Mövzu: Mеhmanхana fəaliyyətinin tariхi inkişaf mərhələləri Plan



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/49
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8646
1   ...   20   21   22   23   24   25   26   27   ...   49

 
76
mehmanxana məsuliyyət daşıyır. Mehmanxanada baş verən xoşa gəlməz hadisələr 
(oğurluq,  dələduzluq,  zorakılıq  və  s.)  ona  nəinki  maddi  ziyan  vurur,  həmçinin 
nüfuzuna xələl gətirir. 
Buna 
görə 
mehmanxananın 
təhlükəsizlik 
ş
öbəsi 
aşağıdakıdakı 
problemlərləməşğul olur: 
− fövqəladə vəziyyət yaranarsa, buna cavab olaraq prosedurları işləyib 
hazırlamaq; 
− nömrələrin  gündəlik  təhlükəsizliyini  yoxlamaqla  nömrələrin  və  digər 
obyektlərin  açarların  nəzarətə  götürməklə,  kilidlərə  nəzarət  etməklə  oğurluğun 
qarşısını almaq; 
− otelin binasınına girən yolları nəzarətdə saxlamaq; 
− mehmanxanada  həyəcan-xəbərdarlıq  (siqnalizasiya)  sisteminin  zəruriliyini 
təmin etmək; 
− otelin ərazisini nəzarətdə saxlamaq; 
− otelin bayır tərəfdən işıqlandırılması; 
− telemonitor vasitəsilə müşahidə sistemi aparmalıdır; 
− mehmanxanada odadavamlı şkaflar və seyflər olmalıdır; 
− məlumatların mühafizəsini və qorunmasını təmin etməlidir. 
Fövqəladə  vəziyyətlərə  təhlükəsizlik  xidmət  adekvat  reaksiya  verməyə 
borcludur. Terrorizmin geniş yayıldığı müasir cəmiyyətdə bu, çox mühüm amildir. 
Mehmanxanalarda cinayətlər çox vaxt 19.00 ilə gecə 05.00 arasında baş verir. Bu 
vaxtlar işçilər öz yerlərində xüsusən mərtəbələrdə olmaya bilər. Son illərdə elekton 
kilidlərin  tətbiq  olunması  nömrələrin  təhlükəsizliyini  etibarlı  edib.  Plastik  açarlar 
baş  inzibatçının  ofisində  kodlaşdırılır  və  qonağa  verilir.  Bu  açarın  kodu  qonaq 
mehmanxanadan gedəndən sonra öz qüvvəsini itirir. 
Televizor monitorları vasitəsilə müşahidə aprılması nömrələrdə oğurluğun və 
oteldə qonaqlara qarşı zorakılığın sayını azaldıb. Gizli kameralar mehmanxananın 
dəhlizində,  vestibülündə,  kassirin  işlədiyi  yerdə,  mərtəbələrdə  və.s  yerlərdə 
qoyulur. 


 
77
Las-Veqasın  otellərində  təhlükəsizlik  məsələləri  xüsusən  aktualdır,  çünki  bu 
otellərin ərazisində yerləşən kazinolar milyonlarla dollar əməliyyat aparır. 
  Bu  otellərin  kompleks  təhlükəsizliyini  saxlamaqda  əsas  rolu  «Polaroid 
ID2000plus»  elektron  sistem  oynayır.  Bu  sistemdə  ən  yeni  texnologiya  və 
kompüter  şəbəsindən  istifadə  olunur.  Təhlükəsizlik  xidmətinin  ən  vacib 
məsələlərindən  biri  nömrələrin  açar  problemidir.Adətən  baş  inzibatçının  ofisində 
açarların surətləri olur və vaxtaşırı bu açarlar yoxlanılmalıdır. Şöbədə xüsusi jurnal 
olmalıdır ki, əməkdaşlar aldığı və verdiyi açarlara görə imza qoysunlar. 
  Bir çox otellərdə oğurluğun sayını azaltmaq və ya qarşısını almaq məqsədilə 
qonaqların  qiymətli  əşyalarını  saxladığı  seyfdən  başqa  hər  qonaq  otağında  seyf 
qoyulur. Bu seyfdən mürəkkəb sistemli müxtəlif kilidlərdən istifadə olunur. 
Inzibati-təsərrüfat bölməsi 
Mehmenxanada  işləyənlərin  sayına  görə  iri  olan  bölməyə  menecer  rəhbərlik 
edir.  O,  yaxşı təşkilatçılıq bacarığına  malik  olmalıdır.  Mehmanxananın  nömrələri 
təmiz,  səliqə-səhmanla,  yüksək  standartlara  cavab  verən  səviyyədə  saxlamaq  çox 
böyük məsuliyyət və dəqiqlik tələb edir. Qonaqlar arasında keçirilən sorğuya görə, 
nömrələrin təmizliyi və səliqə-səhmanı mehmanxananın nüfuzunu qaldırır. 
  Təcrübəli  və  səriştəli  mehmanxana  meneceri  öz  işində  bir  çox  qaydalara 
ə
məl etməlidir: 
− kadr  potensialında  səmərəli  istifadə  etməli  işçilər  arasında  vəzifə  bölgüsün 
düzgün aparmalı, məsuliyyəti bölüşdürməli və hər işçiyə konkret iş tapşırmalıdır; 
− menecer  tabeliyində  olan  işçilərə  qarşılıqlı  əlaqə  saxlayaraq  onların  işinə 
nəzarət etməlidir; 
− menecer dəqiqliyi və səliqə-səhmanı tələb etməlidir; 
− menecer  müntəzəm  inventarlaşma  aparmalı,  avadanlığın  və  onların 
qiymətlərinin siyahısının tutmalıdır; 
− menecer tabeliyindəki işçilərə nümunə olmalı, onları işə həvəsləndirməli və 
qiymətləndirməlidir; 
− qonaqların  və  rəhbərliyin  menecerin  qarşısına  qoyduğu  məsələlərdən 
yayınmamalı, təmkin göstərib həll etməyə çalışmalıdır; 


 
78
− menecer  işçilərin  təhsilinə  diqqət  yetirməli,  ixtisasartırma  kursları  təşkil 
etməli, 
− onların səmərələşdirici təkliflərinə diqqətlə yanaşıb qiymətləndirməlidir; 
− menecer çalışqan, təşəbbüskar işçiləri irəli çəkməli, onlara dayaq olmalıdır; 
− menecer bölmənin işini mehmanxananın digər bölmələri bacarmalı xüsusən 
inzibatçı, mühəndis-istismar, camaşırxana xidmətləri ilə həmahəng işləməlidir. 
Menecerin təlimatında 4 əsas vacib vəzifə aşağıdakılardır: 
1. Işçilərə rəhbərlik etmək. Avadanlıq və təchizatın nəzarətini təmin etmək; 
2. Qonaqların otaqlarının və mehmanxananın digər yerlərinin təmizliyinə və 
səliqə-səhmana diqqət etmək; 
3. Baş menecerin maliyyə siyasətinə uyğun bölməyə rəhbərlik etmək; 
4. Sənədləşdirmə. 
Bölmənin  menecerinin  iş  günü  saat  09.00-dan  18.00-a  qədərdir. 
Mehmanxananın  nömrələri  hər  mərtəbədə  plan-sxemdə  göstərilir.  Boş  olan 
nömrənin  qabağında  heç  bir  qeyd  olmur.  Nömrədə  qonaq  varsa,  SC  qeyd  olunur 
(nömrə  tutulub).  Qonaq  tezliklə  nömrəni  azad  edəcəksə,  SS  qeyd  olunur  (ezliklə 
boşalır),  o,  nömrənin  vaxtını  artırarsa,  AH  nişanı  qoyulur  (qalma  vaxtı  uzanır). 
Ə
gər  nasaz  və  xarabdırsa,  XX  (qəza  vəziyyəti)  nişanı  qoyulur,  çox  mühüm  və 
nüfuzlu qonağın nömrəsi VIP (çox mühüm qonaq) nişanı ilə qeyd edilir. 
  Amerika  otelçilik  normativinə  görə,  mərtəbədəki  hər  bir  xidmətçi  iş  vaxtı 
ə
rzində  17  nömrə  yığışdırmalıdır.  Məsələn,  mehmanxanada  258  nömrə,  10  lüks 
apartament  bu  nömrə  sayına  daxildir(lüks  apartament  iki  nömrə  əvəzi  sayılır). 
Deməli bölmənin sərəncamında 268 nömrə var. Ümumi nömrələrin sayından (268 
dolu  nömrələr)  gəlməyən  qonaqların  sayını  çıxmaq  lazımdır  (3  nömrəyə  qonaq 
gəlməyib)  alınan  rəqəmi  17-yə  bölmək  lazımdır  (17  normativ  rəqəmdir)  və 
bununla da həmin gün üçün işləyəcək işçilərin sayı bilinir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə