Mövzu13: «yerli ÖZÜNÜİdarəetmə Sİstemi». P L a n


SUAL № 1. Bələdiyyələrin fəaliyyətinin normativ əsasları



Yüklə 325,03 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix11.06.2023
ölçüsü325,03 Kb.
#116627
1   2   3   4   5
224 movzu13 yerli ozunuidareetme sistemi.

SUAL № 1.
Bələdiyyələrin fəaliyyətinin normativ əsasları 
Hər bir fəaliyyətin normativ əsasları olduğu kimi, bələdiyyə orqanlarının da 
fəaliyyətinin normativ əsasları mövcuddur. Bu orqanların fəaliyyətini nizama salan 
normativ-hüquqi aktlar aşağıdakılardan ibarətdir: 
- Azərbaycan Respublikasının Konstitusiyası; 
- “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu; 
- Azərbaycan Respublikasının Seçki Məcəlləsi; 
- “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının 
Qanunu; 
- “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” 
Azərbaycan Respublikasının Qanunu; 
- “Yerli rəy sorğusu haqqında” Azərbaycan Respublikasının Qanunu; 
- “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu; 
- “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan 
Respublikasının Qanunu; 
- “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının 
Qanunu; 
- “Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında Əsasnamənin təsdiq 
edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu; 
- “Bələdiyyə üzvünün statusu haqqında” Azərbaycan Respublikasının Qanunu; 
- “Yerli vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanunu. 
Azərbaycan Respublikasında bələdiyyə orqanlarının fəaliyyətinin hüquqi 
əsaslarından ən mühüm yeri Azərbaycan Respublikasının Konstitusiyası tutur. 
Azərbaycan 
Respublikası 
Konstitusiyasının 
13-cü 
maddəsi 
Azərbaycan 
Respublikasında mülkiyyət növlərindən biri kimi bələdiyyə mülkiyyətinin mövcud 
olmasını təsbit edir. Bandan başqa Azərbaycan Respublikası Konstitusiyasının 
dördüncü bölməsinin doqquzuncu fəsli yerli özünüidarəetmə sistemini - yəni, 
bələdiyyələrin işinin təşkili, bələdiyyələrin səlahiyyətini, bələdiyyələrin qəbul etdiyi 
qərarları və ümumilikdə yerlərdə özünüidarənin təşkili özündə təsbit edir. 
Azərbaycan 
Respublikasının 
Konstitusiyasının 
146-cı 
maddəsində 
bələdiyyələrin müstəqilliyinin təminatından bəhs edilir. Bu maddənin tələblərinə görə 



bələdiyyələrin məhkəmə tərəfindən müdafiəsinə, dövlət orqanlarının qərarları 
nəticəsində yaranan əlavə xərclərin ödənilməsinə təminat verilir. Azərbaycan 
Respublikası Konstitusiyasının 142-ci və 143-cü maddələrində bələdiyyələrin 
seçkilər əsasında yaradılmasında bu seçkinin qaydasına və bələdiyyənin öz 
fəaliyyətini iclaslar, daimi başqa komissiyalar vasitəsi ilə həyata keçirilməsinə, 
bələdiyyələrin iclaslarında həll edilən məsələlərə, həmçinin bu məsələlərə dair 
qərarların hansı formada səs çoxluğu ilə qəbul edilməsinə dair göstərişlər vardır. 
Bildiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan 
Respublikasında qanunların iyerarxiyası pilləsində birinci yeri tutur. Belə ki, o 
dövlətin ən ali normativ-hüquqi aktı sayılır və Azərbaycan Respublikası
Konstitusiyasının müddəaları ilkin, təsisedici xarakter daşıyır. Belə ki, bu 
müddəaların həyata keçmə mexanizmi Azərbaycan Respublikasının qanunverici 
orqanları tərəfindən qəbul edilən digər normativ-hüquqi aktlarda öz əksini tapır. 
Bu baxımdan da bələdiyyələrin fəaliyyətini nizama salan digər normativ-
hüquqi aktlar Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilmişdir. 
Bu normativ-hüquqi aktlardan biri «Bələdiyyələrin statusu haqqında» Azərbaycan 
Respublikasının qanunudur. 
Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq bu qanun yerli 
özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli 
özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün 
dövlət təminatlarını müəyyənləşdirir. 
Ümumiyyətlə isə «Bələdiyyələrin statusu haqqında» qanun, bələdiyyələrin əsas 
hüquq və vəzifələrini, həmçinin bələdiyyə orqanlarının seçkili vəzifəli şəxslərinin 
məsuliyyətini və onların fəaliyyətinə nəzarəti nizama salan normaları özündə əks 
etdirir. «Bələdiyyələrin statusu haqqında»
Azərbaycan Respublikasının qanununun 3-
cü maddəsinə əsasən yerli özünüidarəetməni yəni, bələdiyyə fəaliyyətini həyata 
keçirmək hüququ Azərbaycan Respublikası vətəndaşlarına məxsusdur. Azərbaycan 
Respublikası vətəndaşları irqindən, milliyyətindən, cinsidən, dilindən, mənşəyindən, 
əmlak və vəzifə mövqeyindən, dinə münasibətindən, əqidəsindən, peşəsindən, siyasi 
partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə münasibətindən asılı 



olmayaraq, yerli özünüidarənin həm bilavasitə, həm də öz nümayəndələri vasitəsi ilə 
həyata keçirə bilərlər. 
Hər bir vətəndaşın bələdiyyələrə, bələdiyyə orqanlarına və onların vəzifəli 
şəxslərinə müraciət etmək hüquqları vardır. Bu Qanunun 12-ci maddəsinə əsasən 
yerli özünüidarəni müəyyən edilmiş ərazidə yaradılan bələdiyyələr həyata keçirirlər. 
Bu Qanunun 16 və 25-ci maddələri Azərbaycan Respublikası Konstitusiyasının 
143-cü maddəsinin tələblərinə müvafiq olaraq bələdiyyələrin iclaslarının, daimi və 
başqa komissiyaların, bələdiyyələrin icra orqanının, bələdiyyələrin sədr və sədr 
müavininin fəaliyyətini nizamlayan normaları özündə əks etdirir. Belə ki, 
bələdiyyələrin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən 
çağırılır. Bu iclas bələdiyyə üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. 
Bələdiyyələr öz səlahiyyətlərinə aid məsələlərin qabaqcadan nəzərdən keçirilməsi və 
hazırlanması üçün, habelə bələdiyyələrin qərarlarının həyata keçirilməsinə yardım 
göstərilməsi, bələdiyyənin tabeliyində olan müəssisə, idarə və təşkilatların 
fəaliyyətinə nəzarət üçün daimi və başqa komissiyalar yarada bilər. 
Bələdiyyənin icra orqanı onun icra aparatıdır. İcra aparatı bələdiyyənin 
sədrindən və onun bu qanunla və bələdiyyənin nizamnaməsi ilə müəyyənləşdirilmiş 
qaydada formalaşdırdığı struktur bölmələrindən və bələdiyyənin nizamnaməsinə 
müvafiq surətdə yaradılan digər icra strukturlarından ibarətdir. Bələdiyyənin icra 
aparatının fəaliyyətinə bələdiyyənin sədri rəhbərlik edir. 
Yerli əhaliyə xidmət, iqtisadi və sosial inkişaf proqramını həyata keçirmək 
üçün yaradılan icra strukturlarının rəhbərlərini bələdiyyə şurasının qərarına əsasən 
bələdiyyənin sədri təyin edir. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci 
iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. 
Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda 
seçilmiş hesab olunur. 
Ehtiyac olduqda bələdiyyə, bələdiyyə sədrinin müavinləri (bələdiyyə üzvləri) 
seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə sədrinin üzvləri sırasından açıq və ya 
gizli səsvermə yolu ilə seçilir. Bələdiyyə sədrinin müavinləri bələdiyyə üzvlərinin 
yarıdan çoxunun səsini topladıqda bələdiyyə üzvlərinin yarıdan çoxunun səsini 
topladıqda seçilmiş hesab olunur. Bələdiyyənin sədri əmr və sərəncamlar verir, 



bələdiyyənin qərarlarını imzalayır. Bələdiyyə sədrinin müavini bələdiyyə sədrinin 
ona aid etdiyi məsələləri həll edir, bələdiyyə sədri olmadıqda onun səlahiyyətlərini 
həyata keçirir. 
Bələdiyyə fəaliyyətləri nizamlayan normativ aktlardan biri də bələdiyyələrə 
seçkilərin qaydaları haqqında Azərbaycan Respublikasının qanunudur. 
Bu qanun əsasən seçkilərin əsas prinsiplərini, bələdiyyələrin səlahiyyət 
müddətini, seçki hüququnu, bələdiyyələrə seçkilərin təyin edilməsini, bələdiyyələrə 
seçkiləri və seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı xərcləri nizamlayır. 
Bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Seçkilər günü 18 yaşı tamam olan və 
yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşlarının bələdiyyələrə 
üzv seçmək hüququ vardır. Seçkilər günü 21 yaşı tamam olan və yaşı 21-dən yuxarı 
olan Azərbaycan Respublikasının vətəndaşları bələdiyyələrə üzv seçilə bilərlər.
Bələdiyyələrə seçkiləri Azərbaycan Respublikasının Prezidenti təyin edir. 
Seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı 
rəsmi dərc edilir.
Bələdiyyələrə seçkilər üzrə səsvermə bazar günü keçirilir. Bələdiyyələrin 
səlahiyyətlərinin qurtarması ən geci 120 gün qalmış yeni seçkilər təyin edilir. 
Bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı tədbirlər 
Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir. 
Azərbaycan Respublikası dövlət büdcəsi və bələdiyyə büdcəsinin 
vəsaitlərindən, bu qanunda nəzərdə tutulmuş istisnalardan başqa, bələdiyyə 
üzvlüyünə namizədlər göstərilməsini təmin etmək və onlar barəsində təşviqat 
aparmaq üçün istifadə oluna bilməz. 




Yüklə 325,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə