Mövzu: XVIII əsrin I yarısında irsi müharibələr



Yüklə 108 Kb.
səhifə2/6
tarix17.01.2022
ölçüsü108 Kb.
#82938
1   2   3   4   5   6
Muhazire 2- XVIII əsrdə beynəlxalq münasibətlər

1700-cü il oktayabrın 2-də ruhanilər, ilahiyyatçılar, hüquqşünaslar və papa ilə məsləhətləşdikdən sonra II Karl ölümündən sonra bütün müstəmləkələri ilə birgə İspaniyanı XIV Lüdoviqin nəvəsi Anjuy hersoqu Filippə vəsiyyət etdi. Elə həmin il noyabrın 1-də kral vəfat etdi.

XIV Lüdoviq öz diplomatiyasının yaratdığı, bir-biri ilə ziddiyyət təşkil edən iki imkan qarşısında qaldı. Mirasın qəbul edilməsi bütün Avropa ilə müharibə etmək demək idi. Mirasdan imtina etmək və İngiltərə, Hollandiya və imperator ilə İspaniyanın bölüşdürülməsi haqqında razılaşmalara sadiq qalmaq isə bölüşdürülməsinə razılaşmayacaq İspaniya ilə müharibəni doğura bilərdi.

Müharibə təhlükələrini və ticarətin pozulmasını istəməyən İngiltərə və Hollandiya fransız kralı ilə döyüşmək niyyətində deyildilər.

Onlar XIV Lüdoviqin İspaniyanı heç zaman Fransa ilə birləşdirməyəcəyinə dair verdiyi vədləri ilə qane oldular. Lakin fransız hökumətinin sonrakı hərəkətləri ən pis təxminləri təsdiqlədi.

1701-ci ilin əvvəlində XIV Lüdoviq V Filippin fransız taxt-tacına hüququnu xüsusi qramota ilə tanıdı və İspaniyanın niderland əyalətlərinə fransız qarnizonları yeritdi. İspan qubernatorları və vitse-kralına onu öz hökmdarı kimi tabe olmağı əmr etdi.

Niderland və İngiltərədə müharibə tərəfdarları XIV Lüdoviqi mirası bölmək əvəzinə onu tamamilə ələ keçirməsi ilə ittiham etməyə başladılar. XIV Lüdoviqin Fransada ölüm ayağında olan keçmiş ingilis kralı II Yakovu ziyarət edib onun oğlunun ingilis taxt-tacına olan hüququnu tanıyacağı haqda vəd verməsi bu haqda gəzən şayələri təsdiqlədi. Baxmayaraq ki, bir neçə il bundan əvvəl XIV Lüdoviq III Vilhelmi rəsmi olaraq kral kimi tanımışdı. Bundan xəbər tutan icma palatası müharibəyə subsidiya ayırmağa səs verdi. Müharibəyə can atan imperatora görə Habsburqların əsrlər boyu düşməni olan Burbonlara həlledici zərbə vurmaq üçün beynəlxalq vəziyyət çox münasib idi. Almaniyada ağalıq edən fransızların hərəkətlərindən narazı qalan alman knyazları onlar arasında diplomatik təbliğat aparan imperatora lazım olan köməyi göstərəcəklərinə hazır olduqlarını bildirdilər. Hələ Vestfal sülhündən sonra fransız hegemonluğundan çəkinən Danimarka və İsveçdən də cavab alındı. İspan irsi uğrunda müharibə ilə demək olar ki, eyni zamanda başlayan Böyük Şimal müharibəsi onların qüvvələrinin şimal-şərqə cəlb etdi və beləliklə, imperatora yardım etmədilər.

Avropada işlər Fransanın əleyhinə cərəyan etdi. Yenidən XVIII əsrin 80-ci illərindəki Fransa əleyhinə koalisiya bərpa edildi.

1701-ci ilin yazında başlanmış müharibə Fransa üçün uğursuz oldu. Belə ki, Fransa 4 cəbhədə - İtaliyada, İspaniyada, Niderlandda və Reynyanı Almaniyada vuruşurdu. 1701-1704-cü illərdə əldə etdikləri uğurlar mərhələsi ağır məğlubiyyətlər mərhələsi ilə əvəz olundu. Sevenin dağlarındakı protestantların üsyanı, bir-birini əvəz edən müharibələr zamanı gücdən düşmüş və aclıq keçirən ölkə üçün ağır oldu (1704-1710).

Son mərhələdə (1710-1714) fransızlar hərbi cəhətdən bir qədər toparlanıb sülh bağlamağa nail oldular. XIV Lüdoviqin hakimiyyətinin II yarısında ölkənin hərbi və siyasi cəhətdən səriştəli şəxsləri qeyri-rəsmi cəbhədə idilər. Onun rəqiblərinin sıralarında görkəmli xadimlər, diplomatlar və generallar durmuşdu: III Vilhelm Oranlı, Malboro, avstriya sərkərdəsi, şəhzadə Savoyyalı Yevgeniy və s.

XIV Lüdoviq müharibədən itkilər vermədən çıxmağa can atırdı. Bu işdə düşmənlər arasında ziddiyyətlər və narazılıqlar köməyə gəldi.

Bu dövrdə dəniz quldurluğu ilə məşğul olan ingilislər (Aralıq dənizinə qərbdən giriş qapısı olan) Cəbbəllütariqi (1704) ələ keçirdilər. 1703-də ingilislər iqtisadi cəhətdən Portuqaliyanı İngiltərədən asılı vəziyyətə salan ticarət müqaviləsi bağlamağa məcbur etdilər. Müqaviləyə əsasən ingilislər Portuqaliyaya özünün manufaktura məmulatlarını gömrüksüz daşınması hüququ əldə etdilər, bu mallar sonralar qaçaq-mal kimi İspaniyaya daşındı. Amerikada isə Nyuyork və boston müstəmləkəçiləri, bir-birinin ardınca Fransa torpaqlarını zəbt etdilər.

Bu müharibənin əsas xərcləri İngiltərənin üzərinə düşürdü. Ona görə də sülh əhval-ruhiyyəsi artmağa başladı və 1710-cu ildə keçirilən seçkilərdə müharibəyə qarşı çıxan torilər böyük üstünlük əldə etdi.

1710-cu ildə fransızların əlaltısı ispaniyalı V Filipp özünü yeni vətənində təsdiqlədi: 1711 və 1712-ci ildə keçirilən əməliyyatlar müttəfiqlərə qələbə qazandırmadı və ingilislər ingilis sayağı davranaraq müttəfiqlərindən gizli olaraq fransızlara sülh təklif etdi. Hələ 1711-ci ilin yanvarında ingilis hökumətinin gizli xəfiyyəsi Fransaya gələrək hollandlarsız separat sülh bağlamağı təklif etmişdi. Təklif qəbul ediləndən sonra tərəflər arasında danışıqlar (elə məxfi) xüsusi məxfiliklə aparıldı və bu haqda ingilis diplomatları belə məlumatlandırılmadı. Həmin ilin oktyabrında İngiltərənin müttəfiqləri hollandlar və almanlar İngiltərə və Fransa arasında bağlanmış sülhün şərtləri ilə tanış oldular.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə