Mövzu№ Qədim Şərq fəlsəfəsi Ağalar Qəribov I. Qədim Hind fəlsəfəsi



Yüklə 40,33 Kb.
səhifə13/24
tarix10.05.2022
ölçüsü40,33 Kb.
#86429
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
2. Qədim Şərq fəlsəfəsi

c) Buddizm. Dünyanın bir çox regionlarında bu gün də çoxsaylı tərəfdar və ardıcılları olan Buddizm m.ö. V əsrdə Qədim Hindistanda yaranmış dini-fəlsəfi təlimlərdən biridir. Sonrakı dövrlərdə, təqribən m.s. III əsrdə Çin, Cənub-Şərqi Asiya ölkələrində də tərəfdarlar tapmışdır.

Bu təlimin banisi Qautama Sidhartha Şakyamuni – Budda (m.ö. 563-483) olmuşdur. Şimali Hindistanda knyaz ailəsində doğulmuş Qautama mürəkkəb həyat yolu keçmişdir – taxt-tac varisi, asket-zahid, müdrik. Həyatının ilk illərini atasına məxsus, hər tərəfdən yaşıllıq və uca divarlarla əhatələnmiş dəbdəbəli sarayında keçirmiş Qautama, ətraf aləmdə daha nələr var deyə saray hüdudlarından kənara çıxır. Rastlaşdığı dörd hadisə onun dünyagörüşündə ciddi dönüş yaradır. Birinci, üzü qırışlı, saç-saqqalı ağarmış qocanı görməsi ona anladır ki, cavanlıq əbədi deyil. İkinci, ağır xəstəlikdən əzab çəkən, üz-gözü xora ilə örtülmüş xəstəni görəndə isə başa düşür ki, sağlamlıq əbədi deyil. Üçüncü, dilənçini görməsi ona var-dövlətin keçici olmasını, insanın malik olduğu hər şeyi nə vaxtsa itirib yoxsullaşa biləcəyini anladır. Dördüncü, dəfn mərasimini görür və başa düşür ki, insan fanidir, əbədi deyil. Beləliklə, Qautama bu nəticəyə gəlir ki, insanın həyatı iztirab və bədbəxtliklərlə doludur. Bütün bu məsələlər haqqında düşünən Qautama onu işıqlandıran, nurlandıran (Budda – nurlanmış deməkdir) və dörd hissədən ibarət həqiqəti kəşf edir. Bu həqiqəti təliminin nüvəsinə qoyan Budda tezliklə çoxsaylı tərəfdar toplayır. Buddizmin nüvəsi olan bu həqiqət – “dörd nəcib qanun” adlanıb aşağıdakılardan ibarətdir:




Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə