Mövzu: XVIII əsrin I yarısında irsi müharibələr



Yüklə 108 Kb.
səhifə3/6
tarix17.01.2022
ölçüsü108 Kb.
#82938
1   2   3   4   5   6
Muhazire 2- XVIII əsrdə beynəlxalq münasibətlər

Utrext sülhü.

1712- ci ilin fevralında Utrext konqresi çağrıldı. Konqresdə 1713-cü il 11 aprel tarixli Utrext sülh müqaviləsi və 1714-cü il Raştadt müqaviləsi imzalandı. Hər iki müqavilə XVIII əsr Avropa tarixində böyük əhəmiyyətə malikdirlər.

Burbonlara İspaniyada qalmaq imkanı yalnız İspaniya kralı eyni zamanda fransız kralı olmayacağı təqdirdə verildi. Buna görə İspaniya güzəştə getməli idi


  • Habsburqlara – Neapoliton krallığı, Sardiniya, Toskananın bir hissəsi, Milan hersoqluğu və ispan niderlandlarını;

  • Brandenburq kürfüstünə - ispan Geldernini (Niderland);

  • Savoyya hersoquna – Siciliyanı;

  • İngiltərəyə - Minorka adasındakı məntəqə ilə birlikdə Cəbəllütariqi. İngiltərə həmçinin zənci alverini həyata keçirmək üçün müstəsna hüququ özündə saxladı.

Fransa Niderlandakı bir sıra torpqalarından Habsburqların xeyrinə əl çəkdi. Lotaringiyadan öz ordularını çıxardı və cənubda əhəmiyyətsiz torpaqlarını Savoyya hersoquna güzəştə getdi.

Fransa ən böyük itkilərini Amerikada verdi. Hudzon körfəzi ətrafı torpaqlar, Nyufaundlend və Arkadiya və hələ XVII əsrin əvvəllərində fransız müstəmləkəçiləri tərəfindən məskunlaşmış müqəddəs Lavrentiy çayının şamalındakı torpaqları da güzəştə getməli oldu. Bu Şimali Amerikada fransız mülklərinin (torpaqlarının) itirilməsinin başlanğıcı oldu. Bu dövrdə artıq dənizlərdə tam üstünlük İngiltərəyə keçdi.

XV Lüdoviq dövründə fransız diplomatiyası.

XIV Lüdoviqin hakimiyyəti dövrü fransız mütləqiyyətinin parçalanması və xarici siyasətdəki uğursuzluqlar kimi səciyyələndirilir.

XV Lüdoviq apardığı üç müharibə: Polşa mirası uğrunda müharibə (1733-1735), avstriya irsi uğrunda müharibə (1740-1748), Yeddillik müharibə (1756-1763) Fransa üçün əhəmiyyəətsiz oldu.

Amerikadakı fransız müstəmləkələrini qorumaq əvəzinə XV Lüdoviq Fransanı zəiflədən bir sıra qitə müharibələrinə ölkəsini cəlb etdi. Nəticədə Fransanın Amerikadakı müstəmləkələri (Kanada və Luiziana) İngiltərənin və ispanların əlinə keçdi.

Fransanın Hindistan siyasəti isə tam iflasa uğradı, halbuki tanınmış iş adamı və təşkilatçı Jan Düplenin fəaliyyəti nəticəsində Hindistan tam olaraq Fransanın ola bilərdi.


Yüklə 108 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə