Mövzu Xalq pedaqogikası və etnopedaqogika Plan


Azərbaycan xalq pedaqogikasının fundamental tədqiqi



Yüklə 27,28 Kb.
səhifə3/3
tarix05.04.2023
ölçüsü27,28 Kb.
#104286
1   2   3
Az. etnop. 3

3. Azərbaycan xalq pedaqogikasının fundamental tədqiqi. Ə.Həşimovun sonrakı tədqiqatları artıq fundamental səciyyə daşıyır. O, xalq pedaqogikasının elmi pedaqogikadan fərqini müəyyənləşdirir. Belə qənaətə gəlir ki, xalq pedaqogikasında elmi peda- 36 qogikadakı sistem yoxdur; o heç bir pedaqoji istilahdan, termindən istifadə etmir, yalnız xalqın tərbiyə sahəsindəki təcrübəsinə əsaslanır. Tarixi qədimdir. Tərbiyəvi ideyaların konkret müəllifi və yarandığı vaxt məlum deyil. O, elmi pedaqogika kimi sinfi səciyyə daşıyır, amma xidmət baxımından əhatə dairəsi daha genişdir. Xalq pedaqogikası elmi pedaqogikanın mənbələrindən birıdir. Lakin onun özünün də mənbəyi var. Tərbiyə sahəsində toplanmış təcrübə həmin mənbədir. Eləcə də «folkloru xalq pedaqogikasının qiymətli yadigarı və milyonların tərbiyə məktəbi kimi» qəbul edərək həm üfüqi, həm də şaquli istiqamətlərdə araşdırmalar aparır. Belə ki, həm ümumpedaqoji problemlər, həm də tərbiyənin ayrı-ayrı komponentləri diqqət mərkəzində dayanır. «Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri» (Bakı, Maarif, 1970), «Pedaqogika kursunun tədrisində xalq hikmətlərindən istifadə» (Bakı, Maarif, 1991), «Azərbaycan xalq pedaqogikası» (Prof.F.Sadıqovla birlikdə. Bakı, Patronat, 1993) monoqrafiyaları deyilənlərə sübutdur. Ə.Həşimov elmi sistemi olmayan atalar sözü, məsəllər, bayatı, oxşama, layla, lətifə, nağıl, dastan, aşıq şeri kımi rəngarəng janrlar içərisində səpələnmiş tərviyəvi ideyaları seçib cəmləyərək elmi pedaqogikanın qəliblərinə uyğun qruplaşdırmış, həmçinin, şəxsiyyətin formalaşmasına təsir edən amillərlə və böyüməkdə olan nəslin yaş dövrlərilə bağlı xalqın fikir və müddəalarını üzə çıxarmışdır. Beləliklə, əgər onun tədqıqatlarının istiqamətini cızsaq aşağıdakı təsvir alınar.
• şifahi söz xəzinəsinin araşdırılması;
• tədqiqatçıların folklora və xalq pedaqogikasına dair fikirlərinin öyrənilməsi;
• Azərbaycan yazılı ədəbiyyatının folklorla əlaqəsi və ondan bəhrələnmə faktının üzə çıxarılması;
• xalqın pedaqoji ideyalarının elmi pedaqogika yönümündən sistemə salınaraq müvafiq bölmələrə ayrılması.
Ə.Həşimov sübut edir ki,xalqın insan şəxsiyyətinin təşəkkülünə təsir göstərən əsas amillərlə bağlı əksər fıkirləri elmin müasir nəticələri ilə təsbit olunur. Alimin tədqiqatları sübut edir ki, xalq şəxsiyyətin inkışafında irsiyyətlə bərabər, mühit və tərbiyəni də istisna etməmişdir. Lakin irsiyyətə daha çox önəm vermişdir. Xalqın irsiyyətə üstünlük verməsinin səbəblərini izah edərkən Ə.Həşimov maraqlı bir müqayisə aparır. O, irsi təzahürləri saatın saniyəölçən əqrəbinin, mühit və tərbıyənin təsiri nəticəsində yaranan təzahürləri isə dəqiqə, yaxud saatı göstərən əqrəbin hərəkəti ilə müqayisə edir. Göstərir ki, irsiyyətdən gələn xüsusiyyətlər saniyəölçənin hərəkəti kimi tez nəzərə çarpır. Mühit və tərbiyədən qazanılanlar isə saatı göstərən əqrəb timsalındadır; burada da hərəkət var, amma çətin və gec görünür. Ə.Həşimovun tədqiqatlarında xalqın yaş dövrləri ilə bağlı fikirləri də təhlil olunur. O, sübut edir ki, ekoloji, iqtısadi, hüquq tərbiyəsi istılahları elmi pedaqogikaya son onilliklərdə gəlib çıxmışsa, xalq pedaqogikasında onun tarıxi çox qədimdir. Ə.Həşimov xalqın şifahi söz xəzinəsini elmi pedaqogıkanın meyarları ilə tədqiq etmişdir. Nəticə olaraq deyə bilərik ki, o, elmi pedaqogikanın inkişafında xalq pedaqogikasının müstəsna rolunu üzə çıxarmışdır. Əliheydər müəllim həm də davamçılarını yetişdirmişdir. Onların sırasında tanınmış elmlər doktoru, professorlar Fərahim Sadıqov, İsmayıl Əliyev, pedaqoji elmlər namizədi, dosentlər İnqilab Xəlilov, Ayaz Kazımov, Xumarə Səlimxanova, Zakir Rəsulov, Nübubət Babayeva və başqalarının adlarını çəkmək olar. İndi Əliheydər müəllimin yetirmələrinin də yetirmələri var. Onlarla tədqıqatçı xalqın pedaqoji fikirlərini ən müxtəlif istiqamətlərdə araşdırıb üzə çıxarmaqda və təcrübəyə tətbiq etməkdədir. Demək, Azərbaycan xalq pedaqogikasının tədqiqi məktəbi yaranmışdır; onun banisi mərhum professor Əliheydər Şirin oğlu Həşimovdur.
Ədəbiyyat

  1. Ə.Həşimov. Azərbaycan xalq pedaqogikasının bəzi məsələləri. Bakı,«Maarif»,1970.

  2. F.Sadıqov. Azərbaycan xalq pedaqogikasının atası Əliheydər Həşimov.Bakı,1994.

  3. Ə.Bədəlova. Azərbaycan xalq pedaqogikası. Bakı, «Müəllim», 2009.

  4. Ə.Bədəlova. Ömür dedikləri bir karvan yolu. «Azərbaycan müəllimi» qəzeti, 26 mart 2004.

  5. Əliyev İ. Azərbaycan etnopedaqogikası, Bakı, “Elm və Təhsil” 2009.




Yüklə 27,28 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə