 
çoxluğu ilə qəbul edilir. 
Bələdiyyələrin öz səlahiyyəti daxilində qəbul etdiyi qərarlar bələdiyyə 
ərazisində yerləşən bütün hüquqi və fiziki şəxslər tərəfindən icra olunmalıdır. 


14 
Bələdiyyələrin qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya 
məhkəmənin qərarı ilə etibarsız sayıla bilər. 
Bələdiyyə üzvləri seçildikdən və bələdiyyə nizamnaməsi qeydiyyata alındıqdan 
sonra siz yerli özünüidarənin həyata keçirilməsində müxtəlif üsullarla iştirak edə 
bilərsiniz: 
- yerli referendumda iştirak; 
- vətəndaşların yığıncaqlarından iştirak; 

bələdiyyə 
əhalisinin 
ehtiyacları 
barəsində 
bələdiyyə 
üzvlərini 
məlumatlandırmaq;
- yerli məsələlərlə bağlı yerli komitələrin assosiasiyaların, xeyriyyə 
təşkilatlarının işinə cəlb olunmaq. 
«Bələdiyyədən şikayət hüququ». 
Bələdiyyələrin, bələdiyyə orqanlarının və onların vəzifəli şəxslərinin qərar və 
hərəkətlərindən (hərəkətsizliklərindən) qanunla müəyyənləşdirilmiş qaydada 
məhkəməyə şikayət verilə bilər. 
Bələdiyyə üzvlərinin aşağıdakı vəzifələri vardır: 
- vətəndaşların ehtiyaclarını öyrənmək üçün onlarla ünsiyyətdə olmaq; 
- əhalinin ehtiyaclarını müzakirə etmək üçün ayda azı bir dəfə yığıncaq 
keçirmək; 
- hansı ehtiyacın ilk növbədə təmin olunacağını səs çoxluğu ilə qərara almaq; 
-6 ayda bir dəfədən az olmayaraq seçkilərə hesabat vermək. 
Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq ədalətə (bərabər 
mənafelərlə, bərabər münasibətlərlə) əsaslanmalı, Azərbaycan Respublikasının 
Konstitusiyasına, qanunlarına, fərmanlara, Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan 
Muxtar 
Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar 
Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq «Bələdiyyələrin 
statusu haqqında» Azərbaycan Respublikasının qanunu yerli özünüidarəni həyata 
keçirən bələdiyyələrin yaradılması prinsiplərini həyata keçirən rolunu yerli 


15 
özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün 
dövlət təminatlarını müəyyənləşdirir. 
Bələdiyyələr öz vəzifələrini yerinə yetirmək məqsədi ilə onların qarşısında 
məsuliyyət daşıyan, daimi fəaliyyət göstərən icra strukturları yarada bilərlər. 
Bələdiyyə orqanları bələdiyyə tərəfindən yaradılan yerli əhəmiyyətli məsələləri 
həll etmək səlahiyyətləri verilən və dövlət orqanları sisteminə daxil olmadan seçkili 
və başqa orqanlardır. 
Bələdiyyə orqanlarının seçkili vəzifəli şəxs əhalinin bilavasitə və ya
nümayəndəli yerli özünüidarə orqanının öz tərkibindən seçdiyi bələdiyyənin 
nizamnaməsinə uyğun yerli əhəmiyyətli məsələləri həll etmək səlahiyyətləri verilmiş 
şəxsdir. 

Yüklə 325,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə