Mövzu Kompüterin əməliyyat sistemləri


ƏS-nin fəaliyyəti. Yaddaşla idarəetmə



Yüklə 28,89 Kb.
səhifə2/4
tarix25.06.2022
ölçüsü28,89 Kb.
#90086
1   2   3   4
referat 1130 (1)

ƏS-nin fəaliyyəti. Yaddaşla idarəetmə.
Bütün ƏS-ri istifadəçi ilə həm paket, həm də dialoq rejimində işi təmin etməyə imkan verir. Paket rejimində ƏS avtomatik olaraq verilmiş əmrlər ardıcıllığını yerinə yetirir. Dialoq rejimində isə ƏS istifadəçinin əmrlərini yeni əmr alınana kimi gözləməlidir. Dialoq rejimi prosessorun cari işini dayandırmasına və istifadəçinin idarəedici qurğular vasitəsi ilə sorğusuna reaksiya verməsinə əsaslanır.
Bütün ƏS-ri özünün avtomatik olaraq yüklənməsini təmin edir. Müasir kompüterlərdə ƏS-nin funksiyasının bir hissəsini kompüterin daimi yaddaşında (ПЗУ) yerləşən proqramlar yerinə yetirir. Bu proqramlar giriş-çıxış baza sistemi (BİOS) adlanir. ƏS özünün yükəlnən alt proqramlarına deyil, uyğun BİOS proqramına müraciət edir. Bunun hesabını bəzi əməliyyatların yerinən yetirilməsi sürətlənir. Daimi yaddaşda ilkin yükləmə proqramı (daimi modul) və əsas qurğuların test proqramları yerləşir. Kompüter işə salınarkən birinci olaraq ilkin yükləmə proqramı yerinə yetirilir. Testləşmə başa çatdıqdan sonra ilkin yükləmə proqramı (yəni daimi modul) ƏS-ni yükləyən xüsusi proqramı tapmağa çalışır. Müsbət halda ilkin yükləmə proqramı ƏS-ni yükləyən proqramı buraxır (yəni yüklənir). İlkin yükləmə proqramı hansı əməliyyat sistemini yükləyən proqramı tapsa kompüterdə məhz həmin ƏS-də fəaliyyət göstərəcəkdir. ƏS yükləndikdən sonra idarəetmə ƏS-nin nüvəsini təşkil edən baş idarəedici proqramlarına verilir. ƏS-də nüvənin (və ya dispeçerin, və ya kommanderin) seçilməsi ideyası çox effektli olmuşdur. Kompüter işə salınarkən operativ yaddaşa yüklənir və həmişə orada yerləşir. Ilk olaraq yerinə yetirilir. ƏS-nin bütün digər modulları ƏS-nin konkret funksiyalarını yerinə yetirir (bunlar ƏC-nin utilitləri adlanır). Utilitlər buraxılarkən operativ yaddaşa yüklənirlər, yerinə yetirilirlər və sonra operativ yaddaşdan boşaldılırlar (выгружаются). Bunlar eyni ranqlı tətbiqi proqramlardır.
ƏS-nin dispeçeri xarici mühitdən əmrlər alırlar. Bu MS-DOS-da olduğu kimi klaviaturadan yığılan ƏMR, və yaxud windows-da olduğu kimi maus düyməsinin sıxılması və yaxud işləyən proqramdan gələn siqnal ola bilər.
MS-DOS ƏS-ində dispeçer proqramı böyük həcmə malik olmayan COMMAND.COM proqramıdır. Windows-da dispeçer proqramı WIN.COM proqramıdır.
Kompüterdə bir neçə proqram işlədikdə operativ yaddaşın hansı hissəsinin bu və ya digər proqram üçün nəzərdə tutulduğunun bilinməsi çox əhəmiyyətlidir. ƏS-nin bu funksiyası yaddaşın idarə olunması funksiyası adlanır. Hər bir ƏS yaddaşın boş hissəsini onun tutulmuş hissəsindən fərqləndirə bilir.
Hər bir yeni proqram yüklənərkən ƏS yaddaşı idarə edən utilitə yaddaşın boş hissəsindən proqrama uyğun ölçüdə yer ayırması sorğusu ilə müracıət edir. Utilit (yaddaşı idarə edən) lazımi sahəni tapır və proqramı orada yerləşdirir.
Proqramın və verilənlərin statistik dinamik ola bilər.

Yüklə 28,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə