Mövzu Kompüterin əməliyyat sistemləri



Yüklə 28,89 Kb.
səhifə4/4
tarix25.06.2022
ölçüsü28,89 Kb.
#90086
1   2   3   4
referat 1130 (1)

Fayl strukturuna xidmət .
Fayl sisteminə xidmət dedikdə əsasən ƏS-mi tərəfindən yerinə yetirilən aşağıdakı əməliyyat nəzərdə tutulur:
1. Faylın yaradılması və ona adın verilməsi;
2. Kataloqun (qovluğun) yaradılması və ona ad verilməsi;
3. Fayl və kataloqun (qovluğun) adının dəyişdirilməsi;
4. Faylın kompüterin diskləri arasında və eyni bir diskin kataloqları
(qovluqları) arasında köçürülməsi və yerinin dəyişdirilməsi.
5. Fayl və kataloqun (qovluğun) ləğv aolunması.
6. Fayl atributlarının idarə olunması və s.
Fayl müəyyən adla adlandırılmış ixtiyari uzunluqlu baytlar yığımıdır. Bu tərifdən görünür ki, fayl sırf uzunluqlu ola bilər. Faktiki olaraq faylın yaradılması ona ad verilməsi və fayl sistemində qeyd olunmasıdır. Bu əməliyyat sisteminin əsas funksiyalarından biridir.
Fayllar yaradılarkən “qısa” və “uzun” adlardan istifadə olunur. Windows 95 ƏS-mi yaranana qədər İBM PC kompüterlərində qəbul olunmuş ad 8.3 razılaşması olmuşdur. MS-DOS-da qəbul olunmuş bu razılaşmaya görə faylın adında ən çoxu 8 simvol, adın genişlənməsində isə 3 simvol ola bilər. Ad ilə genişlənmə arasında nöqtə qoyulur. Məsələn, command.com, paper.doc və s.
8.3 razılaşması standart deyil, ƏS-mi bu yazılış formasından meyllənməyə imkan verir. Məsələn, bir sıra digər işarələrdən (!,_, , , ..) və hətta MS-DOS-un bəzi versiyalarında rus əlifbası simvollarından da istifadə mümkündür. 8.3 razılaşması “qısa ad” adlanır. Windows 95-in yaranması ilə əlaqədar “uzun” addan istifadə olundu. Burada 256 simvoldan istifadə etmək mümkündür, yalnız \ / : * ? “ < >  . kimi simvollardan başqa.
“Uzun” addan istifadədə bir sıra xüsusiyyətlər vardır. Məsələn, faylın tam adında 260-dan çox simvol ola bilməz. Baş kataloqda “uzun” adlı faylın saxlanılması arzu olunmazdır və s. Письмо.txt və письмо. txt eyni adlı fayllardır.
Kataloqlar- ierarxik strukturun vacib elementidir ki, fayla çıxışı təmin edir (xüsusilə diskdə fayllar çox olduqda). Fayllar müəyyən əlamətə görə bir kataloqda birləşirlər. Aşağı səviyyəli kataloqlar yuxarı səviyyəli kataloqlara daxildir. Ierarxik strukturun ən yuxarı səviyyəli kök kataloqdur. Bütün müasir ƏS-ri kataloq yaratmaq imkanına malikdir, lakin burada ad üçün genişlənmə tələb olunmur. İerarxik strukturda obyektin ünvanı marşrutun verilməsi ilə müəyyən olunur.
Qrafik olmayan ƏS-rində faylların köçürülməsi və yerinin dəyişdirilməsi birbaşa əmr sətrindən əmrlər daxil etməklə həyata keçirilir. Bu halda əmrin adı verilir və mənbə kataloquna gedən yol, köçürməni qəbul edən kataloqa gedən yol verilir. Qrafik ƏS-rində bu iş daha münasib formada müəyyən qurğuların köməyilə həyata keçirilir.
Fayl və kataloqların ləğvi əhəmiyyətli məsələdir. Faylı müvəqqəti ləğv etmək olar. Bu Windows ailəsindən olan ƏS-ri üçün корзина adlanan ovluğun qöməyilə həyata keçirilir. Fayl və kataloqlar korzina qovluğuna yığılır. (Əslində fayla gedən yol dəyişir). Faylın tamamilə ləğvi MS-DOS-da DEL əmri ilə həyata keçirilir, Windows-da isə корзина qovluğunu boşaltmaqla. Bu halda fayl tamamilə fayl strukturundan ayrılmış olur. Faylların yerləşmə cədvəlində fayl ləğv olunmuş kimi qeyd olunsa da, fiziki olaraq öz yerində qalır. Bu vəziyyət imkan verir ki, klasterə yeni fayl yazmaq mümkün olsun.
Fayl strukturu üzrə naviqasiya ƏS-nin ən çox istifadə olunan funksiyalarından biridir. Qrafik olmayan ƏS-rində (məsələn, MS-DOS-da) naviqasiya əmr daxil edərək diskdən-diskə və yaxud kataloqdan kataloqa keçmək yolu ilə həyata keçirilir. Bu proses xüsusi örtük proqramlarının köməyi ilə daha münasib formada aparılır.
Əməliyyat sistemlərində olduğu kimi örtük proqramları da qeyriqrafik qrafik ola bilər. MS-DOS üçün qeyriqrafik örtük proqramları içərisində ən populyarı NORTON COMMANDER örtüyüdür. MS-DOS üçün qrafik örtük rolunu Windows 1.0, Windows 2.0 oynamışdır.
Faylın ad və genişlənməsindən başqa ƏS onun yaranma tarixini və faylın atributları adlanan bəzi kəmiyyətləri saxlayır. Faylın atributları faylın xassələrini müəyyən edir. Əməliyyat sistemi onlara nəzarət edir. Faylın əsas atributları bunlardır:

  1. Ancaq oxunmaq üçün (Read only);

  2. Gizli (Hidden);

  3. Sistem (System);

  4. Arxiv (Archiv).

Birinci atribut faylla işin mümkünlüyünü məhdudlaşdırır. Burada dəyişiklik etmək olmaz. İkinci atribut ƏS-nə faylın ekrana çıxarılmaması barədə siqnal verir. Üçüncü atribut faylın sistem faylı olmasını bildirir və əməliyyat sisteminin vasitəsilə onu dəyişmək olmaz. Sonuncu atribut faylın rezerv nüsxəsinin olmasını bildirir.



Yüklə 28,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə